27 möcüzə. Кир Булычев

Чтение книги онлайн.

Читать онлайн книгу 27 möcüzə - Кир Булычев страница 5

Автор:
Жанр:
Серия:
Издательство:
27 möcüzə - Кир Булычев

Скачать книгу

və məhsulu yığıb gəmi anbarlarına doldurmuş, səfəri yenidən davam etdirmişlər. Bu cür səfər etməklə finikiyalılar, müasir dillə desək, təsərrüfat uçotlu təşkilat idi. Nə aclıq, nə də yolun uzunluğu onlar üçün təhlükəli deyildi. Tələsmək də lazım deyildi. Daha bir il keçdi, finikiyalılar sahilə çıxıb yenidən əkinçilik etdilər. Yalnız üç il keçəndən sonra onlar Cəbəllütariq boğazından keçib Aralıq dənizinə qayıtdılar. Herodot bu səfər haqqında eşitmişdi, lakin deyilənlərə inanmamışdı. Bu da səbəbsiz deyildi. Budur, müdrik yunan yazır: “Geri qayıdanda onlar dedilər ki, (bəziləri buna inandı, mən isə yox) Liviyanın (Herodot Afrikanı belə adlandırırdı – İ. M.) ətrafında üzərkən günəş onların sağ tərəfində imiş”. Əlbəttə, cənub yarımkürəsində günəş sağ tərəfdən çıxır, Yerin müstəvi şəkildə olduğunu güman edən Herodot deyilənləri yalan hesab etmiş, halbuki finikiyalıların Afrikanın ətrafında birinci dəfə dolandığına bundan yaxşı dəlil tapmaq çətin idi.

      Qublun bacarıqlı, işgüzar sakinləri və onların Finikiyanın digər şəhərlərindən olan həmvətənləri hara düşürdülərsə, tikinti ilə məşğul olurdular. Finikiyalılar hər yerə uyğunlaşır, özləri ilə yeni sənət, yeni bilik və dünyanı dərk etmək üçün yeni həvəs gətirirdilər. Onların ticarət məskənləri şəhərlərə çevrilir və Finikiya tacirlərinin düşərgələri-koloniyaları Aralıq dənizi boyu zəncir kimi uzanırdı. Egey və Adriatik dənizlərindəki Rodos, Kipr, Krit, Malta və Sardiniya adalarında böyük şəhərlər belə yaradıldı. Sonra onlar İspaniya və Tunisdə məskən saldılar. Bizim eradan səkkiz yüz il əvvəl Finikiyanın ən böyük və ən məşhur koloniyası Karfagenin əsası qoyuldu. Sonralar bu şəhər Böyük Romanın rəqibinə və düşməninə çevrildi.

      Finikiyalılar Herakl sütunları arasından, yəni indiki Cəbəllütariq boğazından keçib Atlantik okeanına çıxırdılar. Heç kəs onların nə qədər uzaqlara üzdüklərini deyə bilməz. Hər halda inamla demək olar ki, onlar İngiltərənin sahillərinə çatır, buradan qurğuşun və qalay alırdılar. Karfagenlilər Azor adalarında da (orada çoxlu yunan və Roma sikkələri tapılıb) olurdular. Halbuki nə yunanların, nə də romalıların bu adalar haqqında təsəvvürü yox idi.

      Qədim dünyanın ən zirək ticarətçiləri və ən yaxşı dənizçiləri olan finikiyalılar geri qayıdanda kiçik, lakin zəngin vətənlərində saraylar və məbədlər tikilirdi. Qublun məbədləri çox vaxt qəddar və qəzəbli allahların məskəni olurdu. Qurbanlar verilən yer olan daş mehrab məbədin ən əsas hissəsi idi. Mehrab müqəddəs obelisklərlə əhatə olunmuşdu. 1936-cı ildə Bibldə aparılan qazıntılar zamanı bir məbəd aşkara çıxarılıb. Onun da mehrabı belə obelisklərlə əhatə olunub. Obelisklərin sayı iyirmidən çoxdur və ən böyüyünün hündürlüyü üç metrə çatır: Finikiyalılar ağaclara da sitayiş etdikləri üçün məbədin ətrafında müqəddəs palıd və sidr ağacları əkilib. Bu adət hələ indiyədək müsəlmanlarda qalıb.

      Məbədlərin altında geniş zirzəmilər olurdu. Burada çaxır, ədviyyat və ətriyyat saxlanılırdı. Məbədlərin qarşısında dayaz hovuzlar düzəldilirdi: ibadətdən əvvəl ayaqqabıları soyunmaq və ayaqları yumaq lazım idi. Finikiyalıların bu adəti sonradan başqa xalqlara keçmişdir.

      Qublun ikinci çiçəklənmə dövrü ellinizm dövrünə təsadüf edir (Makedoniyalı İsgəndərin əsgərləri bu şəhəri Bibl adlandırırdılar). Bibl Adonisə və Astartaya (Venera) sitayişin mərkəzinə çevrilir. Hər il burada dini bayram keçirilirdi. Gözəl oğlan olan Adonis sevgilisi Astartanın xəbərdarlığına baxmayaraq, Livanın məşhur sidr ağacı meşəliyində ovçuluq edərkən onu vəhşi qaban öldürür. İlahə meşəliklərdə və dağlarda gəzərkən Adonisin ölümü üçün göz yaşı tökür. Nəhayət, ilahə gənci axirət dünyasından qaytarmağa müvəffəq olur. Həmin gün böyük qurbanlar verilirdi. Qısqanclıqdan qədim allahlar əzab çəkirdilər: onların məbədləri tənəzzül edirdi.

      Deyirlər ki, Adonis və Astarta əfsanəsi xalis həqiqətdir. Hər il yaz fəslində Biblin yaxınlığından axan Adonis çayı al rəngə boyanır. Ətrafdakı təpəliklərin rəngi də Adonisin al qanına və lalə rənginə çalır. Bibldə bu məlum əfsanə konkret coğrafi xarakter daşıyır.

      Yunanlardan sonra şəhərə romalılar daxil oldu. Onların dövründə də Bibl böyüyürdü. Çoxlu saray, məbəd və evlər tikilirdi. Köhnə tikintilərin daşları yeni divarların ucaldılmasına sərf olunurdu. Romalılar burada Adonisin yeni, dəbdəbəli məbədini tikdilər. Məbədə gedən yol sanki sütunlar xiyabanıdır. Elə burada da böyük amfiteatr tikilib. Romalıların əzəmətindən çox az şey qalıb: yalnız Adonisin məbədinə aparan yolun qırağındakı altı sütun durur. Bununla belə, demək olar ki, Bibldə tikilmiş böyük məbədlərin hər birindən bir şey qalmışdır…

      Qərbi Roma imperiyasının süqutundan sonra Bibl də tənəzzülə uğradı. Şəhər bir müddət Bizans yepiskopluğunun mərkəzi kimi qalırdı. Lakin sonralar o, müsəlmanların əlinə keçdi. O vaxtadək təmtəraqlı Roma məbədləri və Vaal məbədlərinin qalıqları hələ dururdu.

      Səlibçilər Bibli həyata qaytardılar. Lakin bu qaytarılan həyat faciəli oldu. Səlibçilər həmişə belə bir qaydaya əməl edirdilər: vaxtı ilə Roma legionları duran yerdə qalalar tikmək. Axı, əlinin altında hazır tikinti materialı olur. Bibldə onların bəxti gətirmişdi. Şəhərdə o qədər məbəd və saray vardı ki, dünyada ən böyük cəngavər qalasının tikilməsi üçün kifayət edirdi. Daş plitələr bir-birinə o qədər uyğun gəlib və onlar finikiyalılar tərəfindən o qədər yaxşı yonulub ki, 1103-cü ildə tikilmiş qala bu günə kimi toxunulmaz qalmışdır.

      Bibli tikənlərin çoxəsrlik fəaliyyəti – təbiətin möcüzəsi, hərbi mühəndislik sənətinin möcüzəsi, antimöcüzə nəhəng qalanın tutqun, vahiməli divarlarına bəzəyir.

      Uşaq konstruktorun düzəltdiyi hissəciklər qabcıqlarda saxlandığı kimi, qala da özündə şəhəri saxlayıb. Ölçüsünə görə yığılmış bu hissələrdən onun sahibinin dünən nə hazırladığını təsəvvür etməyə imkan yoxdur. Bu qala canidir. Vaalın gözəl məbədlərinin plitələri, Dionis sütunlarının parçaları və təkrarolunmaz sarayların geniş eyvanları bu divarlardadır. Yalnız amfiteatra toxunulmayıb. İşgüzar səlibçilər nə üçünsə amfiteatrı sökməmişlər. Adonis məbədinin divarlara sığışmayan bir neçə sütunu və arxeoloqlar tərəfindən dəqiq bərpa olunmuş Finikiyanın ən qədim bütpərəst məbədlərinin özülləri qalıb. Qala özündə paradoks əmələ gətirmiş, çünki özündə bütün şəhəri birləşdirmişdir. Lakin bir ovucda yığılmış bu şəhər məhv olmuşdur. İndi onun haqqında çox az adamın məlumatı var, oraya çox az adam gedir. Halbuki onun adı bütün dünyada məşhurdur. Ona görə yox ki, əlifba orada kəşf olunub. Ona görə yox ki, onun dənizçiləri portuqaliyalılardan iki min il əvvəl Afrikanın ətrafına dövrə vurarkən günəşi sağ tərəflərində görmüşlər, yenə də ona görə yox ki, bu şəhər yer üzündə ilk şəhərlərdən biridir.

      Misirdə hazırlanan papirus Biblin bazarlarına daxil olurdu. Bibllilər qədimdə bu kağız ticarətini inhisara almışdılar. Yunan limanlarına onların gəmilərindən təmiz kağız topaları, bəzən də Livanda

Скачать книгу