Azərbaycan səfəvilər dövləti. Октай Абдулкерим оглы Эфендиев

Чтение книги онлайн.

Читать онлайн книгу Azərbaycan səfəvilər dövləti - Октай Абдулкерим оглы Эфендиев страница 7

Azərbaycan səfəvilər dövləti - Октай Абдулкерим оглы Эфендиев

Скачать книгу

hekayələrdəki əsərlərdən ən yaxşısı”)72 əsərindən istifadə edilmişdir. Müəllif barədə məlumatlar çox cüzidir və yalnız əsərin daxilində olanlardan ibarətdir. O, ruhani ailəsində doğulmuşdur. Onun atası Şah I Təhmasibin qardaşı, Heratın Səfəvi hakimi olmuş Bəhram Mirzənin himayəçiliyindən istifadə etmişdir. Müəllifin göstərdiyinə görə, o, gənc yaşlarından tarix və ilahiyyata dair kitablar oxumağa həvəs göstərmişdir. Mahmud Nətənzi hicri 938-ci (1531-1532) ildə anadan olmuş, 998-ci (1590) ilin yazında, yəni artıq 60 yaşına çatanda əsəri yazmağa başlamışdı. Nətənzinin əsəri iki cilddən ibarətdir. Birinci cilddə I Şah Təhmasibin ölümündən (1576) I Şah Abbasın hakimiyyətə gəlməsinədək (1587) olan dövrdə baş vermiş ən mühüm hadisələr şərh edilir. Birinci cildə nisbətən daha müfəssəl olan ikinci cild I Şah Abbasın hakimiyyətinin hicri 1007-ci (1598-1599) ilədək ilk on bir ilini əks etdirir. Deməli, əsər başa çatan zamanda müəllifin 69 yaşı olmuşdur73.

Nətənzinin təsvir etdiyi, I Şah Abbas dövrünə qədərki bir çox hadisələr başqa salnaməçilər tərəfindən ya tamamilə qeyd olunmur, ya da çox yığcam şərh edilir. Belə hadisələrə I Şah Təhmasibin dəfn olunmasını, II İsmayılın vəfatından sonra fırıldaqçıların meydana çıxmasını, onun pul islahatları haqqında məlumatları və s. misal göstərmək olar. Əsərdə 70-80-ci illərin axırlarında baş vermiş müharibələr, I Abbasın taxta çıxması ərəfəsində Səfəvilər dövlətinin daxili siyasi vəziyyəti haqqında mühüm təfsilatlar vardır.

Mahmud Nətənzi istifadə etdiyi mənbələrin adını çəkmir. Lakin izahından aydın olur ki, onun qələmə aldığı məlumatların əsas hissəsi şəxsi müşahidələrə və rəsmi sənədlərə, habelə şahidlərin söylədiklərinə əsaslanır. Material hissələrə, yaxud fəsillərə bölünmədən, xronoloji ardıcıllıqla düzülmüşdür. Müəllif yalnız hadisələri deyil, həm də onların səbəblərini şərh etməyə cəhd göstərir74.

Şərəfxan Bidlisinin “Şərəfnamə”75 əsəri I Şah Təhmasibin hakimiyyətinin son illərində və II İsmayılın dövründə Səfəvilər dövləti haqqında bir çox maraqlı məlumatlar verir.

Y.İ.Vasilyevanın yazdığı kimi, “Şərəfxan öz salnaməsində İranda daxili siyasi hadisələrin, xüsusilə də, 1576-cı ildə I Şah Təhmasibin vəfatından sonrakı ictimai dövrünün düzgün qiymətini verir”76. Müəllif, Səfəvilərin feodal “nərdivanında” yüksək mövqe tutan Bidlis şəhərinin irsi hakimlər nəslindən idi. Şərəfxan təsvir etdiyi bir çox hadisələrin canlı şahidi və iştirakçısı olmuşdur. Məsələn, o, II Şah İsmayılın tapşırığı ilə “mərhum şahın” (I Təhmasibin – O.Ə.) var-dövlətini, dövlət xəzinəsini və qalan əmlakını” mühafizə etmiş və bunun ətraflı təsvirini vermişdi77. 1578-ci ildə Osmanlı hücumuna qədər Azərbaycanın daxili həyatı, əhalinin vəziyyəti və vergi sistemi haqqında onun verdiyi məlumatlar xüsusilə maraqlıdır.

Müharibənin əvvəlində Səfəvilərin uğursuzluqları və özünün xudbin mənafeyi ucbatından Şərəfxan Səfəvilərdən üz döndərərək Osmanlı sultanı III Muradın tərəfinə keçmiş, onun Azərbaycana yürüşlərində iştirak etmişdir. Əsərin sonuncu hissələrində Osmanlı informasiya mənbələrinin güclü təsiri hiss olunur və buna görə də 80-90-cı illərə dair məlumatlar tam deyildir və birtərəfli səciyyə daşıyır. Müəllif rəsmi Osmanlı təmayülünın tərəfdarı olmasa da, onun izahında Azərbaycanın və digər ölkələrin türklər tərəfindən işğalı idealizə edilmiş şəkildə işıqlandırılır. Bəzən Şərəfxan hadisələrin tarixini səhv göstərir. Məsələn, o, Krım xanı Məhəmməd Gireyin Azərbaycana yürüşünün hicri 992-ci (1584)78 ildə ildə baş verdiyini göstərir, halbuki həmin hadisə beş il əvvələ, yəni hicri 987-ci (1579) ilə aiddir. ”Şərəfnamə”nin bu yanlışlığı bir neçə əsərdə öz əksini tapmışdır və bu barədə müvafiq bölmədə bəhs ediləcəkdir.

Mövzunun işlənməsi üçün ən mühüm mənbələrdən biri görkəmli Azərbaycan tarixşünası İsgəndər bəy Türkman Münşinin “Tarix-i aləm arayi Abbasi” (“Dünyanı bəzəyən abbasın tarixi”) adlı sanballı əsəridir.

İsgəndər bəy Münşi (1560/61-1634) o dövr üçün gözəl təhsil almışdı, mahir xəttat, poeziya bilicisi idi. İsgəndər Münşi müxtəlif hakimlərin yanında maliyyə məmuru işləyərək, I Şah Abbasın birinci vəziri Hatəmbəy Ordubadinin himayədarlığı sayəsində yüksək mənsəbə çatmışdı. İsgəndər bəy yürüşlər və zəfərlər zamanı şahı müşayiət etmiş, Azərbaycanda, İranda, İraqda və digər ölkələrdə bir çox hadisələrin şahidi olmuşdur. İsgəndər bəy Münşinin əsəri girişdən (müqəddimə) və iki cilddən (səhifə) ibarət olub I Abbasın yarıməsrlik hakimiyyəti dövrünün ən mühüm və əvəzedilməz mənbəyidir79. Tədqiq edilən mövzu ilə əlaqədar bizi mənbənin “giriş” hissəsi maraqlandırdı. Burada İsgəndər bəy Münşi Səfəvilər sülaləsinin mənşəyindən söz açır, bu sülalənin ilk dörd şahının hakimiyyət tarixini şərh edir. Əsərin bu hissəsini müəllif özündən əvvəlki tarixşünasların materialları əsasında yazsa da, girişin kompilyativ səciyyəsi ilə yanaşı, burada müxtəlif bizim üçün naməlum olan mənbələrdən götürülmüş orijinal materiallara da təsadüf edilir. I Şah Təhmasibin daha çox adlı-sanlı müasirlərinə – məşhur xanlara və sultanlara, seyidlərə və şiə şeyxlərinə, vəzirlərə və müstöfilərə, xəttat, rəssam, şair, musiqiçi və xanəndələrə həsr olunmuş nadir bölmələri bunlara misal ola bilər. Bu şəxslərin hər biri haqqında onların fəaliyyətini səciyyələndirən qısa bioqrafik məlumatlar verilmişdir80.

“Müqəddimə”nin II İsmayılın və Məhəmməd Xudabəndənin hakimiyyət dövrlərinə həsr olunmuş bölmələri, bizim üçün olduqca qiymətli mənbə oldu. Çünki sinxron mənbələrin heç birində biz həmin illərin belə tam və təfsilatlı şərhinə rast gəlmədik.

Səfəvilər dövrünün digər tarixçilərinə nisbətən İsgəndər Münşi o dövrün tarixçiləri üçün nadir sayılan keyfiyyət üstünlüyü ilə fərqlənirdi. O özünün sələflərindən məlumatları sadəcə olaraq götürmür, həm də hadisələrə öz münasibətini bildirməklə, onları yenidən mənalandırmağa, səy göstərir. Münşi bəzən hadisələrin təzahürlərinə aludə olmur, onların tarixini vermir, əsas diqqətini bu hadisələrin mahiyyətinin açılmasına yönəldir. Bu mənada o, fikrimizcə öz müasirlərindən – salnaməçi olub, yalnız faktları qeydə almaqla kifayətlənən tarixçilərdən xeyli yüksəkdə dururdu.

Mövzunun işlənilməsi üçün olduqca vacib olan Avropa mənbələrini nəzərdən keçirək. Həmin sənədlərin qiyməti bundadır ki, onlar Səfəvilər dövlətinin Şərq salnaməçilərinin əsərlərində sərf-nəzər olunan sosial-iqtisadi həyat və siyasi quruluş

Скачать книгу

72

Nəqavət əl-asar fi-zikr əl-əxyar, təlif-i Mahmud b. Hidayətullah Afuşte-i Nətənzi, beehtemam-i doktor Ehsan Əşraqi. Tehran, 1350.

73

Nəqavət əl-asar, səh.22-24.

74

Ч.Стори. Персидская литература, ч. II, стр.865-867.

75

Scheref-nameh ou Histoire des Kourdes par Scheref, prince de Bidlis publiee… par V.Veliaminof-Zemof. Texte persan, t. I-II, St. Pbg. 1860-1862 (bundan sonra – “Şərəfnamə”). Hər iki cildin rusca tərcüməsi çapdan çıxmışdır. Шараф-хан ибн-Шамсаддин Бидлиси. Шараф-наме. Перевод, предисл., прим., прил. Е.И.Васильевой, т. I, M., 1967; т. II, M., 1976.

76

Шараф-наме, т. II (предисл. Е.И.Васильевой), стр.22.

77

Yenə orada, səh.231-232.

78

Şərəfnamə, с. II, səh.246.

79

Müəllif və onun əsəri haqqında ətraflı məlumat üçün bax: А.А.Рахмани. “Тарих-и азем арай-и Аббаси” как источник по истории Азербайджана. Баку, 1960.

80

Tarix-i aləm aray-i Abbasi, с. I, səh. 188-191.