Həbsxana . Qənimət Əlisaoğlu

Чтение книги онлайн.

Читать онлайн книгу Həbsxana - Qənimət Əlisaoğlu страница 6

Автор:
Жанр:
Серия:
Издательство:
Həbsxana  - Qənimət Əlisaoğlu

Скачать книгу

türməsi var, nə qaranlıq, nə də işıq. Onun üçün amnistiya da boş sözdür, koloniya da. Başını dik tutub şax yeriyir, heç kimin üzünə baxmağı özünə rəva bilmir. Daxilən tükənmiş adamdır, zahirən məğrur, əyilməz. Ümumiyyətlə, cəmiyyət tərəfindən sayılmayanlar ədalı olur. Onları xüsusi kameralarda – «smertnik»51, ya da «vışak»52 kamerasında saxlayırlar. Bu korpusda sakitlik hakimdir – milçək uçsa səsi eşidilər. Ağzıboş «nazor»ların verdikləri məlumata görə, «vışak»ları elə burada, Bayıl türməsinin zirzəmisində xüsusi təchiz olunmuş kamerada güllələyirlər (əgər, onlar «tranzit» deyilsə).

Bu əməliyyatı, adı bizə məlum olan iki starşina yerinə yetirir. Əməliyyat belə aparılır: gecə təqribən saat 11-dən sonra bütün «kormuşka»lar bağlanır. Bu prosesi nə qədər gizli aparmağa çalışsalar da, hökmən hiss olunur. Həmin gün adı məlum iki starşina adi vaxtlardan fərqli olaraq gecə öz iş yerlərində görünürlər ki, bu da əməliyyatı məhz onların aparmaqlarına maddi sübutdur. «Vışak» əvvəlcə həkim müayinəsindən keçir.

Ölümün astanasında olduğunu başa düşən «vışak»lar özlərini müxtəlif cür aparırlar. Qorxusundan kameradan çıxmaq istəməyib ürəyi partlayanlar da olur, zirzəmidəki xüsusi kameraya aparılanda şəstlə addımlayanlar da, özünü batıranlar da… «Vışak» heç vaxt güllələnməyə aparıldığını dəqiq bilmir. Adətən, «müstəntiq gəlib» bəhanəsi ilə aparılır. Ancaq o da uşaq deyil ki, yağlı dilə tutasan.

Xüsusi kameraya salınan «vışak» tərtibatlar arasında tərpənmək imkanından məhrum edilir və elə vəziyyətdə yerləşdirilir ki, dəmir qapının xüsusi deşiyindən onun təkcə allahlığı görünür. Mümkün altı sərbəstlik dərəcəsindən məhrum edilmiş «vışak» anbaan öz ölümünü gözləyir. Silah (avtomat) qabaqcadan sazlanır, ölüm hazır vəziyyətdə «vışak»ın başının üstündən asılır. Ölümün labüdlüyünü yüz faiz başa düşən «vışak», qapı üzünə örtüləndən sonra sosialist qanunçuluğunun ona bəxş etdiyi bu bir neçə saniyədə nə düşünür görəsən?

Üzünə ölüm hökmü oxunandan sonra ta bugünkü ana qədər «pomilovaniye»53 gözləyən bədbəxt ölümlə qucaqlaşmalı olduğu dəqiqədə də bağışlanacağını gözləyir?!

Ölüm avtomatın tətiyində!

Ölüm avtomatın lüləsində!

Ölüm «vışak»ın allahlığında!

Və bu üç nöqtə əslində cəllad vəzifəsini icra edən «starşinanın barmağının tərpənməsi ilə birləşir: bir insan ömrünə avtomat gülləsi uzunluğunda nida işarəsi qoyulur.

İnsanın insana xidmətinin qəribə formasıdır bu…

Humanist qanunlarımızın təntənəli yekunudur bu…

Bir neçə dəqiqədən sonra qapı açılır, meyit götürülür. Qan yeraltı yolla Xəzər dənizinə axıdılır…

Qəbul et, anamız Xəzər, qəbul et! Bir zavallının da qanını öz sularına qarışdır. Bu əmri icra edən zabit, yaxud cinayət işini şişirdib bu nəticəyə gətirən müstəntiq də həmin gün bir sarışın Marusya, yaxud qarayanız Nairi ilə sənin zümrüd ləpələrinə baş vursun, qan qarışmış suyundan bir ovuc götürüb onun mərmər sinəsinə çiləsin…

Başqa bir «xanım» isə əlində «Hökm yerinə yetirildi!» yazılmış bir parça kağız körpələrini başına yığıb ağladıqca-ağlasın.

«Atam haradadır? Atama nə olub?» suallarına ürək parçalayan hönkürtüylə cavab versin.

Allah da hər iki səhnəyə səbirlə tamaşa etsin, haqlını haqsızdan ayırmağı uzaq, naməlum bir vaxta, axirət gününə saxlasın.

Başqa bir «nazor»un dediklərinə görə meyitin başı balta ilə bədənindən ayrılır, baş sinə üstünə qoyulur və bu sayaq şəkil çəkilir. «Hökm yerinə yetirildi!» cümləsi ilə bu şəkil də təsdiqedici fakt kimi Moskvadakı cənablara göndərilir.

Bu da inandırıcıdır, hər halda «öldü» sözünü «öldürüldü» sözündən fərqləndirən bir şəkil hökmən olmalıdır. Daha Moskvaya meyitin özünü göndərməyəcəklər ki…

Qətl axşamı başa çatır. İcraçılar akt tərtib edib qollayırlar. Səhəri gün tezdən saat 7-8 radələrində pəncərələri bağlı «UAZ» naməlum istiqamətə yol alır. Filan nömrəli məhbusun başı kəsilmiş meyiti yandırılmaq üçün filan yerə aparılır…

… İçəri girməyimlə arxamca qapının bağlanması bir oldu. Gözlərim alacalandı. Yarıqaranlıq otaqda sifətlərinə qeyri-adi sarı rəng çökmüş bir dəstə adam vardı. kimi öz yerində uzanmış, kimi də stol arxasında oturmuşdu. 22 göz dikilmişdi gözümə. Hələ bu yerlərin qayda-qanunlarına bələd olmadığımdan çaşıb qalmışdım. 50-55 yaşlarında arıq, sifəti qırışmış, gözləri işıldayan yəhudi yaxınlaşıb salamımı aldı. Oturmağa yer göstərdi. Nəfəsimi dərib oturdum.

– Yaşa, – deyə özünü təqdim etdi, – Yakov Danil. Köhnə işlə Qaradağdan gəlmişəm. «Karandaş»gillə tutulanlardanam. Bu yoldaşları sənə təqdim edim: Adil – Salyandan gəlib, 88-1-lə oğurluq mal satdığı üçün tutulub. Cəfər – rüşvət almaya-almaya rüşvət maddəsi ilə gəlib. Bəxtiyar – naxçıvanlıdır, 88-1-lə gəlib. «Avşaq»ımız – bu cavan oğlandır. Sabah məhkəməsidir. Bu biri Bəxtiyar isə «barıqa» kimi tutulub…

Tanışlıq uzun çəkdi. Təqdim olunanlar haqqında əlavə məlumat verənlər də tapıldı.

«Nara»nın birinci mərtəbəsində lap axırıncı yerdə «sever»in qabağında bir məhbus da oturmuşdu. Sakitcə qulaq asır, söhbətə qoşulmurdu. Maraqlı idi ki, tanışlıq verənlərdən onu xatırladan olmadı.

Özümü təqdim etdim. Bütün titul və vəzifəmi, çoxsaylı maddələrimi saydım.

– Bundan sonra yadda saxla, – Cəfər dilləndi, belə maddələrə buket deyirlər. Müzəffərə ilişmisənsə, işin çətin olacaq. O, Sabirin qudasıdır.

Suallara təmkinlə, sakitcə cavab verirdim. Axır ki, dillər yoruldu, suallar tükəndi.

– Yaxşı, – Yaşa ətrafa göz gəzdirdi, – müəllim harda yatacaq?

Gözlədiyimin əksinə olaraq mənə öz yerlərini verənlərin sayı çox oldu. Həm də bir tərəfdən bəxtim gətirmişdi ki, formal surətdə «avşaq» vəzifəsini icra edən Baloğlan sabah məhkəməyə gedəcək, çox güman ki, sabah da öz «srok»54unu alacaq və «osujdyonka»55 kamerasına salınacaqdı. Demək, yer boşalacaqdı. Müzakirə mənim xeyrimə həll olundu: hələlik

Скачать книгу

51

Ölümlü (rusca).

52

Güllələmə cəzası almışlara deyilir (vısşiy sözündən – rusca).

53

Əfv, bağışlanma (rusca).

54

Həbs müddəti (rusca).

55

Məhkəməsi olmuş dustaqlar (rusca).