KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс

Чтение книги онлайн.

Читать онлайн книгу KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс страница 11

Жанр:
Серия:
Издательство:
KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс

Скачать книгу

hər hansı bir əmtəə eyni zamanda ümumi nisbi dəyər formasında da iştirak etsəydi, o özü gərək özü üçün ekvivalent olaydı. Onda biz: 20 arşın kətan = 20 arşın kətana tənliyini almış olardıq ki, bu da nə dəyəri, nə də dəyər kəmiyyətini ifadə etməyən tavtologiyadır. Ümumi ekvivalentin nisbi dəyərini ifadə etmək üçün biz, əksinə, III formanı tərsinə çevirməliyik. Ümumi ekvivalent bütün qalan əmtəələr üçün ümumi olan nisbi dəyər formasına malik deyildir, onun dəyəri isə bütün başqa əmtəə cisimlərinin sonsuz sırasında nisbi surətdə ifadə olunur. Beləliklə, geniş nisbi dəyər forması, yaxud II forma, ekvivalent əmtəənin spesifik nisbi dəyər forması olur.

3) Ümumi dəyər formasından pul formasına keçilməsi

      Ümumi ekvivalent forma ümumiyyətlə dəyər formasıdır. Deməli, bu forma hər bir əmtəəyə məxsus ola bilər. Digər tərəfdən, hər hansı bir əmtəə ancaq o zaman və o dərəcədə ümumi ekvivalent formasında (I–III formada) olur ki, ekvivalent olmaq etibarı ilə onu bütün başqa əmtəələr öz aralarından kənar edir. Belə kənar olunmaq bir spesifik əmtəə növünün qəti nəsibi olduğu zamandan, yalnız bu zamandan etibarən əmtəə aləminin vahid nisbi dəyər forması obyektiv sabitlik və ümumi ictimai əhəmiyyət kəsb edir.

      Natural forma ilə ekvivalent formanın ictimai cəhətdən qovuşduğu spesifik əmtəə növü dönüb pul əmtəə olur, yaxud pul vəzifəsi daşıyır. Əmtəə aləmində ümumi ekvivalent rolu oynamaq onun spesifik ictimai vəzifəsi olur, deməli, onun ictimai inhisarı olur. II formada kətanın xüsusi ekvivalentləri olan, III formada isə öz nisbi dəyərlərini kətanda ifadə edən əmtəələr arasında bu üstün yeri tarixən müəyyən bir əmtəə, məhz qızıl əldə etmişdir. Buna görə də III formada kətan əmtəənin yerinə qızıl əmtəəni qoyaq. Onda belə alınar:

D. PUL FORMASI

      I formadan II formaya və II formadan III formaya keçildikdə mühüm dəyişikliklər olur. Əksinə, IV forma III formadan ancaq bununla fərqlənir ki, indi kətan əvəzində qızıl ümumi ekvivalent formaya malikdir. III formada kətan nə kimi rol oynayırdısa, IV formada qızıl eyni rolu – ümumi ekvivalent rolunu oynayır. Tərəqqi ancaq ondan ibarətdir ki, bütün başqa əmtəələrə bilavasitə mübadilə olunmaq forması, yaxud ümumi ekvivalent forma indi ictimai adət gücünə qızıl əmtəənin spesifik natural forması ilə qəti surətdə qovuşmuşdur.

      Qızıl ancaq ona görə başqa əmtəələrin qarşısına pul kimi çıxır ki, o əvvəlcə onların qarşısına əmtəə kimi çıxmışdı. Bütün başqa əmtəələr kimi, qızıl həm ekvivalent – tək mübadilə hallarında tək ekvivalent olmuş, həm də başqa ekvivalent əmtəələrlə yanaşı xüsusi ekvivalent vəzifəsi daşımışdır. Tədricən qızıl az-çox geniş dairədə ümumi ekvivalent vəzifəsi daşımağa başlamışdır. Əmtəə aləminin dəyərləri ifadəsində qızıl bu mövqeyi öz inhisarı altına aldıqda dərhal dönüb pul əmtəə olur və ancaq belə bir əmtəə olduğu zamandan etibarən IV forma III formadan fərqlənməyə başlayır, başqa sözlə desək, ümumi dəyər forması pul formasına çevrilir.

      Bir əmtəənin, məsələn kətanın dəyərinin artıq, pul əmtəə vəzifəsi daşıyan əmtəədə, məsələn qızılda sadə nisbi ifadəsi qiymət formasıdır. Deməli, kətanın «qiymət forması» belədir:

      20 arşın kətan = 2 unsiya qızıla,

      yaxud, 2 funt sterlinq iki unsiya qızılın sikkə adıdırsa, onda

      20 arşın kətan = 2 funt sterlinqə.

      Pul forması anlayışının çətinliyi ancaq ümumi ekvivalent formanı, deməli, ümumiyyətlə ümumi dəyər formasını, III formanı anlamaqdakı çətinlikdən ibarətdir. III forma retrospektiv surətdə II formaya, geniş dəyər formasına çevrilir, geniş dəyər formasının əsasını təşkil edən ilkin ünsür isə I formadır: 20 arşın kətan = 1 sürtuka, yaxud x miqdar A əmtəə = y miqdar B əmtəəyə. Buna görə də sadə əmtəə forması pul formasının rüşeymidir.

      4. ƏMTƏƏ FETİŞİZMİ VƏ ONUN SİRRİ

      İlk nəzərdə əmtəə çox sadə, ən adi bir şey kimi görünür. Onun təhlili göstərir ki, əmtəə qəribəliklərlə, metafizik incəliklər və teoloji hiylələr ilə dolu bir şeydir. Biz əmtəəni istər belə bir nöqteyi-nəzərdən tədqiq edək ki, o öz xassələri ilə insan tələbatını ödəyir, istərsə belə bir nöqteyi-nəzərdən tədqiq edək ki, o həmin xassələri insan əməyinin məhsulu kimi əldə edir, – istehlak dəyəri olmaq etibarı ilə əmtəədə müəmmalı heç bir şey yoxdur. Özlüyündə aydındır ki, insan öz fəaliyyəti ilə təbiət maddələrinin formalarını özünə faydalı istiqamətdə dəyişdirir. Məsələn, ağacdan stol düzəldərkən onun formaları dəyişilir. Bununla belə, stol yenə də ağaclığında qalır, – hisslə qavranılan adi bir şey olaraq qalır. Lakin bu stol əmtəə olan kimi hissi-fövqəlhissi bir şeyə çevrilir. O nəinki dörd ayağı üstündə yerdə durur, habelə bütün digər əmtəələr qarşısında başı üstə də durur və onun bu taxta kəlləsi elə qəribəliklər doğurur ki, stol öz təşəbbüsü ilə ortalığa atılıb oynamağa başlasaydı, bu qədər təəccüblü olmazdı29.

      Beləliklə, əmtəənin mistik xarakteri onun istehlak dəyərindən doğmur. Onun bu xarakteri dəyərə verilən təriflərin məzmunundan da doğmur. Əvvələn, ona görə ki, faydalı əməyin, yaxud məhsuldar fəaliyyətin ayrı-ayrı növləri nə qədər müxtəlif olsa da, fizioloji cəhətdən bunlar insan orqanizminin funksiyalarıdır və bu funksiyalardan hər biri, onun məzmunu və forması necə olursa-olsun, əslində insan beyninin, əsəblərinin, əzələlərinin, hiss üzvlərinin və i.a. məsrəfidir. İkincisi, dəyər kəmiyyətinin müəyyən edilməsinin əsasını təşkil edən şey, məhz belə məsrəflərin müddəti, yaxud əməyin miqdarı əməyin keyfiyyətindən tamamilə aydın surətdə fərqlənir. Hər bir cəmiyyətdə yaşayış vasitələri istehsalına sərf edilən iş vaxtı, müxtəlif inkişaf pillələrində eyni dərəcədə olmasa da, hər halda insanları maraqlandırmalı idi30. Nəhayət, bir halda ki, insanlar hər necə olsa da bir-biri üçün işləyirlər, bununla da onların əməyi ictimai forma alır.

      Beləliklə, bəs əmək məhsulu əmtəə forması aldıqda onun dərhal müəmmalı xarakteri haradan doğur? Yəqin ki, bu formanın özündən. İnsan əməyinin müxtəlif növlərinin bərabərliyi əmək məhsullarının eyni dəyər predmetliyi kimi bir şey forması alır; insan iş qüvvəsi məsrəflərinin bu qüvvənin sərf edildiyi müddətlə ölçülməsi əmək məhsullarının dəyər kəmiyyəti formasını alır; nəhayət, istehsalçılar arasında olan və onların əməyinin ictimai xassələrini aşkara çıxaran münasibətlər əmək məhsullarının ictimai münasibəti formasını alır.

      Deməli, əmtəə formasının əsrarəngizliyi sadəcə bundan ibarətdir: o elə bir güzgüdür ki, insanların öz əməyinin ictimai xarakterini onlara əmək məhsullarının öz şey xarakteri kimi, həmin şeylərin fitrətən malik olduğu ictimai xassələr kimi əks etdirir; buna görə məcmu əməyə istehsalçıların ictimai

Скачать книгу


<p>29</p>

Xatırladaq ki, Çin və stollar – pour encourager 1es autres [başqalarını ruhlandırmaq üçün] məhz elə bir zamanda oynamağa başlamışdılar ki, bu zaman bütün qalan aləm, deyəsən tam sükunət halında görünürdü.

<p>30</p>

İkinci nəşrə qeyd. Qədim germanlar arasında bir morgen torpağın kəmiyyəti birgünlük əməklə ölçülürdü; buradan da morgenin adları irəli gəlir: Tagwerk (və ya Tagwanne) (yurnale və ya jurnalis, terra jurnalis və ya diurnalis), Mannwerk, Mannskraft, Mannsmaad, Mannshauet və i.a.