KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс
Чтение книги онлайн.
Читать онлайн книгу KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс страница 14
– Doğrudur siyasi iqtisad dəyəri və dəyər kəmiyyətini – kifayət qədər olmasa da – təhlil etmiş34 və bu formalarda gizlənən məzmunu aşkar çıxarmışdır! Lakin siyasi iqtisad bircə dəfə də belə bir sual verməmişdir ki, nəyə görə bu (məzmun belə bir forma alır, başqa sözlə desək – nəyə görə əmək dəyərdə ifadə olunur, əməyin ölçüsü olmaq etibarı ilə onun sərf olunduğu müddət isə əmək məhsulunun dəyər kəmiyyətində35? İnsanın istehsal prosesi üzərində deyil, istehsal prosesinin insanlar üzərində hakim olduğu bir ictimai formasiyaya mənsub olmaq damğası daşıyan formullar siyasi iqtisadın burjua düşüncəsinə özlüyündə aydın olan bir şey kimi, məhsuldar əmək qədər təbii və zəruri bir şey kimi görünür. Buna görə də kilsə xadimləri xristianlıqdan əvvəlki dinlərə necə xor baxırlarsa, siyasi iqtisad da burjua ictimai istehsal orqanizmindən əvvəlki ictimai istehsal orqanizmi formalarına təqribən eləcə xor baxır36.
Mübadilə dəyərinin yaradılması prosesində təbiətin rolu haqqında bəzi iqtisadçıların darıxdırıcı və mənasız mübahisəsi də göstərir ki, əmtəə aləminə xas olan fetişizm, yaxud əməyin ictimai təriflərinin şey şəklində görünməsi bu iqtisadçıları nə dərəcədə çaşdırır. Mübadilə dəyəri şeyin istehsalına sərf olunmuş əməyi ifadə etmək üçün ancaq müəyyən bir ictimai üsul olduğuna görə, özlüyündə aydındır ki, təbiətin verdiyi maddə, məsələn, veksellərin məzənnəsində nə qədərdirsə, mübadilə dəyərində də bundan artıq deyildir.
Əmtəə forması burjua istehsalının ən ümumi və ən az inkişaf etmiş forması olub, bunun da nəticəsində, keçmiş dövrlərdə indiki qədər hakim və, deməli, xarakterik bir forma olmasa da, çox erkən meydana çıxdığına görə, adama elə gəlir ki, onun fetişlik xarakterini hələ nisbətən asanlıqla görmək olar. Lakin daha konkret formalarda onun hətta bu zahiri sadəliyi də aradan qalxır. Monetar sistemindəki illüziyalar haradan meydana gəlir? Ondan meydana gəlir ki, bu sistem pul olmaq etibarı ilə qızıl və gümüşün ictimai istehsal münasibətini təmsil etdiyini, lakin qəribə ictimai xassələri olan təbiət şeyləri formasında təmsil etdiyini görməmişdir. Monetar sisteminə bu qədər təkəbbürlə yanaşan müasir siyasi iqtisadı götürün: məgər o, kapitalı tədqiq etməyə, başlayan kimi onun fetişizmi dərhal tamamilə hiss edilmirmi? Torpaq rentasının cəmiyyətdən deyil, torpaqdan meydana gəlməsi haqqında fiziokratların illüziyası çoxdanmı aradan qalxmışdır?
Lakin irəliyə qaçmamaq üçün biz burada əmtəə formasının özünə aid olan daha bir misalla kifayətlənəcəyik. Əmtəələrin dili olsaydı, onlar deyərdi: bizim istehlak dəyərimiz bəlkə də insanları maraqlandırır. Biz şey olduğumuza görə, bunun bizə dəxli yoxdur. Lakin bizim maddi təbiətimizə dəxli olan ancaq dəyərdir. Bizim özümüzün bir şey-əmtəə kimi tədavül etməyimiz buna ən yaxşı sübutdur. Biz bir-birimizə ancaq mübadilə dəyərləri kimi münasibətdə oluruq. İndi dinləyib görək əmtəənin qəlbi iqtisadçının dili ilə nələr söyləyir:
«Dəyər» (mübadilə dəyəri) «şeylərin xassəsidir, sərvət» (istehlak dəyəri) «insanın xassəsidir. Bu mənada dəyər hökmən mübadilənin olmasını tələb edir, sərvət isə–yox»). «Sərvət» (istehlak dəyəri) «insanın atributudur, dəyər – əmtəənin atributudur. İnsan və ya cəmiyyət sərvətli olur; inci və ya almaz qiymətli olur… İnci və ya almaz bir inci və ya almaz olaraq dəyərə malik olur»).
İndiyədək hələ heç bir kimyaçı incidə və almazda mübadilə dəyəri kəşf etməmişdir. Lakin dərindən tənqidi düşündüklərini iddia edən və bu «kimyəvi» maddəni ixtira edən iqtisadçılar hesab edirlər ki, dəyər şeylərin özünə məxsusdur, onların istehlak dəyəri isə onların maddi xassələrindən asılı deyildir. Həmin iqtisadçıların bu əqidəsini belə qəribə bir cəhət möhkəmləndirir ki, şeylərin istehlak dəyəri insanlar üçün mübadiləsiz, yəni şeylə insan arasındakı bilavasitə münasibətdə reallaşır, halbuki dəyər ancaq mübadilədə, yəni müəyyən ictimai prosesdə reallaşa bilər. Burada sadədil Doqberini necə də xatırlamayasan ki, o, gecə gözətçisi Sikola37 belə şeylər öyrədir: «gözəllik şəraitin verdiyi nemətdir, oxuyub yazmaq məharətini isə təbiət verir».
İKİNCİ FƏSİL
MÜBADİLƏ PROSESİ
Əmtəələr özləri bazara gedib bir-biri ilə mübadilə oluna bilməz. Deməli, biz onları saxlayanlara, əmtəə sahiblərinə müraciət etməliyik. Əmtəələr şeydir və buna görə də insan qarşısında acizdir. Əmtəələr öz xoşu ilə getmirsə, insan onlara zor işlədə bilər, yəni onları götürüb apara bilər38. Müəyyən şeylər arasındakı münasibətlərin əmtəə münasibətləri ola bilməsi üçün əmtəə sahibləri arasındakı münasibətlər gərək elə şəxslərin münasibətlərindən ibarət olsun ki, onların bu şeylərə iradəsi çatsın: beləliklə, bir əmtəə sahibi yalnız digərinin iradəsi üzrə, deməli, onlardan hər biri yalnız onların hər ikisi üçün ümumi olan iradə tədbiri vasitəsi ilə öz əmtəəsini özgəsinə verib özgə əmtəəsinə yiyələnə bilər. Deməli, onlar bir-birini xüsusi mülkiyyətçi kimi tanımalıdırlar. Bu yuridik münasibət, – bunun da forması müqavilədir, həm də bu müqavilənin qanunla təsbit edilib-edilməməsinin fərqi yoxdur, – iradə münasibətidir, bunda da iqtisadi münasibət əks olunur. Bu yuridik münasibətin və ya iradə münasibətinin məzmununu iqtisadi münasibət özü verir39. Burada şəxslər bir-biri üçün ancaq əmtəələrin nümayəndələri kimi, yəni əmtəə sahibləri kimi mövcuddurlar. Tədqiqat gedişində biz ümumiyyətlə görəcəyik ki, şəxslərin xarakterik iqtisadi maskaları ancaq iqtisadi münasibətlərin təcəssümüdür və bu şəxslər həmin münasibətlərin təmsilçiləri kimi bir birinə qarşı dururlar.
Əmtəə sahibini öz əmtəəsindən fərqləndirən məhz odur ki, əmtəə üçün hər bir başqa əmtəə cismi ancaq onun öz dəyərinin təzahür formasıdır. Anadangəlmə bərabərləşdirici və həyasız olan əmtəə nəinki öz canını, hətta öz cismini də hər bir başqa əmtəə ilə, hətta simaca Maritornesdən də eybəcər bir əmtəə
34
Dəyər kəmiyyətinin Rikardo tərəfindən edilən təhlilinin qənaətbəxş olmaması – bu isə dəyər kəmiyyətinin ən yaxşı təhlilidir – bu əsərin üçüncü və dördüncü kitablarında göstəriləcəkdir. Ümumiyyətlə dəyərə gəldikdə, klassik siyasi iqtisad dəyərdə ifadə olunan şəkildəki əməklə məhsulun istehlak dəyərində ifadə olunan eyni əmək arasında heç bir yerdə tam aydın və şüurlu surətdə açıqca fərq qoymur. Faktik surətdə klassik siyasi iqtisad, əlbəttə, belə bir fərq qoyur, çünki birinci halda əməyi miqdar cəhətindən, ikinci halda isə keyfiyyət cəhətindən nəzərdən kecirir. Lakin onun heç ağlına da gəlmir ki, əmək növlərinin xalis miqdarca fərqi onların keyfiyyət vəhdəti və ya bərabərliyini, deməli, onların abstrakt insan əməyinə müncər olmasını nəzərdə tutur. Məsələn, Rikardo deyir ki, o, Destüt de Trasinin bu sözlərinə şərikdir: “Fiziki və mənəvi qabiliyyətlərimizin yeganə ilkin sərvət olması tamamilə aşkar olduğuna görə, bu qabiliyyətlərin tətbiq olunması, yəni əmək bizim ilkin xəzinəmizdir. Sərvət adlandırdığımız bütün şeyləri ancaq bu qabiliyyətlərin tətbiq edilməsi yaradır… Bu da aydındır ki, bütün bu şeyləri ancaq bu qabiliyyətlərin tətbiq edilməsi yaradır… Bu da aydındır ki, bütün bu şeylər ancaq onları yaradan əməyi təmsil edir və əgər bunların dəyəri, yaxud hətta iki müxtəlif dəyəri vardırsa, bu dəyər ancaq həmin şeyləri doğuran əməyin dəyərindən törəyir“ (Ricardo. „The Principles of Political Esonomy“. Biz ancaq bunu qeyd edəcəyik ki, Rikardo Destütə bu məsələ haqqında özünün daha dərin olan anlayışını isnad verir. Doğrudur, Destüt, bir tərəfdən, deyir ki, sərvətimizi təşkil edən bütün şeylər, “onları yaradan əməyi təmsil edir“, lakin, digər tərəfdən, o iddia edir ki, bunların “iki müxtəlif dəyəri” (istehlak dəyəri və mübadilə dəyəri) „əməyin dəyərindən“ törəyir. Beləliklə, o, bir əmtəənin (burada əməyin) dəyəri olduğunu fərz edib, sonra bunun vasitəsi ilə başqa əmtəələrin dəyərini müəyyən edən vulqar siyasi iqtisadın bu bayağı fikirlərini təkrar edir. Rikardo isə Destütü belə oxuyur: istehlak dəyərində də, mübadilə dəyərində də əmək (əməyin dəyəri yox) təmsil olunur. Lakin Rikardo özü ikili şəkildə təmsil olunan əməyin ikili xarakterkni o qədər pis ayırd edir ki, „Dəyər və sərvət, bunların fərqləndirici xassələri” adlı bütöv bir fəsil boyunca J. B. Sey kimi bir çənabın bayağı fikirləri ilə əlləşməyə məcbur olur. Ən axırda Rikardo heyrətlə görür ki, Destüt onunla birlikdə əməyi dəyərin mənbəyi hesab etsə də, dəyər anlayışına verdiyi tərifdə eyni zamanda Sey ilə də şərik olur.
35
Klassik siyasi iqtisadın əsas nöqsanlarından biri bundan ibarətdir ki, heç bir zaman əmtəənin və xüsusən əmtəə dəyərinin təhlildən dəyəri məhz mübadilə dəyəri edən dəyər formasını hasil edə bilməmişdir. Məhz özünün A. Smit və Rikardo kimi ən yaxşı nümaytəndələrinin şəxsində klassik siyasi iqtisad dəyər formasını əmtəənin təbiətinə əsla dəxli olmayan və hətta ondan kənarda olan bir şey hesab edir. Səbəbi də təkcə o deyil ki, klassik siyasi iqtisadın bütün diqqətini dəyər kəmiyyətinin təhlili cəlb edir. Bunun səbəbi daha dərindir. Əmək məhsulunun dəyər forması burjua istehsal üsulunun ən abstrakt və eyni zamanda ən ümumi formasıdır: məhz bu forma onun ictimai istehsalın xüsusi bir növü olduğunu, bununla bərabər tarixi bir istehsal üsulu olduğunu göstərir. Burjua istehsal üsuluna ictimai istehsalın əbədi bir təbii forması kimi baxdıqda isə, dəyər formasının spesifik xüsusiyyətləri də, deməli, əmtəə formasının, sonrakı inkişafda isə pul formasının, kapital formasının və i. a. spesifik xüsusiyyətləri də hökmən nəzərdən qaçmış olacaqdır. Buna görə də, dəyər kəmiyyətinin iş vaxtı ilə ölçüldüyünü qəbul edən iqtisadçılarda pul haqqında, yəni mükəmməl şəkil almış ümumi ekvivalent haqqında olduqca müxtəlif və ziddiyyətli təsəvvürlərə rast gəlirik. Bu hal, məsələn, bank işinin tədqiqində xüsusilə aydın meydana çıxır, burada isə pul haqqında arada gəzən adi təriflərlə iş aşmaz. Bunun əksinə olaraq, yeni şəkildə bərpa olunmuş merkantilizm sistemi (Qanil və başqaları) meydana gəlmişdir ki, bu da dəyəri ancaq ictimai forma hesab edir, yaxud, daha doğrusu, dəyəri bu formanın hər bir substasiyadan məhrum bir inikası hesab edir. – Həmişəlik qeyd etməliyəm ki, mən klassik siyasi iqtisad dedikdə, U. Pettidən başlayan və burjua istehsal münasibətlərinin daxili asılılıqlarını tədqiq edən bütün siyasi iqtisadı nəzərdə tuturam. Klassik siyasi iqtisadın əksinə olaraq, vulqar siyasi iqtisad ancaq nəzərə gələn, zahiri asılılıqlar sahəsində eşələnir, elmi siyasi iqtisadın artıq çoxdan işləyib hazırladığı materialı daim yenidən çeynəyib tökür, bununla da iqtisadi həyatın ən qaba hadisələrinin burjuaziya üçün münasib şərhini vermək və bu hadisələri burjuaların ev güzəranına uyğunlaşdırmaq məqsədi güdür. Qalan sahələrdə isə bununla kifayətlenir ki, Burjua istehsal xadimlərinin öz aləmlərini ən yaxşı aləm hesab edən çeynənmiş və lovğa təsəvvürlərini pedantcasına sistemləşdirir və bu təsəvvürləri əbədi həqiqət elan edir.
36
İqtisadçılar öz mühakimələrində çox qəribə bir üsul işlədirlər. Onların fikkrincə, ancaq iki cür təsisat vardır: biri süni təsisat, digəri də təbii təsisatdır. Feodalizm təsisatı süni təsisatdır, burjua təsisatı isə təbii təsisatdır. Bu halda iqtisadçılar teoloqlara bənzəyirlər, çünki teoloqlar da iki cür din olduğunu iddia edirlər. Hər bir yad din insanların uydurmasıdır, onların öz dini isə allahın vəhyidir… Beləliklə, indiyə qədər tarix var imiş indi isə daha yoxdur” (Karl Marks: “Fəlsəfə yoxsulluğu. C-b Prudonun “Yoxsulluq fəlsəfəsinə cavab”, 1847, səh. 113 [bax K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 4-cü cild, səh. 142]). Qədim yunanların və romalıların ancaq qarətlə yaşadıqlarını güman edən c-b Bastia həqiqətən gülüncdür. Axı insanlar əsrlər boyu qarətlə yaşayırlarsa, yəqin ki, həmişə qarət edilməsi mümkün olan bir şey olmalı, başqa sözlə desək, qarət edilən şeylər arası kəsilmədən təkrar istehsal olunmalıdır. Buna görə də güman etmək lazımdır ki, yunanlarla romalıların da müəyyən bir istehsal prosesi, müəyyən iqtisadiyyatı olmuş və burjua iqtisadiyyatı müasir dünyanın bazisi olduğu dərəcədə həmin iqtisadiyyat da onların dünyasının maddi bazisi olmuşdur. Yaxud bəlkə də Bastia demək istəyir ki, qul əməyinə əsaslanan istehsal üsulu bununla da qarət sisteminə əsaslanır? Bu Halda o, təhlükəli bir yol tutmuş olur. Lakin Aristotel kimi nəhəng bir mütəfəkkir qul əməyinə qiymət verərkən səhv edirdisə, nəyə görə biz Bastia kimi cırtdan bir iqtisadçıdan muzdlu əməyə düzgün qiymət verəcəyini gözləməliyik?–Bu fürsətdən istifadə edərək mən bir alman – amerikan qəzetində Siyasi iqtisadın tənqidinə dair“ (1859) əsərim haqqında çıxan etiraza qısaca cavab vermək istəyirəm. Mənim fikrimcə, müəyyən istehsal üsulu və buna uyğun olan istehsal münasibətləri, bir sözlə desək – „cəmiyyətin iqtisadi quruluşu real bazis təşkil edir, bunun üzərində hüquqi və siyasi üstqurum yüksəlir və müəyyən ictimai şüur formaları buna müvafiq olur“, „maddi həyat istehsalı üsulu ümumiyyətlə ictimai, siyasi və mənəvi həyat prosesləri üçün şərt olur“ (bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 6,7] – mənim bu baxışım qəzetin fikrincə, maddi mənafeyin hökm sürdüyü müasir dünya haqqında doğrudur, lakin nə katolisizmin hökm sürdüyü orta əsrlərə, nə də siyasətin hökm sürdüyu qədim Afinaya və ya Romaya tətbiq oluna bilməz. Hər şeydən əvvəl qəribə burasıdır: hələ də elə bir adam tapılıb güman edə bilir ki, orta əsrlər və antik dünya haqqında arada gəzən bu ibarələr kimə isə məlum deyilmiş. Hər halda aydındır ki, orta əsrlər katolisizmlə, antik dünya isə siyasətlə yaşaya bilməzdi. Əksinə, həmin dövrlərdə yaşayış vasitələri əldə etmək üçün işlədilən üsul izah edir ki, nəyə görə bir halda siyasət, digər halda katolisizm başlıca rol oynamışdır. Bundan əlavə məsələn, Roma respublikasının tarixinə dair xüsusilə dərin bilik sahibi olmadan da bilmək olar ki, onun tarixinin sirri torpaq mülkiyyətinin tarixindədir. Digər tərəfdən, hələ Don-Kixot sərgərdan cəngavərliyə cəmiyyətin bütün iqtisadi formalarında eyni dərəcədə yol verilə biləcəyini güman etməklə buraxdığı səhvin ağır bəlasını çəkməli olmuşdu.
37
“Observations”un müəllifi və S. Beyli Rikardsonu bunda ittiham edirlər ki, o, mübadilə dəyərinnn nisbi xarakterini görməmiş və onu mütləq bir şeyə çevirmişdir. Əslində isə əksinədir: bu şeylərin, məsələn almaz və incinin bir mübadilə dəyəri kimi malik olduqları zahiri nisbiliyi o həmin şeylərin zahiri görünüşü arxasında gizlənən həqiqi münasibətə, insan əməyinin bəsit ifadələri olmaq etibarı ilə onların nisbiliyinə müncər etmişdir. Rikardoçular Beyliyə inandırıcı şəkildə deyil, kobud bir şəkildə cavab vermişlərsə, bu ancaq ona görədir ki, onlar dəyərlə dəyər forması, yaxud mübadilə dəyəri arasında daxili əlaqə haqqında Rikardsonun özündə bir şey tapa bilməmişdilər.
38
Öz möminliyi ilə şöhrət tapmış XII əsrdə əmtəələr arasında çox qəribə şeylərə təsadüf edilirdi. Məsələn, o zamankı fransız şairlərindən biri Landi yarmarkasında olan əmtəələr arasında çit, çəkmə, gön, kənd təsərrüfatı alətləri, dəri və sairə ilə yanaşı olaraq “
39
Prudon öz əbədi ədalət,