KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс
Чтение книги онлайн.
Читать онлайн книгу KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс страница 17
Əmtəələrin ümumiyyətlə dəyər forması kimi, onların qiyməti də, yaxud pul forması da onların hisslərlə qavranılan real cismani formasından fərqli bir şeydir, deməli, ancaq təsəvvürdə mövcud olan yalnız ideal formadır. Dəmir, kətan, buğda və sairənin dəyəri, gözlə görünməsə də, şeylərin özündə mövcuddur; dəyər bunların qızıla bərabərliyində, qızıla nisbətində, onların, necə deyərlər, ancaq beynindəki nisbətdə ifadə olunur. Buna görə də əmtəələri saxlayan şəxs əmtəələrin qiymətini xarici aləmə bildirmək üçün öz dilini onların ixtiyarına verməli və ya onların üstünə kağız yarlıqlar yapışdırmalı olur51. Əmtəə dəyərlərinin qızılda ifadəsi ideal xarakter daşıdığına görə, bu əməliyyat üçün də ancaq fikrən təsəvvür edilən qızıl, yaxud ideal qızıl tətbiq oluna bilər. Hər bir əmtəə sahibi bilir ki, öz əmtəələrinin dəyərini qiymət formasına, yaxud fikrən təsəvvür olunan qızıl formasına salmışsa, hələ heç də öz əmtəələrini əsil qızıla çevirməmişdir və milyonlarla hesablanan əmtəə dəyərlərini qızılda ifadə etmək üçün ona zərrə qədər də real qızıl lazım deyildir. Deməli, dəyər ölçüsü rolunu pul ancaq fikrən təsəvvür olunan pul, yaxud ideal pul kimi oynayır. Bu vəziyyət pul haqqında ən mənasız nəzəriyyələr doğurmuşdur. Dəyər ölçüsü funksiyasını ancaq fikrən təsəvvür olunan pul yerinə yetirirsə də qiymət tamamilə real pul materialından asılıdır. Dəyər, yəni, məsələn, bir ton dəmirdəki qədər insan əməyi fikrən təsəvvür edilən və eyni qədər əməyi ehtiva edən miqdarda pul əmtəədə ifadə olunur. Deməli, qızılın, gümüşün və ya misinmi dəyər ölçüsü olmasından asılı olaraq bir ton dəmirin dəyəri tamamilə müxtəlif qiymətlərdə, yaxud tamamilə müxtəlif miqdar qızıl, gümüş və ya misdə ifadə olur.
İki müxtəlif əmtəə, məsələn, qızıl və gümüş, eyni zamanda dəyər ölçüsüdürsə, bütün əmtəələrin qiymətləri iki müxtəlif ifadə alır: qızıl qiymətləri və gümüş qiymətləri; qızılla gümüşün dəyərləri arasındakı nisbət sabit qaldıqca, məsələn, 1:15 olduqca, həmin qiymətlər sakitcə bir-biri ilə yola gedir. Lakin dəyərlərin bu nisbətində hər cür dəyişiklik əmtəələrin qızıl qiymətləri ilə gümüş qiymətləri arasındakı mövcud nisbəti pozur və, beləliklə, felən sübut edir ki, dəyər ölçüsünün ikiliyi onun funksiyasına ziddir52
Qiyməti müəyyən edilmiş olan bütün əmtəələr belə bir forma alır: a miqdar A əmtəə = x miqdar qızıla; b miqdar B əmtəə = y miqdar qızıla; c miqdar C əmtəə = 2 miqdar qızıla və i. a.; a1 , b1, c burada A, B, C növ əmtəələrin müəyyən kütlələridir, x, u, z isə qızılın müəyyən kütlələridir. Beləliklə, əmtəə dəyərləri müxtəlif kəmiyyətli qızılın fikrən təsəvvür olunan miqdarlarına çevrilmiş olur, yəni öz əmtəə cisimləri nə qədər müxtəlif olsa da, eyni adlı kəmiyyətlərə, qızıl kəmiyyətlərinə çevrilmiş olur. Bunlar qızılın belə müxtəlif miqdarları olduqlarına görə, bir-biri ilə müqayisə olunur və ortaq bir ölçü ilə ölçülür, həm də bunları ölçü vahidi olaraq müəyyən miqdar qızıla müncər etmək kimi bir texniki zərurət meydana gəlir. Bu ölçü vahidi özü getdikcə müəyyən hissələrə bölünmək yolu ilə genişlənib miqyas olur. Qızıl, gümüş, mis hələ pula çevrilməzdən əvvəl çəki hissələri şəklində belə bir miqyasa malik olur: məsələn, ölçü vahidi funtdursa, bu özü də, bir tərəfdən, unsiyalara və i. a. bölünür, digər tərəfdən, funtların birləşməsi yolu ilə sentnerlər və i. a. əmələ gəlir53. Buna görə də metal tədavülü şəraitində çəki miqyasının hazır adları həmişə pul miqyasının, yaxud qiymət miqyasının da ilkin adlarını təşkil edir.
Dəyər ölçüsü və qiymət miqyası olmaq etibarı ilə pul tamamilə müxtəlif olan iki funksiya daşıyır. Dəyər ölçüsü vəzifəsini pul insan əməyinin ictimai təcəssümü olmaq etibarı ilə daşıyır, qiymət miqyası vəzifəsini isə müəyyən çəkili metal olmaq etibarı ilə daşıyır. Dəyər ölçüsü olmaq etibarı ilə pul son dərəcə müxtəlif əmtəələrin dəyərlərini qiymətlərə, fikrən təsəvvür edilən qızıl miqdarlarına çevirməyə xidmət edir; qiymət miqyası olmaq etibarı ilə pul qızılın bu miqdarlarını ölçür. Dəyər ölçüsü ilə əmtəələr bir dəyər kimi ölçülür; qiymət miqyası isə, əksinə, müəyyən miqdar qızılın dəyərini, onun başqa miqdarlarının çəkisi ilə ölçmək deyil, qızılın müxtəlif miqdarlarını onun müəyyən miqdarı ilə ölçür. Qiymət miqyası üçün qızılın müəyyən çəkisi ölçü vahidi kimi götürülməlidir. Eyni adlı kəmiyyətlərin hər hansı halda müəyyən edilməsində olduğu kimi, burada da ölçülərin nisbətindəki sabitliyin həlledici əhəmiyyəti vardır. Deməli, eyni miqdar qızıl nə qədər dəyişməz halda ölçü vahidi olursa, qiymət miqyası öz funksiyasını bir o qədər yaxşı yerinə yetirir. Qızıl ancaq ona görə dəyər ölçüsü ola bilir ki, o özü əmək məhsuludur və, deməli, potensial dəyişən dəyərdir.
Hər şeydən əvvəl aydındır ki, qızıl dəyərinin dəyişilməsi onun qiymət miqyası olmaq funksiyasına əsla təsir etmir. Qızılın dəyəri hər necə dəyişilsə də, onun müəyyən miqdarlarının dəyərləri öz arasında eyni nisbəti saxlayır. Qızılın dəyəri hətta min dəfə aşağı düşsə də, 12 unsiya qızılın dəyəri yenə əvvəlki kimi bir unsiya qızılın dəyərindən on iki qat artıq olardı, qiymətlər müəyyən olunduqda isə qızılın müxtəlif miqdarlarının ancaq bir-birinə nisbəti nəzərdə tutulur. Digər tərəfdən, qızılın dəyəri düşdükdə və ya qalxdıqda bir unsiya qızılın çəkisi sabit qaldığına görə, unsiya hissələrinin çəkisi də sabit qalır; deməli, qızılın dəyəri hər necə dəyişilsə də, müəyyən qiymət miqyası olmaq etibarı ilə qızıl həmişə eyni xidmətləri göstərir.
Qızılın dəyərinin dəyişilməsi onun dəyər ölçüsü olmaq funksiyasına da mane olmur. Bu dəyişilmə bütün əmtəələrə eyni zamanda təsir edir və buna görə də caeteris [başqa şərtlər eyni olduqda], əmtəələrin dəyərləri əvvəlkinə nisbətən bəzən yüksək, bəzən də aşağı qızıl
51
Vəhşilər və yarımvəhşilər burada öz dillərinlən bir qədər başqa cür istifadə edirlər. Kapitan Parri Baffin körfəzinin qərb sahilindəki əhali haqqında belə söyləyir: „Bu zaman“ (məhsulu mübadilə edərkən) „…onlar bunu“ (mübadilə üçün onlara təklif olunan şeyi) „iki dəfə yalayır, görünür ki, bundan sonra sövdəni müvəffəqiyyətlə bağlanmış hesab edirlər”. Şərqi eskimoslar arasında da mübadilə edən şəxs aldıqı şeyi həmişə yalayarmış. Beləliklə, dil şimalda mənimsəmə orqanıdırsa, heç də təəccüblü deyildir ki, cənubda qarın mülkiyyət yığmaq orqanı hesab edilir; məsələn, kafr varlı adamı onun qarnının yoğunluğu ilə təyin edir. Gördüyümüz kimi, kafrlar çox anlaqlı məxluqdur: əhalinin sağlamlığı haqqında İngiltərə hökumətinin 1864-cü il Hesabatında fəhlə sinfinin xeyli hissəsində piy əmələ gətirən maddələrin çatışmadığı qeyd edildiyi halda. Həmin ildə Harvey adlı bir həkim (qan dövranını kəşf edən yox) burjuaziyaya və aristokratiyaya artıq piydən xilas olmaq çarəsi göstərən fırıldaqçı reseptlər verməklə şöhrətlənmişdi.
52
53
2-ci nəşrə qeyd. İngiltərədə pul ölçü vahidi olmaq etibarı ilə bir unsiya qızılın bərabər hissələrin tam rəqəminə bölünə bilməməsi kimi qəribə hal belə izah edilir: „Bizim sikkə sistemimiz əvvəlcə ancaq gümüş işlədilməsinə uyğunlaşdırılmışdı, buna görə də bir unsiya gümüş həmişə bərabər sikkələrin müəyyən miqdarına bölünə bilər; lakin ancaq gümüşə uyğunlaşdırılmış sikkə sisteminə qızıl sonralar daxil edildiyinə görə, bir unsiya qızıl bərabər qiymətli sikkələrin tam rəqəminə bölünə bilmir“ (