KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс

Чтение книги онлайн.

Читать онлайн книгу KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс страница 21

Жанр:
Серия:
Издательство:
KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс

Скачать книгу

ən ümumi özgəninkiləşdirilməsi məhsulu olduğuna görə, tamamilə özgəninkiləşdirilən bir əmtəədir. Pul bütün qiymətləri əks istiqamətdə oxuyur və, beləliklə, özünün əmtəəyə çevrilməsi üçün itaətkar bir material olmaq etibarı ilə bütün əmtəə cisimlərində əks olunur. Bununla bərabər əmtəələrin pula saldığı aşiqanə nəzərlərdən ibarət olan qiymətlər pulun başqa şeyə çevrilib onda təcəssüm etmək qabiliyyətinin hüdudunu, məhz onun öz miqdarını göstərir. Əmtəə pula çevrildikdə, bir əmtəə kimi yox, olduğuna görə, pulun üzərində öz sahibinin əlinə necə keçdiyini və məhz nəyin pula çevrildiyini göstərən bir iz qalmır. Pul haradan ələ keçirsə keçsin, non olet [iyi gəlmir]. Pul, bir tərəfdən, satılmış əmtəəni təmsil edirsə, digər tərəfdən, alına biləcək əmtəələri təmsil edir62.

      P–Ə, yəni alqı, eyni zamanda satqıdır, yaxud Ə–P deməkdir; deməli, müəyyən bir əmtəənin son metamorfozu eyni zamanda hər hansı başqa bir əmtəənin birinci metamorfozudur. Bizim toxucunun nöqteyi-nəzərindən onun əmtəəsinin həyat yolu əldə etdiyi 2 funt sterlinqə aldığı bibliya ilə bitir. Lakin bibliya satan şəxs toxucudan aldığı 2 funt sterlinqi arağa çevirir. Ə–P–Ə (kətan–pul–bibliya) prosesinin son fazası olan P–Ə eyni zamanda Ə–P–Ə (bibliya–pul–araq) prosesinin birinci fazası olan Ə–P deməkdir. Əmtəə istehsalçısı bazara ancaq bir cür məhsul çıxardığına görə, bu məhsuldan adətən külli miqdarda satır, halbuki onun müxtəlif cəhətli tələbatı onu reallaşdırılan qiyməti, yaxud əldə edilən pul məbləğini, alacağı bir çox şeylər arasında daim bölməyə məcbur edir. Beləliklə, bir satqı müxtəlif əmtəələrin alınması kimi çoxlu əməliyyata gətirib çıxarır. Deməli, bir əmtəənin son metamorfozu başqa əmtəələrin birinci metamorfozlarının məcmusunu təşkil edir.

      İndi biz hər hansı bir əmtəənin, məsələn kətanın metamorfozunu bütövlükdə götürsək, hər şeydən əvvəl görərik ki, bu metamorfoz bir-birinə əks olan və bir-birini tamamlayan iki hərəkətdən; Ə–P və P–Ə hərəkətlərindən ibarətdir. Əmtəənin bir-birinə əks olan bu iki çevrilməsi əmtəə sahibinin bir-birinə əks olan iki ictimai hərəkətində meydana çıxır və onun bir-birinə əks olan iki iqtisadi rolunda inikas edir. Satqı agenti olmaq etibarı ilə o satıcıdır; alqı agenti olmaq etibarı ilə alıcıdır. Lakin əmtəə hər bir çevrilməsində eyni zamanda özünün hər iki formasında – əmtəə formasında və pul formasında mövcud olduğuna görə, – bunlar da yalnız bir-birinə əks qütblərdə yerləşir, – eyni bir əmtəə sahibi satıcı olduqda başqası onun qarşısına alıcı sifəti ilə çıxır, o alıcı olduqda isə, başqası onun qarşısına satıcı sifəti ilə çıxır. Eyni bir əmtəə bir-birinə əks olan iki ardıcıl çevrilmədən keçdiyi–əmtəədən pula və puldan əmtəəyə çevrildiyi kimi, eyni bir əmtəə sahibi də satıcı rolundan çıxıb alıcı roluna girir. Deməli, bunlar qəti surətdə sabitləşmiş rollar deyil, əmtəə tədavülü prosesində daim bir şəxsdən başqa şəxsə keçən rollardır.

      Ən sadə formasında əmtəə metamorfozu tələb edir ki, dörd kənar nöqtə və üç persone dramatic [iştirak edən şəxs] olsun. Əvvəlcə əmtəə öz dəyərinin surəti olan pula müqabil durur, həm də bu surət «o biri tərəfdə», özgənin cibində özünün bir şey kimi hiss edilən reallığına malik olur. Deməli, əmtəə sahibinə pul sahibi qarşı durur. Əmtəə pula çevrildikdə, dərhal pul əmtəənin ani ekvivalent forması olur, bunun da istehlak dəyəri və ya məzmunu «bu tərəfdə», başqa əmtəə cisimlərində mövcuddur. Əmtəənin birinci çevrilməsinin son nöqtəsi olan pul eyni zamanda ikinci çevrilmənin başlanğıc nöqtəsidir. Deməli, prosesin birinci əməliyyatında satıcı olan şəxs ikinci əməliyyatında alıcı olur və burada üçüncü bir əmtəə sahibi onun qarşısına satıcı kimi çıxır63.

      Əmtəə metamorfozunun bir-birinə əks istiqamətdə olan iki fazası bir dövran təşkil edir: əmtəə forması, əmtəə formasından çıxma, əmtəə formasına qayıtma. Hər halda burada əmtəə özü bir-birinə əks surətdə müəyyən olunur. Əmtəə başlanğıc nöqtədə öz sahibi üçün qeyri-istehlak dəyəridir, son nöqtədə isə istehlak dəyəridir. Eynilə də əvvəlcə pul əmtəənin çevrildiyi bərk bir dəyər kristalı kimi meydana çıxır, sonra isə dönüb əmtəənin ani ekvivalent forması olur.

      Bir əmtəənin tam dövranını təşkil edən iki metamorfoz eyni zamanda iki başqa əmtəənin bir-birinə əks olan natamam metamorfozlarıdır. Eyni bir əmtəə (kətan) özünün bir sıra metamorfozlarını başlayır və eyni zamanda başqa bir əmtəənin (buğdanın) tam metamorfozunu başa çatdırır. Özünün birinci çevrilməsində, satqı əməliyyatında bu, əmtəə hər iki rolu öz vücudu ilə ifa edir. Həmin əmtəə qızıl sürfəsinə çevrilib özü də bu şəkildə hər bir əmtəə cisminin keçdiyi yolu keçirkən, eyni zamanda da müəyyən bir üçüncü əmtəənin birinci metamorfozunu başa çatdırır. Beləliklə, hər bir əmtəənin bir-sıra metamorfozlarının etdiyi dövran başqa əmtəələrin dövranları ilə qırılmaz surətdə qovuşur. Bütünlükdə bu proses əmtəə tədavülüdür.

      Əmtəə tədavülü məhsulların bilavasitə mübadiləsindən yalnız formaca deyil, mahiyyətcə də fərqlidir. Doğrudan da, indicə təsvir edilən prosesə yaxından nəzər salaq. Şübhəsiz, toxucu kətanı bibliyaya, öz əmtəəsini özgə əmtəəsinə mübadilə etmişdir. Lakin bu hadisə belə bir hadisə olaraq ancaq onun özü üçün mövcuddur. Qızdırıcı içkini soyuq möminlikdən üstün tutan bibliya satıcısı heç fikrinə də gətirməmişdir ki, onun bibliyasına kətan mübadilə edilir; eynilə toxucu da heç güman etmir ki, onun kətanına buğda mübadilə edilmişdir və i. a. B şəxsin əmtəəsi A şəxsin əmtəəsinin yerini tutur, lakin A ilə B öz əmtəələrini bir-biri ilə mübadilə etmir. Əslində elə ola bilər ki, A ilə B bir-birindən alsın, lakin bu kimi təsadüfi bir hal da əmtəə tədavülünün ümumi şəraitindən irəli gəlmir. Biz burada, bir tərəfdən, görürük ki, əmtəə mübadiləsi bilavasitə məhsul mübadiləsinin fərdi və yerli hədlərini yıxıb dağıdır və insan əməyi maddələrinin mübadiləsini inkişaf etdirir. Digər tərəfdən, iştirak edən şəxslərin nəzarətindən kənarda qalan və təbiətin verdiyi münasibətlər xarakteri daşıyan tam bir ictimai əlaqələr dairəsi inkişaf edir. Toxucu kətanı ancaq ona görə sata bilir ki, kəndli buğdanı satmışdır; araq həvəskarı bibliyanı ancaq ona görə sata bilir ki, toxucu kətanı satmışdır; araqçəkən şəxs öz qızdırıcı içkisini ancaq ona görə sata bilir ki, başqa birisi abhəyat satmışdır və i. a.

      Bunun nəticəsində tədavül prosesi heç də bilavasitə məhsul mübadiləsində olduğu kimi, istehlak dəyərləri öz yerlərini və sahiblərini dəyişdikdən sonra bitmir. Pul axırda məlum əmtəənin metamorfozları sırasından çıxması üzündən yox olmur. Pul tədavül prosesinin bu və ya digər əmtəənin tərk etdiyi nöqtələrində daim yenidən toplanır. Məsələn, kətanın ümumi metamorfozunda: kətan–pul–bibliya metamorfozunda əvvəlcə kətan tədavüldən çıxır, pul onun yerini tutur, sonra bibliya tədavüldən çıxır və pul onun yerini tutur. Bir əmtəənin yerini başqa əmtəənin tutması nəticəsində üçüncü bir şəxsin əlində pul əmtəə qalır64. Tədavül

Скачать книгу


<p>62</p>

"Əlimizdə olan pul almaq istədiyimiz şeyləri və eyni zamanda bu pula satdığımız şeyləri təmsil edir”. (Mercier de la Riviere, sitat gətirilən əsər, səh. 586).

<p>63</p>

"Beləliklə, burada… dörd kənar nöqtə və sövdələşən üç fərd vardır ki bunlardan biri iki dəfə meydana çıxır" (Le Trosne, sitat gətirilən əsər, səh. 909).

<p>64</p>

2-ci nəşrə qeyd. Bu hadisə nə qədər nəzərə çarpsa da, çox zaman iqtisadçılar, xüsusən fritreder vuigaries bunu görə bilmir.