KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс

Чтение книги онлайн.

Читать онлайн книгу KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс страница 20

Жанр:
Серия:
Издательство:
KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс

Скачать книгу

bir əmtəə olaraq bazara göndərsin. İctimai şərait bu ayrıcalaşma prosesi üçün kifayət qədər yetişmiş və ya kifayət qədər yetişməmiş ola bilər. Bu gün məlum bir məhsul müəyyən ictimai tələbatı ödəyir. Ola bilsin ki, sabah ona bənzər başqa bir məhsul onu öz yerindən tamamilə və ya qismən sıxışdırıb çıxarsın. Həm də müəyyən bir əmtəə istehsalçısının, məsələn bizim toxucunun əməyi hətta ictimai əmək bölgüsündə möhkəm yer tutan bir halqa olsa da, bu hələ heç də məhz onun 20 arşın kətanının istehlak dəyəri olacağını təmin etmir. Əgər bu toxucunun rəqibləri kətana olan ictimai tələbatı artıq ödəmişlərsə, – bütün başqa şeylər kimi, bu tələbatın da öz həddi vardır – onda dostumuzun məhsuluna daha lüzum olmayacaq, dostumuzun məhsulu artıq, ziyadə və, deməli, faydasız olacaqdır. Doğrudur, bağışlanan atın dişinə baxmazlar, ancaq bizim toxucu bazara heç də bəxşiş etməyə gəlməmişdir. Lakin fərz edək ki, onun məhsulunun felən istehlak dəyəri vardır və, deməli, bu əmtəə pulu cəzb edir. Sual olunur: məhz nə qədər pul cəzb edir? Doğrudur, bu sualın cavabı qabaqcadan əmtəənin qiymətində, onun dəyər kəmiyyətinin göstəricisində verilmişdir. Biz burada əmtəə sahibinin öz hesablamalarındakı xalis subyektiv səhvləri bir kənara qoyuruq, çünki bazar bu səhvləri obyektiv surətdə dərhal düzəldir. Tutaq ki, istehsalçı öz məhsuluna ancaq orta ictimai zəruri iş vaxtı sərf etmişdir. Deməli, əmtəənin qiyməti həmin əmtəədə maddiləşmiş miqdarda ictimai əməyin ancaq pul adıdır. Lakin kətan toxumaq üçün olan ənənəvi istehsal şəraiti bizim toxucudan icazəsiz və ondan xəbərsiz dəyişilməyə başlamışdır. Dünən bir arşın kətan istehsalı üçün şübhəsiz ictimai zəruri iş vaxtı olan şey bu gün daha ictimai zəruri iş vaxtı deyildir və pul sahibi bu cəhəti dostumuza səylə nümayiş etdirib müxtəlif rəqiblərinin qoyduğu qiymətləri ona göstərir. Onun bədbəxtliyindən, dünyada toxucu çoxdur. Nəhayət, fərz edək ki, bazarda olan hər bir kətan parçası ancaq ictimai zəruri iş vaxtını ehtiva edir. Bununla belə, həmin kətan parçalarının ümumi məcmusunda artıq sərf edilmiş iş vaxtı ola bilər. Bazarın mədəsi arşını 2 şillinq hesabı ilə normal qiymətlə bütün kətanı həzm edə bilmirsə, bu sübut edir ki, cəmiyyətin bütün iş vaxtının həddindən çox böyük bir hissəsi kətan toxumaq formasında sərf olunmuşdur. Bunun nəticəsi isə ona bənzər ki, hər bir ayrıca toxucu öz fərdi məhsuluna ictimai zəruri iş vaxtından artıq vaxt sərf etmiş olsun. Burada bir məsəl yerinə düşər: «Birlikdə tutulanlar, birlikdə də asılar». Bütün kətan bazarda bütöv bir əmtəə, onun hər bir parçası isə bu bütöv əmtəənin ancaq müvafiq hissəsi vəzifəsini daşıyır. Doğrudan da, hər bir fərdi arşının dəyəri ancaq, ictimai cəhətcə müəyyən olan eyni miqdar yekcins insan əməyinin maddiləşməsidir.

      Gördüyümüz kimi, əmtəə pulu sevir, amma «the course of true love never does run smooth». Öz membra disjecta-sını [pərakəndə üzvlərini] əmək bölgüsü sistemində meydana çıxaran ictimai istehsal orqanizminin keyfiyyət quruluşu nə kimi kortəbii təsadüflə fərqlənirsə, onun kəmiyyət quruluşu da belə bir təsadüflə fərqlənir. Beləliklə, bizim əmtəə sahibləri kəşf edirlər ki, onları müstəqil xüsusi istehsalçı edən əmək bölgüsü eyni zamanda ictimai istehsal prosesini və istehsalçıların bu prosesdəki öz münasibətlərini də onlardan asılı olmayan bir hala salır, adamlar bir-birindən asılı olmamaqla bərabər onların arasında hərtərəfli şey asılılığı sistemi də əmələ gəlir.

      Əmək bölgüsü əmək məhsulunu əmtəəyə çevirir və buna görə də əmtəənin pula çevrilməsini zəruri edir. Eyni zamanda əmək bölgüsü bu çevrilmənin baş tutub tutmayacağını təsadüfi bir hal edir. Lakin biz burada həmin hadisəni saf şəkildə tədqiq etməli və deməli, onun normal cərəyan etdiyini fərz etməliyik. Ümumiyyətlə bu proses baş verirsə, yəni əmtəə satılmış olursa, onda həmişə forma dəyişilmiş olur, hərçənd qeyri-normal hallarda bu forma dəyişilməsində substansiya–dəyər kəmiyyəti–azaldıla və ya artırıla bilər.

      Bir əmtəə sahibi üçün qızıl onun əmtəəsinin yerini tutur, başqası üçün isə əmtəə onun qızılının yerini tutur. Burada hiss ilə qavranılan hadisə ondan ibarətdir ki, əmtəə ilə qızıl, 20 arşın kətan ilə 2 funt sterlinq, əldən-ələ və ya bir yerdən başqa yerə keçir, yəni bir-birinə mübadilə olunur. Bəs əmtəə nəyə mübadilə olunur? Öz dəyərinin ümumi formasına. Bəs qızıl? Öz istehlak dəyərinin xüsusi növünə. Nəyə görə qızıl kətanın qarşısına pul şəklində çıxır? Ona görə ki, kətanın qiyməti, 2 funt sterlinq, yəni onun pul adı artıq indi kətanın pul kimi götürülən qızıla nisbətini ifadə edir. İlkin əmtəə forması əmtəənin özgəninkiləşdirilməsi yolu ilə atılmış olur, deməli, elə bir zamanda atılmış olur ki, bu zaman əmtəənin istehlak dəyəri əmtəənin qiymətində ancaq fikrən təsəvvür edilən qızılı həqiqətdə cəzb etsin. Buna görə də qiymətin reallaşması, yaxud əmtəə dəyərinin ancaq ideal formasının reallaşması digər tərəfdən pulun ancaq ideal istehlak dəyərinin reallaşmasıdır, – əmtəənin pula çevrilməsi eyni zamanda pulun əmtəəyə çevrilməsidir. Beləliklə, bu vahid proses ikitərəflidir: onun bir qütbü–əmtəə sahibi tərəfdən – satqıdır, müqabil qütbü – pul sahibi tərəfdən – alqıdır. Alqı-Satqı deməkdir, Ə–P eyni zamanda P–Ə deməkdir.

      Biz bu yerədək insanlar arasında bircə iqtisadi münasibət–əmtəə sahibləri münasibətini bilirik, bu münasibətdə əmtəə sahibləri ancaq öz əməyinin məhsulunu özgəninkiləşdirmək yolu ilə özgə əməyinin məhsulunu mənimsəyirlər. Deməli, bir əmtəə sahibi ancaq ona görə başqasının qarşısına pul sahibi kimi çıxa bilir ki, onun əməyinin məhsulu təbiətən pul formasına malikdir, yəni pul materialıdır, qızıldır və i. a., ya da onun öz əmtəəsi öz cildini dəyişmiş, öz ilkin istehlak formasını öz üzərindən atmışdır. Pul vəzifəsi daşımaq üçün qızıl, əlbəttə, müəyyən bir nöqtədə əmtəə bazarına daxil olmalıdır. Bu nöqtə qızılın hasil olunduğu yerdir, – o yerdir ki, burada bilavasitə əmək məhsulu olan qızıl eyni dəyərə malik başqa bir əmək məhsuluna mübadilə olunur. Lakin bu zamandan etibarən qızıl daim əmtəələrin reallaşmış qiymətlərini ifadə edir. Qızılın hasil olunduğu yerlərdə onun əmtəəyə mübadiləsi bir kənara qoyulsa, qızıl hər bir əmtəə sahibinin əlində onun özgəninkiləşdirilmiş əmtəəsinin ayrılmış surətidir, satqının məhsulu, yaxud əmtəənin birinci metamorfozu olan Ə–P metamorfozunun məhsuludur. (Pulun olmaq üçün əvvəlcə gərək satasan.) Qızıl ona görə ideal pul, yaxud dəyər ölçüsü olmuşdur ki, bütün əmtəələr öz dəyərlərini qızılla ölçürdülər və beləliklə qızılı onlar öz istehlak formalarının fikrən təsəvvür olunan əksliyi, öz dəyərlərinin surəti etmişlər. Qızıl ona görə real pul olur ki, əmtəələr özlərinin hərtərəfli özgəninkiləşməsi prosesində qızılı həqiqətən özlərindən ayrılmış və özlərinin istehlak dəyərinin çevriliş forması edir, deməli, öz dəyərlərinin gerçək surəti edir. Dəyər surəti olmaq etibarı ilə əmtəə özünün təbii surətdə əmələ gəlmiş istehlak dəyərinin hər bir izini, onu yaradan xüsusi faydalı əməyin hər bir izini öz üzərindən silib atır və fərqsiz insan əməyinin yekcins ictimai maddiləşməsinə çevrilir. Pula baxanda, onda nə çeşid əmtəənin dönüb pul olduğunu görmək olmaz. Öz pul formasında bir əmtəə tamamilə hər bir başqa əmtəəyə bənzəyir.

Скачать книгу