KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс
Чтение книги онлайн.
Читать онлайн книгу KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс страница 27
14
Uzunətəkli kişi pencəyi
15
Kainatdakı bütün hadisələr, istər insan əli ilə, istərsə də təbiətin ümumi qanunları ilə yaradılmış olsun bizə materiyanın həqiqətən xəlq edilməsi ideyasını vermir, onun ancaq şəklinin dəyişilməsi ideyasını verir. İstehsal ideyasını təhlil edərkən insan zəkasının aşkara çıxardığı yeganə ünsürlər birləşmə və bölünmədən ibarətdir. İstər torpaq, hava və suyun tarlalarda buğdaya çevrildiyi halda, istərsə həşəratın lyablı ifrazatının insan əli ilə ipəyə çevrildiyi və ya ayrı-ayrı metal parçalarının birləşib saat mexanizmi əmələ gətirdiyi halda eyni dərəcədə dəyər (istehlak dəyəri nəzərdə tutulmalıdır, hərçənd burada fiziokratlarla mübahisə edərkən Berri özü hansı növ dəyərdən danışdığını ağıllı-başlı bilmir) və sərvət istehsal olunur.
16
Vurma əməli (riyaz. köhn.) burada sədə əməklərin hasili (red.)
17
Birləşmək, tamamlanmaq (köhn.)
18
Oxucu nəzərdə tutmalıdır ki, burada əməkhaqqından, yaxud fəhlənin, məsələn bir iş günü üçün aldığı dəyərdən deyil, əmtəələrin dəyərindən bəhs edilir ki, bunda fəhlənin iş günü maddiləşir. Şərhimizin bu mərhələsində əməkhaqqı kateqoriyası bizim üçün hələ ümumiyyətlə mövcud deyıldir.
19
скопление
20
Hər zaman bütün əmtəələrin dəyərlərinə qiymət vermək və onları bir-biri ilə müqayisə etmək üçün yalnız əməyin qəti və real bir ölçü olduğunu sübut etməkdən ötrü A. Smit yazır: „Bərabər miqdar əmək hər zaman və hər yerdə fəhlə üçün eyni dəyərdə olmalıdır. Normal sağlamlıq və qüvvətə malik olub normal işləyə bilən və bacarığı orta dərəcədə olan bir fəhlə həmişə öz rahatlıq, sərbəstlik və səadətinin eyni bir hissəsini verməlidir“. A. Smit burada (hər yerdə yox), bir tərəfdən dəyəri əmtəənin istehsalına sərf olunan miqdarı ilə təyin etməyi əmtəə dəyərlərini əməyin öz dəyəri ilə təyin etməklə qarışdırır və buna görə də sübut etməyə çalışır ki, bərabər miqdarda əmək həmişə eyni dəyərə malik olur. Digər tərəfdən, o hiss edir ki, əmək əmtəələrin dəyərində ifadə olunduğuna görə, ancaq iş qüvvəsinin sərf olunması deməkdir, lakin o, iş qüvvəsinin bu məsrəfini yenə də ancaq rahatlıq, azadlıq və səadətin qurban verilməsi kimi təsvir edir, bu məsrəfin həmçinin normal həyat fəaliyyəti olduğunu görmür. Doğrudur, onun gözləri qarşısında müasir muzdlu fəhlə də dururdu. – A. S. Smitin 9-cu qeyddə sitat gətirilən anonim sələfi bu məsələdə ondan xeyli dürüst fikir yeridir: "Birinci müəyyən bir istehlak şeyi hazırlamaq üçün bir həftə vaxt sərf etmişdir.. və ona bunun müqabilində başqa bir şey təklif edən şəxs lap yaxşı qiymətləndirə bilər ki, birinci şey üçün lazım ekvivalent nədən ibarətdir, bundan ötrü o hesablamalıdır ki, özünün təklif etdiyi şeyin nə qədarinə eyni miqdar əmək [labour] və vaxt sərf etmişdir. Burada məsələ ondan ibarətdir ki, məlum şeyin istehsalına bir şəxsin müəyyən vaxt ərzində sərf etdiyi əmək başqa bir şeyin istehsalına başqa bir şəxsin eyni vaxt ərzində sərf etdiyi əməyə mübadilə olunur“. İngilis dilinin belə bir üstünlüyü vardır ki, əməyin iki müxtəlif cəhətini ifadə etmək üçün bu dildə iki müxtəlif söz mövcuddur. Keyfiyyətcə müəyyən olub istehlak dəyərləri yaradan əmək labour-un əksinə olaraq work adlanır; dəyər yaradan və ancaq miqdarca ölçülən əmək isə work-un əksinə olaraq labour adlanir.
21
Marks burada Şekcpirin tarixi xronologiyasındakı dialoqdan istifadə edir, “Kral IV Henrix”, I hissə üçüncü pərdənin üçüncü səhnəsində Falstaf dul qadın Kuikliyə deyir: “Bilmir ki, onun harasından yapışsın”, Bunun cavabında Kuikli deyir: “Yalan deyirsən: sən də, başqaları da çox yaxşı bilirsiniz ki, mənim haramdan yapışasınız”.
22
„Paris vaut bien une messe" („Paris xeyir-duaya layiqdir") – IV Henrix protestant məzhəbindən katolik məzhəbinə keçərsə, parislilərin onu kral tanıyacaqları vədi ilə əlaqədar olaraq, onun 1593-cu ildə söylədiyi sözlərdir.
23
Bəzi cəhətlərdən insan əmtəəni xatırladır. İnsan əlində güzgü ilə və „Mən mənəm“ deyən fixteçi filosof kimi doğulmadığına görə, o, əvvəlcə güzgüyə baxırmış kimi başqa adama baxır. Pyotr adlı bir adam Pavel adlı bir adama yalnız özünə bənzər bir insan kimi yanaşmaqla özünə də bir insan kimi yanaşmağa başlayır. Bununla birlikdə də özlüyündə Pavel, onun bütün Pavel cismi onun üçün „insan“ nəslinin təzahür forması olur.
24
Yuxarıda bəzi yerlərdə olduğu kimi, burada da „dəyər“ ifadəsi miqdarca müəyyən dəyəri, yəni dəyər kəmiyyətini bildirmək üçün işlədilir.
25
Bu cür nisbi təriflər ümumiyyətlə çox qəribə bir şeydir. Məsələn, bir adam ancaq ona görə kraldır ki, başqaları özlərini onun təbəəsi hesab edirlər. Halbuki onlar, əksinə, belə düşünürlər ki, özlərinin təbəə olmasına səbəb həmin şəxsin kral olmasıdır.
26
Orijinalda bir qədər dəyişdirilmiş şəkildə belə bir məşhur alman məsəli vardır: „Kleider niachen Leute“ (hərfi mənası belədir: „paltar adamları yaradır“, mənası isə bu cürdür: „kötüyü bəzəsən, kötük də yaxşı görünər“, yaxud: „adamı libasına görə qarşılayarlar“). Red.
27
Buna görə də kətanın dəyərini sürtuklarda ifadə edirlərsə, kətanın sürtuk dəyərindən, onu taxılda ifadə edirlərsə, kətanın taxıl dəyərindən bəhs edirlər və i. a. Hər bir belə ifadə o deməkdir ki, sürtukun, taxılın və i. a. istehlak dəyərində kətanın dəyərindən başqa bir şey təzahür etmir. „Hər bir əmtəənin dəyəri onun mübadilə nisbəti demək olduğuna görə… biz onun barəsində… taxıl dəyəri, mahud dəyəri və s. kimi bəhs edə bilərik; bu da həmin əmtəənin hansı başqa əmtəə ilə müqayisə olunmasından asılıdır; beləliklə, dəyərin minlərlə müxtəlif növləri vardır, – nə qədər əmtəə varsa, düz o qədər də dəyər növləri