KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс
Чтение книги онлайн.
Читать онлайн книгу KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс страница 4
![KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс](/cover_pre1186780.jpg)
Deməli, sürtukun və kətanın dəyərlərində onların istehlak dəyərlərinin fərqləri yox olduğu kimi, bu dəyərlərdə təmsil olunan əməkdə də onun dərzilik və toxuculuq kimi faydalı formalarının fərqləri yox olur. İstehlak dəyərləri olan sürtuk və kətan ancaq məqsədəuyğun məhsuldar fəaliyyətin mahud və ipliklə birləşməsidirsə, dəyər olmaq etibarı ilə sürtuk və kətan yekcins əmək birkintilərindən19 başqa bir şey deyildir; eynilə də bu dəyərlərdə olan əmək məsrəflərində də onların mahuda və ipliyə məhsuldar münasibəti deyil, ancaq insan iş qüvvəsinin sərf olunması əhəmiyyətlidir. Dərzilik və toxuculuq özlərinin məhz keyfiyyətcə müxtəlif xüsusiyyətləri sayəsində sürtuk və kətan kimi istehlak dəyərləri yaradan ünsürdür; ancaq dərzilik və toxuculuğun xüsusi keyfiyyətlərindən sərf-nəzər edildikdə, bunlar eyni bir keyfiyyətə, insan əməyi keyfiyyətinə malik olduqda, sürtuk və kətanın dəyər substansiyası olur.
Lakin sürtuk və kətan nəinki ümumiyyətlə dəyərlərdir, habelə müəyyən kəmiyyətli dəyərlərdir: bizim fərz etdiyimizə görə, sürtuk 10 arşın kətandan ikiqat artıq dəyərə malikdir. Onların dəyər kəmiyyətindəki bu fərq haradandır? Səbəb ondadır ki, kətanda olan əmək sürtukda olan əməyin ancaq yarısı qədərdir, belə ki, sürtukun istehsalına kətanın istehsalı üçün lazım olduğundan ikiqat artıq müddətdə iş qüvvəsi sərf etmək lazımdır.
Buna görə də əmtəənin istehlak dəyəri cəhətdən bu əmtəədəki əməyin ancaq keyfiyyəti əhəmiyyətlidirsə, dəyərin kəmiyyəti cəhətdən əməyin ancaq miqdarı əhəmiyyətlidir, həm də bu əmək heç bir başqa keyfiyyəti qalmayan insan əməyinə müncər edilmiş olmalıdır. Birinci halda məsələ əməyin necə sərf olunması və nə istehsal etməsi, ikinci halda isə nə qədər əmək sərf olunması və onun neçə müddət davam etməsi üzərindədir. Əmtəənin dəyər kəmiyyəti əmtəədə olan əməyin ancaq miqdarını ifadə etdiyinə görə, müəyyən proporsiyada götürülən əmtəələr həmişə bərabər kəmiyyətli dəyərlər olmalıdır.
Əgər bir sürtukun istehsalı üçün lazım olan bütün faydalı əmək növlərinin məhsuldar qüvvəsi sabit qalırsa, onda sürtukların dəyər kəmiyyəti onların miqdarına proporsional olaraq artır. Əgər bir sürtuk x iş günü təmsil edirsə, onda 2 sürtuk 2x iş günü təmsil edir və i. a. Lakin tutaq ki, bir sürtukun istehsalı üçün lazım olan əmək ikiqat artır və ya yarıbayarı azalır. Birinci halda bir sürtukun dəyəri iki sürtukun əvvəlki dəyərinə, ikinci halda isə iki sürtukun dəyəri bir sürtukun əvvəlki dəyərinə bərabərdir, hərçənd hər iki halda sürtukun göstərdiyi xidmət dəyişilməz qalır, habelə onda olan faydalı əməyin keyfiyyəti də dəyişilməz qalır. Lakin onun istehsalına sərf olunan əməyin miqdarı dəyişilmiş olur.
Çox miqdar istehlak dəyəri özlüyündə çox miqdar maddi sərvətdir: iki sürtuk bir sürtukdan çoxdur. İki sürtukla iki adamı, bir sürtukla ancaq bir adamı geyindirmək olar və i.a. Bununla belə, maddi sərvətin artan kütləsinə eyni zamanda onun dəyər kəmiyyətinin aşağı düşməsi uyğun gələ bilər. Bu bir-birinə əks hərəkət əməyin ikili xarakterindən irəli gəlir. Məhsuldar qüvvə, əlbəttə, həmişə faydalı, konkret əməyin məhsuldar qüvvəsidir və əslində ancaq məlum vaxt ərzində məqsədəuyğun məhsuldar fəaliyyətin effektivliyi dərəcəsini müəyyən edir. Deməli, faydalı əmək öz məhsuldar qüvvəsinin yüksəlməsinə və ya aşağı düşməsinə düz mütənasib olaraq məhsulların gah daha zəngin, gah da daha yoxsul bir mənbəyi olur. Əksinə, məhsuldar qüvvənin dəyişilməsi özlüyündə əmtəənin dəyərində təmsil olunan əməyə əsla toxunmur. Məhsuldar qüvvə əməyin konkret faydalı formasına məxsus olduğuna görə, əməyin konkret faydalı formasından sərf-nəzər etdikdə, məhsuldar qüvvənin əməyə, əlbəttə, dəxli ola bilməz. Deməli, əməyin məhsuldar qüvvəsi necə dəyişilirsə dəyişilsin, eyni bir əmək bərabər müddətlərdə həmişə kəmiyyətcə bərabər dəyərlər yaradır. Lakin bu şəraitdə əmək bərabər müddətlərdə müxtəlif miqdar istehlak dəyərləri yaradır: məhsuldar qüvvə artdıqda çox istehlak dəyəri, aşağı düşdükdə isə az istehlak dəyəri yaradır. Məhsuldar qüvvənin dəyişilməsi əməyin səmərəliliyini və, deməli, onun yaratdığı istehlak dəyərləri kütləsini artırdıqda, deməli, bu artmış kütlənin dəyər kəmiyyətini azadır, zira həmin kütlənin istehsalı üçün lazım olan iş vaxtının miqdarını azaldır. Habelə əksinə.
Hər bir əmək, bir tərəfdən, insan iş qüvvəsinin fizioloji mənada sərf olunmasıdır və eyni insan əməyi, yaxud abstrakt insan əməyi olmaq etibarı ilə də əmək əmtəələrin dəyərini təşkil edir. Hər bir əmək, digər tərəfdən, insan iş qüvvəsinin xüsusi bir məqsədəuyğun formada sərf olunmasıdır və belə bir konkret faydalı əmək
16
Vurma əməli (riyaz. köhn.) burada sədə əməklərin hasili (red.)
17
Birləşmək, tamamlanmaq (köhn.)
18
Oxucu nəzərdə tutmalıdır ki, burada əməkhaqqından, yaxud fəhlənin, məsələn bir iş günü üçün aldığı dəyərdən deyil, əmtəələrin dəyərindən bəhs edilir ki, bunda fəhlənin iş günü maddiləşir. Şərhimizin bu mərhələsində əməkhaqqı kateqoriyası bizim üçün hələ ümumiyyətlə mövcud deyıldir.
19
скопление