Amerika faciəsi . Теодор Драйзер
Чтение книги онлайн.
Читать онлайн книгу Amerika faciəsi - Теодор Драйзер страница 6
– Mən isə bu fikirdəyəm ki, o, Allen əminin oğlanları kimi cansıxıcı bir gənc deyildir. Məncə Allen əminin oğlan-ları dünyanın ən maraqsız gəncləridir.
– Bella, – deyə missis Qrifits yenə də qızını saxladı.
III FƏSİL
Semyuel Qrifitsin Çikaqo şəhərində “Yunion Liq” klu-bunda rast gəldiyi Klayd, artıq üç il əvvəl Kanzas-Siti şəhə-rindən baş götürüb qaçmış gənc deyildi. İndi onun iyirmi yaşı tamam olmuşdu: o daha da boy atmış, çox da olmasa, yenə də əvvəlkinə nisbətən bir qədər möhkəmlənmiş və əl-bəttə, indi daha artıq həyati təcrübə qazanmışdı. Kanzas-Si-tidəki evlərini və qulluğunu buraxıb qaçdıqdan sonra o bir çox ağır çətinliklərə rast gəlmişdi: o təhqiredici ağır işlərdə çalışmağın, yad evlərin miskin bucaqlarına sığınıb yaşama-ğın, heç bir yaxın adamın və dostun olmadan, həyatda tək-başına özünə bir gün ağlamağın nə demək olduğunu anla-mışdı. Yavaş-yavaş onda öz qüvvələrinə müəyyən inam his-si, lazım olanda adamların ürəyinə yol tapmaq və nəzakət göstərmək qabiliyyəti inkişaf etmişdi, halbuki üç il əvvəl heç kəs onun belə şeylərə qabil olduğunu söyləyə bilməzdi. İndi o, “Qrin-Devidson” otelində işlədiyi zamanlarda olduğu ki-mi şıq geyinib-kecinmirdi, lakin bunun əvəzində indi onda, dərhal gözə çarpmasa da, hər halda çox yaxşı təsir buraxan nəcib ədalar və vərdişlər əmələ gəlmişdi. Ən başlıcası bu idi ki, o daha ehtiyatlı və daha təmkinli olmuşdu. Yük vaqonun-da Kanzas-Sitidən qaçan əvvəlki Klaydı indiki Klayddan fərqləndirən məhz bu idi. O, Kanzas-Sitidən qaçaraq başını saxlamaq üçün hər cür hiylə və kələklərə əl atmağa məcbur olduğu zamandan artıq anlamışdı ki, onun gələcəyi yalnız özündən asılıdır. İndi o birdəfəlik belə bir qənaətə gəlmişdi ki, qohumları heç bir şeylə ona kömək edə bilməyəcəklər. Onlar hamısı – anası, atası və Esta – son dərəcə qeyri-işgüzar və həddindən artıq kasıb idilər.
Lakin eyni zamanda ailəsinin keçirdiyi bütün çətinliklə-rə baxmayaraq, indi o ürəkdən bağlandığı adamların, xüsu-silə anasının ta uşaqlıqdan bəri vərdiş etdiyi doğma ev həya-tının, – qardaşının, bacılarının, hətta Estanın həsrətini çəkir-di; indi Klayd yaxşı başa düşürdü ki, Esta da eynilə onun ki-mi öz iradəsindən asılı olmayan təsadüflərə qurban getmiş-dir. Tez-tez o əzab dolu ağrılar içərisində keçmişini xatırla-yırdı: anası ilə rəftarı, Kanzas-Sitidə başladığı müstəqil həya-tının necə birdən-birə alt-üst olduğunu, Qortenziya Briqsi əlindən alan taleyin ona necə amansız bir zərbə endirdiyini xəyalından keçirirdi… O zamandan bəri o nə qədər əzab və işgəncə çəkmiş və yəqin ki, anasına, həmçinin Estaya daima bir ürək dərdi olmuşdur.
Kanzas-Sitidən qaçandan iki gün sonra o Sent-Luisə gə-lib çıxmışdır; lakin yolun yarısında iki konduktor onu giz-ləndiyi yük vaqonundan atıb çıxartmışdı. Dumanlı bir qış səhərində o döyülmüş və qulaqları tutulmuş bir halda Kan-zas-Sitidən yüz mil uzaqda qar üzərində sərilib qalmışdı; konduktorlar onu döyüb bayıra atarkən, eyni zamanda qo-lundan saatını açmış, əynindən isti paltosunu çıxartmışdılar. Sent-Luisə şəhərində o, Kanzasda çıxan “Star” qəzetini alıb oxumuş və ən pis, ən qorxulu fikirlərinin bir həqarətə çev-rildiyini görmüşdü. Qəzet, birinci səhifədə böyük sərlövhə altında baş verən hadisənin müfəssəl təsvirinə sütun yarım həsr etmişdi: Kanzasda məşhur olan çox zəngin bir ailənin on bir yaşlı qızı maşın altında qalıb öldürülmüşdü (qız yıxı-lıb maşının çarxları altında əzilmiş və bir saat sonra ölmüş-dü); Sparser ilə miss Sayp isə həbs edilmişlər və indi xəstə-xanada yatırdılar, onların sağalmasını gözləyən bir polis yanlarında oturub növbə çəkirdi. Gözəl və bahalı avtomobil çox bərk xəsarətə uğramışdı, maşın sahibinin yanında xid-mət edən Sparserin atası, səfil oğlunun bu cinayətkar hərə-kətindən son dərəcə qəzəblənmiş və başını itirmişdi.
Məsələnin ən pis cəhəti o idi ki, artıq oğurluqda və adam öldürməkdə ittiham edilən bədbəxt Sparser, şübhəsiz ki, bu fəlakətdə öz günahını azaltmaq məqsədilə, nəinki bu səfərin bütün iştirakçılarının adını çəkmiş və onların hansı oteldə işlədiklərini açıb söyləmiş, eyni zamanda belə ifadə vermişdi ki, onlar hamısı baş verən hadisə üçün onunla bə-rabər eyni dərəcədə müqəssirdilər, çünki onun iradəsinin əleyhinə olaraq onlar Sparseri maşını bərkdən sürməyə məc-bur etmişlər. Klayd bu sözlərin tamamilə ədalətli olduğunu öz-özünə etiraf etdi. Oteldə isə mister Skuayrs polisə və qə-zetlərə onun əli altında xidmət edən gənclərin ata-analarının adlarını və onların ev adreslərini xəbər vermişdi.
Bu ən ağır bir zərbə idi. Sonra qəzetdə, öz oğullarının hərəkətlərindən xəbər tutan ataların necə sarsıldıqları təsvir olunmuşdu.
Tomun anası missis Reterer ağlamış və demişdi ki, onun oğlu yaxşı uşaqdır və yəqin ki, o heç bir pis şey etmək fikrində olmamışdır, – anası buna tamamilə əmindir. Öz oğ-lu Oskarı ürəkdən sevən, artıq yaşı ötmüş bir qadın olan missis Xeqland demişdi ki, onun oğlu – dünyanın ən namus-lu, ən nəcib gənclərindən biridir və yəqin ki, onu içirdib kef-ləndiriblər.
Qrifitslərin evində isə, “Star” qəzetinin yazdığına görə ananın bu xəbərdən rəngi qaçmış, o bir qorxu və pərişanlıq içərisində əllərini ovuşduraraq, yerində donub qalmış və sanki bütün bunların nə demək olduğunu ağlına sığışdıra bilməmişdi: ana oğlunun belə bir gəzintidə iştirak etdiyinə inana bilməmiş, ortalıqda nə isə bir anlaşmazlıq baş verdiyi-ni və oğlunun tezliklə evə qayıdıb, hər bir şeyi izah edəcəyi-ni söyləmişdi.
Lakin Klayd evə qayıtmamışdı. Bundan sonra o artıq bu əhvalat haqqında heç bir şey eşitmədi, çünki həm polis, həm də anası qarşısında duyduğu qorxu hissi o qədər qüvvətli idi ki, (o anasının sonsuz məyusluq dolu kədərli gözlərindən qorxurdu) o bir neçə ay evə məktub belə yazmadı. Çox sonra o bir dəfə evə məktub yazaraq, sağ-salamat olduğunu bildir-di və anasının ondan nigaran qalmamasını xahiş etdi, lakin bu məktubunda o nə öz yeni adını yazmış, nə də adresini göstərmişdi.
O, iş tapmaq üçün şəhərbəşəhər gəzirdi: Sent-Luisdə, Teoriyada Çikaqoda, Miluokidə olmuşdu. O, restoronlarda qab-qacaq yuyur, kiçik vecsiz bir aptekdə soda suyu satır, ayaqqabı mağazasında və baqqal dükanında xidmətçi və-zifəsində çalışır, bir sözlə – qabağına çıxan hər bir işdən ya-pışırdı, lakin heç bir yerdə bəxti gətirmirdi: çünki ya ona haqq hesab verib işdən çıxarırlar, yaxud özü işi xoşlamayıb çıxıb gedirdi. Bir dəfə o öz qazancından