Amerika faciəsi . Теодор Драйзер
Чтение книги онлайн.
Читать онлайн книгу Amerika faciəsi - Теодор Драйзер страница 8
Mən çox şadam ki, Klayd, sən həyatda özün üçün yaxşı bir mövqe qazanmağa çalışırsan. Dünən axşam biz atanla bərabər yenə də sənin Likurq şəhərində yaşayan əmin Sem-yuel Qrifits haqqında danışırdıq: o çox zəngin adamdır, sən ona məktub yazıb sənə bir iş verməsini xahiş etsəydin, bir peşə öyrənmək üçün ondan iş istəsəydin, məncə o sənə kö-mək etməkdən boyun qaçırmazdı. Axı necə olsa sən onun doğma qardaşı oğlusan. Özün bilirsən ki, onun Likurq şəhə-rində yaxalıq hazırlayan böyük fabriki vardır və deyilənə görə çox zəngin adamdır. Nə üçün sən ona məktub yazıb kö-mək istəmirsən? Mənə elə gəlir ki, o sənin üçün bir iş düzəl-də bilər və belə olduqda sən gələcəkdə daha da artıq yüksələ bilərsən. Ona məktub yazsan nə cavab aldığını mənə xəbər ver.
Klayd, mən istəyirəm ki, sən özün barədə bizə tez-tez yazasan. Xahiş edirəm, necə dolandığın haqqında ətraflı məktub yazasan. Mən səndən məktub gözləyəcəyəm. Biz ha-mımız, əlbəttə, səni əvvəlki kimi sevirik və həmişə öz məs-ləhətlərimizlə sənə kömək etməyə hazırıq. Biz hamımız sənə ürəkdən müvəffəqiyyətlər arzu edirik, həmçinin arzu edirik ki, sən həmişə yaxşı bir oğlan olasan, namuslu və təmiz bir həyat sürəsən. Həmişə yadında saxla, oğlum: insan öz ruhu-nu məhv etdikdən sonra bütün dünyaya sahib olsa belə bu-nun heç bir faydası yoxdur.
Mənə məktub yaz, Klayd və yadında saxla ki, ananın məhəbbəti həmişə səninlədir, həmişə sənə rəhbərlik edir və Allahın naminə həmişə həqiqi yola hidayət edir.
Səni sevən anan”.
Beləliklə, Klayd hələ əmisi Semyuel ilə görüşməzdən çox əvvəl, əmisi və onun fabriki haqqında düşünməyə baş-ladı. Eyni zamanda o, ailəsinin artıq keçmişdəki kimi böyük ehtiyac içərisində olmadığını və indi daha yaxşı yaşadığını öyrənib ürəyində böyük bir yüngüllük hiss etdi: görünür bu yeni missiya, nə isə otel kimi bir şeylə və yaxud kirayəyə ve-rilən mebelli otaqlarla bağlıdır.
Anasından məktub aldığı gündən iki ay keçmişdi və Klayd hər gün öz-özünə dərhal nə isə bir şey etmək lazım gəldiyini söyləyirdi. Bir dəfə o xidmət etdiyi mağazadan, Cekson bulvarındakı “Yunion Liq” klubunda düşmüş gəlmə bir adama, içində qalstuk və cib dəsmalları olan bir bağlama aparmalı oldu.
Klayd kluba girərkən birdən-birə klub xidmətçisi for-ması geymiş Reterer ilə üz-üzə gəldi. Retererin buradakı və-zifəsi kluba gələn adamlara məlumat vermək və baqajı qəbul etməkdən ibarət idi. İlk anlar onlar bir-birini tanıya bilmə-dilər. Nəhayət, birinci olaraq Reterer özünə gəldi.
– Klayd! – deyə o yoldaşının qolundan tutub qışqırdı və dərhal ehtiyat gözləyib səsini alçaldaraq sevinclə əlavə etdi. – İşə bax! Gör necə görüşdük. Bağlamanı buraya qoy! Sən hardan gəlib buraya çıxdın?
Yoldaşından az həyəcanlanmamış Klayd dedi:
– Gör kimi görürəm! Tom, sənsənmi? İşlərin necədir? Sən burada işləyirsən?
Bu dəqiqə Klayd kimi Reterer də, onları bir-birinə bağ-layan o ələmli sirri unudaraq əlavə etdi:
– Elədir, burada işləyirəm. Demək olar ki, bir ildir, bur-dayam. – Sonra o, dərhal Klaydın qolundan dartaraq, ona susmasını işarə etdi və bir az əvvəl Klayd içəri girərkən söh-bət etdiyi oğlanın bu danışığı eşitməməsi üçün tələsik dostu-nu kənara çəkdi.
– Şş… Yavaş! – deyə o, sözünə davam etdi. Mən bura-da öz familiyamla işləyirəm, lakin heç kəs mənim Kanzas-Sitidən olduğumu bilməməlidi, başa düşürsənmi? Hamı elə bilir ki, mən Klivlenddən gəlmişəm.
Reterer bir daha səmimiyyətlə Klaydın əlini sıxdı və dostunu başdan-ayağa gözdən keçirdi. Hələ də həyəcan ke-çirən Klayd dedi:
– Bəli, əlbəttə. Başa düşürəm belə yaxşıdır. Mən çox şa-dam ki, sən məni tanıdın.
Mənim adım isə indi Tenetdir. Harri Tenet, yadında saxla! – İndi onlar keçmişi xatırlayaraq sevinc içində gülüm-səyirdilər. Bu zaman Reterer Klaydın əynində evlərə mal da-şıyan xidmətçi paltarını gördü.
– Evlərə mal daşıyırsan? – deyə o soruşdu. – Çox məzə-lidir. Klayd – o furqon sürücüsü! İşə bir bax! Yox, bu məni lap birtəhər elədi. Nə üçün sən belə bir işdən yapışmısan? – Lakin o dərhal Klaydın üzünə baxıb, hazırkı vəziyyəti haq-qında bu söhbətin dostu üçün nə qədər ağır olduğunuanla-dı.
Klayd qısaca cavab verdi: “Mənim özümün bu işə ürə-yim yatmır”. Reterer əlavə etdi:
– Qulaq as, Klayd, biz görüşməli və hər barədə ətraflı danışmalıyıq. Sən harada işləyirsən? (Klayd öz adresini ver-di). Çox yaxşı. Mən saat altıda işdən azad oluram, sən işini qurtarandan sonra gələrəm yanına. İstəyirsən gəl belə edək… Yaxşısı budur Rendolf-Strit küçəsindəki “Enriçi” kafesində görüşək. Yaxşımı? Saat yeddidə gələ bilərsənmi? Mən saat altıda işdən azad oluram, istəsən saat yeddidə oraya gələ bi-lərəm.
Klayd razılıq işarəsi olaraq şad bir halda başını tərpət-di: o Retererə rast gəldiyi üçün böyük bir sevinc içində idi.
Sonra o, furqonun qozlasında oturaraq yenə malları da-şımağa başladı, lakin günün axırınadək yalnız axşamkı gö-rüşü düşündü. Saat altının yarısında o furqonu gətirib töv-lədə açdı, sonra şəhərin qərb hissəsindəki pansionlu, ucuz qiymətli mebelli otağına gəldi, istirahət günlərinə məxsus kostyumunu geyinib cəld “Enriçi” kafesinə doğru yönəldi. O, tində dayanıb bir dəqiqə gözləməli idi, Reterer gəlib çıxdı; çox şad və mehriban görünürdü və əvvəlkinə nisbətən daha yaxşı geyinmişdi.
– Bilsən səni gördüyüm üçün nə qədər şadam, dos-tum, – deyə Reterer sözə başladı. – Bilirsənmi, Kanzas-Si-tidən qaçdığım o gündən bəri bizim dəstədən rast gəldiyim ilk adam sənsən. Gör iş necə gətirdi. Bacın mənə kağız yaz-mışdı ki, heç kəs, nə Xiqbi nə Xeqland və nə də sənin barən-də heç bir şey bilmir. Sparserə isə bir il həbs kəsmişlər, eşit-misənmi? Çox pis əhvalatdır. Özü də qızı maşın altında qo-yub öldürdüyündən çox o biri məsələyə görə, – özgənin ma-şınını götürüb sürücü hüququ olmadan maşını sürdüyünə və polisin fitini eşidib maşını saxlamadığına görə ona belə bir cəza veriblər. Bilirsənmi, (burada Reterer çox mənalı bir halda səsini aşağı saldı), əgər ələ keçsəydik, bizim hamımı-zın başına belə bir iş gələcəkdi. Amma o vaxt mən yaman qorxuya düşmüşdüm. O saat oradan çıxıb getdim. Lap da-banıma tüpürüb qaçdım! – Reterer yenə də gülürdü, lakin bu dəfə o artıq bir qədər