Amerika faciəsi . Теодор Драйзер
Чтение книги онлайн.
Читать онлайн книгу Amerika faciəsi - Теодор Драйзер страница 11
Atası kiçik oğlunu sevmədiyinə görə öz böyük qardaşı Allen ilə bərabər atasının bütün varidatına sahib çıxan Sem-yuel Qrifits, kiçik qardaşı Eysanın ədalətsizliyə qurban get-diyini həmişə hiss edirdi. Atası, Eysanın bir qədər fərasətsiz və əməli fəaliyyət sahəsində bacarıqsız olduğunu gördük-dən sonra əvvəlcə Eysanı işləməyə məcbur etmək istəmiş, sonra isə sadəcə kiçik oğlundan əlini üzmüş və nəhayət, Ey-sa Klayd yaşında ikən onu evdən qovmuşdur; sonralar isə ata bütün varidatını, yəni otuz min dollara yaxın bir məbləği iki böyük oğlu arasında tən bölmüş, Eysaya isə min dollar miqdarında vecsiz bir pay ayırmışdı.
İndi bütün bu xatirələr, Semyuel Qrifitsi böyük bir ma-raq ilə Klaydı gözdən keçirməyə məcbur edirdi. O, qardaşı-oğlunun illərlə bundan əvvəl ata evindən qovulmuş kiçik qardaşına oxşamadığını görürdü. Klayd onun öz oğlu Qil-bertə daha çox oxşayırdı, indi o bu oxşayışı açıq-aydın gö-rürdü. Bundan başqa Klaydın keçirdiyi qorxulara baxmaya-raq, onun belə zinətli bir klubda şeydaşıyan vəzifəsində çalışması belə, Semyuel Qrifitsə yaxşı təsir bağışlamışdı. Fəaliyyət sahəsi yalnız Likurq şəhəri və Likurq cəmiyyəti ilə məhdudlaşan Semyuel Qrifitsə, xüsusi mövqe və xarakteri olan bu klub ehtiram hissi təlqin edirdi. Belə müəssisələrdə xidmət edən gənclər adətən çox zirək və təvazökar olurlar. Buna görə də o, xeyirxah bir ifadə ilə qardaşıoğluna xeyli baxdı, Klayd isə öz qara iş kostyumunda, səliqəli və şax bir görkəmlə, son dərəcə yaxşı tərbiyə almış bir gənc təvazökar-lığı ilə əmisinin qarşısında dayanmışdı.
– Nə danışırsınız! – deyə əmisi səsləndi. Demək siz Ey-sanın oğlusunuz? Qəribə işdir! Çox qəribə təsadüfdür! Axı mən sizin atanızı azı iyirmi beş ildir ki, görməmişəm və onun haqqında heç bir şey eşitməmişəm. Axırıncı dəfə on-dan xəbər tutanda, səhv etmirəmsə, o Miçiqan ştatında, Qrend Repidsdə yaşayırdı. İndi o hardadır? Burada Çikaqo-da olurmu?
– Xeyr, ser, – deyə Klayd cavab verdi, o əmisinin bu sualına mənfi cavab verə bildiyi üçün şad idi. – Mənim ailəm Denver şəhərində yaşayır. Mən burada təkəm.
– Ümidvaram ki, atan və anan sağdırlar?
– Bəli, ser, ikisi də sağdır.
– Atan isə əvvəlki kimi… yenə vaizlik edirmi?
– Bəli, ser, – deyə Klayd bir az duruxaraq cavab verdi. O hələdə bu əqidədə idi ki,bütün mümkün olan fəaliyyət növləri içərisində atasının məşğuliyyəti cəmiyyətin gözündə ən miskin və ən faydasız bir məşğuliyyətdir. – Ancaq indi – deyə, Klayd sözünə davam edirdi, – atamın missiyası, me-belli otaqlarla əlaqədardır, missiya yerləşən evdə, deyəsən, qırxa qədər otaq vardır. Atam və anam həm bu otaqları kira-yəyə verirlər, həm də missiyaya rəhbərlik edirlər.
– Aha, başa düşürəm.
Klayd əmisində yaxşı təsir buraxmaq üçün atasının və-ziyyətini təsvir edərkən özündən bəzi şeylər artırıb onun və-ziyyətini bir az bəzəyib-düzədi.
Klaydın zəiflik və eyni zamanda qüvvət ifadə edən za-hiri görkəmindən getdikcə daha artıq xoşlanan Semyuel Qrifits:
– Mən çox şadam ki, onlar həyatlarını bu cür yaxşı qu-ra bilmişlər, – deyə sözünə davam etdi. Siz necə, buradakı işinizdən razısınızmı?
– O qədər də yox… xeyr, mister Qrifits, mən buradakı işimdən narazıyam, – deyə bu sualdan sevinmiş Klayd tələ-sik cavab verdi. – Əlbəttə, burada mənim maaşım pis deyil-dir. Lakin bu yol ilə pul qazanmaq xoşuma gəlmir. Mən ta-mamilə başqa bir şey istərdim. Ancaq heç bir ixtisas almağa imkan olmadığı və irəli getməyə imkan verəcək bir iş tapa bilmədiyim üçün mən çarəsizlikdən buraya işləməyə girdim. Anam məsləhət gördü ki, sizə məktub yazıb fabrikinizdə mənim üçün iş olub-olmadığını soruşum. Ancaq mən qorx-dum ki, bu sizin xoşunuza gəlməz, ona görə də məktub yaz-madım.
Klayd gülümsəyərək susdu. Lakin onun sualedici ba-xışları əmisinə dikilmişdi.
Semyuel Qrifits bir dəqiqə ciddi bir ifadə ilə Klayda baxdı. Klaydın üzünün ifadəsi və onun öz xahişini şərh et-mək ədası əminin xoşuna gəldi.
– Bəli, sizin arzunuz haqlı bir arzudur, – deyə o sözə başladı. Əlbəttə, siz gərək bubarədə mənə yazaydınız…
Qrifits bu sözləri deyib birdən susdu, çünki o apardığı bütün işgüzar danışıqlarda həmişə ehtiyatlı olmağa adət et-mişdi. Klayd əmisinin ona ümid verməyə cəsarət etmədiyini görərək bir az gözlədikdən sonra açıq soruşdu:
– Bəlkə sizin fabrikinizdə mənim üçün bir iş tapıldı?
Semyuel Qrifits fikirli bir halda qardaşıoğluna baxırdı. Belə açıq bir xahiş onun həm xoşuna gəlirdi, həm də xoşuna gəlmirdi. Bununla belə Klayd ona çox münasib bir adam kimi görünürdü. Yəqin ki, Klayd da, onun oğlu Qilbert kimi, bacarıqlı və şöhrətsevən bir gənc idi. İndi onun fabrikində is-tehsalat prosesilə tanış olduqdan sonra Qilbertin rəhbərliyi altında, fabrikdəki sexlərin birinin müdiri ya müdir müavini kimi işləyə bilərdi. Hər halda ona özünü göstərməsi üçün vaxt və imkan vermək olardı. Burada qorxulu bir şey yox-dur. Bundan başqa, axı bu Eysanın, kiçik qardaşının oğlu-dur, həm Semyuelin, həm də böyük qardaş Allenin, hələ və-rəsəlik hüququnu bərpa etmək məsələsi bir kənara qalsa be-lə, yenə də öz kiçik qardaşları qarşısında müəyyən vəzifə və borcları vardır.
– Məsələ belədir, – deyə Semyuel bir dəqiqə susduq-dan sonra sözə başladı. – Mən bu məsələ haqqında bir az fikirləşməliyəm. Elə bu saat birdən-birə, bizdə əlverişli bir iş olub-olmadığını deyə bilmərəm. Söhbəti elə bundan başla-yaq ki, biz sizə burada aldığınız qədər maaş verə bilməyə-cəyik, – deyə əmisi Klayda xəbərdarlıq etdi.
– Əlbəttə, – Klayd səsləndi, onu alacağı maaşdan artıq əmisinin fabrikində işləmək şirnikdirməkdə idi. – Mən, layiq olmadan, artıq maaş almaq fikrində deyiləm.
– Bundan başqa, ola bilər ki, bizim müəssisədəki iş si-zin xoşunuza gəlməz və yaxud biz sizin işə yaramadığınızı müşahidə edə bilərik. Demək lazımdır ki, hər adamda belə bir iş üçün bacarıq olmur.
– Nə