Müridizm və Şamil. Александр Казембек
Чтение книги онлайн.
Читать онлайн книгу Müridizm və Şamil - Александр Казембек страница 4
Mən müridlik haqqında söz açmaq istəyirəm. Rus hərb ədəbiyyatında Şamil və müridlik bir-birilə sıx bağlıdır, lakin hələ də bu anlayışlar nə leksik, nə də tarixi anlamda lüğətlərə daxil edilməmişdir. Ona görə də arzumu yerinə yetirərkən, təhkiyəmi elə bir tərzdə quracağam ki, yazdıqlarım rus ədəbiyyatı və elmi üçün doğru-düzgün material təqdim edə bilsin. Qarşıdakı mərama uyğun olaraq məqalənin proqramı aşağıdakı istiqamətləri əhatə
edir.
1. Müsəlman Şərqində müridlik barədə tarixi oçerk.
2. Qafqazda müridliyin inkişafı və;
3. Şamil.
Müsəlman Şərqində müridlik barədə tarixi oçerk
İnsan ehtiraslarının tarixi hər zaman və hər yerdə çox böyük əhəmiyyətə malik olmuşdur. Bu ehtirasları yalnız yüksək ruhani təhsil yumşalda bilərdi. Keçmişin dərinliklərinə endikcə görürük ki, xalqların siyasi tarixi ona daha çox əsaslanır. Hərçənd ki, kədər içərisində etiraf etməliyik: tərəziyə qoyularsa bəşəriyyətin ən yeni tarixində hakimiyyət sevdasına mübtəla olanların ehtirasları xalqların taleyindən çox vaxt daha ağır gəlir. Ən yeni cəmiyyətlər isə bir çox hallarda bizə heç vaxt xristian maarifinin ha-vasını udmamış4, ruhani tərbiyənin şüaları ilə isinməmiş
dildən salan yaralardan birinin ağzı qaysaqlanacaq” (Чернышевский Н.Г.
Полн.собр. соч. – М., т.XIV, с.381)
4 Mirzə Kazım bəy hələ gənclik illərində xristianlığın presviterian məzhəbini qəbul etmişdi və bir xristian olaraq “xristian maarifinə” xüsusi önəm verirdi.
17
yarımvəhşi xalqlar və toplumların tarixində gördüyümüz eyni kədərli mənzərəni təqdim edir. Və zaman etibarilə
bizə daha yaxın olan Avropa tarixinin bir çox səhifələrini al qana bələmiş məşhur inqilablar zamanı hakimiyyət hərislərinin iradəsini şüursuz şəkildə yerinə yetirən və özlərini onların yolunda kor-koranə qurban verən hiddətli, coşmuş və azğın tərəfdarlar yığnağı özü üçün qana susamış başçılar tapa bilibsə, barbarların, cahil insanların və fanatiklərin yaşadığı ölkələrdə buna bənzər halları görməyimiz təəccüblü deyildir.
Yeri gəlmişkən, fanatizm bütün inqilablara, xüsusilə
də, üsyan qaldırmaq bəhanəsinin, dinin və onun hərəkətverici qüvvəsi olan xalq inancının olduğu yerlərə xasdır: islahatlar tarixində buna çoxlu sayda aşkar və inandırıcı misallar görə bilərik. Məgər Xilaskarın bu sözlərini bizim dövrün bir çox xristianlarının olduğu kimi qəbul etməsinə
fanatizm səbəb deyilmi: “Elə düşünməyin ki, mən yer üzünə
sülh gətirmək üçün gəlmişəm; sülh deyil, qılınc gətirmək üçün gəldim” 5* ?
Halbuki bu onun mülayimlik, mütilik və dözümlülü-yə əsaslanan təliminə tamamilə ziddir. Doğrudanmı Var-folomey gecələrində qanı sel kimi axıdan qüvvə həmin bu xristian dini idi? Doğrudanmı milyonlarca bidətçini kilsə-dən kənarlaşdıran İsa Məsih təlimi idi?
Xeyr, bu fanatizmdir, xurafatın övladıdır! Bu, cəhən-nəmin Yer üzündə mələk cildinə girən törəmələridir, bu, İblisin qisas silahıdır!
Fanatizm öz həyatını ictimai fəlakətlər üzərində quran adamların məqsədlərinə çatması üçün gözəl vasitədir.
5 * Matfey İncili, X, 34.
18
Bu cür adamlar gah hiyləgərcəsinə itaətkar olmağı, gah yaxşı hesablanmış fədakarlıq etməyi, əhatəsindəki insanların hüsn-rəğbətini özlərinə doğru yönəltməyi və daim onların zəif damarlarından tutaraq, məhəbbətlərinə və
iradələrinə hakim olmağı bacarırlar. Bundan sonra onları kölə kimi sədaqətli etmək artıq xeyli asanlaşmış olur.
Biz ictimai həyatda bir dəfə aldanmış, saxta özünəvurğunluq səbəbindən rüsvayçı vəziyyətdən çıxmaq istəməyən və yanlışlıqlarını həyasız inadkarlıqla danan kifayət qədər təhsilli adamlar görürük. Və əgər məkrli, ictimai sanbalına görə kiçik, hətta sözü və əməli ilə hiyləgərcəsinə idarə etdiyi insanlarda nifrət doğuran adam izlədiyi hədəfin predmetinə məhvedici təsir göstərə bilirsə, o zaman təsəvvür edin ki, çoxsaylı tərəfdarların iradəsini idarə edənlərin geniş düşünülmüş pis niyyətlərinin nəticəsi nə qədər böyük və fəlakətli olar!
Yaxşını pisdən seçə bilməyən korazehin qurbanların fanatizmi onların enerjisini yüz qat artırır. Bu nəzarətsiz enerjinin təsirindən beyinlər kütləşir, qurban isə düşdüyü əziyyətlərin pəncəsində qıvrılaraq dəli kimi qəhqəhə çəkir. İnsan övladının yaşam tarixində bu cür heyrətamiz təzahürlər tez-tez təkrarlanır.
Növbəti fakt – Şərqdə müridlik tarixinin səhifələrində
tez-tez rast gəlinən hallardan biridir. Hicri tarixin III yüzilliyinin lap başlanğıcında, əl-Məmunun hökmranlığı zamanında6 (hicri 201-ci il və miladi 810-cu ildə) İranda 6 Əl-Məmun – yeddinci Abbasi xəlifəsi, 813-833-cü illərdə hakimiyyətdə
olmuşdur (Босворт К.Э. Мусульманские династии. – М., 1971, с.32).
19
Babək7 adlı biri peyda olaraq əvvəlki yalançı peyğəmbərlərin yolunu davam etdirdi və özünü Allahın elçisi, ardınca isə Allahın yer üzündəki təcəssümü elan etdi. Onun uğurları o qədər böyük oldu ki, iyirmi il ərzində xəlifələrin hakimiyyətini təhdid etdi8. Fədakar tərəfdarlarının başçılığı altında hərəkət edən qüvvələrlə dəfələrlə
Məmun və Mötəsimin9 qoşunları üzərində qələbə çalması, həmçinin qana hərisliyi və rəhmsizliyi özünə qarşı yönəlmiş daxili üsyanı hazırlamış oldu10*.
Nəhayət, onun qüvvələri darmadağın edildi və o, Bizansa qaçmaqla canını bir müddətliyə qurtardı. Erməni 7 Babək (gerçək adı Həsən) – 816-cı ildən xürrəmilərin antiərəb, antifeodal hərəkatının rəhbəri. Onlar İslamı tanımır, kəndlilərin feodal asılılığının ləğvinə