Müridizm və Şamil. Александр Казембек
Чтение книги онлайн.
Читать онлайн книгу Müridizm və Şamil - Александр Казембек страница 5
Арабы, ислам и арабский халиат в раннее средневековье, – М., 1966, с.133.).
9 Əl–Mötəsim – doqquzuncu Abbasi xəlifəsi, 833-842-ci illərdə hakimiyyətdə
olmuşdur (Босворт К.Э. Göstərilən əsəri, c.32) 10 * Müsəlman tarixçiləri deyirlər ki, dəfələrlə baş vermiş üzbəüz meydan müharibələri zamanı onun əli ilə iki yüz mindən çox müsəlman öldürülmüşdür.
20
knyazlarından və ya əyanlarından olan Sahil adlı biri onu arvadları və uşaqları ilə birlikdə yaxaladı və xəlifənin ordu komandanı Afşil vasitəsi ilə qəzəbdən alışıb yanan Mötəsimə təhvil verdi.
Onun üçün hazırlanmış işgəncələr müdhiş idi; divan tutulduğu gün Babəkin meydanı doldurmuş insanlara etinasız və nifrət dolu baxışlarla baxması ona verilən cəza-nın şiddətini on qat artırdı. Lakin o, verilən əzablara sarsılmaz bir mətanətlə dözdü və cəlladları məsxərəyə qoydu.
Babəkin qəddar cəlladlarının onunla nə şəkildə rəftar etdikləri barədə təfərrüatlı məlumat avropalıda ikrah doğura bilər: məsələn, əvvəlcə onun ailə fərdlərini və uşaqlarını işgəncəyə məruz qoyub, sonra tikə-tikə doğradılar; ardınca özünün bədən əzalarını bir-bir baltalayıb ayırdılar və rəhmsizliyin təlqin edə biləcəyi ən müxtəlif üsullar-la işgəncələr verdilər…, o isə sonadək öz halını pozmadı və dedi ki, həqiqət naminə ölür.
Fanatiklərin bütün başçıları öz davamçıları ilə birlikdə məhz bu şəkildə məhv olurdular; hətta İranda babilərin rəhbərləri də öz tərəfdarları ilə bərabər bu cür həlak edilmişdilər11.
11 İranda 1842-1852-ci illərdə antifeodal üsyan. Babilər üsyanının hərəkətverici qüvvəsi kəndlilər və sənətkarlar, şəhər yoxsulları və xırda alverçilər idilər. Çıxışlara Babilər təriqətinin təşkilatçısı, özünü Bab (hərfən: Qapı) elan etmiş Seyid Əliməhəmməd (1820-1850) başçılıq edirdi. O, iddia edirdi ki, şiələrin on ikinci imamı Mehdi xalqa öz iradəsini bu qapıdan elan edir (Bab və
Babilik hərəkatı haqqında təfsilatı ilə bax. Токарев С.А. Религия в истории
народов мира. – М, 1965, с. 495-520; Крывелов И.А. История религии.
т.2, – М., 1976, С.296-343).
21
Lakin əvvəlcə Məhəmməd və digər fanatiklərin zühur etdiyi zəmanədəki Şərq mühitinə ötəri bir nəzər sal-maqla işimizə başlayaq.
İslamın hakim olduğu məkanlarda, xüsusən də Ərəbistanda, Suriyada və Efiopiyada xristianlığın aciz və zəif durumda olması hələ Məhəmmədə qədər müxtəlif bidətçilərin və yalançı peyğəmbərlərin meydana çıxmasına zəmin yaratmışdı. Təkcə o çağın Ərəbistanında islahatlara beş iddiaçı: Məkkə və Mədinədə Məhəmməd özü, Yəmam-da Müsəylimə, Taifdə kifayət qədər güclü hökmdar olan əl-Əsvad, onun ardınca Əsad və Səcad nəslindən Tuləyhə və
Tamimdən olan Uləmu Sədr ləqəbli peyğəmbər qadın var idi . Onların hamısından öncə fəaliyyətə başlamış Məhəmmədin, ardınca isə xəlifələrinin uğurları bu rəqiblərin irəli keçmək şanslarını heçə endirirdi. Onların arasında Məhəmməd daha güclü idi.
İranda və Xorasanda maqların təlimi də bir çox qola ayrılmışdı. Hər hansı oxumuş və ya alim, özünü imam, mürşid, yəni mənəvi yol göstərən adlandırmaqla, ona məxsus olmayan hakimiyyəti öz əlində cəmləşdirir, onun vasitəsilə əlahiddə bir kastanın başına keçərək ən yüksək imkanlara sahib olmaq istəyirdi. Bu ölkələrdə artıq çoxdan bəri dərin kök atmış buddizm12 isə Zərdüşt fəlsəfəsi13
12Buddizm – e.ə. VI yüzildə Hindistanda yaranan üç dünya dinindən biridir.
Daha çox Cənub-Şərqi Asiya ölkələrində yayılmışdır. Rusiya ərazisində
Buryatiyada XVIII yüzildə bərqərar olub; Dağıstanda buddizmin izlərinə rast gəlinmir.
13 Zərdüştilik – Sasanilər İranında dövlət dini. Harada və nə zaman yaşadığı qəti şəkildə bilinməyən Zərdüştün (Zaratuştra) adı ilə adlanır. Tədqiqatçıların əksəri zərdüştiliyin meydana çıxmasını e.ə. VII yüzilə aid edirlər. Zərdüştiliyə
iki başlanğıcın – xeyir tanrısı Ahura Mozda və şər tanrısı Anxra Manyunu tanımaq xasdır; Zərdüşt təliminə əsasən, onların mübarizəsi fərdin həyatını və
bəşər tarixini müəyyən edir (Струве В.В. Родина зороастризма. – СВ, 1948, 22
ilə birlikdə tanrının insan obrazında təcəssümü təliminin toxumlarını hər yerə səpmişdi.
İslam yayılmağa başlayanda Şərq bu vəziyyətdə idi.
Məhəmmədin ağlının gücü və siyasəti ona bütün yalançı peyğəmbərlər və təriqətçilər qarşısında birinciliyi təmin edirdi: o, həmin dövrün ruhani və siyasi qüvvələrinin zəifləməsindən yüksək şəkildə faydalanmağı bacardı. Lakin hər yerdə islahatlar ruhu hökmran idi və Məhəmməd bilirdi ki, onun təlimi vahid və bütöv şəkildə qalmayacaq-dır. O, gələcəkdən xəbər verərək deyirdi ki, İslam çoxlu sayda təriqətlərə parçalanacaqdır14*.
Həqiqətən də, bu belə də oldu. İslamın yayılmağa başladığı ilk əsrdə möminlərin çevrəsində doğulan müxtəlif təlimləri bir kənara qoyaq15, İslamdan tamamilə ay-N 15; Дьяконов И.М. История Мидии. – М, 1956; Дандамов М.-А. Иран
при первых ахолинизах. – М., 1963).
14 * Məhəmmədin hədislərinin birində oxuyuruq: “Mənim ardıcıllarım arasında fikir ayrılıqları – xeyirli işdir”, yəni müsəlmanların təfsirinə görə, yaxşı nəticələr verəcək. Bir peyğəmbər kimi Məhəmməd öz mülahizələrində baş verməli olanları öncədən söyləmək, həm də öz ardıcıllarını gələcək mübahisələrdə təlimin əsaslandığı başlıca müddəalardan yayınmamağa meyilləndirmək istəmişdi.