Müridizm və Şamil. Александр Казембек
Чтение книги онлайн.
Читать онлайн книгу Müridizm və Şamil - Александр Казембек страница 6
qəbul edirlər. Sünnilər müsəlman icmasının başçısı olaraq əksəriyyətin seçdiyi 23
rılan və sonrasında müsəlmanlar üçün düşmən təlimlərə
çevrilən bir çox digərləri də üzə çıxdı. Bunlar: ravəndilər və onların qolları, xürrəmilər və ya babəkilər, qərmətilər və
onların qolları, nəhayət, ismaililərin fərqli qolları, onlardan
assasinlər Şərqdə 200 ilə yaxın (1088-1272) davam edən və
bəşəriyyət üçün bu qədər qorxulu olan tarixi sülalə təşkil etmişdilər. Bunlardan başqa, İslamın meydana çıxmasının hələ lap əvvəlində Şərqdə “Allaha yol” və ya “sufizm”
adlandırılan xüsusi bir təriqət əmələ gəlmişdir16 . Yeni bir xəlifəni qəbul edirlər. Şiələr və ya “şiat Əli” Məhəmmədin qanuni varisləri olaraq yalnız 12 imam sülaləsini – Əli və onun birbaşa varislərini tanıyırlar.
XII yüzilin ortalarında sünnilər və şiələr arasında silahlı mübarizə dönəmində
xaricilər (“üsyançılar”) meydana çıxmışdılar. Təriqətçilər xəlifəni icmanın maraqlarının ifadəçisi kimi təsəvvür edir və buna görə hesab edirdilər ki, İslam təlimini bilən istənilən şəxs xəlifə seçilə bilər. Buna əsaslanmaqla onlar xəlifə məqamına iddiaları olan Əli və Müaviyəni qanundankənar elan etmişdilər. Sonralar xarici dəstələrə tutulan divana görə təriqətçilər qisas alaraq, Əlini öldürmüşlər. İlk vaxtlar xalq kütlələri arasında populyarlıq qazanan xaricilər təriqəti xəlifə qoşunlarının təzyiqi altında tədricən zəifləməyə üz qoydular; xarici ehkamların təbliğatını qarşılarına əsas vəzifə kimi qoyan ibadilər qrupu və xarici təliminə əməl etməyən bütün müsəlmanlarla “müqəddəs müharibə”
aparmağı zəruri sayan əzraqilər qrupu ayrıldı. Xaricilər təriqəti X yüzildə öz əhəmiyyətini itirdi.
16 Sufizm – islamşünasların əksəriyyətinin hesab etdikləri kimi, adın özü “suf”
– “yun”, “qaba yun geyim” sözündən gəlir. Sufizmin başlıca məzmunu tərki-dünyalıq, “dünya işlərindən asketik qaçış”dır. Müəyyən edilib ki, ilk vaxtlar sufilik qeyri-bərabərliyə qarşı yönəlmiş hərəkat olaraq, müsəlman ruhaniliyi-nin aşağı təbəqələrində yaranmışdır. Yoxsulluq kultu, yaşayış üçün zəruri olanları şəxsi əməklə, ya da əl açmaqla qazanmaq tələbi buradan gəlir. Sufizmin fərqli istiqamətlərində “mənəvi kamilliyin” mərhələləri haqqında təlim təşəkkül tapıb. Onların çoxu dörd mərhələni qəbul edir: 1.Şəriət – hamı üçün icbari olan qanun. Bu mərhələyə sufilər mistik yola hazırlıq kimi baxır. 2. Təriqət – həqiqətə, Allaha aparan yol. “Bu termin artıq XI yüzildə meydana çıxıb, ilk vaxtlar kamillik axtaran adamın bunun köməyi ilə qısa yolla bu hədəfə
yönəldilə bildiyi müxtəlif mənəvi-psixoloji metodları ifadə edirdi (Бертельс
А.Е Суфизм и суфийская литература. – М., 1956, с.37). Təriqət yalnız qabiliyyəti olan (“dərin ağla” malik) və özünü bütünlüklə Allaha xidmətə həsr etməyə, dünya işlərindən uzaqlaşaraq, duyğusal aləmdən imtina edərək ona ruhani təzimə qədər yüksəlməyə özündə daxili tələbat duyanlar üçün nəzərdə
24
“yol” istisnasız olaraq bütün məzhəblərdə vardı və səadət axtaranların hamısı özlərinin düşünüb tapdıqları hər hansı yeni bir inancın örtüyü altında gələcək tərəfdarların ağlını və iradəsini fəth etmək, fanatizmin köməyi ilə arzusunda olduqları məqsədə yetişmək üçün təriqətdən mənəvi silah qismində az və ya çox dərəcədə istifadə edirdilər.
İslamın inkişaf tarixində və dini inqilablar sistemində
müsəlmanlar arasında müridlik başlıca rol oynayır. Müridlik: cihad, təriqət və dəvət adlanan üç təməl üzərində qərar tutur. Birincisi hərfi mənada din uğrunda savaş, ikincisi
– ilahi həqiqətə aparan yol (mistiklərin təlimidir), üçüncüsü – insanları mənfur hakimiyyətə qarşı üsyana, qanuni və ya dini hüquqların müdafiəsinə dəvət etməkdir. Leksik mənada mürid sözü [həqiqət] axtaran, arzu edən deməkdir: təriqət təliminin ilk təsisçilərinın yeni tərəfdarları bu adla adlandırılırdılar. Biz bu təməlləri sıra ilə gözdən keçirək.
tutulan ikinci mərhələ kimi gözdən keçirilir (bax. Bu nəşrin ikinci paraqrafı).
3.Mərifət. 4. Həqiqət. Bəzi sufi məktəbləri üçün sonuncu iki mərhələnin bir mərhələdə birləşdirilməsi xarakterikdir, lakin bütün sufilər mərifət və həqiqətə
yalnız müqəddəslərə, imamlara nəsib olan mərhələlər kimi baxırlar. Sufi təliminə görə, dünya işlərindən uzaqlaşmağa və özünü Allaha xidmətə həsr etməyə qərar verən hər bir müsəlman mürşidin müridi ola bilər (bax. qeyd 20).
Mürşid təriqətin sirlərini və Allahı görmə üsullarını ona öyrədir. XII yüzildə
qardaşlıq və ya rahib ordenləri şəklində sufi təşkilatları meydana gəlir. Bu təşkilatların üzvləri – dərvişlər öz nizamnaməsi və şeyxləri ilə monastırı xatırladan zaviyələrdə (rəbatlar, xanəgahlar, təkyələr) yaşayırdılar. Sufilər tərəfindən asketizmə, tərki-dünyalığa, dini qaydada yaşayışa çağıran bir təlim cəmiyyətin sosial-siyasi inkişafına dağıdıcı, mürtəce təsir göstərirdi (Петрушевский И. П. Göstərilən əsəri, с. 310-350; Беляев Е.А. Мусульманское
сектантство. – М., 1957).
25
1. Cihad 17
Məhəmməd bu ilk silahdan öz dinini möhkəmləndirmək üçün olduqca düzgün və sərrast şəkildə istifadə etmişdir. Bu silah müxtəlif ölkələrin fəthində xəlifələrə xidmət etmişdir; yüz il müddətində təkcə cihadın vasitəsilə
bu qədər nəhəng və qorxulu İslam imperiyası təşəkkül tapmış və bu mərhələdən keçmək yolu ilə sonralar impe-riyanın hüdudları daxilində ayrı-ayrı dövlətlər yaranmışdır. Xaç yürüşlərinin uğurlarının səbəbləri haqqında az-çox mühakiməsi olan hər kəs bu dini ideyanın yaradılma-sında