Ölüm qədər sadə. Piter Ceyms

Чтение книги онлайн.

Читать онлайн книгу Ölüm qədər sadə - Piter Ceyms страница 1

Автор:
Жанр:
Серия:
Издательство:
Ölüm qədər sadə - Piter Ceyms

Скачать книгу

/>

      ÖLÜM QƏDƏR SADƏ

      roman

      ÖN SÖZ

      Baxmayaraq ki, bir qayda olaraq yazıçı tək işləyir, əgər müxtəlif sahələrdən olan insanlar öz biliklərini mənimlə bölüşməsəydilər, bu kitab işıq üzü görməzdi. Elə onlara da, ən səmimi təşəkkürlərimi çatdırıram.

      Mənim üçün cinayət axtarışları üzrə superintendent Deyv Geylorun köməyi həqiqətən, əvəzsiz oldu, hansı ki, dəfələrlə romanın əlyazmasını müxtəlif mərhələlərdə oxumuş, mövzuya uyğun bir çox cümlələr əlavə etmiş, həmçinin məni Susseks polisinin iş üsulları ilə ətraflı tanış etmişdi. Susseksi polisinin işçiləri mənə qarşı olduqca ürəyiaçıq idilər və səbirlə mənim çoxsaylı suallarımı cavablandırırdılar.

      Onların arasında çavuş-xəfiyyə Kit Xalleti, müvəkkil-xəfiyyə Uilyam Uorner və baş müstəntiq Stüart Leonardı xüsusi qeyd etmək istərdim.

      Pataloji anatomiya mütəxəssisi-həkim Naycel Kirkemə və morqun başqa işçiləri Brayton və Houvarda təşəkkür etmək istəyirəm.

      Ümid edirəm ki, hələ uzun müddət burada sadəcə müsafir olaraq qalacam. Təşəkkürlərimi xeyirxah dostum Ceyms Simpson və birgə bir sıra film və telessenarilər yaratdığım Karina Koulmana çatdırıram. O, mənim qeyri-rəsmi redaktorum oldu və bir neçə parlaq fikir irəli sürdü. Mayk Harris, Piter Uinqeyi, Sol, Qrek Şeklton, polis həkimi, həkim-koroner Piter Din, həmçinin, ən kədərli günlərimdə mənə inam verən və yanımda olan, güc-qüvvət verən Şenstona minnətdarlığımı bildirirəm. Mənə olan inama görə yeni ecazkar ədəbi agentim Kerol Breykə razılığımı bildirirəm. Mən “Mak millon” nəşriyyatının heyətinin inanılmaz işinə heyranam. Xüsusilə Debug Kort və Ceff Daffrild, redaktor Stef Borvert isə əsl xəzinədir. Ceffri Barli və Toni Mallikenə səbir, tərəfdaşlıq və inama görə təşəkkürlər. Və həmişəki kimi itlərim vəfalı Berti və bir az gec peyda olmuş Fibə təşəkkürlərimi bildirirəm. Hər ikisi səbirlə, lakin həvəssiz şəkildə mənim nə zaman yazını bitirəcəyimi və onları gəzintiyə aparacağımı gözləyirdilər.

      Piter Ceyms

      Susseks, İngiltərə

      1

      Bir neçə çatışmazlığı nəzərə almasaq, onların bəxtindən “A” planı olduqca uğurla işləyirdi, sanki, onlarda “B” planı onsuz da yox idi.

      Dostlar ümid edirdilər ki, mayın sonlarında saat 20:30-da hava hələ də işıqlı olacaq. Hər halda, dünən onlar özləri də tabut və dörd kürək götürüb bu yolu qət edərkən hər yan hələ də işıqlı idi. Lakin indi yaşıl “Ford Tranzit” mikroavtobusu Susseks kəndarası yol ilə şütüyürdü, yuyulmuş neqativ rəngli səmada isə, çiskin vardı.

      – Axı nə vaxt çatacağıq? – Uşaq görkəmli Coş zarıdı.

      – Hər yolçuluğa məxsus olan şüarı xatırla: ”Hara gedirsən get, lazım olan yerə çatacaqsan”, – Rabbo cavab verdi. Sükanda əyləşdiyinə görə, o, başqalarından daha ayıq idi. Son saat yarım ərzində onlar əsaslı surətdə üç yerdə oturmuşdular, dörd yerə isə yolüstü dəyib çıxmışdılar. Rabbo bildirdi ki, zəncəfilli sadə pivə içəcək, lakin buna baxmayaraq, iki bakal porter1 içmişdi. Onun inancına görə tünd içkidən sonra beyində aydınlanma olur və avtomobili idarə etmək asanlaşır.

      – Deməli, biz lazım olan yerdəyik! – Coş sevindi.

      – Kim şübhə edirdi ki!

      Qaranlıqda üzərində maral təsviri olan xəbərdaredici yol nişanı göründü və o an da gözdən itdi. Avtomobilin fənərləri meşəyə gedən yoldakı parıltılı qara çınqıl örtüyünü işıqlandırdı. Onlar kiçik, ağ kottecin2 yanından ötüb keçdilər. Maykl arxada damalı xalça üzərinə sərilmişdi, başının altına isə balış əvəzi qayka açarını qoymuşdu. İçkinin təsirindən hər şey gözləri önündə fırlanırdı.

      – Bir az da artırmaq lazımdır, – dolaşan dili ilə mızıldandı.

      Əgər Maykl bir azca da olsun dərketmə qabiliyyətini saxlasaydı, dostlarının simasından nəyinsə qaydasında olmadığını anlayardı. Adətən o çox içmirdi, lakin bu gün həddi aşdı: birnəfəsə bir-birinin ardınca pivə pintalarını3 və araq qədəhlərini boşaldırdı. Bu qədəhlərin sayını isə xatırlamaq mümkün deyil. Maykl Harrison uşaqlıqdan onların dəstəsində baş təşəbbüsçü sayılırdı.

      Bu öz-özünə belə alınmışdı. Deyirlər ki, həyatda müvəffəqiyyətin sirri, düzgün valideyn seçimindən asılıdır. Mayklın burada bəxti gətirmişdi. Anasından ona açıq rəngli saçlar və gözəllik, atasından cazibə və fərasət, zəka keçmişdi. Lakin, özünə qəsd edən vərdiş və xasiyyətlər ,dular. Mayklın 12 yaşı olanda, Tom Harrison qarajda qazdan zəhərlənib öldü və arxasında sadəcə borclar qoydu. Maykl tez böyümək məcburiyyətində qaldı.

      Hələ məktəbli olan zaman o qəzet paylamaqla anasına güc-bəla ilə dolanmağa kömək edirdi. Bir az böyüdükdən sonra isə tətillərdə müxtəlif işləyərək pul qazanırdı. Odur ki, pulun necə çətinliklə qazanılması və necə asan xərclənməsi haqqında o sadəcə eşitməmiş, həm də görmüşdü.

      İndi iyirmi səkkiz yaşında olarkən, onda səriştə və işə yovuşma formalaşıb: onu çox yaxşı oğlan kimi tanıyırdılar. Dostları onu sözsüz olaraq başçı qəbul etmişdilər. Lakin həyatda mükəmməllik yoxdur. Maykl hədsiz sadəlövh idi və kobud şəkildə zarafat etməyi sevirdi.

      Bu gün sonuncu iki çatışmazlıq kəskin qəzaya zəmin yaratdı. Qisas günü gəlib çatdı.

      Nə isə, Maykl bu barədə hələ ki, duyuq düşməmişdi. O, yenə ləzzət dolu bihuşluğa qərq oldu. Başında yalnız, əsasən nişanlısı Eşli ilə bağlı olan xoş fikirlər fırlanırdı. Həyat gözəldir! Anası yaraşıqlı kişi ilə görüşür, qardaşı universitetə qəbul olub, bacısı Karli məktəbdən sonra fasilə götürməyi qərarlaşdırıb və indi Avstraliyada dincəlir. Onun biznesi inkişaf edir. Ən əsası isə, üç gündən sonra o, sevdiyi qadınla ailə həyatı quracaq. Sevdiyi və məftun olduğu! O, öz yarısını tapıb. Eşli!

      Maykl, mikroavtobus hər dəfə çala-çuxura düşdükcə cingildəyən kürəyə fikir vermirdi. Və onunla birlikdə arxada oturmuş dostlarının simasındakı qəribə ifadəni də sezmirdi. Onlar yırğalanaraq, köhnə radioqəbuledicidən eşidilən Rod Stüartın qədim “Yola düşmə” hitini yersiz təkrarlayırdılar.

      Yanacaq çənindən benzin sızdığına görə, avtomobilin salonunu kəskin benzin iyi bürümüşdü.

      – Mən onu sevirəm, – Maykl mızıldandı, – Mən Eşlini sevirəm!

      – Həə, o bir əvəzolunmazdı, – Robbo təsdiqlədi.

      Həmişəki kimi dəyirmi, qırmızı sifətli, seyrək hamarlanmış saçları və köynəyin altından çıxan böyük qarnı ilə Robbo ona kömək etməsəydi, uşaqların öhdəsindən gələ bilməzdi.

      – Dəqiq!

      – Yaxınlaşırıq, – Lyuk xəbərdarlıq etdi.

      Döngədə Robbo əyləci basdı və yanında oturan Lyuka göz vurdu.

      Şüşə silənlər yeknəsəq olaraq yağışın buraxdığı izi şüşədən təmizləyirdilər.

      – Bilirsiniz mən onu necə sevirəm?

      – Bilirik,

Скачать книгу