Ölüm qədər sadə. Piter Ceyms

Чтение книги онлайн.

Читать онлайн книгу Ölüm qədər sadə - Piter Ceyms страница 3

Автор:
Жанр:
Серия:
Издательство:
Ölüm qədər sadə - Piter Ceyms

Скачать книгу

daha güclü yağırdı.

      – Bəs birdən su qalxsa?

      – Ey oğlan! – Robbo əsəbiləşdi. – Çalanı biz dünən qazmışıq və iyirmi dörd saat ərzində cəmi bir neçə düym su yığılıb. Həyəcanlanmaq lazım deyil.

      Coş fikirli halda başını tərpətdi

      – Birdən onu çıxarda bilməsək necə?

      – Burda bacarmamalı nə var ki? – Qapağı götürəcəyik və iş bitdi.

      – Onda iş başına, – Lyuk əmr verdi.

      – O donuzdu, buna layiq idi, – deyərək Pit dostlarını ruhlandırdı. – Lyuk yadındadır o sənin qonaqlığında nə etmişdi?

      Lyuk başı ilə təsdiqlədi. O, öz toyqabağı “oğlan qonaqlığını” ömrünün sonuna qədər unutmayacaq. Uzun sürən içki gecəsinin səhəri o Edinburqa gedən qatarın kupesində ayıldı. Nəticədə növbəti gün o öz toyuna düz qırx dəqiqə gecikdi. Hə, Maykl onda məsələni çox uzatmışdı.

      Pitin də yada salmalı xatirələri çox idi. Nikah mərasimindən əvvəlki günü Kliftof dərəsində veyillənərək keçirmişdi. Maykl onu əl qandalı ilə asma körpünün barmaqlıqlarına bağlamağı düşünmüşdü, əyninə isə nəzərəçarpacaq ölçüdə şəffaf büzməli tor şalvar geyindirmişdi. Yazıq Pit yanğınsöndürən dəstə onu xilas edənə qədər sallandı.

      – Mark isə həmişəki kimi, – Pit güldü. – Alçaq! – özü bizi həvəsləndirirdi, indi isə kolluğa qaçdı.

      – Heç yerə gedə bilməz. Bizi növbəti pivəxanada gözləyəcək. O, dayanacağı bilir.

      – Eləmi?

      – O, mənə zəng vurmuşdu. Artıq yoldadır.

      Robbo üz-gözünü turşutdu:

      – Lidsdə hava dumanlıdı. Onun reysini təxirə salıblar. Özünə əla yer eləyib.

      – Biz, “Şah palıd”ında görüşəcəyik.

      – Hiyləgər alçağa bax! – Lyuk başını yellədi. Bütün çirkli işləri həmişə bizə yükləyir.

      – Əvəzində şənlikdir, – Pit etiraz etdi.

      – Şənliyə bax ha! – Lyuk dişlərini qıcadı. – Meşədə leysan yağışın altında qalmışıq. Şənlikdir? Ay səni zarafatcıl! Qoy bircə gecikməyə cürət eləsin, Mayklı təkbaşına qazıb çıxardacaq. – Dostlar tabutu çiyinlərinə qoydular, səndələyərək qəbirin kənarına gəldilər və ağır şappıltı ilə dartılmış iplərin üzərinə buraxdılar. Qapağın altından boğuq “ay” səsini eşidib, hamısı bir yerdə qəhqəhə çəkdilər. Maykl yumruqları ilə tabutun qapağını döyəclədi.

      – Bəsdirin! Eşidirsiz? – Pit cibindən yığcam ratsiyanı çıxartdı.

      – Yoxlama məni necə eşidirsən? – Qəbul!

      Onun səsi tabutun qapağının altında uzaqdan eşidilirdi.

      – Yoxlama! Yoxlama!

      – Bəsdirin, gicbəsərlik elədiniz.

      – Həyəcanlanma Maykl! – Pit məsləhət verdi. – Həyatdan zövq al.

      – Məni burdan buraxın, qoyunlar! Mən qaytarmaq istəyirəm. – Pit qəbuledicini söndürdü və “Babur” firmasının bahalı gödəkcəsinin cibinə qoydu.

      – Biz onu necə sallayacağıq?

      – İplərlə, – Robbo izah etdi. – Kənarlarından tutun. Pit qəbuledicinin düyməsini şıqqıldatdı.

      – Hamısı bərkidilib Maykl! Narahat olma – Ələ salaraq söz atdı və cavab gözləmədən qəbuledici ilə əlaqəni kəsdi.

      Dörd nəfərin hamısı güldülər və kəndirlərdən yapışdılar.

      – Bir, iki, üç, – Robbo qışqırdı

      – Ay səni, ağırlığa bax! – Lyuk kəndiri dartıb özünü düzəldərək deyindi. Astaca təkanlarla əyilərək, sanki vurularaq zədələnmiş gəmi kimi tabutu dərin çalaya salladılar. Tabut çalanın dibinə dəyəndə dostlar qaranlıqda güc-bəla ilə onu sezə bilirdilər. Pit fənərlə aşağını işıqlandıranda, onlar tabutun qapağında açılmış kiçicik deşikdən nəfəs çubuğunu gördülər.

      Robbo qəbuledicini ondan aldı.

      – Maykl jurnal xoşuna gəldi?

      – Yaxşı zarafat etdiniz bəsdir, məni buradan çıxardın.

      – Biz striptiz kluba gedirik. Çox təəssüf ki, sən bizimlə olmayacaqsan. – Robbo Mayklın cavabını gözləmədən, əlaqəni kəsdi, kürəyi götürüb çalanı torpaqla doldurmağa başladı. Birinci torpaq yığını tabutun qapağına dəyəndə, Robbo qəhqəhə çəkdi.

      Pit ah çəkərək, ikinci kürəyi götürdü və kömək etməyə başladı. Bir neçə saniyə hər ikisi həvəslə işləməyə başladı. Tezliklə torpağın altından tabutun kiçik bir hissəsi görünürdü, tədricən onlar da itdi. İki dost yorulmadan işləyirdilər – spirtli içki onlara güc verirdi. Tezliklə onlar qəbiri tam iki futluq doldurdular. – Odur ki, hava çubuğunun ucu güclə torpağın altından görünür-dü.

      – Qulaq asın bəsdir! – Lyuk narahat oldu. Axı biz onu iki saatdan sonra hələ qazıb çıxartmalıyıq da. İndi qəbri nə qədər çox doldursanız, sonra o qədər də çətin olacaq.

      – Axı o elə bil ki, qəbirdədi! – Robbo at kimi kişnədi. – Biz isə qəbirqazanıq və qəbiri torpaqla doldururuq.

      Lyuk kürəyi onun əlindən aldı.

      –Yetər! – O, qətiyyətlə bildirdi – Mən bütün gecəni içmək istəyirəm, palçığın içində eşələnmək istəmirəm. Aydındır?

      Robbo başını tərpətdi. O heç vaxt dostlarına qarşı çıxmırdı. Tərdən islanmış Pit kürəyi tulladı.

      – Elə bilməyin ki, mən bu işlə çörəkpulu qazanmağı qərarlaşdırmışam, – O donquldandı. Əzilmiş dəmir təbəqə ilə qəbirin üzərini örtən dostlar bir neçə saniyə sakit dayanıb, yağış damcılarının metal üzərində döyəcləməsinə qulaq asdılar.

      – Yaxşı, nəhayət ki, – Pit dedi, – tərpənirik burdan.

      Lyuk əllərini cibinə saldı.

      – Bəlkə lazım deyil? – Qərarsızlıqla soruşdu.

      Biz

Скачать книгу