Ölüm qədər sadə. Piter Ceyms

Чтение книги онлайн.

Читать онлайн книгу Ölüm qədər sadə - Piter Ceyms страница 6

Автор:
Жанр:
Серия:
Издательство:
Ölüm qədər sadə - Piter Ceyms

Скачать книгу

hadisəsi baş verib. Bilmirsiz orada nə olub? Onu baş qərargahla calaşdırdılar.

      – Salam superintendent – Kişi səsi eşidildi. Orada məsələ ciddidir. Xəbərlərə əsasən, tələfat var. Yol hələ bir müddət bağlı olacaq. Yaxşısı budur, siz geri dönün və başqa çıxış axtarın. – Roy Qreys təşəkkür etdi və əlaqəni kəsdi. Sonra köynəyinin döş cibindən peyceri çıxartdı, Klodinin nömrəsini tapdı və məktub göndərdi. Cavab o dəqiqə gəldi. Narahat olmamasını, nə vaxt bacarsa onda gəlməsini yazırdı. Bu cavaba görə, qız Royun daha çox xoşuna gəldi. O, bir müddət sabahkı günü unutdu.

      4

      Belə səyahətlər çox olmurdu, ancaq hər dəfə olanda Devi sevinirdi. O, atasının yanında sərnişin oturacağında ehtiyat kəmərini bağlayaraq əyləşmişdi, polis mühafizə dəstəsi isə qarşıdan gələn xətt ilə şütüyürdü. Mayak yanıb-sönür, sirena vıyıldayırdı və bir qayda olaraq adi avtomobilləri ötüb keçirdilər. Hə, bu amerikan təpələrindən sürüşməkdən daha sürətli idi, hətta atasının apardığı Oltontouers parkındakı yelləncəklərdən də möhkəm gedirdilər, hansı ki, bu yelləncəklər ən sürətlilər hesab olunurdu.

      Devi özünü saxlaya bilməyib “A-ya –yehu!”– deyə qışqırdı. O amerikan polislərin seriallarının güclü həvəskarı idi. Tez-tez Amerika, hərdən Nyu-york, hərdən Missuri, hərdən Florida, ən çox Los-Anceles ləhcəsində danışırdı.

      Fil Uiler sükanı fırladan yekəqarın, qəhvəyi iş şalvarı və köhnəlmiş çəkmə, dairəvi qara papaq qoymuş kişi oğluna gülümsədi. Bir neçə il əvvəl, Devi ilə bağlı çətinliklərə dözməyən arvadı qaçmışdı. Axırıncı on yeddi ildə oğlanı atası tərbiyə etmişdi.

      Ağır aqreqatın7 yanından ötərkən patrul avtomobili sürəti azaltdı. Onların yük maşının hər iki yanını, damı kəhrəba rəngli stroboskoplarla8 “Uilerin emalatxanası. Texniki yardım. “Avtotəmir işləri” yazıları bəzəyirdi. Qarşıda şüşələrdən fənərlərin şüası və projektorlardan düşən işıqda “Ford Tranzit”in sement aparan qurğunun qarşı banperinə yapışması, sonra isə kola bankası kimi əzilmiş mikroavtobusun özü göründü. Mikroavtobus yanı üstə uçmuş hasarın üstündə qalmışdı.

      Göy rəngli zəif işığın şüaları altında yaş beton və yağışdan parıldayan yaşıl ot aydın görünürdü. Yanğınsöndürən və patrul avtomobilləri, təcili yardım maşını, hələ də hadisə yerində dayanmışdılar, ətrafda əsasən işıqəksetdirən jilet geyinmiş yanğınsöndürənlər və polislər gəzirdilər. Patrullardan biri yoldan şüşə qırıqlarını süpürürdü.

      – İşıq yanıb-söndü – Hadisə yerində fotoqraf-polis işləyirdi. Yol müfəttişliyinin iki nəfər nümayəndəsi ölçü lenti ilə ölçmələr aparırdılar.

      Hər tərəfdə metal parçaları və sınmış şüşələr var idi. Fil Uiler qayka açarı, idman ayaqqabıları, xalça və gödəkçəni görmüşdü.

      – Cəfəngiyyata oxşayır ata, – Devi Missuri ləhcəsi ilə dedi:

      – İşlər qəlizdi

      Fil Uiler işlədiyi illər ərzində sərtləşmişdi və onu artıq heç nə dəhşətə gətirmirdi. O müxtəlif hadisələrlə üzləşmişdi – yolda isə hər şey baş verə bilər.

      Parlaq xatirələrdən biri “Ferrari”də sıxılmış, kostyumlu, köynəkli, qalstuklu və başsız olan iş adamı idi.

      Yenicə iyirmi altı yaşı tamam olmuş Devinin başında, günlüyü arxaya qatlanmış “Nyu york yankiz” firmasının beyzbol papağı, əynində isə, yuxarısı xovlu parçadan gödəkcə, damalı köynək, cins şalvar və kobud çəkmələr var idi. Devi televizordakı amerikalılar kimi geyinməyi sevirdi. Əqli inkişafa görə oğlanın altı yaşı var idi və bunu artıq dəyişmək mümkün deyildi. Əvəzində isə, gücü sanki insan gücü, qüvvəti deyildi və hərdən bu çətin çağırışlarda kömək edirdi. Devi yalın əlləri ilə qalın metal parçalarını əyməyi bacarırdı, bir dəfə isə motosikletin üstünə çıxmış avtomobilin qarşı bamperini təkbaşına qaldırmışdı.

      – Hə, həqiqətən, işlər qəlizdi, – Devi razılaşdı. – Necə bilirsən ata ölənlər var?

      – Ümid edirəm ki, yoxdur, oğul.

      – Ancaq ola bilər hə?

      Yol polisinin furajka və sarı fluossensiyalı jilet geyinmiş işçisi sürücünün qapısına yaxınlaşdı. Şüşəni endirən Fill zabiti tanıdı.

      – Axşamın xeyir Brayn, deyəsən, həmin soyuqdur yenə?

      – Yük avtomobilinin dalınca kran gəlir. Sən mikroavtobusla məşğul ola bilərsən.

      – Problem yoxdur. Nə hadisə baş verib?

      – Toqquşma. Ford tranzit və yük avtomobili. Forddan qalan hər şeyi yığışdırmaq lazımdır.

      – Edərik.

      Fil polislə söhbət edənə qədər, Devi fənəri götürdü, kabindən çıxdı və ətrafı işıqlandırdı. Yolda mazut və köpük ləkələri qaralırdı. Sonra o, maraqla təcili yardım maşınına baxdı. Pərdəli pəncərələrin arxasında işıq yanırdı. Maraqlıdır, görəsən, indi orada nə baş verir?

      Tranzitin bütün qırıntılarını yığıb, öz yük maşınlarının platformasına yükləyənə qədər iki saat keçdi. Atası və Brayan adlı polis kənara çəkildilər. Fil hər havada yanan alışqanını çıxardı və siqaretini yandırdı. Alışqan hətta tufanda da sönmürdü. Devi sürətlə dönərək, onlara yaxınlaşdı və “Zippo” markalı alışqanda eşmə papirosunu yandırdı. “Təcili yardım” və demək olar ki, bütün digər avtomobillər getmişdilər, iri kran isə, sürücü tərəfdən o qabağı qabarmış və əzilmiş sementdaşıyan qurğunu qaldırırdı.

      Yağış zəifləmişdi və buludlardakı dəliklərdən solğun ay baxırdı. Devidin atası Brayan ilə balıq ovundan danışırdılar – indi hansı yem ilə çəki balığını daha yaxşı tutmaq olar? Devi darıxdı: ayaqyoluna istəyirdi, tələsmədən yavaş-yavaş eşmə papirosunu çəkərək və göydə yarasaların olub-olmadığına baxaraq, asta-asta irəli addımladı. Devi yarasaları, adi siçanları, çöl siçanlarını və ümumiyyətlə heyvanları çox sevirdi. O, məktəbə gedərkən, heyvanlar insanlardan fərqli olaraq onu ələ salmırdılar.. İş bitən zaman, porsuq yuvasına gedib balaca heyvanların ay işığı altında necə oynadığına baxırdı. Yolunu fənərlə işıqlandıraraq Devi kolluğa girdi, cins şalvarın düyməsini açdı və gicitkənliyi islatdı. İşini bitirməyə macal tapmamış, qəflətən aşağıdan səs eşitdi. Oğlan az qala qışqıracaqdı.

      – Ey, allo!

      – Metal, cansız səs.

      Devi

Скачать книгу