Müharibə qadın simalı deyil. Светлана Алексиевич

Чтение книги онлайн.

Читать онлайн книгу Müharibə qadın simalı deyil - Светлана Алексиевич страница 2

Жанр:
Серия:
Издательство:
Müharibə qadın simalı deyil - Светлана Алексиевич

Скачать книгу

yaşamağı bacarmırdıq da. Heç başqa cür yaşamağın necə bir şey olduğunu təsəvvür belə etmirdik… Bəlkə də nə zamansa hələ uzun müddət bunu öyrənməli olacağıq.

      Məktəbdə bizə ölümü sevməyi öyrədirdilər. Biz… uğ-runda ölmək istədiyimiz haqqında inşalar yazırdıq. Xəyal qururduq.

      Küçədəki səslər isə tamam başqa şeylərdən danışır, başqa sözlər çığırır və bizi daha çox cəlb edirdi.

      Mən uzun müddət reallığın qorxutduğu və cəlb etdi-yi kitab adamı olmuşam. Həyatı bilmədiyimizdən içimiz-də qorxusuzluq meydana çıxmışdı. İndi isə düşünürəm: görəsən, realist insan olsaydım, özümü belə bir uçuruma atmağı bacarardımmı?

      Bütün bunların səbəbi nə idi – xəbərsizliyimmi? Yox-sa gedəcəyim yolu ruhən hiss etdiyim üçün belə olmuş-dum? Axı yolu hiss etmək mümkündür.

      Uzun müddət axtardım. Düşündüm ki, görəsən, eşit-diklərimi hansı sözlərlə ifadə edə bilərəm? Mənim dün-yanı görmək tərzimə, gözlərimin, qulaqlarımın duyumu-na cavab verəcək janr vardımı?

      Bir dəfə əlimə A.Adamoviçin “Mən – od vurulmuş kənddənəm” adlı kitabı keçdi.

      Belə bir sarsıntını yalnız bir dəfə keçirmişdim – Dos-toyevskini oxuyanda. Burda isə – qeyri-adi bir forma var-di: sanki roman həyatın öz səslərindən yığılmışdı. Uşaq-lıqda eşitdiklərimdən, indi küçədə deyilənlərdən, evdə, kafedə, trolleybusda pıçıldananlardan… Belə! Dairə qa-pandı! Mən aradığımı tapdım. Hiss edirdim. Ales Ada-moviç mənim müəllimim oldu.

      * * *

      İki il görüşməkdən və qeyd etməkdən daha çox dü-şündüm. Oxudum. Mənim kitabım nə haqda olacaq? Tu-taq ki, müharibə haqqında daha bir kitab yazıldı… Tarix-də artıq minlərlə müharibə olmuşdu – kiçik və böyük, bil-diyimiz və bilmədiyimiz… Və onlar haqqında öz sayların-dan da çox kitab yazılmışdı. Amma… Kişilər yazıb və kişi-lər haqqında yazıblar – bunu o dəqiqə görmək olurdu. Bizə müharibə haqqında bəlli olan hər şey “kişi səsi” ilə çatdırılmışdı. Hamımız müharibə haqqında “kişi təsəvvü-rü” və “kişi təəssüratları”nın əsarəti altında idik. “Kişi” sözlərinin… Qadınlar isə susurdular. Məndən başqa heç kim nənəmi sorğu-suala tutmamışdı. Anamı da həmçi-nin. Hətta cəbhədə olanlar belə, susurdular. Əgər danış-mağa başlayırdılarsa da, o zaman da öz müharibələri de-yil, başqalarının döyüşləri haqqında danışırdılar. Başqa bir müharibə haqqında… Kişi səsinin tembrinə salırdılar özlərini.

      Yalnız evdə olarkən, ya da cəbhə rəfiqələrinin yanın-da ağlamağa başladıqda müharibəni – mənə qətiyyən ta-nış olmayan bir müharibəni xatırlayırdılar (jurnalist kimi səfərlər zamanı dəfələrlə bunun şahidi oldum).

      Uşaqlıqda olduğum kimi yenə də sarsılmışam. Onla-rın söhbətlərində sirr dolu hadisələr vəhşicəsinə diş ağar-dır…

      Qadınlar danışmağa başlayanda bu söhbətlərdə bi-zim oxumağa və eşitməyə adət etdiyimiz şeylər yoxdur, ya da demək olar ki, yoxdur: insanlar qəhrəmancasına ne-cə başqalarını öldürür və qalib gəlirlər. Ya da necə məğ-lub olurlar. Texnika necə idi, generallar necə idi.

      Qadın söhbətləri başqa cür və başqa şeylər haqqın-dadır. “Qadın müharibə”sinin öz rəngləri, öz qoxuları, öz işıqlandırması və öz hiss məkanı var. Öz sözləri var. Ora-da qəhrəmanlar və ağlagəlməz qəhrəmanlıqlar yoxdur; orada sadəcə insanlar var, qeyri-insani, amma eyni za-manda da insani işlə məşğul olan insanlar… Və orada yal-nız onlar (insanlar!) əzab çəkmirlər, eyni zamanda torpaq da, quşlar da, ağaclar da əzab çəkir. Bizimlə birlikdə yer üzündə yaşayan hər kəs! Və onlar danışmadan əzab çə-kirlər; bu daha qorxuludur…

      – Niyə, – dəfələrlə özümdən soruşmuşam, – niyə nə zamansa tamamilə kişi dünyası olan bir dünyada öz yer-lərini əldə edən qadınlar öz tarixlərini yaratmağa nail ol-mayıblar? Öz sözlərini və öz hislərini… Doğrudanmı öz-lərinə inanmayıblar? Bununla da bütöv bir dünya bizdən gizlin qalıb?! Müharibə bilinməzlik pərdəsinə bürünüb?!

      Mən bu müharibənin tarixçəsini yazmaq istəyirəm. Qadın tarixçəsini.

      İLK QEYDLƏRDƏN

      Heyrət: bu qadınların hərbi peşələri – sanitar-təlimat-çı, snayper, pulemyotçu, zenit topları komandiri, sapyor idi, indi isə elə həmin qadınlar mühasib, laborant, ekskur-siyaçı, müəllim işləyirlər. Rollar üst-üstə düşmür – orada və burada. Sanki özləri haqqında deyil, hansısa başqa qız-lar haqqında danışırlar. Bu gün özləri belə özlərinə heyrət edirlər. Və mənim gözlərim önündəcə tarix “insanlaşır”, adi həyata oxşamağa başlayır. Fərqli bir işıqlanma mey-dana çıxır.

      Gözəl nağılçılarla rastlaşıram, onların həyatlarında elə vərəqlər var ki, klassikanın istənilən səhifələri ilə rəqa-bət apara bilər. Mümkündürmü ki, İnsan özünü yuxarı-dan – səmadan, aşağıdan – torpaqdan bu qədər aydın gö-rə bilsin?! Yuxarı və aşağı – mələklərə və iblisə doğru uza-nan yolu keçib gedə bilsin?!.

      Xatirələr yox olmuş reallığın ehtiraslı və ya ehtirassız nəql edilməsi deyil, keçmişin yenidən doğuluşudur; o za-man ki, Zaman geri dönür… Hər şeydən əvvəl bu, yaradı-cılıqdır. İnsanlar danışdıqları zaman yaradırlar, öz həyat-larını yenidən “yazırlar”. Bəzən elə də olur ki, “sona qə-dər tamamlayır”, ya da “yenidən üzünü köçürürlər”. Bu məqamda ayıq-sayıq olmaq lazımdır. Tətikdə olmaq la-zımdır. Amma eyni zamanda da, istənilən yalan yavaş-yavaş öz-özünü məhv edir, bu qədər çılpaq olan həqiqətlə qonşuluqda yaşamağa davam gətirə bilmir. Bu virus belə bir mühitdə yaşaya bilməz. Çünki hərarət həddindən ar-tıq yüksəkdir!

      Artıq qeyd etdiyim kimi, sadə insanlar özlərini daha səmimi aparırlar – tibb bacıları, aşpazlar, paltaryuyanlar… Onlar danışdıqları zaman, belə demək mümkündürsə, sözləri qəzet və oxuduqları kitabların səhifələrindən de-yil, özlərindən “çıxarırlar”. Yəni yad bir yerdən almırlar. Yalnız öz şəxsi əzab və sarsıntılarından…

      Nə qədər qəribə olsa da, adətən təhsilli insanların his-ləri və dilləri Zamanın düzəlişlərinə daha çox məruz qa-lır. Onun ümumi şifrələməsinə… Başqalarının məlumat-ları ilə yoluxmaya… Ümumi ruha.

      Tez-tez müxtəlif mühitlərdə gəzməli olursan ki, kişi deyil, qadın müharibəsi haqqında eşidəsən: necə geri çə-kiliblər, necə irəliləyiblər, cəbhənin hansı hissəsində olub-lar… Bir görüşə deyil, çoxsaylı seanslara ehtiyacın olur. Eynilə inadkar portret ustası kimi…

      Bəzən tanımadığım evdə, ya da mənzildə bütün gü-nü – uzun-uzadı oturmalı oluram.

Скачать книгу