Müharibə qadın simalı deyil. Светлана Алексиевич
Чтение книги онлайн.
Читать онлайн книгу Müharibə qadın simalı deyil - Светлана Алексиевич страница 5
Bir ailə ilə görüşmüşdüm… Ər də, arvad da döyüş-müşdülər. Cəbhədə qarşılaşmış, elə orada da evlənmiş-dilər: “Toyumuzu səngərdə qeyd etdik. Döyüşdən əvvəl. Ağ paltarı isə mən alman paraşütündən tikmişdim”.
O, pulemyotçu idi, qadın isə rabitəçi. Kişi dərhal qadını mətbəxə yolladı: “Sən bizim üçün bir şey hazırla”.
Artıq çaydan da qaynayıb, buterbrodlar da hazırla-nıb, qadın bizimlə yanaşı əyləşdi, kişi isə yenə də onu yerindən qaldırdı: “Bəs çiyələk hardadır? Hanı bizim ba-ğın sovqatı, niyə gətirməmisən?”
Mənim inadkar xahişimdən sonra o, bu sözləri deyə-rək öz yerini həvəssiz şəkildə arvadına verdi: “Səni necə öyrətmişəmsə, elə danış. Göz yaşı tökmədən və qadınla-rın xırda məsələləri haqqında danışmadan… Ay necə gö-zəl olmaq istəyirdin, nə bilim, hörüklərini kəsəndə necə ağlayırdın”…
Bir qədər sonra qadın pıçıltı ilə mənə etiraf etdi: “Bü-tün günü “Böyük Vətən Müharibəsi tarixi”nin cildliyini mənimlə birlikdə təkrarlayıb. Mənə görə narahat idi. Elə indi də narahatdır ki, birdən lazım olmayan şeyləri xatır-layaram. Lazım olduğu şəkildə danışmaram”…
Bu, dəfələrlə, az qala hər evdə rastlaşdığım hadisə idi.
Hə, onlar həddindən artıq çox ağlayırlar. Qışqırırlar. Mən çıxıb getdikdən sonra ürək dərmanı atırlar. Təcili yardım çağırırlar. Amma yenə də xahiş edirlər: “Sən gəl. Mütləq gəl. Biz o qədər uzun müddət susmuşuq ki… Düz qırx il susmuşuq”.
Başa düşürəm ki, qışqırıq və göz yaşını dəyişmək ol-maz, çünki o zaman meydana çıxan şey gözyaşı və qış-qırıq deyil, onların işlənmiş forması olacaq. Həyatın əvə-zinə ədəbiyyat qalacaq… Bu material və onun hərarəti be-lədir. Davamlı olaraq oynayır…
İnsan hər şeydən daha çox müharibədə, bir də ola bilsin ki, məhəbbətdə görünə bilir və özünü açır. Ən-n-n dərinlərinə qədər; dərinin altındakı təbəqələrinə qədər… Ölümün siması qarşısında bütün ideyalar ağappaq ağarır və əlçatmaz bir əbədiyyət açılır; elə bir əbədiyyət ki, onla-rın özləri belə buna hazır olmurlar. Halbuki, bütün bunlar artıq onların başlarına gəlibdir; halbuki, onlar artıq bütün bunları yaşayıblar.
Mən dəfələrlə oxunmaq üçün göndərilən belə mətn-lərə rast gəlmişəm: “Xırdalıqlar haqqında danışmaq lazım deyil. Bizim böyük qələbəmiz haqqında yaz”.
“Xırdalıqlar haqqında”… Bu, mənim üçün ən vacib olan şeyin özüdür ki var – həyatın aydınlığı və hərarəti: hörüklərin yerində buraxılan balaca kəkil; isti sıyıq və şorba qazançaları… Onları yeməyə heç kəs qalmayıb, çün-ki döyüşdən sonra yüz adamdan cəmi yeddisi geri qa-yıdıb; ya da müharibədən sonra bazara gedə və qırmızı ətin satıldığı piştaxtalara baxa bilməmək… Hətta qırmızı çitə belə baxa bilməmək…
“Ah, mənim əzizim, artıq qırx il keçib, bununla belə, mənim evimdə sən qırmızı rəngdə heç nə tapa bilməzsən. Mən müharibədən sonra qırmızı rəngə nifrət edirəm”…
* * *
Ağrıya diqqət kəsilirəm… Keçmiş günlərin sübutu olan ağrıya… Başqa bir dəlil yoxdur, mən başqa dəlillərə inanmıram. Sözlər dəfələrlə bizi həqiqətdən uzaqlaşdı-rıblar. Mən sirr ilə birbaşa əlaqəsi olan ən yüksək infor-masiya forması kimi əzabı tanıyır, onun haqqında düşü-nürəm. Sirli həyatla əlaqəsi olan ağrı…
Bütün rus ədəbiyyatı bu haqdadır. Əzab haqqında o daha çox yazıbdır, nəinki məhəbbət haqqında. Və mənə də bu haqda daha çox şeylər danışırlar.
* * *
Onlar kimdirlər – rusdurlar, yoxsa sovet qadınları? Yox, onlar sovet qadınları idilər – həm ruslar, həm belo-ruslar, həm ukraynalılar, həm taciklər…
Hər halda o var idi – sovet insanı… Belə insanlar, mə-nə elə gəlir ki, bir də heç vaxt olmayacaqlar, onların özləri də artıq bunu başa düşürlər. Hətta biz, onların övladları belə fərqliyik. Nəvələr haqqında isə heç danışmağa dəy-məz…
Amma mən onları sevirəm. Onlarla fəxr edirəm. On-ların Stalini və QULAQ-ı1 var idi. Amma Qələbələri də vardı. Və onlar da bunu bilirdilər.
Bu yaxınlarda bir məktub aldım:
“Qızım məni çox sevir, mən onun üçün qəhrəmanam, əgər sizin kitabınızı oxusa, sarsılacaq. Çirkab, bitlər, bitib-tükənməyən qan – bütün bunlar həqiqətdir. İnkar etmi-rəm. Ancaq bu barədə olan xatirələrin xeyirxah hislər do-ğurması mümkündürmü? İgidliyə hazırlaması…”
Mən bir daha əmin oldum ki, bizim yaddaşımız heç də ideal vasitə deyil. O nəinki özbaşına və şıltaqdır, həm də zamanın zəncirinə bağlı qalıb – köpək kimi.
Onlar başlarına gələn, onlarla baş verən o şeyə aşiq-dirlər, çünki bu, yalnızca müharibə deyil, bu, həm də on-ların gəncliyidir.
* * *
Onlar danışdıqda – dinləyirəm… Onlar susduqda – dinləyirəm… Onlarda hər şey – həm sözlər, həm də sükut – mənim üçün mətndir.
– Bu, çap olunmaq üçün deyil, sənin üçündür…
Kim ki bir az yaşlı idi, qatarda fikirli halda oturmuş-du. Kədərli. Mən bir mayorun gecə, hamı yatdığı zaman mənimlə Stalin haqqında söhbət etməyə başladığını xatır-layıram. O, bərk içmiş, cəsarətlənmişdi, etiraf edirdi ki, atası artıq on ildir yazışma hüququ olmadan əsir düşər-gəsində yaşayır. Sağdırmı, yoxsa yox – məlum deyil.
Bu mayor çox qorxulu sözlər dedi:
– Mən Vətəni müdafiə etmək istəyirəm, amma inqila-bın xəyanətkarı olan Stalini qorumaq istəmirəm.
Mən heç vaxt belə sözlər eşitməmişdim. Çox qorx-dum. Xoşbəxtlikdən o, səhər harasa yoxa çıxdı. Yəqin ki, qatardan düşüb getmişdi…
– Sən heç yerdə bunları ağzından qaçırma. Öz ara-mızda deyirəm… Mən Oksana ilə dostluq edirdim, o Uk-raynadan idi. Ukraynada olan dəhşətli aclıq haqqında ilk dəfə ondan eşitdim. Aclar dənizi. Onların kəndində in-sanların yarısı aclıqdan həlak olmuşdu. Oksananın da bü-tün kiçik qardaşları, ata-anası ölmüşdü, özü isə kolxozun tövləsindən