Müharibə qadın simalı deyil. Светлана Алексиевич
Чтение книги онлайн.
Читать онлайн книгу Müharibə qadın simalı deyil - Светлана Алексиевич страница 6
… Bu mövzuya ehtiyatla və nadir hallarda toxunurlar. Hər zaman da bir qədər çaşqınlıqla. Onlar indiyə qədər də nəinki Stalin hipnozu və qorxusu ilə, eyni zamanda özlərinin köhnə inancları ilə də iflic vəziyyətdə yaşayırlar. Onun sona qədər söndürülməmiş atəşi içindədirlər. Əgər mən sualı birbaşa olaraq verirdimsə, belə cavab eşidir-dim: “Bəlkə, bizim nəvələrimiz bütün həqiqəti öyrəndi-lər”…
Bəs onlar bizimlə nə vaxt danışmağa başlayacaqlar? On il, iyirmi il sonra? Bunun üçün onlar öz həyatlarında çox şeyi sevməkdən vaz keçməli olacaqlar.
* * *
Əlyazma çoxdan stolun üstündədir…
Artıq iki ildir ki, nəşriyyatlardan rədd cavabı alıram. Jurnallar susur. Yazılan cavablarda verilən hökm hər za-man eynidir – həddindən artıq qorxulu müharibədən da-nışırsınız… Dəhşət çoxdur. Naturalizm də. Kommunist partiyasının aparıcı və istiqamətləndirici rolu isə görün-mür. Bir sözlə, bu, həmin müharibə deyil.
O müharibə necə idi ki? Generallar və müdrik gene-ralissimuslarla? Qansız və detallarsız? Qəhrəmanlar və şücaətlərlə dolu? Mən isə uşaqlıqdan xatırlayıram: nə-nəmlə birlikdə böyük bir tarlanın içindən keçərək gedir-dik, o mənə söhbət edirdi: ”Müharibədən sonra bu tarla-da uzun müddət heç nə bitmədi. Almanlar geri çəkilirdi-lər. Bax, burada döyüş oldu. İki gün döyüşdülər. Ölülər bir-birinin üstünə qalanmışdılar, yola döşənmiş şpallar2 kimi. Almanlar və bizimkilər. Yağışdan sonra onların ha-mısının üzü ağlamış adamın üzünə bənzəyirdi. Biz bütün kənd birləşərək onları düz bir ay dəfn etməklə məşğul ol-duq…”
Həmin tarlanı necə unuda bilərəm ki?
Mən sadəcə qeyd etmirəm. Mən əzabın balaca insan-dan böyük İnsan yaratdığı o yerlərdə ruhları toplayır və izləyirəm. Mən o tarixin lal və iz qoymayan proletariatını deyil, onun ruhunu kəşf etmişəm. Onun sözünü dinləyi-rəm. Onun mətnini.
Belə olduğu halda hakimiyyətlə münaqişəm nədən ibarətdir?
Mən başa düşdüm – böyük ideyaya balaca adam la-zımdır! Ona o, böyük halda gərək deyil. Münasib görün-mür… Emal zamanı çox zəhmət tələb edir. Mən isə onu axtarıram. Balaca Böyük adamı gəzirəm. Aalçaldılmış, tapdalanmış, təhqir edilmiş – Stalin düşərgələrindən və satqınlıqdan keçərək sonunda qalib gələn adamı… O ada-mı ki, Möcüzə yaratdı. Və heç kim onun əlindən bu Qə-ləbəni ala bilməz.
ON YEDDI İL SONRA
2002-2004-cü illər
Köhnə gündəliyimi oxuyuram. Bu kitabı yazarkən necə bir adam olduğumu xatırlamağa çalışıram. Həmin adam artıq yoxdur, hətta bizim o zaman yaşadığımız ölkə də indi eyni deyil. Halbuki, onu müdafiə edir, 1941-1945-də onun naminə ölürdük. Pəncərədən bayırda hər şey ar-tıq tamam başqadır: yeni minillikdir, yeni ideyalar, yeni silahlar və tamamilə gözlənilmədən dəyişn rus (daha də-qiqi rus-sovet) insanı…
Qorbaçov yenidənqurması başladı. Mənim kitabımı tələsik dərc etdilər.
Onun təəccüb yaradacaq qədər böyük tirajı var – iki milyon nüsxə. Bu, elə bir zaman idi ki, qeyri-adi hadisələr baş verirdi və biz yenidən harasa baş alıb gedirdik. Yenə də – gələcəyə…
Hələ bilmirdik ki, inqilab illüziyadır, xüsusilə də bi-zim tariximizdə. Bu, hələ sonra olacaqdı, o zaman isə mən hər gün onlarla məktub alırdım. Qovluqlarım şişib qabar-mışdı. İnsanlar danışmaq istəyirdilər. Sözlərini başa çatdı-rıb qurtulmaq…
Onlar daha azad və daha səmimi olmuşdular. Artıq heç bir şübhəm qalmamışdı ki, öz kitablarımı sonsuza qə-dər təkrarən işləməli olacağam. Yenidən üzünü köçür-məklə deyil, tamamlamalar aparmaqla.. Nöqtəni qoyur-san, amma o elə həmin dəqiqə də nöqtələrə çevrilir…
* * *
Düşünürəm ki, yəqin bu gün tamamilə fərqli suallar verərdim və fərqli cavablar alardım. Həmçinin başqa bir kitab yazardım, tamamilə başqa olmasa da, hər halda, başqa olardı. İşlədiyim sənədlər canlı şahidlər kimi soyu-murlar… Solmuş gül kimi… Lal olmurlar. Onlar bizimlə birlikdə hərəkət edirlər.
Mən indi daha çox nə haqda soruşa bilərdim? Nə əla-və etmək istərdim?
Məncə, çox maraqlanardım ki… sözlər axtarıram… Mənimçün bioloji insan maraqlı olardı. Yalnız zamanın və ideyanın insanı deyil. İnsan ruhunun daha dərinliklərinə boylanmağa cəhd edərdim – qaranlıqlarına, şüuraltına.
Keçmiş partizanın yanına necə getdiyim haqda yaza bilərdim. Ağırçəkili, amma eyni zamanda da gözəl bir qa-dın… O mənə qruplarının (böyük o idi, iki nəfər də ye-niyetmə) kəşfiyyata necə getdikləri və təsadüfən dörd al-manı əsir götürdükləri haqda danışmışdı. Onlarla birlikdə uzun müddət meşədə dolanmalı olublar. Amma üçüncü günün axşamı onları mühasirəyə alıblar.
Aydın məsələ idi ki, əsirlərlə birlikdə mühasirəni ya-ra bilməyəcək, qaça bilməyəcəkdilər və bir anın içindəcə qərar verilir: onları öldürmək lazımdır. Yeniyetmələr öl-dürməyi bacarmayacaqdılar. Artıq üç gün idi ki, meşədə birlikdə dolaşırdılar. Əgər üç gün bir adamla birlikdəsən-sə, hətta yad olsa belə, yenə də ona öyrəşirsən, yaxınlaşır-san. Artıq bilirsən ki, o necə yeyir, necə yatır, gözləri ne-cədir, əlləri necədir. Yox, uşaqlar bacarmayacaqdılar. Bu ona aydın idi. Deməli, özü öldürməli olacaqdı. Və budur, o, almanları necə öldürdüyünü xatırlamağa başlayır. On-ları da, yeniyetmələri də aldatmaq lazım gəlmişdi. Alma-nın biri ilə guya ki, su dalınca gedir və arxadan güllələyir. Boynunun dalından. O birini çör-çöp dalınca aparır
Məni onun bu barədə necə sakit halda, halını pozma-dan danışması heyrətə gətirdi.
Müharibədə olan insanlar deyirlər ki, mülki adam üç gün ərzində hərbçiyə çevrilə bilir. Nə üçün cəmi üç gün kifayət edir buna? Yoxsa bunun özü də mifdir?
Çox güman ki, belədir. İnsan orada daha yad, daha anlaşılmazdır.
Bütün məktublarda oxuyuram: “Fərqli zaman olduğu üçün o vaxt sizə hər şeyi danışmamışdım. Biz çox şeylərlə bağlı susmağa adət etmişdik”, “Həkimlərin hökmünü bi-lirəm: mənə dəhşətli bir diaqnoz qoyublar. Bütün həqiqət-ləri danışmaq istəyirəm…”
Bu yaxınlarda isə belə bir məktub aldım: “Ərimlə mə-nim üçün yaşamaq artıq çətindir. Amma təqaüdümüzün həddindən artıq az və təhqiramiz məbləğdə olması deyil bizə əzab verən. Ən çox bizi o yaralayır ki, böyük keçmi-şimizdən qovularaq kiçik bu günümüzə atılmışıq.