Son cənnət. Orhan Aras

Чтение книги онлайн.

Читать онлайн книгу Son cənnət - Orhan Aras страница 1

Автор:
Жанр:
Серия:
Издательство:
Son cənnət - Orhan Aras

Скачать книгу

      Roman

      BİRİNCİ FƏSİL

      “Canın dəftərindən…”

      I

      – Buyur, yandır, dedi.

      Siqareti götürdüm və uzatdığı alışqanla yandırdım. Meşənin içindəydik. Bizim varlığımızdan xəbərdar olan yaxındakı qurdlar ulayır, dovşanlar qaçışır, sincablar bir ağacdan enib o birinə dırma-şırdılar. Quşların səsi duyulmurdu. Sanki bütün quşlar meşənin də-rinliklərində itib getmişdilər və məni qorxularımla yalnız burax-mışdılar. Qarşımızda uzanıb gedən meşənin dərinliyi qara asfaltı, səmaya yayılmış axşamın qırmızı və ürküdücü qaranlığını içinə çək-mişdi.

      Mən həmişə gecələrin dərin qaranlıqlarından daha çox, axşamın ağır-ağır çökən qaranlığından qorxardım. Atamla axşamlar tarlaya getdiyimizdə, atam hərdənbir su arxı boyunca gedər, suyun başqa-ları tərəfindən oğurlanıb oğurlanmadığına baxardı. Mən tarlada qa-lardım. Küləyin əsməsiylə tərpənən hər ağacı, otu üzərimə gələn bir insan sanır, ürpərər, qorxardım. Gözlərimi aya, ulduzlara dikərdim. Arabir axıb gedən ulduzu gözlərimlə izlər, onu özümə yoldaş seçər-dim.

      İndi də bu ürküdücü axşam qaranlığında Yusifi düşünürdüm və içimdə yenə eyni ürpərti vardı. Eyni zamanda indi səmada bir dənə də ulduz yox idi. Hələ axıb gedən ulduz heç yox idi. Qara bu-ludlar səmanı poladdan bir pərdə kimi qucaqlamış, bürümüşdü. Sanki ucu-bucağı olmayan bir tunelin içindəydim. Tezliklə oradan qaçmaq, xilas olmaq, tunelin ucundakı işığa qovuşmaq istəyirdim. Şoferə baxdım. O da gözlərini qaranlığa zilləyib siqaretini tüstülədir və nə isə düşünürdü. Nazik boğazını qara balıqçı köynəyinin içinə çəkmiş, rəngi naməlum kiçik gözlərini bacardıqca qıymışdı.

      –Gedəkmi? – deyə soruşdum.

      Gözlərini qaranlıqdan qaçıraraq mənə tərəf döndü.

      – Hara getmək istəyirsən?

      – Kəndimizə…

      – Kəndiniz hardadır, hansı yolla getmək olar?

      – İki yol var kəndimizə, – dedim. Birinə Ərzurum yolu, o birisi-nə də Ərdahan yolu deyirlər.

      – İki yolu da tanıyıram, – dedi. Ərzurum yolu çox işləkdir və orada əsgərlər həmişə axtarış aparırlar. Ən yaxşısı Ərdahan yolun-dan gedək. O yol Ərdahana qədər meşəlikdir. Yoldan da tək-tük av-tomobillər keçir. Eyni zamanda bir təhlükə ortaya çıxarsa meşə yol-larına dönüb gizlənmək imkanı da var.

      – Necə istəyirsən, – dedim.

      İki saat danışmadıq. Sürücü yoxuş yuxarı dırmaşdıqca öz-özünə nə isə zümzümə edir, yol düzəldiyində də ehtirasla qazı basırdı. Av-tomobilin faralarından fışqıran işıq bıçaq kimi qaranlıqları deşir, av-tomobil donquldana-donquldana, dolana-dolana ip kimi dağların ətrafına dolanmış yollardan təpələrə çıxır, eyni şəkildə də dolana-dolana aşağı enirdi. Mütəmadi meşənin içi ilə gedirdik.

      Ərdahana iyirmi kilometr qaldığını göstərən yol nişanı görü-nəndə ikimiz də rahat nəfəs aldıq. Sürücü Ərdahan yazılan yol nişa-nını keçər-keçməz dar bir meşə yoluna döndü.

      – Burada bir bulaq olmalıdır, – dedi. – Həm su içər, həm də bir az istirahət edərik.

      Həqiqətən də böyük, qara bir qayanın dibinə yerləşdirilmiş qa-lın metal borudan barmaq qalınlığında su axırdı. Sürücü, avtomobili bulağın yanında saxladı, faralarını söndürmədi.

      Avtomobildən endim. Əlimi-üzümü yumaq üçün bulağa yaxın-laşdım. Əllərimi buz kimi suya uzadarkən barmaqlarımdakı qanı görüb, diksindim. Sonra qanın Dursunun qanı olduğunu xatırladım. O anda sanki Çoruh çayı qorxunc bir səs-küylə üstümə axmağa baş-ladı. Qaranlıq bir çarşab kimi boğazıma dolandı. Gözlərim qumlan-dı, ürəyim yandı. Trotski Sermetin səsi qayalardan qayalara, don-muş, buzlaşmış cansız, ölü otlara, yaşlı, kökləri çürümüş ağaclara, xışıltılı səs çıxaran quru qamışlara çırpılaraq qulaqlarıma doldu. Çingizin iniltisini tam ürəyimin başında eşitdim. Oturduğum yerdə sanki yenidən geriyə, məktəbə dönmüşcəsinə silahımı axtardım. So-yuqdan sərtləşmiş kəmərimə, buşlatımın ciblərinə, kolların diblərinə baxdım, yox idi. Qarı eşələdim, altındakı donmuş palçıqları qarışdır-dım, qurumuş, donmuş nar qabıqlarını, çürümüş almaları, hələ qır-mızılığı solmamış Qara dəniz xurmalarını sağa sola atdım. Silahımı tapa bilmirdim. Dursunun qar üstünə damla-damla düşmüş qanını izləyərək getdim. Aqil abi tüfəngini yelləyərək qaçırdı yenə. Saqqalı, bığı, alınındakı lent Çeni xatırladırdı. Çingiz qışqıra-qışqıra ağlayır-dı. Ayaqlarım qara paya kimi batır, olduqları yerdə donub qalırdı-lar. Qaçmaq istəyirdim, amma ayaqlarımı tərpədə bilmirdim. Uçu-rumun tam kənarındakı qayanın üstünə yıxılıb qalırdım. Qanım ya-vaş-yavaş donurdu. Başımda şirin bir sərxoşluqla Çingizin iniltisini dinləyirdim. Mən də inildəyirdim. İniltilərim məni uşaqlıq illərimə aparırdı. Ürəyimin ortasından günəş doğulurdu. Çayırlar, çəmənlər yamyaşıl idi, yellənirdilər. Atam bığlarını dartışdırırdı. Əlində bö-yük, parlaq bir dəryaz tutmuşdu. Buğda topalarının arasında diyir-lənərək gedirdim. Çəhrayı, albalı çürüyü rəngində yasəmən ağacla-rı, bənövşəyi salxımlar, iri qırmızı çiçəkli çingülləri, qat-qat soğan-gülləri, ortası sarı, kənarları dümağ qasımpatıları, göy peyğəmbər çiçəkləri, çəhrayı zəqqum çiçəkləri, sapsarı məxmər çiçəkləri, çayır çobanyastığı çiçəkləri, ovuc kimi açılan safranlar qollarımı, yanaq-larımı, saçlarımı yalayır, öpürdülər. Qanım asta-asta donurdu. Bal arıları, milçəklər, eşşək arıları ətrafımda vızıltıyla uçuşurdular. Hər yer bənövşə iyi verirdi. Ağlayırdım.

      Buz kimi suyla əllərimi, üzümü yudum və qurumuş ağızımı is-latdım. Sürücü avtomobildən kiçik bir neylon paket çıxarıb yanıma gəlmişdi. Paketi mənə uzatdı.

      – İçində çörək, pendir var.

      Ən son saat on iki radələrində bir neçə loxma atışdırmışdım. Çingizlə birlikdə quru çörəkdən iki kiçik parça qoparmış, yavanlıq-sız yemişdik. Günortadan sonra məktəbdə baş verən hadisələrlə birlikdə, mədəm olduğunu sanki unutmuşdum. Sanki mədəmdə bö-yük bir daş vardı, bütün aclıq duyğumu yox etmişdi. Sonsuza qədər beləcə ac və susuz yaşaya bilərdim. Yenə də sürücünün israrlarına dözə bilmədim və torbanın içindəki çörəkdən bir parça qoparıb ağ-zıma atdım. Çörək bayat idi və zəhər dadan ağzımda kiçik saqqız ki-mi bir tərəfdən o biri tərəfə gedirdi. Ovuclayıb içdiyim soyuq suyun köməyilə ağzımdakı çörəyi çeynəmədən mədəmə ötürdüm. Sürücü mənim əksimə, çörəyin arasına pendiri yerləşdirərək böyük bir iş-tahla yedikdən sonra bulaqdan doya-doya su içdi. Sonra avtomobi-lin ətrafında fırlanıb təkərləri yoxladı

      –İndiyə qədər bir şey çıxmadı, – dedi. – İnşallah belə davam edər.

      Yenidən avtomobilə mindik və yola davam etdik. Yolumuz azaldıqca narahatlığım artırdı. Atama, anama nə deyəcəkdim? Baş-mı şüşəyə söykəmiş, gözlərimi qaranlıqlara dikmişdim. Burada, heç tanımadığım bu kimsəsiz yollarda ensəm və qaranlıqların içində itib getsəm daha yaxşı olmazdımı? O anda güclü bir proyektor işığı ətra-fı gündüz kimi işıqlandırdı. Sürücü qorxu içində əyləcə basdı.

      – İrəlidə axtarış var!

      İlk ara yoldan sola döndü. Ağacların arxasında dayanıb gözlə-dik. Həyəcandan avtomobilin içində otura

Скачать книгу