Son cənnət. Orhan Aras

Чтение книги онлайн.

Читать онлайн книгу Son cənnət - Orhan Aras страница 5

Автор:
Жанр:
Серия:
Издательство:
Son cənnət - Orhan Aras

Скачать книгу

Cano oxuyur, çırpınır, yu-xarıdakı kəklikləri gətirmək üçün bütün ustalığını istifadə edirdi. Çox keçmədən iki kəklik tullanaraq Canonun yanına gəldilər. Hər hərəkətlərini görə bilirdim. Sanki çox hirsli, döyüşməyə hazır insan-lar kimi idilər. Səsləri sanki söyüşməyə çevrilmişdi. Kəkliklərdən iri olanı bir sıçrayışla Canonun qəfəsinin üzərinə qondu. Qəfəsin üs-tündə həm oxuyur, həm də Canonu dinləməyə çalışırdı. O biri kək-lik də qəfəsin üzərinə atlayınca, yanımda həyəcanla gözləyən Memo bir tülkü çevikliyi ilə atlayıb kəkliklərin ikisini də tutdu. Birini qıçla-rının arasında sıxışdırdı. Digərini havaya qaldıraraq başını sürətlə bədənindən ayırdı. Eyni şəkildə ikinci kəkliyin başını da qopardıq-dan sonra tüklərini yoldu. Bütün bunların hamısı beş dəqiqə çəkdi.

      Mən qayanın üzərinə oturub, Memonun hərəkətlərini izləyir-dim. O quru və sərt adam sevgi dolu türküylə Canonu əzizləyirdi. Sanki bütün eşqi, sevinci, həyatı Cano idi. Onunla danışarkən üzü-nün qovrulmuş dərisi canlanır, gözləri bir atəş parçası kimi çuxurla-rından çıxacaqmışcasına böyüyürdülər.

      –Nəğmənə qurban Cano! – deyirdi Memo. Sənin igidliyini mən bilirdim. İndi necə cəsur kəklik olduğunu kirvəm də gördü. Elə de-yilmi, kirvə?

      –Elədir, – dedim.

      Memo ətrafdan yığdığı ot köklərini, ağac parçalarını düz bir qa-yanın üzərinə yığaraq böyük bir ocaq qaladı. Sonra kəkliklərin içlə-rini təmizləyərək yudu və gətirdiyi şişlərə keçirdi. Memo kəklikləri qızardarkən mən dağlara baxıb düşünürdüm. Ağrı Dağının zirvəsi-ni qucaqlamış milyonlarla illik qar işıltısı məni məndən alıb uzaq di-yarlara aparırdı. Bir qaçaq olsam da, qorxularım məni yeyib bitirsə də dərin və ümid dolu xəyallara dalmaqdan özümü saxlaya bilmir-dim. Güllə ilk görüşlərimiz, uşaqca küsüşmələrimiz və ilk öpüş, ilk ayrılıq ağrısı, ilk məktub…

      Arada bir qaçıb qucağına sığındığımız bu yalançı və rəngli xə-yallarımız da olmasaydı içimizdəki vulkanlara necə dözə bilərdik? Hər gün başqa şəkildə üstümüzə hücum çəkən bəlaların əlindən ne-cə qaçıb xilas ola bilərdik?

      Bir an kənddəki sevgilim Güllə bağlı gözəl xəyallardan yayınıb atamı düşündüm. O gün bir qartal kimi qanadlarını üzərimə gərmiş, məni bütün təhlükələrin ortasından sıyıraraq sağ-salamat bura çat-dırmışdı. Tərdən islaqlanmış və dayanmadan çapdığından burun dəlikləri geniş açılan atlarımızı şose yolundan çıxararaq coşğuyla axan çaya sürdüyümüzdə atam dərin bir nəfəs almışdı:

      –Can, bax bu irəlidəki dərə Qurusudur, artıq xilas oldun, – de-mişdi.

      Qurusuya çatanda günəş batmışdı. Ağacların kölgəsi uzanmış, dağların yamaclarındakı otların rəngi qaralmağa başlamışdı. Gün boyu heç istirahət etmədən yol gəlmişdik. Kənddən çıxalı bir-biri-mizlə bir kəlmə də danışmamışdıq. O kədərlənəndə və ya çarəsizli-yə qapılanda atının qarınına vurub sürətlə önə keçir, mən öz-özümə üsyan etdiyimdə intiqamımı atdan alır və mən sürətlənib önə keçir-dim. Yolboyu mənasız və amansız bir yarışa çıxmışdıq.

      Atam bəlkə də itib gedən ümidlərinin ağrısı və mənim gələcə-yimlə əlaqədar düşüncələrinin ağrısı içində davamlı olaraq siqareti-ni tüstülədərkən, mən də qorxu və peşmanlığın içində nəfəsimi içi-mə sıxmış, gözlərimi dar, çınqıllı yollara dikmişdim.

      Kənddən çıxarkən, üç ay əvvəl Güllə son dəfə görüşdüyümüz evlərinin arxasındakı uçuq divara baxmışdım. Bir an divarın kölgə-sində onun xəyalını görmüşdüm sanki. Onun süzgün yanaqlarını, uzun saçlarını, quru və hüznlü gözlərini baxışlarımla oxşamışdım. Gözyaşlarımı onun kiçik ovuclarına axıdaraq, qışqıra-qışqıra ağlaya bilmək, onun isti nəfəsiylə donmağa üz tutmuş ruhumu istilədə bil-mək üçün ölməyə razıydım.

      Sonra Yusifgilin evlərinin həyətinə baxmışdım. Uçmağa hazırla-şan kərpicdən ev, kiçik, maraqlı eyvan və tüstülənən təndir Anası Shene xala mütləq oyaq idi və təndirin başında oturub xəmir yoğu-rurdu. Necə də canlı və səmimi qadın idi! Hər gün o təndiri yandı-rar, kənddə başqa qadınların bilmədiyi börəklər, kökələr bişirər və hər yoldan keçəni yeməsi üçün dəvət edərdi. Bir gün Yusiflə gedib, təndirin başında isti çörəyi kərə yağına doğramış, ağız dadıyla ye-mişdik. Qabın dibində qalan qırıntıları Sehne xala ovuclayıb bağça-da qovaq ağacına qonmuş quşlara doğru sovurmuşdu. “Qurdun, quşun, böcəyin, qarışqanın da haqqı var çörəyimizdə” demişdi. Nə dürüst, haqq bilən qadın idin sən!

      Ah Sehne xala, ah! Nə ürəyi geniş qadın idin sən! İndi sənə kim təsəlli verəcək, kim ovudacaq? Adil əmi? O sərt döyənəkli əlləriylə gözyaşlarını necə siləcəkdi? O kəkələyən diliylə sənin yaranı necə sağaldacaqdı? Bəlkə də bütün sərvəti olan üç-beş qoyunu götürüb evdən çıxıb gedəcək və Araz Çayı boyunca Yusifi axtaracaqdı… Tək oğulun yasını qoyunlarla, quzularla, günəşin qovurduğu sarı otlarla paylaşacaqdı… Yaxşı o böyük qardaşsız qalmış bacılar… Bəl-kə də indi yuxudaydılar, röyalarında Yusifi qanlı halıyla görür və iç-lərini çəkirdilər. Ya da onun, kostyumlu, qalstuklu bir məmur olaraq qürurla kəndə girişinin xəyalı canlanırdı yuxularında.

      Kənddən çıxana qədər Yusifgilin kərpic evlərinin divarlarından gözümü ayıra bilməmişdim. Bu ev, bu bağça, bu təndir və bu kənd artıq mənə haram idi. Yenidən gəlsəm də qusuntu kimi məni qusa-caq, çölə atacaqdı.

      Dağda əvvəl kəndə getdik. Kənddə yaşlılardan başqa kimsə yox idi. Qoyununu, itini, çadırını götürüb yaylağa getmişdi hamı. Ata-mın böyük dayısı kənddə idi. Evinə getdik, əlini öpdük. Səksən yaş-larındakı Məcid dayı, bizi yaxşı qarşıladı. Nənəmi xatırladı və ona qovuşmuş kimi bizləri əzizlədi, oxşadı, ağladı. Sonra atama gileylən-di:

      –Köpəyoğlu, bizə bənzəmədin, atana bənzədin, – dedi. Onun ki-mi soyuq və vəfasız oldun! İllərdir bizi nə axtardın, nə də soruşdun! Ananın ölməyindən belə üç ay sonra xəbərimiz oldu. Ölümün əbədi ayrılıq olduğunu bilmirdinmi? Həsrətlə ölən insanın həmişə qucağı-nın açıq qalacağını söyləmədilərmi sənə? Dayı nə deməkdir? Dayıda ana qoxusu olduğunu bilməzsənmi?

      Dayı qışqıra-qışqıra danışdıqca gözlərindən yaş axıdır və tez-tez atamı qucaqlayır, doymadan qoxlayırdı. Atam günahkarlıq duyğu-suyla gözlərini yerdəki qırmızı və sarı güllərlə bəzənmiş Əcəm xal-çasına dikdi və hörmətlə, peşmanlıqla dayısının sözlərini dinlədi. Dayı, atam danlamaqdan yorulduqdan sonra sevgiylə mənə baxdı:

      –Bu nəvəmiz, maşallah böyük adam olub, adı nədir?

      Atam hüznlə üzümə baxıb cavab verdi.

      –Adı

Скачать книгу