Son cənnət. Orhan Aras
Чтение книги онлайн.
Читать онлайн книгу Son cənnət - Orhan Aras страница 8
Bir neçə dəfə gedib-gələndən sonra məni yaxından tanımış, ya-nımda daha rahat hərəkət etməyə başlamışdı. Mən danışarkən ür-kək ceyran kimi yanımda oturar, heç səsini nəfəsini çıxarmadan mə-ni dinləyərdi. Lakin nəfəs alıb-verməsindən həyəcanlı olduğunu an-layardım. Mən nə isə danışarkən fərq etdirmədən çənəmin altını kəsdirərdi. Bədənimin bir yerinə toxuna bilmək üçün özünə əl qatar-dı. Qolumun ona dəyməsi üçün həmişə yaxın oturar, mən qəsdən qolumu çəkdikcə o daha da yaxınlaşardı.
Memonun baxışları dağların zirvəsində idi. Bəlkə də sevgilisini düşünürdü.
–Bəs, bunun heç çarəsi yoxdurmu?” deyə soruşdum.
–Boş ver, – deyə qışqırdı. – Cano bizə bəs edər.
Qutudan bir həb də çıxararaq ağzına atdı.
–Memo, o ağzına atdığın nədir?
–Maraş otudur!
Qutusunu çıxararaq mənə də uzatdı.
–İstəyirsən, yoxla.
Gümüş qutunu açdım və tünd rəngli həbi ağzıma atmaq istə-dim. Memo müdaxilə etdi.
–Dodağınla dişinin arasına qoymalısan!
Elə etdim. Dodaq damarlarımı yalayan bir acılıq bütün ağzımı və damağımı bürüdü. İkrahla üzü-gözümü əydim.
– Memo, bu çox acıdır, içində nə var?
–Tütündür!
–Amma tütünə heç bənzəmir…
Ləzzətlə güldü.
–Kirvəm, tütün dediksə, sadəcə tütün deyil ki…
–Yoxsa marixuana var içində?
–Xeyr, xeyr! – dedi. Bunun içindəkilər tütün, palıd külü və su-dur. Başqa bir şey yoxdur. Mən bunu Maraşlı bir çobandan öyrən-dim. Tütünü yaxşıca ovub sonra palıd odununun ağ külündən üstü-nə səpib sonra yüngülcə sulayırsan. Yaxşıca yoğurduqdan sonra ba-laca-balaca yumrulayırsan.
–Özəlliyi nədir?
Şirin-şirin güldü.
–Birazdan görərsən!
Çox keçmədən başım fırlanmağa başladı. Bulağın yanında diz çökdüm və ovucladığım suyla üzümü yudum. Sonra, Memodan bir az uzaqlaşaraq yerə uzandım. Əllərimi başımın altında qoyub bu-ludsuz, aydın səmanı seyr etməyə başladım. Memo ləzzətlə fit çalır-dı. Mənim başım fırlanırdı. Qırmızı lalələr, lalə cücərtilərinin arala-rında parıldayan ağ və sarı tarla çiçəkləriylə birlikdə yerə yapışmış qatır dırnaqları küləyin təsirindən uçuşurdular. Kiçik bulağın şırıltı-sı bir göy gurultusu kimi qulaq pərdələrimi deşirdi. Gücsüz bar-maqlarımla qulaqlarımı tıxayırdım. Sonra nəmli otların üzərində di-yirlənərək aşağılara sürüşdüm. Yuxarıdan hələ Memonun səsi gəlir-di. İndi də türkü oxuyurdu.
Aman yarım, canım yarım
İgidim, aslanım yarım…
Bu kövrək türkünü əvvəl də eşitmişdim. Hətta onunla bağlı əh-valatı da bilirdim. Türkü, bir ailə faciəsi yaşayan qadının ərindən ay-rılmağını, ölümə nifrini, təkliyin, yorğunluğun, kasıblığın ağrısını izah edirdi. Sanki hər sözü mənə deyilirmiş kimi ağrıyla yerimdə qıvrılırdım. Hər tərəfim titrəyirdi. Özümü daşlara, torpağa çırpmaq istəyirdim. Fırlandıqca, fırlanırdım. Torpağa pərçimlənmiş qapqara daşların iti ucları bədənimə batırdı. Ağlayırdım. Anamı, Yusifi, ölü-mü, Gülü düşündükcə ağlayırdım.
Gözyaşlarım otların yanaqlarını yalayır, torpağa qarışırdı. Mən dərin-dərin tövşüyərək yüksək səslə zarıyarkən sarı qanadlı arılar uçuşurdu. Bənövşəyi bir çiçəyin başına qonan ağ qanadlı bir kəpə-nəyə çatmağa çalışırdım. Sürünərək yaxınlaşırdım. Kəpənək uçub gedirdi. Kəpənəyin dümağ qanadının ortasında qara, qapqara bir nöqtə vardı. Baxışlarımı tam o nöqtəyə zilləyirdim. Bütün varlığım o nöqtədə cəmləşirdi. Əslində mən də qara bir nöqtəydim. Amma qa-nadda deyil, yerdə idim. Sürünürdüm. Kəpənəyə çatanda hər şey bitəcək, “mən də uçacağam” deyə düşünürdüm. Amma bütün səy-lərim nəticəsiz qalırdı. Düşüncələrim kəpənəyin arxasınca düşmüş-dü. Amma mən yerdə idim. Sanki uçan və sürünən iki varlığa bö-lünmüşdüm. Bir tərəfim uçur, bir tərəfim sürünürdü. Köynəyimin düymələrini dartıb açdım. Sinəmi, gözyaşlarımın islatdığı torpağa sürtdüm. Torpaq mənə yanan ocaq kimi gəlirdi. İstilik sinəmdən ürəyimə axırdı. Dərinlərdən anamın yanğılı səsini eşidirdim:
–“Oğul, ölüm ağrıdır”,deyirdi. “Oğul, torpaq sərindir”, deyirdi. “Oğul, ölümün atəşini ancaq torpaq söndürür”, deyirdi. “Oğul, heç bir ölüm bir son, heç bir son qaranlıq deyil”, – deyirdi.
O səsə doğru getmək istəyirdim. Ayaqlarıma sarmaşıqlar dolan-dığını düşünürdüm. Qollarıma, çiyinlərimə yapışmış əllər məni ge-riyə dartır, yerdə diyirləndirirdi. Anamın səsi uzaqlaşırdı. Uçuru-mun dibində uğuldayan “Oğuuul!” qışqırığına cavab olaraq içim-dən, “Məndəki ölümlər heç bitmir, anam!” deyə qışqırırdım. Bütün dərdlərin içində bir səs yaxınlaşır və ürəyimin atışını azaldırdı. Bu yanımda dayanan Memonun səsi idi.
Конец ознакомительного