Son cənnət. Orhan Aras
Чтение книги онлайн.
Читать онлайн книгу Son cənnət - Orhan Aras страница 3
Yenidən Yusiflə oynadığımız yerlərə baxdım. İndi artıq o gözəl və xoşbəxt günlərimiz arxada qalmışdı. Hər şey sanki ildırım sürə-tiylə çaxmış və bizdən uzaqlaşmışdı. Bütün həyatımızı, qumdan dü-zəltdiyimiz oyuncaq evlər kimi düşünmədən bir anda yerlə bir et-mişdik. Mənim üçün geridə qalan yalnız qorxu və peşmanlıq idi. Gözümdə hər şey mənasız bir kölgə kimi idi.
Şofer yanımda xorxahor yatırdı. Yeni-yeni oyanmağa başlayan kənddən, qoyun-quzu mələmələri, xoruz banları, it hürmələri eşidi-lirdi. Kəndlilər yola çıxmadan evə girmək istəyirdim. Məni görüb üzümə baxsalar hər şeyi anlayarlar deyə qorxurdum. Şoferi yüngül-cə dürtmələdim. Dərhal gözlərini açıb ətrafına baxdı. Bəlkə də yuxu-daykən bütün olanları unutmuş, yatağında yatdığını düşünmüşdü
– Gedək, deyə soruşdu.
– Gedək, dedim.
Əyri-üyrü, bəzən çınqıl döşənmiş torpaq yoldan ağır-ağır keçə-rək evimizin yanında dayandıq. Taksiçiyə pul uzatdım, götürmədi.
– Dostların vermişdi, dedi.
Vidalaşmaq üçün əlimi uzatdım.
– İncimə, – dedim.Bilirəm, sən də çox yorğunsan. Amma vəziy-yətimi bilirsən. Əgər bütün bunlar keçsə və geriyə dönsəm səninlə mütləq görüşmək istəyərəm.
– İnşallah, – dedi.
Səmimiyyətlə öpüşdük və ayrıldıq. O gəldiyi yoldan geriyə dö-nərkən mən həvəssiz addımlarla çökəkdəki evimizin həyətindən içə-ri girdim. Təzəklər, samanlar, təndirdən çıxmış küllər, qırılmış, bü-külmüş söyüd budaqları, dəstə-dəstə qamışlar, axıra doğru yayılmış ot topaları çuxuru doldurmuşdu.
Mən bu çuxurda böyümüşdüm. Əsmər, yanıq, quru, qalın bəlkə də çuxurun külünə, torpağına bənzəyirdi. Mən buradandım, bura aidəm. Uzaq düşəndə bura üçün darıxırdım. Mənim üçün bu kiçik çuxurun məhrəm yerləri, gizli küncləri vardı. Torpağında gözyaşla-rım gizlənirdi. Torpağının məsamələrində itib getmiş isti-soyuq duyğularımın yerini bir mən bilirdim, bir də bu çuxur.
Bizimkilərin hamısı ayaq üstə idi. Atam heyvanları yemləyirdi. Axırdan səsləri eşidilirdi. Anam yataqları yığır, uşaqlar qazan dolu-su qatığın başına toplanmış çörəyini qatığa batırıb yeyirdilər. Səssiz-cə içəri sivişdim. Məni ilk görən kiçik qardaşım oldu. Dərhal qucağı-ma atladı.
– Ana, abim gəldi, – deyə qışqırdı.
Anam əlində yorğan donub qaldı. Yalnız “Can!“ deyə bildi. Hə-lə üç ay əvvəl onlarla vidalaşmışdım və ən tez iyunda dönəcəkdim. Amma heç gözləmədikləri bir anda, səhərin qaranlığında pərişan bir halda qarşılarında dayanırdım. O biri qardaşım qaçıb atamı çağır-mışdı.
Divarın dibinə çökdüm və uşaq kimi hönkürə-hönkürə ağlama-ğa başladım. Anam da mənə sarılıb ağlayırdı. Uşaqlar olduqları yerdə donub qalmışdılar. Axırdan qaçıb gələn atam isə döşəkçənin üzərinə qəribə şəkildə oturmuş nə olduğunu öyrənməyə çalışırdı.
– Danış görüm, nə olub?
Gözyaşlarımı silərək üzünə baxdım. Üzü Qırmızıdərili üzü kimi donuq və sərt idi. İncə, bənövşəyi dodaqlarını sıxmış, qorxu və nigarançılığı bir yerdə yaşayaraq mənə baxırdı. Qırmızı və quru yanaqları, sərt və çıxıntılı üz sümüklərinin üzərində enib-qalxır, həyəcanını əks etdirirdi.
Qara qaşları titrəyir, incə və qısa kirpikləri gözlərinin üzərində titrəşmələrlə kölgələnib dayanırdı. Almacıq sümükləri üzündə fərqli əzəmət yaradırdı.
Onun üzünə bu günə qədər dik baxa bilməmişdim. On doqquz yaşımda olsam da ondan çəkinirdim. Bu utancaqlıq qorxu deyildi. Kiçik boyu, cılız bədəni, sümüklü üzü, quru qurğuşun gözləri insan-da acıma duyğusu oyandırırdı. Məsafəli duruşu, duyğularını gizlət-məsi, bəzən anama sərt davranışı məni arada-sırada hirsləndirsə də, ona sevgi bağlarıyla bağlıydım. Uzaq qalanda darıxırdım. Bəzən ev-də birlikdə oturarkən, içimdən həmişə qalxıb yanına getməyi, heç səbəbsiz boyuna sarılmağı arzulayırdım. Onun dimdik, işıltılı, dai-ma uzaqlara tuşlanan soyuq baxışlarını görəndə bu arzumdan imti-na edərdim. Onun gözünə girmək, ona kürəyimi söykəmək üçün edə bilməyəcəyim şey yox idi. Həm ağlayır, həm də kəsik-kəsik izah edirdim.
– Yusif vuruldu, – deyə inildədim.
Anam iki əliylə dizlərinə vurdu.
– Offf! Necə qıydılar uşağa, – deyə qışqırdı.
Atam verdiyim pis xəbərə çaşmasına baxmayaraq qalxıb yanı-ma gəldi və ilk dəfə saçlarımı oxşadı. O günə qədər məni bir dəfə belə qucaqlayıb öpməmiş, saçlarımı oxşamamışdı. Məni çox sevdiyi-ni, bütün ümidlərini mənə bağladığını bilirdim, amma yenə də indi-yə qədər sevgisini heç bir şəkildə bildirməmişdi mənə.
– Can, oğlum, böyük kişi olmusan, dedi. Sənə ağlamaq yaraşar-mı?
Səsi yumşaq və şəfqət dolu idi. Quru və döyənəkli əllərinin saç-larımda gəzərkən yaydığı enerji bütün bədənimdə rahatlıq və güvən duyğusu yaradırdı. Saçlarımın oxşanılmasını və doyunca ağlamaq istəyirdim. Bəlkə də illərdən bəri bu anı gözləmişdim. Bəlkə də dai-ma başımı onun dizlərinə qoymağı, saçlarımı oxşamasını, o şəfqət dolu səsiylə ruhuma təskinlik verməsini istəmişdim. Məni nə üçün bir dəfə də qucağına almamışdı, nə üçün bir dəfə kürəyimi, saçları-mı oxşamamışdı? Nə üçün bir dəfə olsun “Oğlum, səni sevirəm” de-məmişdi? Bu o qədər çətin bir şeydirmi? Heç cür sakitləşməyən üs-yankar ruhum, məni yeyib bitirən içimdəki şiddətin alovu bəlkə də bu duyğuların yarımçıqlığından qaynaqlanırdı. Onun təskinlik və təsəlli verməsi hıçqırıqlarımı azaltdı və təngnəfəs də olsa, müəyyən şeyləri izah edəcək vəziyyətə gəldim. Məktəbdəki hadisələri danış-mağa başladım:
– Məktəbdə yüzlərlə şagird bir-birinə girdi. Məktəbin qapıları, pəncərələri darmadağın oldu. Açılan güllələrdən vurulanlar oldu. Sonradan öyrəndim ki Yusifə də güllə dəyib, xəstəxanaya aparıblar. Hərəmiz bir tərəfə dağıldıq. Polislər izimizdədir! Tapsalar bizi döyə-döyə öldürəcəklər!
Yusifi vurduğumu və oradan qaçdığımı gizlədim. Gerçəyi söy-ləsəm, mənə kömək etməyəcəklərini, mənə nifrət edəcəklərini dü-şündüm. Gözlərindəki, könüllərindəki dəyərim sıfıra