Çuğullar. Azər Qismət

Чтение книги онлайн.

Читать онлайн книгу Çuğullar - Azər Qismət страница 2

Çuğullar - Azər Qismət Çağdaş ədəbiyyat

Скачать книгу

diqqətin çox olması və ya heç olmaması kişinin özünə tuşlanmış silaha çevrilər. Çox olanda, elə bilirlər ki, onu sevirsən, az olanda isə sevmirsən.

      Həmin gün “siz evlisiz” sualı fikirlərimdə yanılmadığımı göstərdi. “Subayam” sözü qızın qəlbinə mərhəmlik, ümid, hardasa kiçik ehtiras gətirdi. Ertəsi gün qulağıma “pəncərəni aça bilərsiz, yalnız sizə icazə verirəm” pıçıltısı laboratoriya avadanlıqları ilə doldurulmuş otağa bir də darıxdırıcı gözlə baxmadım, akvarellə bir peyzaj çəkdim. O peyzajda boranı karetə döndü, “Mendelson marşı” səsləndi, gəlinlik paltarı geyinildi, kəpənək taxıldı, “qoşa qarıyasız” duaları ərşə qalxdı, pilləkəndəki boşqab çilikləndi.

      Pəncərəni açmağımla yaranan pıçıltılar hər yeni iş günümün açılış lentinin kəsilməsi qədər təntənə ilə qarşılanırdı. Qaqqanaq, pıqqıltı… Zəhrimar sifətli qızın qəhvəni iki fincana süzərək birini masamın üstünə qoyması ilə gülüşlərin sədası artsa da, divara dəyib üstlərinə qayıdırdı, çünki kiçik məişət xarakterli xırdaçılığa fikir vermirdim. Bir udum hava, sifətlərin rənglərinin dəyişməsi, kif qoxusunun azalması… Sanki, bir həyat bəxş etmişdim bu otağa.

      Pəncərənin açılması ilə içəri günəşin şəfəqlərinin şığıması köhnə alətlərin, kağız-kuğuzla dolu masaların üstündəki əl qalınlığında tozun yığılmasını üzə çıxarırdı. Deməli, nə vaxtdan imiş ki, ayaqlarını ayaqlarının üstünə aşırıb kübar təbəqə mücəmməsi obrazına girən və “qadın təmizkar olmalıdır” deyənlərin natəmizliyi bəlağətdən savayı bir şey deyilmiş. Onlar o tozlu masalarda nahar edir, sinələrini qabağa verib kübarlıq ab-havasını yaşamaq istəyilə qəhvə içir, bəziləri siqareti müştüyə keçirib tüstülədirdi. Birinin uzun müştüyü və torlu şlyapası nənəsindən qalmışdı. Aldığım məlumat isə ondan ibarət oldu ki, Dram Teatrının kostyum və əşyalar üzrə rejissorundan pulla alınıb. Mulen Ruj əhvalı ilə yaşayan qadınların gözündə hələ abır-həyadan əlini üzməyən oğlan gözündə hərlənirdim.

      Pəncərə siqaret dumanında da açılmazmış. Ümid dolu gözlərlə varlığımı süzən turşumuş sifətli qız illərdir ki, canında soyuğun qalmasından şikayətlənirmiş.

      İlkin təəssüratlar içində “müdir hələ gözləyər” – düşünüb qəhvə də içdim, qadınlara qoşulub beş-altı qullab müştüklə siqaret çəkmənin dadına da baxdım, laqqırtı da vurdum. Bu mənzərəyə baxan həmin qızın qısqanclığı sifətində həyatdan əsər-əlamət qoymadı, ümid işığı öləzidi.

      Sonuncu lətifəni danışıb saata baxanda laboratoriya müdirinin yanına getməli olduğumu xatırladım. Qadınlar sonuncu lətifəni də danışmağımı istədilər, danışdım, qaqqıldadılar: yaman arıq idilər, qarın-zad gözə dəymirdi. Pəhriz saxlamaqdan vitamin çatışmazlığı yaranmışdı, əllərinin dərisi qabıq verirdi. Zarafat etmək bacarığı və yumor hissinin olması qadınların üzünü güldürməyə səbəb olursa, deməli, siz onların qapısına bir qol vurmuş sayılırsız. Ağlınız varsa və ondan istifadə edirsinizsə, bu qol barədə onlara məlumat verməyin.

      Laboratoriya müdiri sifətinin digər tərəfini – mehriban çöhrəsini nümayiş etdirdi. Hələlik mehriban çöhrəsini.

      – İşlərini qurtardınmı?

      – Qurtardım.

      – Lap yaxşı.

      Onun çox yumru, lap belə yumruca sifəti vardı, çənəsi lavaş kimi yayılıb öz parametrlərinin izini azdırmış, sərhədlərin cizgiləri bərabərləşmişdi.

      – Dünya xarabdır.

      – Hə, dünyada siyasi proseslər çox gərgindir. Qlobal iqlim dəyişikliyi, enerji təhlükəsizliyi, Şərq və Qərb sivilizasiyasının toqquşması, anlaşılmazlıq sindromu ölkələri bir-birinə vurub. Hətta Meksikada keçirilən sammitdə istixana qazlarının atmosferə buraxılmasının qlobal iqlim dəyişikliyinə təsiri barədə ümumi bəyanat da qəbul edildi. Fikrimcə…

      O gülümsədi.

      – İşdəki vəziyyəti nəzərdə tuturam. Xalq məsəlidir də, deyirəm “dünya xarabdır”.

      – Nə mənada?

      Budur, sifətinin altdakı qatı vəzifəsinin icrasına start verdi. Etiraf edim ki, mövzuya birbaşa keçməsindən üşəndim.

      – Səni elə yeyərlər ki… Kövrək sümüyünü gəmirərlər. Biz bir-birimizə həyan olmalıyıq.

      Onun səsində kilsə xadimlərinin ağ ciyərdən üzüyuxarı üfürülüb, daha sonra boğaz qırtlağını büzüb çıxarılan mərhəmlik vardı. Elə bil, indicə rahiblərin qarşısında ağır-ağır addımlayaraq “İncil”dən misallar çəkib xaç çevirəcəkdi: “Yaxşılıq edən kim olursa-olsun, Tanrının izzət və kəraməti onun üzərinə olsun! Çünki Rəbb tərəfkeşlik etməz. Tanrının hüzurunda haqlı çıxarılanlar hüququ eşidənlər deyil, yerinə yetirənlərdir”. Laboratoriya müdirinin – o “müqəddəs ata”nın məhrəm səsinin təsiri ilə gülümsəyir, başımı yelləyir, utanırdım, yanaqlarım qızarırdı. Hələ ki, onu anlamırdım. Brüsü xatırladım, “bədən üzvlərinin rolunu yalnız onları bütün bədənlə birgə nəzərdən keçirdikdə anlamaq olur”.

      Hiyləgərliklə dolu təbəssümündən düşünə bilmir, yumru camalından şaşırırdım. Ola bilsin, sifətinin əbədiyyən gülümsər olacağı qənaətinə tez gəlmişdim. Gümanımda yanılmışdım.

      İnsanlar bir-birinə o zaman həyan olur ki, ya özlərini aldatmaqdan beziblər, ya da gücsüz, zəif olduqlarını özünə etiraf və qəbul etdirəcək qədər səmimi və cəsarətli deyillər.

      * * *

      Bir həftədən sonra işə beş dəqiqə gecikməyim sahibkarların lisenziyalarını almaq üçün xeyli gözləmələrinə gətirib çıxarmışdı, əslində, bəşəri faciə sayılmamalı idi. Doğrudan da, üç yüz saniyə ərzində dəhlizdə var-gəl etmək, oturub uşaqlıq xatirələrini yada salmaq, telefonla oyun oynamaq, məşuqələrə ismarıc yazmaq olardı. Sonra bilmişdim ki, iş adamları belə də ediblər: yalnız uşaq xatirələrindən savayı. Nə qədər əlləşiblər, o illəri vərəqləməyi bacarmayıblar. Görünür, pulun çoxluğu uşaqlığı da unutdurur. İşə beş dəqiqə gecikməyim günlərdir ki, hərəkətlərimi izləyən və ipucu axtaranlara sevinc, gözlədikləri vəzifə yüksəlişinə təkan vermişdi. Çoxdandır ki, belə fürsət gözləyənlərə göydən zənbillə düşmüşdüm.

      – Hardasan, səhər tezdən sahibkarlar gəlmişdi.

      – Hətta bəziləri az qalırdılar başlarını divara vursunlar.

      – Müəllim, işə gecikirsən ha.

      Qoluma

Скачать книгу