Çuğullar. Azər Qismət

Чтение книги онлайн.

Читать онлайн книгу Çuğullar - Azər Qismət страница 5

Çuğullar - Azər Qismət Çağdaş ədəbiyyat

Скачать книгу

şıltaqlığına göz yumarıq. Nə dediyimi anlayırsan da.

      Tibet kahini düyməni basıb kübar qadını çağırdı, o da içəri girib gülümsədi:

      – Senyora, xahiş edirəm, yeni əməkdaşı xəbər anlayışı barədə bilgiləndirin. Təbii ki, bu söhbət üçümüzün arasında qalmalıdır.

      Dəhlizə çıxanda kübar qadın söhbətin harada aparılması barədə plan cızdı, dedi ki, işçilərin arasında alınmayacaq:

      – Axşam sizi evimə dəvət edirəm, onsuz da bir kavalerimdir, bir də mən. İndisə uzaqlaşın, əməkdaşlar bizi bir yerdə görməsinlər, yoxsa gizli qruplaşma yaratdığımızı düşünərlər.

      Və biz aralandıq. Bir azdan ondan mobil telefonuma ismarıc gəldi ki, “Cavid prospekti 13-də görüşərik, ərim səni qarşılayacaq”.

      Bəzi dərsləri, fənləri sevməsək də, onları keçməli, mənimsəməliyik. Bu həyatda lazımsız dərs, fənn yoxdur.

      * * *

      İş vaxtı qurtaranda Adilə onu evəcən ötürməyimi istədi. Dedim “başım ağrıyır”. Düzdür, inanmadı, özü bilər. Varlığına qarşı heç bir duyğumun olmamasını anlamalıdır, anlamaqsa istəmirdi.

      Tort və gül dəstəsi aldım. Satıcı dedi ki, Hollandiyadan təzə gətirmişik, lakin azacıq soluxmuşdu. Üstünə su çilətdirdim ki, təzə görünsün.

      Axşam “Senyora” adlandırılan, kübar qadın obrazı yaradan iş yoldaşım aldığım gülləri xeyli iylədi, “siz centlmensiz” tərifini yağdırdı.

      Üçümüz də yellənən stullara əyləşib gülümsədik, ortaya çay və peçenye gəldi. Düşündüm ki, arvadı senyora olanın əri senyor olar. Əri işləri barədə danışdı, adamların get-gedə dözülməz olmasından şikayətləndi, 60-cı illərin ədəbi proseslərindən, Yevtuşenko ilə yeyib-içməsindən, Axmatovanın həyatının son günlərində yatdığı sanatoriyaya getməsindən, apardığı gülləri titrəyən əlləri ilə necə alıb sinəsinin üstünə qoymasından, avtoqraf verməsindən, birinci əri Qumilyovla 1903-cü ildəki görüşünü necə müfəssəl təsvir etməsindən danışdı, fərəhləndi və o xatirələri hələ də ürəyində saxladığını dilə gətirdi. Qarşılarındakı cavan oğlansa məktəb illərindən, universitet auditoriyasından ağızdolusu gaplayıb dəcəl hərəkətlərini qəhrəmanlıq saydı, ər-arvad qaqqanaq çəkdi, bir-iki lətifə, hikmətli söz, köklüyün maddələr mübadiləsini pozması, Aydan gətirilən qumun yerli sementə qatılması ilə binaların Rixter cədvəlinin ən yüksək göstəricinə dözməsi, toyuğun balalarını qoruması ilə qadınların müdafiə instinktinin oxşarlığı, kinolardan parçalar söhbətə rəng qatdı, amma əsas gözlədiyim kübar qadının bilgilərini eşitmək idi.

      Əri mədəniliyini nümayiş etdirib o biri otağa çəkildi və televizorun səsini artırdı ki, həyat yoldaşı ilə gənc əməkdaş arasındakı iş müzakirəsini eşitməsin, ən azından bu, kübar ailələrdə etikadan kənar sayılırdı.

      Niyə onların“kübar ailə” çağırılmasını bilmirdim: mənzil adi mənzil, çarpayı eyni cür çarpayı, masa eyni masa, ayaqyolu da bizdəkindən. Ola bilsin ki, kübarlıq onların hərəkətlərində, danışıqlarında büruzə verirdi və anlaşıldı ki, yarıəcnəbi, yarıazərbaycanca danışmaq, ayağını ayağının üstünə aşırıb gözləri xüsusi tərzdə fırlatmaq, üstəlik, siqareti müştüklə çəkmək, hündürdən yox, astadan danışmaq, baletvari əl hərəkətləri – kübarlıq sayılırmış.

      Ərinin o biri otağa çəkilməsi ilə qapını azacıq aralı qoymasından sonra da kübar qadın söhbəti açmağa tələsmirdi. Gözlərini yumması, baxışlarını bir nöqtədə saxlayıb gənclikdən əsər-əlamət qalmayan bədənini əsdirməsi söhbətə asta giriş üçün taktika sayılmalıdır. Bəlkə də, əri yarıaçılı qapıdan arvadının hərəkətlərini görsəydi təəccüblənməzdi, çox güman ki, onu çoxdan tanıdığından dözürdü. Niyə belə düşünürəm axı?! Bəlkə də, hər ikisini birləşdirən, bir-birinə zövq verdirən bayağı olmayan hərəkətləridir.

      – Evoranın mahnıları ilə aran necədir?

      – Çox yaxşı. Sevirəm onun “Besame Muço”sunu.

      – Ola bilməz. Sən Evoranı tanıyırsan? – deyə yarıaçılı qapıdan görünən ərinə səsləndi:

      – Cem, təsəvvür edirsən, o, Evoranı tanıyır.

      Əri gülümsünüb əl çaldı.

      – Onda söhbətimiz şirin alınacaq və hər sözümü göydə tutacaqsan, tez də ayrılacağıq. Onsuz da yuxum gəlir, elə sən də dəmir deyilsən.

      “Sən” deməklə yeni səmimi ünsiyyət mühiti yaratdı.

      Senyora – o şirin, qaraşın, bəzən siqarı damağında sıxıb şəkillər çəkdirən kök ispan qadınının mahnısını səsləndirməklə bu evə sərinlik, ətrafı kaktuslarla dolu ucsuz-bucaqsız çöllərin ahəngini gətirdi, ona, eləcə də Anna Axmatovadan avtoqraf alan, Rojdestvenski ilə bir mehmanxanada qalan ərinə sonsuz dostluq hissimi gücləndirdi. Ah, Evora, səni necə də sevirəm! Səni qucaqlamaq, göz yaşlarını silmək, birlikdə “Besame Muço”nu oxumaqla qəlbini fəth edən ilk azərbaycanlı oğlan olmaq istəyirəm. Kübar qadının əri Mürəbbə (arvadı onu Cem çağırsa da, bir kəndli balası kimi o mənümçün sadəcə Mürəbbə idi) hərdən sakit, hərdən çılğın hərəkətlərə yol verirdi. Arvadını isə Evoranın gəncliyi sanırdım, belə düşüncələrə getməyin yeri yoxdur, onsuz da kübar qadının qarşısındakı çolpanı əjdahalar yurduna – toksikologiya laboratoriyasındakı reallığa qaytaracağını bilirdim. Onu da bilirdim ki, çuğulluğun ilk dərsini almaqla, bəlkə, xoş, bəlkə də, vicdansız aləmə daxil olurdum, onun incəliklərini dəqiqliklə öyrənmək həyatımı osminoq kimi bədənsiz, ya da kirpi kimi tikanlıya çevirəcəkdi.

      Hə, uzaqdan başlayacağını bilirdim, Evoranın mahnısı, müştüyə keçirdiyi siqareti odlaması, yellənən stula yayxanıb ayağını ayağının üstünə aşırması, üç-dörd qullab və dərindən ahhh.

      – Biz onunla bacı-qardaşıq… Artıq neçə ildir.

      – Kiminlə?

      – Axmatovadan avtoqraf alan ərimlə. Yəqin, Axmatova da cinsi təlabatının ödənməməsi ucbatından əri Qumilyovdan şikayət edərmiş.

      – Bəlkə “mən qadınla yox, ifritə ilə evlənmişəm” deyən əri arvadı tərəfindən təmin olunmayıb?

      – Dilin uzundur ha. Söhbətin belə fırlanacağını gözləmirdim. Bir halda ki, evimdəsən, peçenye ilə çaya qonaq edilmisən, hörmətli müdirimizin çuğulluğa dair ilk bilgi dərsi keçmək tapşırığına görə səni qovmuram. Nə isə, üstündən keçək, ilk dərsimizə başlayıram.

      – Burda

Скачать книгу