Dekameron. Джованни Боккаччо

Чтение книги онлайн.

Читать онлайн книгу Dekameron - Джованни Боккаччо страница 5

Жанр:
Серия:
Издательство:
Dekameron - Джованни Боккаччо

Скачать книгу

şərabla dolu zirzəmilər vardı. Şərablar mötədil va təvazökar həyat keçirən xanımlardan daha çox, şərabdan başı çıxan kişilərə yaraşırdı. Xanımlar və cavan oğlanlar gəlib hər yeri təmiz gördülər, bu onların çox xoşuna gəldi. Yataqlar hazırlanmışdı, hər tərəfə, ilin bu vaxtında bitən çiçək və qamış döşənmişdi. Hamı gəlib oturandan sonra, guşadlığı və məzəli danışığı ilə başqalarından fərqlənən Dioneo xanımlara dedi: – Bizim hamımızı bura biz kişi-lərin zirəkliyindən daha çox, sizin ağlınız gətirmişdir. Bilmirəm siz öz fikirlərinizdə nə edəcəkdiniz, mən isə öz fikirlərimi, bir qədər əvvəl sizinlə bərabər şəhərdən çıxanda, şəhər qapılarının o tərəfində qoydum. Buna görə ya mənimlə bərabər şənlik etməyə, qəhqəhə ilə gülməyə, nəğmə oxumağa hazırlaşın (əlbəttə, sizə layiq olan şəkildə), ya da məni buraxın, bədbəxtlik üz verən şəhərə, öz fikirlərimin yanına gedim. – Pampineya da gülə-gülə ona dedi, – sanki o da fikirlərini özündən rədd etmişdi: – Dioneo, sən çox gözəl dedin; biz günlərimizi şən keçirəcəyik, biz başqa səbəbə görə qəm-qüssədən qaçıb bura gəlməmişik. Mənim başladığım söhbət nəticəsində belə xoş bir məclis düzəldi, lakin hədd-hüdud bilməyən şeylərin ömrü az olduğundan, mən istərdim ki, bizim şənliyimiz uzun zaman davam etsin, buna görə, zənnimcə, biz mütləq bir şeylə razı-laşmalıyıq: aramızda bir nəfər başçı olmalıdır, biz ona, bir rəis kimi, hörmət etməliyik, onun sözünə qulaq asmalıyıq, onun da bütün fikri, ancaq bizim şən yaşamağımıza doğru yönəldilməlidir. Lakin bu işin həm yükünü, həm də hörmətin ləzzətini duymaq üçün, seçilən adama da heç kəsin həsəd aparmaması üçün, elə güman edirəm ki, bizim hər birimiz, növbə ilə, hər gün, bu yükü, həm də şərəfi öz üzərinə götür-məlidir. Birinci başçı qoy bizim hamımız tərəfindən seçilsin; o birilər, axşam yaxınlaşanda, o gün başçılıq edən adamın mülahizəsi ilə təyin edilməlidir. Təyin edilən adam hər şeyi düzəldib yoluna qoymalı, başçı olduğu gündə bizim qalacağımız yeri, dolanacağımızı özü istədiyi kimi müəyyənləşdirməlidir.

      Pampineyanın bu sözü hamının son dərəcə xoşuna gəldi, o, bir səslə, ilk gün üçün sədr seçildi. Filomena söhbət zamanı bir neçə dəfə eşitmişdi ki, dəfnə ağacı yarpaqları hörmət əlamətidir, kim ona layiq görülsə, böyük şərəfdir; buna görə tez dəfnə ağacına sarı yüyürdü, bir neçə xırdaca budaq qoparıb, gözəl bir çələng hördü, gətirib Pampineyanın başına qoydu. O vaxtdan, bu on adamın məclisi davam edənə qədər bu çələng hər gün kral hakimiyyəti, başçılıq əlaməti oldu.

      Pampineya kraliça olduqdan sonra hamının susmasını tələb etdi, üç cavan oğlanın xidmətçilərini, özünün də dörd qulluqçusunu çağırtdırdı, ümumi sakitlik içində dedi: – Bizim cəmiyyətin nizam-intizam və zövq-səfa məsələsində necə müvəffəqiyyət əldə edib abırla yaşaması, arzu etdiyimiz qədər davam etməsi üçün ilk dəfə, sizə nümunə olaraq, bu tədbiri görürəm: birinci, Dioneonun xidmət-çisi Parmenonu yavər təyin edirəm, nökər-naiblə, yemak işləri ilə o məşğul olmalıdır. Pamfilonun xidmətçisi Siris qoy bizim xərclə-rimizə baxsın, xəzinədarımız olsun, Parmenonun əmrini yerinə yetirsin. Tindaro da Filostratonun və o birisi iki oğlanın otaqlarına baxmalıdır, bu da o zaman olmalıdır ki, onun yoldaşları öz vəzifələ-rini yerinə yetirdiklərindən, bu işlə məşğul ola bilməyəcəklər. Mənim qulluqçum Miziya və Filomenanın qulluqçusu Liçiska həmişə mətbəx işi görəcək, Parmenonun tapşırdığı xörəkləri diqqətlə hazırlayacaqlar. Lauretta ilə Fyammettanın qulluqçuları Kimera və Stratiliya, mənim əmrimə əsasən, xanımların otaqlarını yığışdıracaq, harada olsaq, oranın təmizliyini gözləyəcək. Ümumiyyətlə, bizə hörmət bəsləyən adamlara bizim belə bir tələbimiz var, onlara öz arzumuzu bildiririk: kim hara getsə, haradan qayıtsa, nə eşitsə, nə görsə, bizə kənardan şad xəbərdən başqa ayrı bir xəbər gətirməsin. – Pampineyanın verdiyi bu qısa əmr hamının xoşuna gəldi. Sonra o ayağa, qalxıb, fərəhlə dedi: – Burada yaxşı bağlar, talalar, gözəl yerlər var; qoy hamı kefi istədiyi kimi gəzib-dolansın, ancaq saat üç olan kimi hər kəs qayıdıb öz yerinə gəlsin, elə olsun ki, sərinkən nahar edə bilək.

      Yeni kraliça bu şən cəmiyyəti buraxdıqdan sonra cavanlar və gözəl xanımlar xoş şeylərdən danışa-danışa, qopardıqları budaq-lardan çələng hörə-hörə, ürəkaçan nəğmələr oxuya-oxuya bağda gəzdilər. Kraliçanın müəyyən etdiyi vaxtda evə qayıtdılar, əmin oldular ki, Parmeno doğrudan da öz vəzifəsini can-başla yerinə yetirmişdir, çünki aşağı mərtəbənin salonuna girəndə gördülər ki, stollara ağappaq süfrələr salınmışdır, qədəhlər gümüş kimi parılda-yır, hər yer meşə gavalısı çiçəkləri ilə doludur. Kraliçanın əmri ilə əl yumağa su verdilər, əllərini yuduqdan sonra hamı gedib Parmeno-nun təyin etdiyi yerdə oturdu. Yaxşı hazırlanmış xörəklər, əla şərab gətirdilər. Üç xidmətçi vaxt itirmədən, dinməz-söyləməz süfrə başındakı adamlara qulluq etməyə başladı. Hər şey yaxşı olduğun-dan, səliqə ilə düzəldiyindən, hamı daha artıq nəşələndi; xoş zarafatla, gülə-gülə nahar elədilər. Süfrəni yığışdırdıqdan sonra kraliça buyruq verdi ki, çalğı alətlərini gətirsinlər. Bütün xanımlar və gənclər oynaya bilirdi, bəziləri də çalmağı, oxumağı bacarırdı. Kraliçanın əmri ilə Dioneo rubabı, Fyammetta violanı götürdü, yaxşı bir oyun havası çaldılar. Kraliça qulluqçuları nahar eləməyə gön-dərdi, o biri xanımlar və iki cavan oğlanla dairə vurub, yavaş-yavaş dövrələmə rəqs etməyə başladı. Rəqsi qurtardıqdan sonra gözəl, şən nəğmələr oxudular. Bu qayda ilə vaxtlarını keçirdilər, kraliça öz mülahizəsinə görə, dincəlmək vaxtının gəldiyini görüb, hamını azad etdi. Cavanlar öz otaqlarına getdilər. Onların otağı xanımların otağın-dan kənarda idi. Gəlib gördülər ki, qəşəng yataqlar hazırlanmışdır, otaqlar, salon kimi, gül-çiçəklə doludur. Xanımlar da gedib paltar-larını çıxardılar, uzanıb dincəldilər.

      Saat doqquz olan kimi kraliça yerindən qalxdı, o biri xanımları da, cavanları da oyatdı, dedi ki, gündüz çox yatmaq zərərdir. Sonra hamısı hündür, yaşıl otlu talaya getdi; buraya gün düşmüşdü. Xəfif, xoş külək əsirdi, hamı kraliçanın əmri ilə yaşıl ot üstündə dövrələmə oturduqdan sonra kraliça dedi: – Görürsünüz ki, gün hələ çox yuxarı-dadır, hava da bərk istidir, zeytun ağaclarından ancaq cırcıramaların səsi gəlir. Belə istidə bir yerə getmək, heç şübhəsiz, axmaqlıq olardı. Bura sərindir, yaxşıdır, şahmatımız, damamız var, kimin könlü hansını istəyirsə, oynayıb əylənə bilər. Lakin mənim fikrimə şərik olmaq istəsəydiniz, biz günün isti vaxtını şahmat ya dama oyunu ilə deyil, hekayə söyləməklə keçirərdik, çünki oynayanlardan bəzisinin istər-istəməz ovqatı təlx olacaq, o biriləri də, ya oyuna baxanlar da elə bir ləzzət almayacaqlar, amma bir nəfər hekayə söyləsə, hamını əyləndirə bilər. Sizin hər biriniz bir hekayə söyləyənə kimi gün qüruba enər, hava sərinləşər, biz də könlümüz istəyən yerə gedib əylənə bilərik. Mənim təklif etdiyim şey xoşunuza gəlsə (mən sizin arzunuzu yerinə yetirməyə hazıram), biz belə də edərik; gəlməsə, onda qoy axşama kimi hərə öz istədiyini eləsin. – Xanımlar da, kişilər də hekayə söyləməyin tərəfdarı oldular. Kraliça dedi: – Bu ki sizin xoşunuza gəldi, mən belə bir qərara gəlirəm:

Скачать книгу