Xeyrin çöküşü. Zaur Pənahov

Чтение книги онлайн.

Читать онлайн книгу Xeyrin çöküşü - Zaur Pənahov страница 2

Xeyrin çöküşü - Zaur Pənahov Qaranlıq günəş

Скачать книгу

döyüşçü, bu qədər vaxtda sığınacağı nə üçün tapa bilmədiklərini düşünürdü. Saralmış və bəzi yerləri artıq çoxdan yırtılmış dəri üzərinə çəkilmiş köhnə xəritəyə, onların durduğu yeri göstərən bir dairə çəkilmişdi. Ancaq bu dairə təqribən üç günlük axtarış yeri idi. Onların işini çətinləşdirən səbəblərdən biri də elə bu sayılırdı. Nə axtardıqlarını bilsələr də, harada axtaracaqları barədə çox az məlumata sahib idilər. Aldıqları digər bir məlumata görə isə sığınacaq təpələrdən birindəki mağarada yerləşirdi, amma onlar beş gün ərzində bir dənə də olsun mağara tapmamışdılar.

      Etrak xəritəni geri qoyaraq “Bu gün çox isti olacaq,” dedi. “Günəş yuxarı qalxmamış şimal tərəfə gedib axtarışı orada davam etməliyik.”

      “Şimala? Axı oranı axtarmışıq.”

      “Bilirəm. Oranı da hər yer kimi axtarmışıq. Məncə, düzgün yerə baxmırıq, axtarışa təzədən başlamaq lazımdı.”

      “Düzgün yerə baxmırıq?” Aqren təəccüblə dedi. “Baxmadığımız yer qalıb ki? Bu lənətə gəlmiş xarabanın hər yerini axtarmışıq, daş və quru torpaqdan başqa heç nə yoxdu!”

      Silahdaşının bu qəribə emosionallığı qarşısında bir anlıq çaşan Etrak, dönərək ona təəccüb içində baxsa da, heç nə demədi. Beş günlük dözülməz isti altında, kor-koranə axtardıqları və varlığından əmin olmadıqları dəlillərin izinə rast gəlməmək nəyinki insanı, hətta azyaşlı ekronu da hövsələdən çıxarardı.

      “Üzr istəyirəm, ustad,” deyə Aqren səsini alçaltdı.

      Yüksək təpələrin əyilərək yox olduğu, sığınacağın olduğunu ən az ehtimal etdikləri yerə doğru getməyə başladılar. Günəş çıxana kimi ora çatmalıydılar. Çünki axtarış vaxtı gün batana qədər idi. Düzdü, buralarda çox nadir hallarda vidra görmək olardı, hətta onlar burada qaldıqları beş gün ərzində heç qarşılaşmasalar da, nakraların bir nömrəli qanunlarından biri təhlükəyə qarşı hər zaman hazırlıqlı olmaq idi. Həm də gündüz tapılmayan bir şeyi gecə axtarmaq vidralara xas xasiyyətdir ki, onlar da çox vaxt acından ölürdülər.

      Su görməmiş, boz torpaqlar üzərində yeriyən nakralar bədənlərindən axan tər damcılarını və başlarını yandıran günəşi hiss edirdilər. Bu gün digərlərindən daha da isti olacaqdı. Kifayət qədər suları olmalarına baxmayaraq dözümlülüyü ilə tanınan nakralar belə, bu istiyə davam gətirə bilmirdi. Sanki bütün gücləri isti ilə buxarlanaraq yox olurdu.

      “Bağışlayın Etrak,” qadın nakra uzun çəkən darıxdırıcı səssizliyi pozaraq silahdaşına gün ərzində ilk dəfə adı ilə xitab etdi. “Çoxları, hətta Üçlük, kölgələrin (Draqzinin yandaşları) tamam yox olduğuna inanır. Bəs siz necə olub ki hələ də…”

      “Hələ də nə? Onların varlığına necə olub ki hələ də inanıram?” Öz keçmişindən və ağzına saqqız olmuş hadisələr haqda danışmağı sevməyən Etrak, yardımına çox ehtiyacı olan silahdaşını işə cəlb etmək üçün onun suallarına cavab vermək məcburiyyətində idi.

      “Böyük döyüşdən sonra Draqzinin təslim olmayan yandaşlarını tapmaq üçün Kölgə Ovçuları adlı xüsusi dəstə yaradıldı. Ən yaxşılardan ibarət güclü bir dəstə. Məqsədi, böyük müharibədən sonra hər tərəfə yayılmış Draqzinin yandaşlarını tapmaq idi. Dəstə iki əsr ərzində yüzlərcə düşməni ya öldürdü, ya da həbs etdi. Ancaq əsas məqsədləri Draqzinin ən yaxın yandaşlarını tutmaq idi.”

      “Hə, Kölgə Ovçuları haqda çox eşitmişəm. Çoxları onların əfsanə olduğuna inanır.”

      Etrak “Bilirəm,” dedi. “Dəstə üzvlərinin adları hələ də gizli saxlanılır, amma onların varlığını heç kim inkar edə bilməz.”

      “Amma həmin dövrdə onların varlığını Üçlük inkar edirdi. Bundan əminəm.”

      “İnkar edirdi, çünki həmin döyüşçülər qadağan olunmuş silahdan, sözün qaranlıq sehrindən istifadə edirdilər.”

      “Hə, bu haqda da eşitmişdim. Bir çox ekro nə olur olsun şəri xeyirlə məğlub etməyin daha düzgün olacağını və Kölgə Ovçularının dağıdılmağını tələb edirdilər.”

      Etrak “Elədir,” dedi. “Buna görə Üçlük, dəstə üzvlərinin kimliyini gizli saxlamağa qərar verdi. Gələcəkdə çətinliklərlə qarşılaşmasınlar deyə.”

      Aqren, Etrakın belə bir tarixi onunla bölüşdüyü üçün sevinmişdi. Tarixi ən düzgdün öyrənməyin tək yolunun onu birinci dildən öyrənmək olduğunu hər kəs bilirdi. Uzun ömürləri səbəbi ilə ekroların hər biri yeriyən tarix kitabı idi. Heç bir şişitrmə və yanlış məlumata yer verməyən mükəmməl bir kitab. “Bəs Draqzinin bu adamları, onlara nə oldu?”

      “Ovçular onların birindən başqa hamısını ya həbs etdilər ya da öldürdülər. İndi isə biz həmin bir nəfəri axtarırıq.”

      “Həmin bir nəfər, sonuncu kölgə, sizcə hələ də sağdı? Çünki onun hələ də yaşamağıyla bağlı bildiyimə görə, heç bir fakt yoxdur. Haqlıyam?”

      Aqren, Etrakın yayınmağa çalışdığı bu sualı artıq ikinci dəfədir ki verirdi.

      Etrak dayanıb dərin bir nəfəs aldı.

      “Uzun illər bundan əvvəl ovçular sonuncu kölgənin yerini tapmışdılar. O, cənubda Juin (ekro dilində qum deməkdir) şəhərinin xarabalığında, yeraltı sığınacaqda gizlənirdi. Daha doğrusu, onlar elə düşünürdü,” Aqrenin sual dolu baxışları altında davam etdi. “Ancaq ora boş idi. Sonradan məlum oldu ki, bura heç sığınacaq belə deyildi. Adi anbar idi. Şəhərin əsas su mənbəyi quruduqdan sonra şəhərlə birlikdə tərk edilmişdi.”

      Aqren “Yəni?” dedi tərəddüdlə.

      “Yəni heç nə. Üçlük bir əsrə yaxın boş yerə ora-bura qaçdığını görüb dəstəni dağıtmaq qərarına gəldi. Beləliklə, mövzu bir daha açılmamaq üzrə bağlandı. Bəlkə elə belə də lazım idi. Amma bəlkə də qaranlıq güclərin istədiyi elə bu idi, onların yoxluğuna inanmağımız. Bəlkə də gizləndikləri yerdə bizim hazır olmadığımız bir vaxtda həlledici zərbəni vurmaq üçün düzgün vaxtın gəlməyini gözləyirlər. Hətta bəlkə də bütün bunları düz burnumuzun dibində edirlər.”

      “Deməli, deyilənlər düzdü,” deyə Aqren düşüncəli halda bildirdi. Etrak Kölgə Ovçuları haqda həddən artığını bilirdi.  “Atam sizin bir vaxtlar  Kölgə Ovçusu olduğunuzu demişdi.”

      “Atan, çoxlarının mif saydığı sirlərdən xəbərdar nadir insanlardan idi.”

      İnsanlar qaranlıq qüvvələrdən bəhs edən

Скачать книгу