Xeyrin çöküşü. Zaur Pənahov

Чтение книги онлайн.

Читать онлайн книгу Xeyrin çöküşü - Zaur Pənahov страница 5

Xeyrin çöküşü - Zaur Pənahov Qaranlıq günəş

Скачать книгу

hamısının qapısı bağlı, bir çoxununsa içində vidra sümükləri vardı.

      Aqren, “Görəsən, bu vidraları nə məqsədlə saxlayırdılar?” soruşaraq barmaqlıqlardan birinə yaxınlaşdı.

      Etrak otağın sonunda qaralan başqa bir otağın girişini görərək “İndi bilərik,” dedi əminliklə. Silahdaşından məşəli alaraq növbəti otağa öndən girdi. Onun girməyi ilə aydınlanan otaq, Etrak kimi döyüşçünün də tüklərini ürpətdi. Zəncirlə tavandan asılan vidra cəsədi, qanlı əməliyyat masası və duzlu suda saxlanan müxtəlif orqanlar.

      Silahdaşının ardınca otağa girən Aqren, gördüyü mənzərə və duyduğu bərbad qoxu təsiri ilə əlini burnuna aparıb “Bu nədi belə?” deyə heyrətini gizlətmədi.

      Etrak tavandan asılaraq qurudulmuş, lakin buna baxmayaraq görünüşünü çox da itirməyən məxluqa diqqətlə nəzər yetirdi. Bədənindəki su tamam çəkildiyi üçün normalda olduğundan daha arıq görünən cəsəd, boyda döyüşçüylə eyni idi. Başı bir ayının başına oxşasa da, ağzı daha geniş və böyük idi. Bədəni, sanki, həddən artıq kökəlmiş və böyümüş canavarın bədəninə oxşayırdı, böyük dişlərini örtən dodağı quruyaraq çəkilmişdi.

      Etrak məşəli bir az da yaxınlaşdırıb xəncərini qınından çıxararaq məxluqun ustalıqla kəsilmiş və yenidən tikilmiş sinəsinə baxdı. Hələ də əli burnunda gəzən Aqren “Deyəsən, onlar vidralar üzərində bəzi təcrübələr aparırdılar,” dedi. “Başa düşmürəm bu onların nəyinə lazımdı?”

      “Bunu görürsən?” deyə Etrak xəncərinin ucu ilə cəsədin bədənindəki seyrək tükləri göstərdi. “Əvvəllər buna bənzər bir şey görmüşdün?”

      Əlini burnundan çəkib bayaqdan fikir vermədiyi qəribə bir fakta gözlərini zilləyən Aqren, çaşqınlıqdan nə deyəcəyini bilmədi. Vidraların dərisi qurbağa dərisinə bənzəyir və bədənlərinin heç bir yerində tük olmur. Elə bu səbəbdən onlar soyuğa və əsasən də gün işığına qarşı çox dözümsüzdürlər.

      “Təqribən doxsan il bundan əvvəl,” Etrak xəncərini yenidən qınına saldı, “biz şimala yaxın kəndlərdən birində buna bənzər ölü bir vidra tapmışdıq.”

      “Siz şimal dediniz?” Təəccüblə soruşdu qadın nakra, “Axı vidralar…”

      “Bilirəm soyuğa dözümsüzdülər. Ancaq tapdığımız bu məxluq, ölü olsa da soyuğa davamlı olduğunu təyin etdik,” dedi Etrak. “Bədəni eynən bunun kimi seyrək tüklə örtülmüşdü və demək olar ki, bütün orqanları sıradan çıxmışdı. Alimlərimiz bunun təsadüfən yaranmış, sürətli uyğunlaşma olduğunu və bu səbəbdən daxili orqanlarının inkişaf sabitliyinin pozulduğunu dedilər.”

      “Amma eyni uyğunlaşma iki fərqli vidrada ola bilməz,” deyə Aqren silahdaşının fikrini tamamladı.

      Etrak başını tərpətdi.

      “Yəni demək istəyirsiniz onları kimsə soyuğa uyğunlaşdırmaq istəyib?” deyə soruşdu Aqren. “Bunu nə məqsədlə etsinlər?”

      Etrak “Əsas sual bu deyil,” deyə bildirdi. “Əsas sual, sığınacağı niyə tərk etdikləridir. Onlar buranı demək olar ki, bir gündə tərk ediblər və özləri ilə heç nə götürməyiblər. Hətta alimləri də öz təcrübələri ilə birlikdə basdırıblar.”

      “Bəlkə, boş yerə çalışdıqlarını anlayıb bu işdən əl çəkiblər.”

      “İnanmıram,” dedi təcrübəli nakra əminliklə. “Kölgələr belə tez təslim olsaydı, dörd yüz il onlarla mübarizə aparmağa məcbur olmazdıq,” deyərək otağın çıxışına yaxınlaşdı. “Gedək, burada görəcək işimiz qalmadı.”

      2

      Sİrlİ qoca

      Təsadüf – yaradıcının insanlar üçün yazdığı taleyi gerçəkləşdirmə üsullarından biridir.

(Aarsin qəbiləsi, atalar sözü.)

      Üfüqdən aramla çıxan günəş, dağ ətəyində qurulmuş, Dor kəndi üzərinə qırmızı şəfəqlərini salırdı. Bu kənd çox yeni olmağına baxmayaraq artıq bir çox kəndli ailələr üçün yuvaya çevrilmişdi. Çox təhlükəli yerlər olduğu üçün əvvəllər yeni yaradılacaq bu gözdən uzaq kənddə heç kəs qalmaq istəmirdi. Ancaq Raqa hökmdarının ikiqat müdafiə, ev və torpaqların qarşılıqsız paylanması haqda verdiyi vədlər bəziləri üçün qaçırılmaz təklif kimi görünmüşdü. İlk başlarda sakini az olsa da, sonralar buranı öz evləri kimi qəbul edənlərin sayı elə sürətlə artmağa başladı ki, hətta beş il ərzində kəndin müdafiə çəpərini iki dəfə genişləndirmək lazım gəlmişdi.

      Qəsəbə və şəhərlərdən uzaq olan kəndə, demək olar yad insan gəlmir, gəldikdə isə Dor sakinləri onu öz evlərində qonaq qalsın deyə az qala məcbur edirlər. Necə olsa da bura kiçik bir kənddir və çox az əyləncə imkanları var. Odur ki, hər yeni sakin danışacağı yeni əhvalat və ya mənsub olduğu yerlərin nağılları kəndə bir müddətlik rəng qata bilərdi.

      Eçso da bu cür qonaqlardan biridir. Eçso buralı deyil. O, Şimal İkram qəbiləsində yaşlı nənəsi ilə birlikdə yaşayır. Nənəsi təbib olduğundan və bu mövsümdə şimaldakı bitki örtüyü qoyunları otarmağa belə azlıq etdiyindən o, artıq üç ildir ki, hər altı ayda bir tükənmiş dərman ehtiyatlarını bərpa etmək üçün bu kəndə gəlir. Bir çox yeri hələ də kəşf edilməmiş, zəngin bitki örtüyünə sahib Dor kəndi, onun kimilər, yəni xeneralar (təbib köməkçisi) üçün əsl cənnət sayılırdı.

      Əlində toxunma səbətlə kəndin yenicə aydınlanmağa başlayan kələ-kötür küçəsində görünən ilk insan, orta boylu, dolu cüssəli gənc Eçso oldu. Ayağında şimallılara xas sadə dəri ayaqqabı və özünə məxsus açıq qəhvəyi yay paltarı geyinmişdi. Kənardan bəzilərinə görə kök görünən Eçsonun çəkisi ilə heç bir narazılığı yox idi. Onun gəldiyi yerdə bu cür bədən quruluşu hətta ideal sayılırdı. Yumru sifətinə xoş bir görünüş verən tünd qəhvəyi göz rəngi qalın qaşının yaratdığı kölgədə çətinliklə seçilirdi. Əlini başına atıb dağınıq saçını düzəltmək üçün sığallayan Eçso, əsnəyərək ətrafına boylandı.

      Kifayət qədər yaxşı qorunmağına və gün işığı ilə təhlükə riskinin aradan qalxmağına baxmayaraq, insanlar bayıra çıxmazdan əvvəl bir müddət evlərində günəşin özünü tam göstərməyini gözləyirdilər. Eçso isə bu cür ehtiyata gərək duymurdu. Qarşılıqsız olaraq ona evlərində qalmaq nəzakəti göstərən ailə onun şimaldan – yəni vidraların çox az olduğu yerlərdən gəldiyi üçün bu qorxunc məxluqların nəyə qadir olduqlarını bilmədiyini düşünürlər. Lakin bu belə deyil. Düzdü, onun yaşadığı yerdə vidralar azdı, ancaq o, məxluqların nə qədər qəddar və təhlükəli

Скачать книгу