Xeyrin çöküşü. Zaur Pənahov

Чтение книги онлайн.

Читать онлайн книгу Xeyrin çöküşü - Zaur Pənahov страница 6

Xeyrin çöküşü - Zaur Pənahov Qaranlıq günəş

Скачать книгу

ki, hər səhər qarşılaşırdı. Darvazanı yalnız nəzarətçi və bir də qazzalar aça bilərdi. Onların xaricində heç kəs qapıya toxuna bilməzdi. Eçso qazza görmək ümidi ilə ətrafa boylandı. Ancaq bu vaxta qazzalar nadir hallarda qalardılar. Son çıxış yolu olaraq hər səhər etdiyi şeyi etmək məcburiyyətində qaldığını anlayıb yerə əyilərək bir neçə kiçik daş götürdü. Əlindəkilərdən yaxşısını seçib nəzarətçinin başı üstündəki zəngi nişan alıb atdı. Daşın dəyməsi ilə zəngin çıxardığı zil səsi nəzarətçini yerindən dik atdı. Başını qaldırıb yuxusuzluqdan qızarmış gözlərini bərəldərək bir neçə saniyə sərsəmcə ətrafa boylanan nəzarətçi, qapının ağzında Eçsonu görüb sakitləşdi.

      Eçso günahkarca əlini qaldırıb “Sabahınız xeyir, cənab Mudi,” dedi. “Bağışlayın, bunu etmək istəməzdim ancaq…”

      “Eybi yoxdu cavan oğlan, sənə olar.” Mudi əli ilə üzünü ovuşdurub, “Ancaq sənə, bunu qazzalar belə etsə inan ki onları bir də içəri buraxmaram,” deyərək nərdivandan aşağı enməyə başladı.

      “Sizə inanıram.”

      Eçso kənddə hər kəsdən tez durduğu üçün darvazanı qoruyan nəzarətçi ilə ən çox əlaqə saxlayan insan idi. Əsl adı çox uzun və qəribə tələffüz olunduğu üçün hər kəs ona Mudi deyirdi. Aralarındakı yaş fərqinə baxmayaraq Eçsonun şirin dili və yerimə tərzi ona ölmüş oğlunu xatırlatdığı üçün qısa vaxtda dost olmuşdular.

      “Bəs qazzalar çoxdan gedib?” Eçso, söz olsun deyə soruşdu.

      “Həəə çoxdan. Elə gecəyarısı bir dənəsi gəlmişdi, o da heç bir az durmadı getdi.”

      “Gecəyarısı? niyə belə gec?”

      “Nə bilim. Bu döyüşçü millətini bilmirsən? Sual verəndə elə bil daşla danışırsan. Heç nə demədi. Gecənin bir yarısı gəldi, sonra da işim var deyib getdi.”

      Qəribə görünüşlü açarı çıxarıb (açardan çox, kiçik çəkicə bənzəyirdi) darvazanın qapısını açdı. Qapını aralayıb Eçsoya yol verərək “Yaxşı, ehtiyatlı ol. Belə vaxtı meşəliyə yaxın yerlərdə hələ də vidra ola bilər,” deyə xəbərdarlıq etdi.

      Eçso “Olaram,” dedi qapıdan çıxarkən.

      Eçso keçən illərdən fərqli olaraq bu il bir neçə gün evə qayıtmaqda gecikmişdi. Yazın əvvəlində gələn ani çovğun demək olar ki, bütün bitki örtüyünü məhv etdiyi üçün o, evə əliboş qayıtmaq yerinə çovğunun dəymədiyi dağətəyi qapalı yer axtarırdı ki, dünən belə bir yer tapmışdı. Kəndin yaxınlığında gözdən uzaq bu yer, hündür dağ və sıx meşənin əhatəsində bitkilərin zərər görmədiyi, bəlkə də, yeganə yer idi. Eçso həmin yerə çatıb əraziyə göz gəzdirdikcə dağ ətəyində bənzərsiz gözəlliyə sahib bu yamacın, onun təxmin etdiyindən də zəngin və toxunulmaz qaldığını görürdü.

      Rəngarəng çiçəklərlə örtülü kiçik ərazi, şimala doğru yüksələrək otların seyrəldiyi qayalıqlarda sonlanırdı. Ləngimədən işə başlayan gənc Eçso, orda-burda bitmiş bitkiləri iti gözləri ilə çətinlik çəkmədən taparaq bəzilərinin çiçəyini, bəzilərini dibindən qoparır, bəzilərini isə gətirdiyi enli bıçaqla kökündən çıxarıb səliqə ilə səbətə yığırdı. Çöhrəsindəki gülümsəmə azalmaq bilmirdi. Çoxdandır bu qədər bitki toplamamışdı. deyə düşündü. Hələ təzə gəlməyinə baxmayaraq indidən səbət yarısına qədər dolmuşdu.

      Eçso gün batdıqda buraların nə qədər təhlükəli olduğunu düşündü. Kəndlilərin dediyinə görə, nəhəng vidralar tutduqları qurbanlarını burada işgəncə ilə öldürürdülər. Hətta səslərinin kəndə qədər gəldiyini belə eşidənlər olmuşdu. Amma o bu səslərin heç vaxt şahidi olmamışdı. Daha çox bunların uşaqları qorxutmaq üçün uydurulduğuna inanırdı. Bu düşüncələrlə təpəyə doğru, qayaların üstü ilə ehtiyatlı addımlarla çıxaraq işinə ara vermədən davam etdi.

      Çiçəklərin biri-birinə qarışmış məstedici ətri, qarlı dağların zirvəsindən süzülərək gələn təmiz havası və səhərin açılmağı ilə hər yanı götürmüş o gözəl quş səslərinə artıq fikir vermirdi.

      Birdən başını qaldırıb qorxu ilə ətrafa boylanan Eçso, az əvvəl insan qışqırığına bənzər bir səs eşitdiyinə əmin idi. Nəfəsini tutaraq yerində ətrafına boylanıb səsin gəldiyi yeri təyin etməyə çalışsa da, heç nə görməməyi onu daha da qorxudurdu. Az əvvəl günün doğuşu ilə sevinc mahnıları oxuyan quşlar, təpəni ölüm səssizliyinə tərk etmişdilər. Gənc oğlan dağın arxasından tamam çıxmış, parlaq oxları ilə hər yana işıq saçan günəşə baxıb onu heç bir təhlükənin gözləmədiyinə və qışqırıq məsələsini özü uydurduğunu düşünməyə çalışdı.

      Səbət dolmuşdu. Son dəfə əli ilə lazım olan hər şeyi yığıb-yığmadığını yoxladıqdan sonra dirçələrək özündən asılı olmadan zirvəyə doğru nəzər saldı. Gözünə dəyən bir şey onun gözlərini qırparaq daha da diqqətlə baxmasına səbəb olmuşdu. Bu iki çılpaq daşın arasında bitmiş nənəsinin çoxdandı axtardığı nadir tapılan qısa gövdəli siyadan başqa heç nə deyildi. Səbəti olduğu yerə qoyaraq yuxarı çıxmaq üçün ön baxış keçirdikdən sonra yenidən dırmaşmağa başladı.

      Olduqca sevincli görünürdü və deyəsən, bayaqkı narahatlığı unutmuşdu. Çiçəyin yanına çatıb onu çıxarmağa başlayanda nə qədər yüksəkdə olduğunu gördü, heç bu qədər yüksəyə qalxmamışdı, amma hal-hazırda qalxdığına peşman da deyildi. Çünki bu nadir çiçək istənilən əziyyətə dəyərdi. Bu ot bir vaxtlar yayılmış və minlərlə insanın həyatına son qoymuş dəhşətli xəstəliyə qarşı dərman hazırlamaq üçün istifadə olunan yeganə bitkidir. Siyanın təkcə bir zoğundan hazırlanan dərman, ən az otuz nəfəri ölümdən xilas etmə gücünə sahib olduğu üçün o ən dəyərli dərman otları içində birinci gəlirdi. Bundan başqa onu satmaq da çox asan idi. İstənilən şəhərdə bu çiçəyi asanlıqla sata və ya bir çox dəyərli mal qarşılığında dəyişə bilərdi.

      Eçso çiçəyin zərif gövdəsindən tutub ustalıqla kökündən çıxardı. Durduğu yerdən boylanaraq səbətin olduğu yerə baxıb, tək əli ilə necə düşəcəyini bir gözünü qıyaraq düşünürdü. Külək bir neçə saniyəlik dayanıb xışıldayan ağacların səsi kəsiləndə, qulağına qəribə bir uğultu səsi gələn Eçso, ayağa qalxıb səsin istiqamətini tapmağa çalışdı. Aramsız olaraq, sanki, dərin bir quyudan gələn səs, yuxarıdan, onun bir neçə addımlığından gəlirdi. Eçso adətən nənəsinin məşhur tövsiyəsinə uymağı üstün tutardı. Ancaq bu gün yox. Sabah evə qayıdacağının, həm də əlidolu qayıdacağının ona verdiyi sevinc hissi, görünür bəzi tövsiyələri unutdurmuşdu.

      Çiçəyi

Скачать книгу