Dədə Qorqud dastanları. Народное творчество

Чтение книги онлайн.

Читать онлайн книгу Dədə Qorqud dastanları - Народное творчество страница 4

Dədə Qorqud dastanları - Народное творчество Uşaq ədəbiyyatı

Скачать книгу

style="font-size:15px;">      Bu hadisə elə Qazana da agah olur. O da həmin gecə qarma-qarışıq bir yuxu görərək narahat olub, yuxusunu qardaşı Qaragünəyə danışır. Deyir ki, qardaş, yuxuda gördüm ki, yumruğumda bir şahin çırpınıb, quşumu əlimdən alır, hündür evimin üzərinə göydən ildırım çaxır. Qatı, qara dumanın düşərgəmin üstünü bürüdüyünü gördüm. Quduz qurdların evimi dəldiyini gördüm. Qara dəvənin ənsəmdən qapdığını gördüm. Gördüm ki, qara saçım qamış kimi uzanır, uzandıqca gözümü örtür. Əllərimdə on barmağımı qan içində gördüm. Bu yuxunu görəndən bəri ağlımı-huşumu yığa bilmirəm. Xan qardaşım, bu yuxumu yoz mənimçin!”

      Qaragünə deyir: “Qara bulud sənin taleyindir. Qar ilə yağmur dediyin sənin qonşundur. Saç qayğıdır, dərddi-sərdi. Qan – qanqaralıqdır. Qalanın yoza bilmərəm, Allah yozsun”.

      Belə dedikdə Qazan dedi: “Mənim ovumu pozma, qoşunumu dağıtma! Mən bu gün qonur atımı çapıb, üçgünlük yolu bir günə gedərəm; evə dəymədən yurduma baş çəkərəm. Əgər salamatlıqdırsa, axşam olmadan yenə sənin yanına gələrəm. Oradakılar sağ-salamat deyilsə, başınıza çarə edin. Mən daha getdim. Qazan bəy Qonur atını mahmızladı, yola düşdü. Gəlib yurduna çatdı. Gördü ki, yurdunda bir tazı qalıb. Qazan bəy üzünü yurduna tutaraq dedi: – səni bu günə kim salıb, ay mənim qohum-qəbiləli yurdum?

      Bu halı gördükdə Qazanın qara qıyıq gözləri qan-yaşla doldu. Qanı damarlarında qaynadı. Qonur atını dizləri ilə vurub, kafirin keçdiyi yolla getdi. Onun qarşısına bir su çıxdı. Qazan dedi: “Su tanrının üzünü görmüşdür. Mən bu su ilə soraqlaşım!” Çağlayaraq qayalardan çıxan su! Yurdumdan bir xəbər bilirsənsə, de mənə! Dərdli başım qurban olsun, suyum, sənə!

      Sudan səs gəlməyincə, Qazan üzünü qarşısına çıxan qurda tutdu: – Ey üzü uğurlu qurd,

      – Yurdumdan bir xəbər bilirsənsə, de mənə!

      Dərdli başım qurban olsun, qurdum, sənə!

      Qurddan da səs gəlmədi. Çobanın qara köpəyini görən Qazan dedi:

      Yurdumun xəbərini bilirsənsə, de mənə!

      Dərdli başım sağ olduqca

      Yaxşılıqlar edim, köpək, sənə!

      Köpəkdən də səs gəlmədi. Qazan çarəsiz idi. Yurdunu viranə gördükcə qara bağrı yarılırdı.

      Kor-peşman çobanın yanına gəldi. Ümidsizcə dedi:

      – Qaranlıq axşam olanda qayğılı çoban!

      Qarla yağış yağanda od-ocaqlı çoban!

      Səsimi anla, sözümü dinlə!

      Evimin buradan keçdiyini gördünmü, de mənə!

      Dərdli başım qurban olsun, çoban, sənə!

      Çoban bir az əsəbi, bir az da kinayəli formada dedi: –Ay Qazan, ölmüşdünmü, harda gəzirdin, harda itmişdin? Dünən yox, o biri gün Boyu uzun Burla xatun, qoca anan qırx incə belli qızla birlikdə əsir götürüldü. Kafir yurdumuzu taladı, Uruzu əli-qolu bağlı, ayağı yalın ardınca apardı.

      Çoban belə deyərkən Qazan ah çəkdi, ağlı başından çıxdı. Dünya-aləm başına qaranlıq oldu. Hirsini Çobana tökərək dedi:–“Ağzın qurusun, çoban! Dilin çürüsün, ay çoban!”

      Qazan belə deyəndə çoban söylədi:– ağam Qazan, məni niyə danlayırsan? Sənin qəlbində heç iman yoxdur? Altı yüz kafir də mənim üstümə gəldi. İki qardaşım həlak oldu. Mən üç yüz kafiri öldürdüm, cəzasına çatdırdım. Sənin qapından bir kök qoyun, arıq toğlu da kafirlərə vermədim. Üç yerdən yaralandım, dərdli başım dumanlandı, yalqız qaldım. Günahım budurmu? Sən qonur atını, qalxanını, polad qılıncını, qolundakı şahinini mənə ver, gedim kafirin üstünə, sənin öcünü alım, ailəni qurtarım, ölərəmsə də, qara başım qurban olsun sənə!

      Çoban belə dedikdə Qazan qəhərləndi, yola düşdü. Çoban da Qazanın ardınca getdi. Qazan dönüb soruşdu: – “Oğul, çoban, hara gedirsən?” Çoban dedi: – “Ağam Qazan, sən evini-ailəni xilas etməyə gedirsən, mən də qardaşlarımın qanını almağa gedirəm”.

      Belə dedikdə Qazan soruşdu: – “Oğul çoban, qarnım acdır. Yeməyə bir şeyin vardırmı?” Çoban dedi: – “Bəli, ağam Qazan, gecədən bir quzu bişirib qoymuşam. Gəl bu ağacın dibində oturaq, yeyək”.

      Çoban dağarcığını çıxardı. Yedilər. Qazan fikirləşib dedi: “Əgər çobanla getsəm, qalın Oğuz bəyləri bunu başıma qaxınc edərlər. Çoban olmasaydı, Qazan kafirləri məğlub etməzdi”, – deyərlər.

      Bunları düşündükcə Qazana qeyrət gəldi. Çobanı bir böyük ağaca möhkəmcə sarıdı. Atlandı, getdi. Çobana dedi:–“Ədə çoban! Qarnın acmamış, gözün qaralmamışkən bu ağacı qopar! Yoxsa səni burada qurd-quş yeyər”.

      Qaraca çoban güc elədi, iri ağacı yeriylə-yurduyla qopardı, arxasına alıb Qazanın ardınca düşdü.

      Qazan baxdı, gördü çoban ağacı arxasına alıb gəlir. Dedi:– “Ədə, çoban, bu ağac nədir?” Çoban dedi:– ”Ağam Qazan, bu ağac ona görədir ki, sən kafiri basarsan, qarnın acar, mən də sənə bu ağacla yemək bişirərəm”.

      Bu söz Qazana xoş gəldi. Atından endi, çobanın əllərini açdı. Alnından öpüb dedi: “Allah mənim evimi bəladan qurtararsa, səni bütün ilxılarıma başçı qoyaram”. Beləcə ikisi birlikdə yola düzəldilər.

      ***

      Bu yanda isə Şöklü Məliyin keyfi kök idi, kafirlərlə yeyib-içib şənlənirdi. Üzünü öz döyüşçülərinə tutub dedi:– gərək Qazan xanın qadınını bura gətizdirdib şərab payladaq, keyfimiz kökəlsin.

      Boyu uzun Burla bunu eşitdi, ürəyinə-canına od düşdü. Qırx incə belli qızın içinə girib, öyüd-nəsihət verdi, dedi: “Qazan bəyin xatunu hansınızdı?”– deyə kimə yapışarlarsa, qırx yerdən səs verərsiz”.

      Şöklü Məlikdən adam gəldi: “Qazan bəyin xatunu kimdir?”– deyə soruşdu. Qırx yerdən səs gəldi. Mən, mən…

      Bu hadisəni kafirə xəbər verdilər: “Birinə yapışdıq, qırx yerdən avaz gəldi. Bilmədik, hansıdır”, – dedilər.

      Kafir dedi: – ”Ədə, gedin Qazanın oğlu Uruzu dartıb çəngəldən asın. Ağ ətindən qıyma-qıyma çəkin; qara qovurma bişirib, qırx bəy qızına aparın. Hər kim yedi, o deyil. Hər kim ki, yemədi, odur. Götürün-gəlin!”

      Boyu uzun Burla xatun oğlunun yanına gəldi. Çağırıb oğluna söylədi:

      –Kafirlər

Скачать книгу