Günahsız günahkar. Roman. Hissə – 3. Fatma Axmed kızı Nabieva
Чтение книги онлайн.
Читать онлайн книгу Günahsız günahkar. Roman. Hissə – 3 - Fatma Axmed kızı Nabieva страница 14
Ramiz əli ilə üzünü tutub baxdı qıza, Aylın – qıza: təşəkkür etməyə qayıtmışdım sizə. Cibindən biraz məbləğdə pul çıxarıb masaya qoydu – qıza: əğər tanıdığın yetim və ya xəstə birisi varsa, bu pulu o insana ver. Mənim rəhmətlik valideyinlərimində işləri elələrinə yardım etmək idi, bu pul olarındır halal xoşu olsun alanın. Qız baxa qaldı, söz deməyədə imkan tapmadı, Aylın dönüb getdi. Ramiz – qıza: salamat qalın, qız ayaq üstə qalmışdı yerində baxa, gözləri yaşardı pula baxıb.
Aylın bankdan çıxdı, Ramizdə sakitcə yanınca adımlayırdı, – Aylına: canım bu tərəfə gəl maşınlayam. Aylın Ramizə əsəbi idi arxasınca izlədiyiçün, ançaq nə qədər əsəbi olsada, Ramizin gözlərinə baxdısa onu acılaya bilmirdi heç vaxtdı. Kənara baxıb bir anlıq özünü toparladı, – Ramizə: hanı maşın? Ramiz gülümsəyib, – Ayına: canım mənim qıymassan məni acılamağa bilirəm, gəl qolunu göstərdi yapış deyə. Aylın narazılıqla başını sirkələyərək – Ramizə: birdə sən çıxdın başıma izləmələrinlə filan, Ramizin qolundan tutub maşına tərəf getdilər. Ramiz maşının qapısını açıb – Aylına: buyur canım, Aylın keçib əyləşdi. Ramiz qapını örtüb keçib sükan arxasına əyləşdi. Ramiz – Aylına: bax canım məni qınama bu etdiyimə görə, sən mənim həyatımda qalan tək bir yadigarsan. Aylın gülümsəməyə çalışdı, o anda da gözləri doldu yaşla – Ramizə: anam gildən qalan pulu aldım bankdan, işcilərimizə kreslolar almaqçün. Olarda səhərdən axşama kimi masa arxasındadırlar, yazıqdırlar rahat otursunlar. Ramizin ürəyi göynədi duyduğunda, Aylının nə qədər insaflı biri olduğunu bilirdi. Əliylə Aylının göz yaşlarını sillib – Aylına: sənə yaraşanda bu idi canım, sən bir mələksən, səninlə fəxr edirəm mən, ruhlarını şad etdin oların. Aylın elə yorgun idi ki, – Ramizə: gedək evə yatmaq istəyirəm mən. Ramiz Aylına tərəfə əyilib ehtiyat kəmərini taxdı, indi gedək canım, maşını işə salıb qaza basdı getdilər.
Sərdar atasıyla evə gəldi. əsəbindən nə edəcəyini bilmirdi, telefonunu açarlarını masanın üstünə atıb getdi vannaya. Atası oğlunun halına üzülürdü, bir tərəfdəndə hər şeyə reaksiya verdiyiçün əsəbləşirdi.
Sərdar vanna otağına gəlib soyunub duşa girdi, suyu buraxdı altında dayanıb üzünü suya tutub dayandı. Birdən əsəbləşib yumuruğunu vurdu divara, əlləriylə üzünün suyunu silib baxdı kinli baxışlarla.
Aylında evə çatmışdı Ramizlə, elə yorğun idi ki, pulu telefonunu masaya qoyub – Ramizə: mən bir saat yatacam birdənəm. Ramiz pençəyini çıxarıb atdı divanın üstünə – Aylına: sən yat canım, mən biraz dokumentləri gözdən keçirəcəm. Aylın getdi otağına, Ramiz keçib əyləşdi divana, arxaya söykənib nə isə düşündü. Telefonuna zəng gəldi, baxdı Kamil idi tez cavab vedi, – Kamilə: alo dostum, biraz quaq asıb üzünün ifadəsi dəyişdi, nəə? yerindən ayağa qalxdı. Sən zarafatmı edirsən? dayan bir sakit ol bu ola bilməz, telefonda Kamilin coşduğu – əsəbləşdiyi aydın eşiidilirdi. Ramiz əliylə başını tutub – Kamilə: sakit ol dediyin doğrudursa, səsə Aylın gəldi. Ramizin həyəcanlı olduğunu görüb baxdı narahat baxışlarla.
Ramiz ardında dayanmış Aylını görüb – Aylına: bax sənin o tip dostunun etdiyi işə. Aylın heçnə anlamadı – Ramizə: nə olub? kimi deyirsən? Ramiz – Kamilə: dostum sən sakitləşməyə çalış, harda olsalar tapılacaqlar sonunda. Telefonu söndürüb – Aylına: de canım mənə indi nə edək ki, aslana dönmüş dostumu sakitləşdirə bilək? – Ramizə: anlatsana adam kimi nə olub. Ramiz oturub başını tutdu əlləriylə, öz – özünə: bu yuxudur vallah inanmağım gəlmir. Ramiz – Aylına: bu iki tip özlərini nə hesab edirlər? Aylının səbri çatmadı – Ramizə: desənə nə olub, nə deyinirsən öz – özünə kənt qarıları kimi? anlamıram mən heçnə. Ramiz – Aylına: sənin dostun Tahir iti Nəgizi qaçırmış.
Aylın qulaqlarına inanmadı, nəə? Tahir Nərgizimi qaçırmış? ola bilməz, bu yenə Kamilin oyunudu, bilirəm ki dostuma şər atır. Tahir etməz elə iş, Nərgizlə bir – birilərini sevirlər, niyə qaçırsın ki? yox olmaz elə şey inanmıram. Sadəcə Kamilin dostuma allergiyası var, qaşınır dinc dura bilmir. Ramiz ciddi baxışlarla baxaraq – Aylına: dostunu savununca düşün, onu Kamildən bu dəfə necə qoruyaçaqsan?
Aylın inanmadı, götürüb telefonunu Ramizə baxdı, mən indi Tahirə zəng edərəm soruşaram. Dostum mənə yalan danışmaz, Tahirin nömrəsinə zəng etdi, Tahirin telefonu söndürülmüşdü. Aylın narahat olamağa başladı, təkrar zəng etdi, yenədə telefonun söndürüldüyünü dedi operator. Ramiz – Aylına: ee nə oldu, dostuna zəng çatırmı? Aylın tez Sərdara zəng etdi. Sərdarda vannada oldugundugundan, eşitmirdi zəngin səsini. Aylın nə edəcəyini bilmədi, tez evdən çıxdı getdi.
Ramiz Nəgizə zəng etdi, onunda telefonu sönülü idi, Ramiz əsəbləşib telefonu atdı masaya, çarəsiz qalmışdı nə edəcəyini bilmirdi, öz – özünə: Allah cəzanızı verməsin.
Sərdar vannadan çıxıb gəldi mətbəxtdə, telefonunada baxmadı heç, özünə qəhvə hazırladı. Atasını səslədi, ata ordasanmı? atasından səs çıxmadı, öz – özünə: yatdınmı belə tez, qəhvəsini götürüb əyləşdi, qəhvəsini içməyə istəyirdi qapının zəngi basıldı. Əlindəki fincanı masaya qoyub qapıya getdi.
Gəlib qapını açdı, Aylın dayanmışdı həyəcanlı idi üzündən bilinirdi, – Aylına: canım bu nə gözəl syurprizdir? həmdə tək gəlmisən birdənənsiz. Aylın – Sərdara: niyə bu zibil telefona cavab vermirsən? içəri keçdi dəvətsiz əsəblə. Sərdara nə isə olduğunu anladı, qapını örtüb ardınca gəldi.
Aylın Sərdarın telefonunu götürüb – Sərdara: Tahirin başqa bildiyin nömrəsi varsa zəng et ona. Sərdar narahat oldu qorxdu! – Aylına: nə olub Tahirə? Aylın əsəblə – Sərdara: hələ olmayıb, onu tapmasaq olacaq əmin ol. Sərdar tez Tahirə zəng etdi, telefonu sönülü idi, – Sərdara: sən bilirdinmi bunu? Sərdar Tahirin başqa nömrəsini axtarırdı telefondan. Sərdar – Aylına: nəyi bunu? nədən danışırsan sən? telefonu qulağına tutub gözlədi, Tahir telefonu açmadı. Sərdar – Aylına: nə olub Tahirə tez de ürəyimi partlatma. Aylının gözü Sərdarın əlindəki telefondaydı – Sərdara: nə oldu açmırmı? Sərdar telefonu qulağından kənar tutub – Aylına: nə olub Tahirə? Aylın əsəblə – Sərdra: Nərgizi qaçırıb. Sərdar pərt oldu, nəə? sənin dediyini qulağın duyurmu?