Günahsız günahkar. Roman. Hissə – 3. Fatma Axmed kızı Nabieva

Чтение книги онлайн.

Читать онлайн книгу Günahsız günahkar. Roman. Hissə – 3 - Fatma Axmed kızı Nabieva страница 13

Günahsız günahkar. Roman. Hissə – 3 - Fatma Axmed kızı Nabieva

Скачать книгу

çəkir, – Aylına: qızım əsas məsələyə keç çəkinmə. Aylın boynunu qaşıyıb, o zaman deyim sözümü, fikirləşirəm işçilərimizdə səhərdən axşama qədər masa arxasında çalışırlar, olarçündə oturmağa normal kreslolar alsaq pis olmazdı. Sərdarın gözü kampyuterdə olsada, qulağı Aylında idi, Aylına baxıb başını narazılıqla sirkələdi, bütün pullarını şirkətə qoymuşdular iş yerini acmaqçün. Rəyis dərindən nəfəs alıb – Aylına: qızım bilirəm sənin ürəyini mən, hər kəsə acıyan – üzülənsən. Ancaq inidi buna imkanımız yoxdur bilirsən, daha sonra söz verirəm heç bir işçi qalmayacaq kreslosuz. Aylın – rəyisə: anladım sizi, düzdür indi vardır biraz çətinliklərimiz, ümid edirəm bütün çətinliklərimiz aradan qaldırılacaqlar tezliklə.

      Sözünü Sərdara tərəf baxıb dedi ki, Sərdar anlasın özünün nə mənada dediyini. Ramizlə aralarındakı dava – şavalarına son qoysunlar deyə qandırırdı, rəyisdə anladı Aylının nə demək istədiyini. Rəyis – Aylına: inşallah qızım, inşallah dediyin kimi olar – oğluna: elə diyilmi oğlum? amin deməyəcəksənmi? Sərdar cavab vermədi. Aylın ayağa qalxıb – rəyisə: görüləsi çox işimiz var sizidə işinizdən etməyim, otaqdan çıxdı.

      Atası – Sərdara: oğlum bu nə hərəkət idi etdiyin? niyə qızın ürəyini qırırsınız siz? Uşaqlıq etməyin yetər. Sərdar – atasına: siz deyərkən ata? mən işimlə məşğulam burda icazə versəniz. Vallahidə mən çox yoruldum artıq, qalxıb əsəblə otaqdan çıxdı. Aatası gözünə eynəyini taxıb oğlunun – ardınca: baxacam o qapı çırpıb getməklə qalan işinidə həll edə biləcəksənmi oğlum.

      Aylın Diləqəmə yaxınlaşdı, Dilqəm öz masasında işiylə məşğul idi. Aylın əllərini Dilqəmin çiyinlərinə qoyub arxadan qulağına pıçıldadı, – Dilqəmə: mən biraz vaxtlığa çıxıram idarə et. Diləqəm dönüb soruşmaq istəyidi hara gedirsən? Aylın getdi gözləmədi cavab verəcəyini. Dilqəm tez Ramizə mesaj atdı ki, Aylın getdi.

      Aylının valideyinlərindən qalmış bankda pulları var idi. Aylın banka gəlib işçi qızla söhbət edirdi, qız – Aylına: sizi anladım xanım bir dəqiqə mən öyrənim gəlirəm, qalxıb getdi. Aylın əyləşib gözləyirdi qızı, telefonuna mesaj gəldi Ramizdən – Aylına: (hardasan sən?) Aylın cavab yazdı – Ramizə: (bankdayam birazdan gələcəm mesajı yolladı Ramizə) cavab gəldi az vaxtda (demədən getmisən) Aylın cavab yazdı (imkan olmadı anlataram döndüyümdə). Ramizdən cavab gəlmədi, Aylın telefonu cibinə qoydu. Qızda qayıdıb əyləşdi yerinə – Aylına: Aylın xanım sizə xoş xəbərim var, valideyinlərinizdən qalan pulu ancaq siz ala bilərsiniz. Bilirsiniz biraz gözləməli olacaqsınız lazım olan kağızları hazırlayınca, – qıza: nə qədər vaxt çəkər? saatına baxdı. Qız Aylının tələsdiyini anladı – Aylına: dəqiq bilmirəm, o zaman belə edəyin, işiniz varsa siz telefon nömrənizi qoyun mənə, hazır olduğunda mən sizə bildirərəm gələrsiniz. Aylın – qıza: bu dahada yaxşı oldu, çox sağolun tələsirdim gərçəkdəndə, telefon nömrəsini yazıb verdi qıza. Aylın ayağa qalxıb təşəkkür edib getdi, bankdan çıxdığında qapıda adamlarla rastlaşdı. Qapını açan orta yaşlı kişi Aylına əliylə işarə etdi ki gözəsin, Aylın arxadan gələn 50 – 60 yaş arası bir kişini gördü, dayandı. Görünür varlı biri idi və gözətçiləridə vardı ətrafında. Aylın biraz geri çəkilib dayandı ki keçsinlər, gəlib keçib getdilər yanından. Aylın qapıdan çıxarkən nədənsə dönüb baxmaq istədi, ancaq baxmadı çıxdı qapıdan getdi.

      Axşam olurdu işdən çıxası vaxta az qalırdı, Aylın oturmşdu fikirli idi. Ramiz gəldi otağa, Aylının fikirli olduğunu görüb – Aylına: nə olub canım? – Ramizə: işdən çıxmağımıza nə qədər qalıb? Ramiz saatına baxıb, 17 dəqiqəmiz var canım. Sənin canını sıxan bilmədiyim bir şeymi var? Aylına zəng gəldi tez telefona cavab verdi alo, biraz qulaq asıb, çox yaxşı mən indi gəlirəm. Ayağa qalxıb – Ramizə: mən çıxmalıyam sən evə get Dilqəmlə, bu dokumentləridə apar evdə çalışacam. Ramizin yanından keçib getmək istədikdə, qolundan tutub saxladı, – Aylına: sən nə iş çevirirsən yenə? – Ramizə: sonra deyəcəm indi getməliyəm, dokumentləri unutma getdi.

      Ramiz dayanıb fikirləşdi, nə olub buna? axlına min fikir gəldi, dözmədi tez otaqdan çıxıb yaxınlaşdı – Dilqəmə: qardaşım getməliyəm tələsik, masada dokument pafkasını unutma evə getdiyində götürməyə. Hə birdə mənə maşının açarlarını ver, Dilqəm Ramizə açarları verdi, ancaq soruşmağa imkan tapmadı. Ramiz Dilqəmin çiyninə vurub, idarə et qardaşım evdə görüşərik, tez getdi Aylının ardınca. Dilqəm öz – özünə: hansınızı idarə edim mən? nələr qarışdırırsınız siz? qalxıb getdi otaqdan pafkanı götürməyə.

      Hamı işdən çıxmaqçün hazırlaşırdılar, bir – biriləriləriylə işçilər sağollaşıb gedirdilər. Sərdar Aylın otağı tərəf gəlirdi, otaqdan Dilqəm çıxdı əlində pafkayla, Sərdarı görüb üzləşməməkçün tez getdi. Sərdar gəlib qapını açıb baxdı, Ramizlə Aylın yox idilər. Dərdindən nəfəs alıb şüphəli baxışlarla baxaraq qapını örtüb getdi.

      Şirkətdən çıxarkən Dilqəmi səslədi arxadan, Dilqəm dayan. Dilqəm Sərdarın səsəindən tanıyıb üzünü turşudub dayandı, yaxınlaşıb – Dilqəmə: qardaşın hardadı? iş vaxtı bitmədən çıxmışlar, əsəblə dedi sözünü. Dilqəm – Sərdara: mən hardan bilim? məndən niyə soruşursan? mən buranın gözətçisi filan deyiləm ki, Sərdar ətrafa baxdı. Maşınında yoxdur qardaşına vermişsən demək ki, Dilqəm nə isə demək istəyirdi, Sərdar imkan vermədi. Sərdar – Dilqəmə: bax nə deyəcəm diqqətlə qulaq as mənə peşman olmassan, böyük sözü dinləsən hələ sənə + bonusuyla peşman olmassan deiyirəm, inan mənə. O qardaşınada tapşır iş vaxtı bitməmiş heçkim işdən çıxmayacaq bu bir, ikincisidə mənim həyat işlərimə qarışmayın, yoxsa yaxşı olmaz sizinçün. Dilqəm – Sərdara: başqa əmrin? Sərdar əsəblə -Dilqəmə: hələki yoxdur, dediklərimi edin əl – ayağıma dolaşmayın. Dilqəmin üzünə yavaşdan şillə vuraraq, bax belə axıllı ol və qardaşınada de axıllı olsun, göz vurub getdi. Diqləm əsəbindən özünü zorla saxladı, öz – özünə: Ramiz haqlıymış, sən elə – belə tip deyilsən, göstərəcəm sənə təhtid necə olur gerdi.

      Aylın taxsidən düşüb banka tərəf getdi, qapıdan girdi içəri. Ramizdə maşını saxlayıb baxırdı Aylın hara gedirdi, banka girdiyini görüb öz – özünə: nə işin var sənin bankda? maşından düşüb getdi banka tərəf.

      Qız Aylını görüb gülümsəyərək, – Aylına: bağışlayın, bu qədər vaxt çəkdi dokumentlərin hazırlanmasıçün. Aylın – qıza: axşamınız xeyir, keçib əyləşdi – Aylına: axşamınız xeyir. Qızda yerinə əyləşdi, – qıza: çox sağolun yardımınız çün, qız gülümsəyərək, – Aylına: borcumuzdur Aylın xanım, kağızları Aylının önünə qoydu. Qız – Aylına: işarə olunan yerlərə imzanızı atın, pulunuzu həmən ala bilərsiniz. Aylın qələmi götürüb imzasını atdı deyilən yerlərə, kağızları qız götürüb baxdı, – Aylına: tamamdır, buyurun bunlar sizdə qlaçaqlar. İndi gedib pulunuzu ala

Скачать книгу