Günahsız günahkar. Roman. Hissə – 3. Fatma Axmed kızı Nabieva
Чтение книги онлайн.
Читать онлайн книгу Günahsız günahkar. Roman. Hissə – 3 - Fatma Axmed kızı Nabieva страница 19
Ramiz narahat oldu – olara: nə xəstəxanası? rəyis dərindən nəfəs alıb – Ramizə: gəl mənimlə, mətbəxtdə getdi. Ramizdə rəyisin ardınca getdi mətbəxdə. Nərgiz baxa qalmışdı Aylının soyuqluğuna, Tahirə baxdı, Tahirində yanında Sərdar dayanmışdı. Sərdar gölərini dikib baxa aqalmışdı Aylına. Tahir işarə etdi ki gəlsin özü ilə otağa, Nərgiz getdi Tahirlə. Aylın Sərdardan çəkinirdi, mətbəxt tərəfə baxdı ki Ramiz gəlirmi. Sərdar anlayırdı Aylının özündən çəkindiyini və bu onu dahada dəli edirdi. Aylının ən sevmədiyi insanı xatırlaması ürəyini ağrıdırdı. Sərdar – Aylına: əyləşsənə canım, Aylın başıyla yox deyə işarə etdi, yenə mətbəxt tərəfə baxdı, az vaxtdan Nərgizlə Tahir qayıtdılar. Nərgiz özünü zor tuturdu ağlamamaqçün Tahir danışmışdı olanları, Nərgiz Aylının qolundan tutub mehribanlıqla əyləş. Aylın əyləşdi, Nərgizdə yanında əəyləşdi.
Aylına üzgün baxışlarla özünə baxan Sərdara baxdı, Sərdarın gözləri yaşardı, Aylın görməsin deyə kənara baxıb göz yaşını sldi. Tahir – Aylına: dostum sənə çay hazırlasınmı Nərgiz? Aylın – Tahirə: dostunmu? biz dostuqmu? Nərgiz Aylının əlindən tutub, – Aylına: həmdə can bir dostsunuz Tahrlə. Məndə sənin bacınam, ayaq üstə dayanıb baxan Sərdarı göstərib – Aylına: oda sənin sevgilin Sərdardı, mənədə qardaş sayılır. Aylın Sərdara baxdı, sevgilimmi? Nərgiz – Aylına: çoxdan səni sevir, ancaq bunu biz bilirik sən yox. Mən bilirəm ki qardaşım ürəyini sənə açınca özü qocalar, elə sözləri söyləməkdə tənbəlliyi var, elə deyilmi qardaşım? Sərdar yavaş səslə – Nərgizə: elədi gözəl bacım. Aylın yavaşca – Nərgizə: yaman kobut qardaşın var, Nərgiz gülümsəməyə çalışdı. Nərgiz – Aylına: elə görünsədə ürəyi çox gözəldir bacım, işiylə əlaqəli ciddidir sadəcə üzünün ifadəsi. Aylın – Nərgizə: harda işləyir o? Nərgiz yavaş səslə – Aylına: polisdir Sərdar. Aylın polisdir sözünü duyduğunda, axlından olub keçənlər keçməyə başladı. Xatırladı Sərdarın özünə silah tutumağa öyrətməsini, bir anlıq beynindən o qədər şeylər keçdi ki, oturduğu yerdən ayağa qalxıb ağrıdan gözlərini yumub dayandı. Nərgizdə ayağa qalxdı, Aylın heçnə eşitmirdi, gözlərini açıb baxdı. Başı dönürdü yıxılacaqdı ki, Sərdar anladı cəld yaxınlaşıb tutdu, qucağına alıb otağına apardı Aylını. Tahirdə – Nərgizdə ardınca getdilər.
Ramiz eşitdiklərindən dəhşətə glmişdi, – rəyisə: siz bu qızın başına bəla oldunuz bəla. Baxsana sizin üzünüzdən başına gəlməyənlər qalmadı, birdə bular yetmirmiş kimi, yazığın axlınıda aldı başından oğlun sonunda. Rəyis – Ramizə: bax bizdə üzgünük oğlum, Sərdar Aylını sevir bilirsən, Aylında Sərdarı sevir. Səni xatırladı Sərdarı xatırlamadı, bu oğlumçün ağız bir zərbə oldu, səndə yardımcı ol gərçəkləri xatırlamasına qıza. Ramiz – rəyisə: sizin gerçəyinizədə o birinizədə, Allah bəlanızı versin. Mətbəxtdən çıxıb getdi əsəblə, rəyis dərindən nəfəs alıb, başınnı narazılıqla sirkələdi.
Sərdar Aylını yatağına uzadıb yanında əyləşdi, – Aylına: canım indi həkim çağıracam, Aylın yavaş səslə, lazım deyil. Ramiz gəldi otağa, Aylın Ramizi görüb kövrəldi – Ramizə: hardaydın birdənəm? apar məni burdan. Ramiz Aylına yaxınlaşıb, qucaqlayıb öpdü üzündən. Sərdara tərs – tərs baxıb – Aylına: indi gedirik burdan evimizə və bizə kim isə mane ola bilməz. Sərdar Aylının Ramizi xatırlamasından çox əsəb olurdu, ayağa qalxıb Ramizin qolundan tutaraq nifrətlə baxdı ona. Ramiz qolunu Sərdarın əlindən çəkib – Sərdara: baxmaram bu dəfə kimsən nəçisən, səni öldürərəm bu qızın başına birdə xəta gəlsə. Aylını qucağına alıb əsəblə baxdı Sərdara, gedək canım evimizə burdan.
Nərgizlə Tahir baxa qaldılar Ramizin ardınca. Sərdarı kəssələr qanı çıxmazdı, elə əsəbləşmişdi ki Ramizin sevdiyini qucağına alıb aparmasına, əli – qolu bağlı qalmışdı çarəsiz. Aylın Ramizi xatırlayırdı, başqalarını xatırlamağa çalışsada, alınmırdı.
Ramiz Aylını qucağında evdən çıxarıb aparırıdı, Aylın Ramizin üzünə baxıb, əli ilə üzünə sığal çəkib saçlarını qarışdırdı. Aylının bu hərəkəti Ramizin çox xoşuna gəlirdi, qucağında apardığı Aylına baxdı çarəsiz gülümsəyərək.
Sərdar isə hələdə yerində qalmışdı donub, Nərgiz kövrəldi bütün olanlardan, yaxınlaşıb Sərdarı qucaqlayıb ağladı hönkürüb. Tahirdə dərindən nəfəs alıb kənara baxıb üzüldü, həm qardaşının bu halına, həmdə bircəçik dostunun yaddaşını itirməsinə.
Ramiz Aylını evə gətirmişdi, isti limonnu çay hazırlayıb gətirdi yatağına, Aylın yerində oturdu. Ramizdə yanında əyləşib – Aylına: iç canım limonnu çay hazırladım sənə. Aylın ikki əli ilə çay fincanını tutub bir qurtum içib – Ramizə: dayım çox darıxmışdır indi bizimüçün. Ramiz istəmirdi atasının haqda eşitsin, ancaq Aylının bu halında deyə bilmirdi gerçəkləri. Ramiz – Aylın: sən onu düşünmə canım, iç çayını yaşı olacaqsan. Aylın – Ramizə: biz bura nə vatı gəldik? o adamlar kim idi? biz niyə oların evindəydik? Ramiz Aylının suallarına cavab verməkdə çətinlik çəkirdi. Ramiz – Aylına: olar bizim iş yoldaşlarımızdı canım, Aylın əllərini sıxıb xatırlamağa çalışdı. Aylın – Ramizə: biz hardasa işləyirikmi? Ramiz pis olurdu Aylının yaddaşının itməsinə görə, – Aylına: hə canım, səninlə ikimiz olarla ortaq şirkət açmışıq. Aylın xatırlamadı – Ramzə: yadımda deyil birdənəm, niyə mən xatırlamıram? nə oldu mənə?
Ramiz dərindən nəfəs alıb baxdı. Aylının üzünə sığal çəkdi əliylə – Aylına: sənin çantanı oğurlamaq istəmişlər yolda. Səndə dava etmisən alçaqlarla və olarda səni vurmuşlar başından, o üzdən xatırlamırsan canım, üzülmə yaxşı olacaqsan mən yanındayam.
İçəri Bahar girdi həyəcanla – Aylına: qızım yaxışanmı? gəlib Aylını qucaqlayıb öpdü. Aylın gülümsəyərək, baxdı Bahar xalasını tanıdı. Bahar xala xəsislik etmişəm yolda çantamı verməmişəm, ona görədə başımdan zərbə almışam. Necə deyəllər? xəsislər iki qat ödəyəllər, mənimkidə ondan olmuş. Əlimdən çantamı buraxsaydım olmazdı belə, əli ilə başının vurulan yerinə toxundu, ofuldadı.
Bahar Ramizə baxdı anlamdı yazıq arvad nə dediyini. Ramiz işarə etdi ki, gərçəyi deməməkçün yalan danışıb Bahar anladı, üzgün baxışlarla baxıb – Aylına: ah qızım ah, bu nə bəladır sənin başından çəkilmir heç qara bulud kimi. Aylın əlindəki çayı Ramizə verdi, Baharın əllərindən tutub mehribanlıqla gülümsəyərək, canım Bahar xalam mənim üzülmək yox, yaxşıyam bax. Hər kəsin başına gələ biləcək bir hadisədi, Dilqəm neynir sözünə qulaq asırmı? hardadıq o. Bahar əllərindən öpüb – Aylına: Dilqəm yaxşıdı qulaq asır sözümə, evdədir qızım. Aylın-Bahara: bu nədir xəstə kimi yerimdə qalmışam, gedək birdənəm