Bir Daha Gelmeyecek. Reşad Mecid

Чтение книги онлайн.

Читать онлайн книгу Bir Daha Gelmeyecek - Reşad Mecid страница 15

Автор:
Жанр:
Серия:
Издательство:
Bir Daha Gelmeyecek - Reşad Mecid

Скачать книгу

onu bilmirəm, bu doğanaqdan392

Səninlə çıxacam, sənsiz çıxacam? -

Tunelin sonunda işıq görünür.

HӘMİŞӘ… 393

Sən məndən həmişə sirr saxlayacaq,

Həmişə nəyisə gizlədəcəksən.

Dilimə gəlməyən suallarımı

Baxıb gözlərimdən hiss edəcəksən.

Həmişə şübhələr didəcək məni,

Həmişə təlaşda yaşayacaqsan.

Cavabsız suallar güdəcək məni,

Sən günah səbəti daşıyacaqsan.

Bir gün bu halımız əzəcək bizi,

Bir gün bezəcəyik, yorulacağıq.

Bir gün çatacağıq yolayrıcına,

Hərəmiz394 bir yana burulacağıq.

Bir də görəcəyəm, dayanıb zaman,

Bir də görəcəksən, tənhasan395, təksən.

Sən məndən həmişə sirr saxlayacaq,

Həmişə nəyisə396 gizlədəcəksən.

ÖZ-ÖZÜMLƏ…

Adam397 bir adam gəzir,

Dərdini danışmağa398.

Kədərini bölüşüb,

Ürəyini açmağa.

Amma mən çəkdiyimi

Kimə desəm, əriyər.

Suallar qoşun çəkib399,

Düz üstünə yürüyər.

Çəkdiyim əzabları

Düşünüb havalanar400.

Ya sözlərimi yalan,

Ya məni dəli sanar.

Ən yaxşısı odur ki,

Öz içimdə alışım.

Öz-özümlə bölüşüm,

Öz-özümlə danışım.

GƏLDİN Mİ?

Soruşum, kefin necədi401,

Sən o diyara gəldin mi?

Mən səfərdə qərar verdim,

Sən də izhara gəldin402 mi?

Çalxalayıb göyü-yeri,

Silkələyib dərdi, səri,

Ələyib düşüncələri

Tapıb403 bir çarə, gəldin mi?

Duydun mu heç ahlarımı?

Bildin mi günahlarını?

Qurdun mu404 sabahlarını,

Körpəm, qərara gəldin mi?

Beynimdə qaynaşan dərd ulduzları,

Sönür yavaş-yavaş, itir405 gözümdən.

Qaysağı406 quruyan əzab yerləri

Sağalır407 deyəsən408, dirilir bədən.

Amma bir yaranın üstü açıqdı,

Amma ki bir ulduz göydədir hələ.

Tək biri mayaktək409 sönmür nə vaxtdı,

Tək410 biri iynətək göynədir411 hələ.

Görünür, ömrümün axırınacan,

O işıq qaralıb sozalmayacaq412.

İynətək deşəcək məni o ağrı

Heç zaman, heç zaman azalmayacaq.

Bəlkə rəhm edəsən, nəsə413 deyəsən,

Bəlkə inandırar bir yalan məni.

Sonuncu ağrını kütləşdirəsən414,

Qoparıb əlindən alasan məni.

BİLMƏDİM

Bilmədim bu şeirlərlə

Mən nələri əfv elədim.

Ya bir təzə sevgi tapdım,

Ya ağlayıb dəfn elədim?

Bəlkə bir qəlb yaraladım,

Ağrıları sıraladım,

Bəlkə nahaq415 qaraladım,

Bəlkə böyük səhv elədim416?

Dedim doğru-yalanı da,

Olmayanı, olanı da,

Bəlkə olub qalanı da

Yerə çırpıb məhv elədim?

Qoy yolunda talan olum,

Sərxoş olum, viran olum,

Elə bilmə, qurban olum,

Elə bilmə kef elədim.

BİTİRDİM

Gəlib çatdım dastanın

Son sözünə, bitirdim.

Qoymadım ki, əzabım

Vaxtsız sönə, bitirdim.

Gözümdən yaş axıtdı,

Əzab ağı oxutdu.

İçimi dərd dağıtdı,

Dözdüm yenə, bitirdim.

Nə etdim ki, öyünəm –

Zorla çatdım son günə.

Düşünmüşdüm on günə,

Altı günə bitirdim.

16.10.2011

BİTDİ

Gəldi əzabların sonu,

Bitən nədi? Başlayan nə?

Gedən

Скачать книгу

392

Girdaptan

393

Sürekli, her zaman

394

Her birimiz

395

Yalnızsın

396

Birşeyleri

397

İnsan

398

Konuşmaya

399

Ordu yürütüp

400

Aklını yitirir

401

Keyfin nasıl

402

Açıkladın, teşhir ettin

403

Bulup

404

Düşündün mü

405

Kayboluyor

406

Kabuğu

407

İyileşiyor

408

Galiba

409

Deniz feneri gibi

410

Yalnızca

411

Sızlatıyor

412

Sönecek gibi olmayacak

413

Birşeyler

414

Dindiresin

415

Boşuna, yersiz

416

Hata yaptım