Turan-Türk tarixində Əfrasiyab və Oğuz Xaqan. Ələsgər Siyablı
Чтение книги онлайн.
Читать онлайн книгу Turan-Türk tarixində Əfrasiyab və Oğuz Xaqan - Ələsgər Siyablı страница 9
Böyük Turan dövləti süquta uğradıqdan sonra onun ərazisində müxtəlif dövrlərdə Turan adı daşıyan bir neçə dövlət mövcud olmuşdur.
Çox qədimlərdən İranın cənubunda böyük Turan dövlətinin əhatə etdiyi ərazidə Bəlucistanda Sakestanla qonşuluqda paytaxtı Quzdar adlanan kiçik Turan mövcud olmuşdur. Bu Turan əyaləti hind-iran arilərinin Mərkəzi Asyaya olan təcavüz və işğalları nəticəsində böyük Turan arealından ayrı düşərək öz varlığını qoruyub saxlamış və yabançı etnosların əhatəsində bir anklava çevrilmişdir.
Kirmanın fars əhalisi bir neçə yüz il öncə Belucistana soxulmuşlar. Onlardan öncəki dövrlərdə isə sakların və yueçilərin təzyiqi ilə Hindistanın brahui tayfası indi Belucistan adlanan Turan ərazisinə gələrək məskunlaşmış və bu günə qədər orda yaşamaqdadırlar. Farslar oranın və eyni zamanda Mekranın əhalisini qədim ənənəyə əsasən Turya və Turan adlandırmışlar. Alman tarixçisi G.Hüzinq yazır ki, qədim zamanlarda İranın şimalında və şərqində turanlı altay tayfaları yaşayırdılar.
Farslar Kirman da daxil olmaqla İran yaylasının qüzey ərazilərini işğal etdikdən sonra Turanın ucqar güney ərazisində yerləşən və ana vətəndən qoparılmış paytaxtı Quzdar olmaqla kiçik Turan dövləti adı ilə bir anklava çevrilmişdir. (Hüsing G., 1916, Səh. 13)
Müasir tədqiqatçılar Belucistandakı Turan dövlətinin yaradıcılarının hind-ari mənşəyinə aid etmələrini elmi dəlillərlə təkzib edirlər. “Belucistandakı qədim Turan dövləti ərazisində yaşayan brauilərin dravid mənşəyə malik olmaları bir çox müəlliflər tərəfindən təkzib olunmaqdadır. Onların Belucistana Mərkəzi hindistandan köçüb yerləşmələrinin islam mədəniyyətinin inkişafı dövründə XIII–XIV əsrlərdə, digər bir versiyaya görə isə Miladın 1000-ci ilində baş verdiyi fikri irəli sürülmüşdür. Onlar bu ərazidə daha öncə məskunlaşmış yerli turanlı əhali ilə qaynayıb qarışmışlar”. (Elfebein J.H. 1987, Səh. 215–233)
Turlar Çingiz xanın dövründə Turə boyu adı ilə Çingiz xanın ata tərəfdən birbaşa əcdadlarıdırlar və turələr “ağ sümük”, yəni aristokrat təbəqəyə mənsubdurlar. Turələr sultan titulu verilməklə digər tayfalar tərəfindən onları idarə etmək üçün dəvət olunurdular. Bu fakt Turan padşahı Əfrasiyabın-Alp Ər Tonqanın soyundan olan Turələrin (Turların) hakimiyyət sülaləsi olduqları haqqında türklərin qan yaddaşında mühafizə olunmuş xatirələrin izlərini təşkil edir.
Trixi ənənəyə uyğun olaraq öz sülalələrinin mənşəyini Əfrasiyaba bağlayan Qaraxanlılar, uyğur və səlçuqlularla məhdudlaşmamışdır. Əmir Teymur da öz dövlətini Turan dövləti adlandırırdı. Teymurilər sülaləsinin tarixçisi Şərəfəddin Əli Yəzdi Əmir Teymur dövlətinin də Turan dövləti adlandığını yazır, bu məlumat Kazaxıstanın Karsakpay mədənində tapılan və 1391-ci ildə cağatay dilində yazılmış olan bir kitabədə də Teymurun özünü Turanın sultanı adlandırması ilə də təsdiq olunur.
Nadir şah Əfşar da Osmanlı sahə komutanı Hekimoğlu Ali paşaya Osmanlı türkləri ilə eyni etnik kökə malik olduqları fikirlərini özətləyən, azərbaycan türk şivəsində öz əli ilə yazdığı bir məktub göndərmişdir. Bu mektubda o Türkistanı Turan adlandırır və Türkmən boylarının öz öndərləri Çingiz Xan zamanında Turan torpaqlarını tərk edərək İran və Anadoluya köçərək yerləşdiklərini və hamının eyni soy kökə malik olduğunu yazır. (Ernest S. Tucker, 2006, Səh. 37)
Tarixi Turan ərazisində mövcud olan və bu adın çoxsaylı toponimlərdə əks olunduğu digər bir ərazi türklərin ana yurdu olan Sibirdə yerləşirdi. Sibirdəki Turan dövlətinin əsası Çingiz xanın oğlu Cuçi xanın 5-ci oğlu Şeybanı xana savaşdakı qələbələrinə görə kiçik qardaşı Batı xan tərəfindən verilmiş ərazilərdə Şeybaninin varisləri tərəfindən qoyulmuşdu. Əbülqazi Bahadur xan da “Türklərin şəcərəsi” əsərində əsası Çingiz xanın nəvəsi Şeyban xan tərəfindən Sibirdə qoyulmuş dövləti Turan dövləti adlandırır. Şeyban xanın varisləri tərəfindən idarə edilən Turan dövləti Taybuqa xanın dövründə güclü bir dövlətə çevrilərək Qızıl Orda xaricində müstəqil bir xanlıq olmuşdur. Taybuqa Kereyitlərin xanı Toğrul xanın (Van xan) oğlu idi və Çingiz xanın xüsusi himayəsi altında böyümüşdü. Taybuqa xan dövlətinin paytaxtını Çingiz xanın və onun ata tərəfdən əcdadları olan turə boyunun şərəfinə Çinqi Tura adlandırmışdı. Toxtamış xanın dövründə Sibir xanlığı bütün Qızıl Orda ərazisini əhatə edirdi. Əmir Teymurun Toxtamışa qarşı mübarizəsi Sibir-Turan xanlığını xeyli zəiflətmiş və Rus knyazlıqlarının güclənməsinə səbəb olmuşdur.
Turan dövlətinin axırıncı hökmdarı XVI yüzillikdə 44 il hökmranlıq etmiş Kuçum xan olmuşdur. Paytaxtı Çinqi Tura (indiki Tümen şəhəri) şəhəri idi. Turan dövlətini Ataman Yermakın başçılığı ilə rus kazak qoşunu 1595-ci ildə işğal edərək mövcudluğuna son qoymuşdur. Turan xanlığının öz adını Sibirdəki Tura çayının adından götürüldüyü iddia edilir. Əslində isə, istər çay adı, istər dövlətin adı və Sibirin güneyində Tur adı ilə mövcud olan çoxsaylı yer adları yüz illərlə burda mövcud olmuş Turan dövləti və turların adları ilə əlaqədardır. Bu Turan dövləti Şimali Qazaxıstanı, Omsk və Tümen vilayətlərini, Xakasiyanı, qərbdə isə Başqırdıstan da daxil olmaqla, böyük bir ərazini əhatə edirdi.
Turlar Avestada adları qeyd edilən qədim Ön Türklərdir və tarixdən öncəki dövrdən etibarən Cənubi Sibirin avtoxton əhalisi olub Sibirdə bir çox hidronim, toponimlər onların adı ilə adlanmışlar.
Sibirin Barabin və ya Tobol tatar türkləri bir neçə qola bölünürlər. Bunlar Tarlıq, Tobalıq, Tümənlig və Turalıq tatarlarından ibarətdir. Tura şəhəri də onların adından yaranmışdır.
Turalılar sibirin qədim türk boylarından olub Tobol çayının qolu olan Tura çayının hər iki sahilində, Tavda və İset çaylarının arasında məskunlaşıblar. Onlar Turin və Tümen şəhərlərində də məskunlaşıblar. Özlərini Kuçum xanın varisləri hesab edirlər, əkinçilik və ticarətlə məşğul olurlar. Turalıqların bir hissəsi də Kazan ətrafında yaşayırlar. (Wamberi H. 1885, Səh. 100–115)
Sibir xalqlarından olan Turalar islamı qəbul etdiyi dövrlərdə, xüsusən də Kuçum xan və onun varisi Abdulla xan dövründə şamançılıq və sibir türklərinin milli dini olan tanrıçılıq dini təqib olunurdu.
II FƏSİL. Tarixdə İran-Turan savaşları və İran dövlətinin mənşəyi məsəlsi
Fərat və Dəclə çaylarından başlayaraq Hindistana, Bəsrə körfəzindən Xəzər dənizinə qədər