Dorian Qreyin portreti. Оскар Уайльд

Чтение книги онлайн.

Читать онлайн книгу Dorian Qreyin portreti - Оскар Уайльд страница 4

Dorian Qreyin portreti - Оскар Уайльд Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

zəhləm gedir, – Basil mızıldandı. – Həm də işlərim çoxdur.

      – Mənsə böyük məmnuniyyətlə sizinlə teatra gedərdim, lord Henri, – deyə Dorian dərhal razılıq verdi.

      Rəssam dodağını dişlədi, qalxıb əlində fincan, portretə yaxınlaşdı:

      – Elə isə mən burada əsl Dorianla qalacağam.

      – Sizcə, əsl Dorian budur? – Dorian Qrey gəlib Basilin yanında dayandı. Rəssam gənc dostunu lord Henridən ayırmağa bir daha cəhd göstərdi:

      – Bu gün teatra getməyin, Dorian, qalın, birlikdə şam edək.

      – Yox, mən lord Henriyə söz vermişəm.

      Vidalaşanda Basil Doriandan sabah onun yanına gəlməyini xahiş etdi. Sonra köhnə dostuna tərəf döndü:

      – Harri, səhər bağdakı xahişimi unutma!

      – Artıq unutmuşam. Nəyi deyirsən?

      – Bax ha! Mən sənə etibar edirəm.

      Lord Henri gülə-gülə cavab verdi:

      – Heç mən özüm-özümə etibar etmirəm.

      Qonaqlar gedəndən sonra Basil divanda oturdu. Sifətindən ağrı keçirdiyi sezilirdi.

      3

      Ertəsi gün saat birin yarısında lord Henri evdən çıxdı. O, dayısı lord Fermerə baş çəkmək istəyirdi. Lord Fermer xeyirxah hərçənd bir az kobud adam idi.

      Lord Henri otağa daxil olanda dayısı qalın gödəkcədə, ağzında siqar oturub qəzet oxuyurdu.

      – A, Harri! – Qoca onu görəndə təəccübləndi. – Mən elə bilirdim, sənin kimi incə-mincə cavanlar saat ikidən tez yuxudan oyanmırlar.

      – Corc dayı, mənə sizdən bir şey lazımdır.

      Lord Fermer üzünü turşutdu:

      – Pul lazım olar, yəqin.

      Henri yaxasına taxdığı gülün ləçəklərini düzəltdi:

      – Pul yox, məlumat. Ciddi bir sirr deyil, təbii. Mister Dorian Qrey. Bu ad sizə bir şey demir, Corc dayı?

      – O kimdir elə? – Lord Fermerin qalın qaşları düyünləndi.

      – Mən bunu sizdən eşitmək istəyirdim. Bilirəm ki, lord Kelsonun nəvəsidir. Anası ledi Marqaret Devere olub. Onun haqqında sizdə nə məlumat var? Mister Qreylə təzə tanış olmuşam və o məni çox maraqlandırıb.

      – Kelsonun nəvəsi… Hə, onun anasını mən yaxşı tanıyırdım. Marqaret Devere əsrarəngiz gözəlliyə malik idi, kişilərin ağlını başından çıxarırdı. Axırda miskin, kasıb bir zabitə qoşulub qaçdı, deyəsən, piyada alayının zabiti idi. Evlənəndən bir neçə ay sonra bədbəxti dueldə vurub öldürdülər. Şayiələrə görə, muzdlu qatili lord Kelso özü göndərmişdi. Məsələni ört-basdır elədilər. Hətta Kelso qızını evə də qaytardı, amma Marqaret ölənədək onunla danışmadı. Kədərli əhvalatdır. Özü də qız çox tez dünyasını dəyişdi, heç bir il keçmədi. Deyirsən, oğlu qalıb? Necə oğlandır? Anasına oxşayıbsa, qəşəng uşaq olmalıdır.

      – Hə, çox gözəldir. – Lord Henri dayısının fərziyyəsini təsdiqlədi.

      – Ümid edirəm ki, yaxşı əllərə düşəcək. Kelso xətrinə dəyməyibsə, puldan korluq çəkməməlidir. Anası da dövlətli idi.

      – Xəbərim yoxdur. Məncə, korluq çəkmir. Deyirsən, anası çox gözəl olub?

      – Marqaret Devere mənim tanıdığım ən yaraşıqlı qadınlardan biri idi. Bilmirəm, niyə belə elədi, bu axmaq nikah onun nəyinə lazım idi? Yeri gəlmişkən, axmaq nikahlar demiş, doğrudur ki, bizim Dartmur amerikalı qadınla evlənməyə hazırlaşır? Yəni ingilis qızlarını bəyənmir?

      – Corc dayı, indi amerikalılar dəbdədirlər.

      – Görəsən, bu amerikalı qadınlar niyə öz ölkələrində oturmurlar? Sonra da deyirlər ki, Amerika qadınlar üçün cənnət kimi bir yerdir.

      – Buna görə də onlar əcdadları Həvva kimi, cənnətdən qaçmağa çalışırlar, – deyə lord Henri dayısına izahat verdi. – Yaxşı, məlumat üçün çox sağ olun. Məni Aqata xalagildə səhər yeməyinə gözləyirlər. Mister Qreyi də ora dəvət etmişəm. Aqata xala təzəlikdə onu himayəsinə götürüb.

      Alicənab qoca razılıqla başını yellədi və qonağı ötürmək üçün qulluqçunu çağırdı.

      Yolboyu lord Henri Dorianın ailəsi barədə dayısından eşitdikləri haqda düşünürdü. Bu, qeyri-adi, demək olar ki, romantik əhvalat onu həyəcanlandırmışdı. Gənc qız hər şeyi məhəbbətinə qurban verir. Bir neçə həftə davam edən xoşbəxt həyata mənfur cinayətkarın əli ilə son qoyulur. Ardınca ayların həsrəti, əzablar içində doğulan uşaq. Ananı qara torpaqlar udandan sonra oğulun qismətinə yetimlik və əzazil baba düşür… Dorianın obrazını daha sirli və cəlbedici etmək üçün əla fondur.

      Lord Henrinin yadına dünən axşam klubda Dorianla nahar etməyi düşdü. Dorian ona həm qorxu, həm də ürkək bir sevinclə baxırdı. Özünün başqası üzərində hökmünü sınamaq insan üçün necə də maraqlıdır! Nəzərə almaq lazımdır ki, bu başqası da adi adam deyil, saflığı və gözəlliyi ilə hamını məftun etmiş bir gəncdir. Ondan nə istəsən yoğura bilərsən – böyük şəxsiyyət də, oyuncaq da. Lord Henri qərara gəldi ki, onu tamamilə öz iradəsinə tabe etsin. Dorian Basili necə özündən asılı vəziyyətdə saxlayırsa, o da bu gözəl gənci eyni vəziyyətə salsın, onun qəlbinə hakim olsun.

      Lord Henri xalasıgilə çatanda bütün qonaqlar artıq masanın arxasında idilər. Masanın o biri başından Dorian sevinclə onu salamladı. Lord Henri xalasının yanında, hamının sevimlisi hersoginya Harli ilə üzbəüz oturdu.

      – Biz Dartmurdan danışırıq, – hersoginya lord Henriyə başı ilə salam verdi. – Necə bilirsiniz, o bu amerikalı qadını alacaq?

      – Bəli, hersoginya.

      – Amerika kəşf olunanda… – parlamentin üzvü ser Tomas Berden söhbətə qarışmaq istədi.

      Hersoginya onun sözünü kəsdi:

      – Kaş heç kəşf olunmayaydı. Bu amerikalı qadınlar bizim qızlarımızın ərlərini əllərindən alırlar. Bir neçəsini tanıyıram. Görünüşləri pis deyil, geyimləri də yaxşıdır. Donlarını Parisdə sifariş edirlər.

      – Mən səndən incimişəm, Henri, – deyə ledi Aqata söhbətin mövzusunu dəyişdi. – Niyə sən əziz Dorianı dilə tutursan

Скачать книгу