İbn Sina. Вера Смирнова-Ракитина

Чтение книги онлайн.

Читать онлайн книгу İbn Sina - Вера Смирнова-Ракитина страница 7

İbn Sina - Вера Смирнова-Ракитина Tarixi yaradanlar

Скачать книгу

digər ailə üzvləri ilə birlkdə Buxaradan Xarəzmə köçdülər…

***

      İbn Sinagili daşıyan karvan Ürgəncin gözəlliyi ilə ad çıxaran və «əl-Xəcac» kimi tanınan şəhər qapılarından keçəndə Hüseynin içindəki qüssə dağıldı. O artıq rahat nəfəs ala bilərdi. Təhlükə, çətinlik arxada qalmışdı.

      Gənc İbn Sinanın şöhrəti Xarəzmədək gəlib çatmışdı, odur ki paytaxt Ürgəncə gəldikdən cəmi bir neçə gün sonra onu Xarəzm hökmdarı (xarəzmşah) özü şəxsən qəbul etdi. Hüseyni Buxaranın son durumu ilə bağlı sorğu-sual etdikdən sonra böyük hörmətlə yanaşdığı Samanilərin kədərli taleyindən üzgünlüyünü dilə gətirdi. Sonda isə xarəzmşah İbn Sinaya sarayındakı üləmalar məclisinə qatılmağı təklif etdi. Bu təklif gənc alim üçün böyük şərəf idi, ona görə də məmnuniyyətlə razılaşdı.

      Ticarət yollarının qovuşacağında yerləşən və adının mənası «Günəş ölkəsi» olan Xarəzm Orta Asiyada (indiki Özbəkistan, Qazaxıstan və Türkmənistan) tarixi-coğrafi ərazidir. Bu ərazi hələ qədim zamanlardan böyük ticarət mərkəzi hesab olunurdu. Şərq və Qərblə geniş əlaqələri Ürgənci iri bazara çevirmişdi. Buraya yüzlərlə fərsəh20 uzaqdan tacirlər gəlirdi. Xarəzm bazarlarında nə istəsən və nə qədər istəsən tapa bilərdin. Xarəzmdən Bulqara – türk çöllərinə, Kiçik Asiya ölkələrinə, Çinə, İrana karvanlar işləyirdi.

      Bununla belə, Xarəzmin əsas gəlir mənbəyi qul alveri idi. Tacirlər əsir düşən oğlan uşaqlarını və yeniyetmələri buradan alıb digər bölgələrin əmirlərinə, hökmdarlarına satırdılar. Həmin qullardan orduda döyüşçü kimi istifadə olunurdu. Onların sayəsində əmirlər, hökmdarlar əsgərlərinin sayını qatbaqat artırırdılar. Nisbətən yaşlı qullar isə təsərrüfat işlərində, tikintidə, suvarmada çalışdırılırdı.

      Xarəzmdə qadın qullara da rast gəlmək olardı. Onlar arasında sarısaçlı, ağ dərili slavyanlardan tutmuş, qıvrım saçlı, qara dərili nubiyalılara21 qədər müxtəlif etnik qruplara məxsus qız-gəlinə rast gəlmək mümkün idi. Qadın qulların qiyməti gözəlliyinə, sağlamlığına, bacarığına və yaşına görə müəyyənləşdirilirdi.

      Hüseynin ilk günləri Ürgənci tanımaqla keçdi. O, şəhərin qaynar həyatı ilə yaxından maraqlanır, təkcə müşahidələrlə kifayətlənmir, eyni zamanda insanlarla həmsöhbət olmağa çalışır, onlardan əlavə məlumatlar toplayırdı. İbn Sinanın bu söhbətlər nəticəsində gəldiyi qənaət belə oldu: xarəzmlilər arasında savadlı, bacarıqlı və istedadlı adamlar kifayət qədər çoxdur. Ürgənc isə yalnız iqtisadi baxımdan deyil, mədəni baxımdan da inkişaf etmiş şəhərdir. Həmin adamların çoxu ilə üləma məclisində yaxından tanış olan və onlara rəğbətini gizlədə bilməyən Hüseyn, Ürgəncə gəldiyi üçün hədsiz dərəcədə məmnun idi.

      Müasir terminologiya ilə desək, akademiyanı xatırladan, elə tarixə də «Məmun Akademiyası» kimi düşən üləma məclisi yaratmaqda Xarəzm hökmdarı II Məmunun iki marağı var idi. Birincisi, öz hakimiyyətinin şöhrətini artırmaq və dayaqlarını möhkəmlətmək, ikincisi, özünü savadlı hökmdar kimi göstərmək istəyirdi.

      İbn Sina elə ilk gəlişindəcə üləma məclisindən çox razı qaldı. Məclis üzvləri gənc buxaralını, az qala, çoxillik tanışları, hətta doğma adamları kimi qarşıladılar. Bunun da səbəbi var idi: xarəzmli alimlər onun barəsində çox eşitmişdilər. İbn Sinanın cavan olmasına baxmayaraq dərin biliyə və böyük istedada sahib olduğundan xəbərdar idilər. Elə Hüseynin də üləma məclisi üzvləri arasında qiyabi tanıdıqları az deyildi. O, buradakı alimlərin bir çoxunun əsərlərinə Samanilərin saray kitabxanasında rastlamışdı. Həmin alimlər arasında görkəmli riyaziyyatçı Əbu-Nəsr Ərraq (?–1034), dövrünün məşhur həkimlərindən Əbülxeyr əl-Həmmar, tanınmış tarixçi İbn Miskaveyx (940–1030) və başqaları var idi.

      Ümumiyyətlə, Xarəzmə gəldiyi ilk illər İbn Sina üçün rahat keçmişdi. O özünü xoşbəxt hesab edirdi. Üləma məclisindəki elmi müzakirələr gənc alimin bu xoşbəxtliyinin əsas səbəbi idi. Tədricən utancaqlığın daşını ataraq həmin müzakirələrə həvəslə qoşulan Hüseyn özünü suda balıq kimi hiss edirdi. Çünki çoxdan arzuladığı mühitə düşmüşdü. Ətrafında yalnız bilikli, savadlı adamlar var idi. Onları da İbn Sinanın özü kimi elmi məsələlərdən başqa heç nə düşündürmürdü…

      Bir müddət sonra Xarəzm hökmdarı Hüseynə yeni qanunlar toplusu hazırlamağı tapşırdı. İbn Sina işə başladı. Çox əhəmiyyətli məsələ olduğundan qanunların hazırlanmasına Xarəzm hökmdarı ilə onun vəziri şəxsən nəzarət edirdi. Lakin çox keçmədən İbn Sina ciddi maneə ilə üzləşdi. Belə ki, Xarəzmin Fəqihlər22 şurası şəriət hüququnu bütün incəliklərinə qədər bilən, lakin qatı mühafizəkar olan şəxslərdən ibarət idi. Onların əksəriyyəti nəinki mövcud qayda-qanunların cüzi də olsa dəyişdirilməsinə razılıq verir, hətta bu barədə eşitmək belə istəmirdilər. Odur ki Hüseynin yeni qanun təkliflərinə qarşı idilər. Lakin onu da qeyd etmək lazımdır ki, Fəqihlər şurasının mühafizəkar üzvləri yaşca gənc buxaralıdan böyük olsalar da, onun biliyindən çəkinirdilər. Bu isə İbn Sinada belə bir inam yaratmışdı ki, o, Xarəzmin köhnəlmiş, dövrlə ayaqlaşmayan qanunlarını asanlıqla dəyişdirə bilər. Yeri gəlmişkən, böyük alim bu sadəlövh inamını sonralar təbəssümlə xatırlayacaqdı…

      İbn Sinanın fikrincə, hər hansı köhnə ənənəni dəyişmək üçün böyük əziyyətə ehtiyac yox idi. Adi məntiq belə burada köməyə çata bilər. Əgər təklif etdiyin dəyişiklik ağlabatandırsa, heç kim ona qarşı çıxmayacaq. Gənc buxaralının bu sadədilliyinə təəccüblənməmək lazımdır. O, hələ çox cavan və bir çox məsələlərdə hədsiz təcrübəsiz idi.

      Beləliklə, Hüseyn öncə yeni qanunlar toplusunun təməlini təşkil edəcək müddəalar barədə geniş və əhatəli bir məruzə hazırladı. Lakin onu Fəqihlər şurası üzvlərinə çatdıra bilmədi. Çünki toplantının elə əvvəlindəcə bir neçə nəfərin uzun-uzadı çıxışına görə narazılıq yarandı, bu narazılıq böyüyüb əməlli-başlı qarışıqlığa çevrildi. Şura üzvləri bir-birini cahillikdə ittiham etməyə başladılar. Ara getdikcə qızışırdı. Axırda iş o yerə çatdı ki, qoca fəqihlərdən biri qeyzə gələrək qalın bir kitabı götürüb təxminən özü yaşda olan üləmanın kəlləsinə çırpdı. Bunun ardınca qoca fəqih hirsindən, digəri isə zərbənin təsirindən huşunu itirib yerə sərildi. Hüseyn məruzəni bir kənara qoyub onları özünə gətirməklə məşğul oldu…

      Bəs İbn Sinanın hazırladığı qanunlar toplusunun əsasında nə dayanırdı?

      Gənc buxaralının fikrincə, o vaxtadək qüvvədə olan qanunların əsasını, Quran ehkamlarına etinasızlıq göstərmək təşkil edir. Şəriət hakimləri oruc tutub namaz qılmayanların, həccə getmək istəməyənlərin hamısını ən ağır formada cəzalandırmağa, məsələn,

Скачать книгу


<p>20</p>

Fərsəh – 1 fərsəh təxminən 33–34 kilometrə bərabərdir.

<p>21</p>

Nubiya – Afrikanın şimal-şərqində, müasir Misirin cənubunda, Sudanın şimalında yerləşən bölgə

<p>22</p>

Fəqihlər – fiqh elmi ilə məşğul olan şəxs