Hekayələr. К. Г. Паустовский
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - К. Г. Паустовский страница 5
“Gecədir… Yağış boş bağçaları döyəcləyir. Yad şəhər… Çəmənlər dumana qərq olub… Beləcə həyat keçib-gedir”, – nədənsə Kuzmin kədərlə düşünürdü.
Yenidən könlündən bu şəhərdə qalıb yaşamaq keçdi. Onun artırmasından çayətrafı çəmənlər, geniş yoxuşlar, bərədə daşınan ot arabaları görünən kiçik rus şəhərlərindən xoşu gəlirdi. Bu heyranlıq hissi onu təəccübləndirirdi. Özü cənubda, dənizçi ailəsində boya-başa çatmışdı. Tədqiqatlara, coğrafi xəritələrə, sərsəri həyata həvəs elə atasından ona keçmişdi. Elə buna görə də topoqraf olmuşdu. Bununla belə, seçdiyi bu sənəti təsadüfi hesab edirdi. Düşünürdü ki, başqa bir zəmanədə doğulsaydı, o, ovçu, ya da yeni torpaqlar kəşf edən səyyah olardı. Onun özü haqqında belə düşünməkdən xoşu gəlirdi, amma yanılırdı. Çünki xasiyyətində bu peşə sahiblərinə xas heç nə yox idi. Təbiətcə utancaq idi, ətrafdakılarla yumşaq davranırdı. Saçlarına düşmüş azacıq dən onun yaşını ələ versə də, arıq, bəstəboy olduğu üçün ona heç kim otuzdan yuxarı yaş verməzdi.
Fayton, nəhayət, qaranlıq şəhərciyə girdi. Yalnız bir evin – o da, ola bilsin ki, əczaxana olduğu üçün – şüşə qapılarının arxasında mavi lampa yanırdı. Küçənin sonu dağlara çıxırdı. Faytonçu endi ki, at üçün qalxmaq rahat olsun. Kuzmin də aşağı endi. O, faytondan bir az aralı gedərkən birdən öz həyatının qəribəliyini düşündü.
“Mən haradayam? Hansısa Navolokidə… gözdənuzaq bir yerdə. Atın nallarının altından qığılcım sıçrayır. Haradasa yaxınlıqda naməlum bir qadın var. Gecəykən ona çox vacib, bəlkə də, qəmli bir məktub çatdırmalıyam. Amma iki ay bundan qabaq cəbhədə – Polşadaydım. Geniş, sakit axan Visla4 çayının sahillərində… Qəribədir! Həm də maraqlıdır…”
Dağ yolu qurtardı. Faytonçu yan küçəyə döndü. Buludlar dağılmışdı, qaranlıq səmada adda-budda ulduzlar parlayır, əksi gölməçələrdə bərq vuraraq sönürdü.
Fayton mezoninli5 bir evin yanında dayandı.
– Çatdıq! – faytonçu dedi. – Zəng doqqazın sağ tərəfindədir.
Kuzmin əlhavasına qapı zənginin taxta dəstəyini tapıb dartdı. Amma heç bir zəng səsi eşitmədi. Təkcə paslı məftilin cingiltisi eşidildi.
– Möhkəm dartın, – faytonçu məsləhət gördü.
Kuzmin bu dəfə zəngin dəstəyini daha möhkəm dartdı. Evin dərinliyində zəng səsi eşidildi. Amma evdə əvvəlki kimi sakitlik idi, görünür, zəng səsinə heç kim oyanmamışdı.
– O-ho! – faytonçu əsnədi. – Yağmurlu gecə ən şirin yuxu zamanıdır.
Kuzmin bir az da gözləyib zəngi yenidən çaldı. Taxta dəhlizdə addım səsləri eşidildi. Kimsə qapıya yaxınlaşıb dayandı, dinşəyib narazı halda soruşdu:
– Kimsiniz, nə lazımdır?
Mayor cavab vermək istəyirdi ki, faytonçu onu qabaqladı.
– Qapını aç, Marfa, – dedi. – Olqa Andreyevnanın yanına cəbhədən gələn var.
– Kim gəlib ki? – qapının arxasındakı səs yenidən kobud şəkildə dilləndi. – Biz heç kimi gözləmirik.
– Gözləmirdiniz, özü gəldi!
Qapı zəncirli olduğu üçün tam açılmadı. Kuzmin qaranlıqda kim olduğunu, gəlişinin səbəbini dedi.
– İlahi! – qadın səksəkəli şəkildə qapı arxasından qışqırdı. – Nə narahatçılıq?! İndicə qapını açaram. Olqa Andreyevna yatır. İçəri girin, mən indi onu oyadaram.
Qapı açıldı, Kuzmin qaranlıq dəhlizə keçdi.
– Burda pilləkən var, – qadın bu dəfə mülayim səslə xəbərdarlıq etdi. – Belə bir yağmurlu gecədə siz ərinməyib gəlmisiniz! Ehtiyatlı olun, ilişib əzilərsiniz. İndi lampanı yandıraram. Bizdə gecələr işığı kəsirlər.
Qadın getdi. Mayor isə dəhlizdə dayanıb gözləyirdi. Otaqlardan çay ətri və bir də nəsə şirin qoxu gəlirdi. Dəhlizə bir pişik çıxıb Kuzminin ayaqlarına dolaşaraq mırıldadı və qaranlıq otağa geri qayıtdı, sanki qonağı arxasınca içəri dəvət edirdi. Yarıaçıq qapıdan zəif işıq görünürdü.
– Buyurun, – qadın dedi.
Kuzmin içəri keçəndə qadın ona təzim etdi. Bu, hündür, qarabuğdayı qarı idi. Mayor səs salmamağa cəhd edərək ehtiyatla şinelini, papağını çıxardıb qapının yanındakı asılqandan asdı.
– Narahat olmayın, onsuz da Olqa Andreyevnanı oyatmalı olacağam, – qarı gülümsədi.
– Limandan gəmi siqnalı burda eşidilirmi? – Kuzmin narahatlıqla soruşdu.
– Eşidilir, oğlum. Yaxşı eşidilir. Gəmilərin ardı-arası kəsilmir. Bax burda, divanda əyləşin.
Qadın sözünü deyib getdi. Kuzmin taxta söykənəcəkli divanda əyləşdi. Bir az tərəddüd etdikdən sonra çəkmək üçün papiros çıxartdı. O həyəcanlanırdı və bu anlaşılmaz təlaş onu əsəbiləşdirirdi. Başqasının gecəykən evinə – sirr və müəmma dolu həyatına girərkən adamı bürüyən qəribə hiss onu da çulğalamışdı. Bu həyat stolun üstündə, hansısa altmış beşinci səhifəsində unudulub qalmış kitab kimidir. Bu səhifəyə baxırsan və nə barədə yazıldığını təxmin etməyə çalışırsan.
Stolun üstündə, həqiqətən də, açıq kitab var idi. Kuzmin qalxıb kitaba doğru əyildi. Qapı arxasındakı tələsik pıçıltılara və paltar xışıltısına qulaq verərək çoxdan unudulmuş sözləri ürəyində oxudu:
Mümkünsüz də mümkündür,
Uzaq yol asan olur,
Uzaqda parıldayır
Yaylıq altından ani baxış…
Kuzmin başını qaldırıb ətrafa göz gəzdirdi. Alçaqtavanlı, isti otaq onda yenidən bu şəhərdə qalmaq istəyini oyatdı.
Bu cür – yemək masasının üstündən ağ, tutqun abajurlu lampa asılmış, xəstə qızcığazın yatağı yanında dayanan köpək təsvirli divar rəsminin üstündən də maral buynuzu asılmış otaqlarda, adətən, xüsusi, sadə rahatlıq olur. Belə otaqlar insanın üzündə təbəssüm yaradır: burda hər şey köhnə
4
5