Hekayələr. К. Г. Паустовский

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - К. Г. Паустовский страница 9

Hekayələr - К. Г. Паустовский Hekayə ustaları

Скачать книгу

soyuqdan büzüşmüş halda dayanmışdı və onun evsiz-eşiksiz, küləkli gecədən qurtulmaq üçün gedəcək yeri yox idi.

      Katerina Petrovnanın ağaca ürəyi yandı, onun kələ-kötür gövdəsinə toxundu. Evə birtəhər gedib çıxdı və elə həmin gecə Nastyaya məktub yazdı:

      “Əziz balam, mən bu qışa sağ çıxmayacağam. Heç olmasa, bircə günlük gəl. Qoy üzünə baxa, əllərini ovuclarımda tuta bilim. Qocalmışam artıq və o qədər zəifləmişəm ki, nəinki yerimək, hətta oturmaq və uzanmaq da mənə əziyyət verir. Ölüm mənim yolumu unudub. Bağ solub əldən gedir, daha əvvəlki deyil, heç mən onu görə də bilmirəm. Payız yaman sərt keçir. Elə ağırdır ki… Bütün həyat sanki bu bircə payız qədər uzun olmayıb”.

      Manyuşa burnunu çəkə-çəkə məktubu poçt idarəsinə aparıb onu poçt qutusuna sala-sala uzun müddət qutunun içərisinə maraqla baxdı. Ancaq qutunun içərisində heç nə yox idi, olan yalnız dəmir boşluq idi.

      Nastya Rəssamlar İttifaqında katibə işləyirdi. İş bitmək bilmirdi. Sərgilərin, müsabiqələrin təşkili – bunların hamısı gəlib onun əlindən keçirdi.

      Katerina Petrovnanın məktubunu Nastya işdə ikən aldı. Onu oxumadan çantasında gizlətdi. Qərara almışdı ki, işdən sonra oxusun. Katerina Petrovnanın məktubları Nastyaya rahatlıq gətirirdi: yazırsa, demək, sağdır. Amma bununla belə, içində küt narahatlıq baş qaldırırdı, sanki anasının hər bir məktubu səssiz bir məzəmmət idi.

      İşdən sonra Nastya gənc heykəltəraş Timofeyevin iş otağına gedib onun şəraitini yoxlamalı və bu haqda ittifaqın idarə heyətinə məlumat verməliydi. Timofeyev iş otağının soyuq olmasından, bir də sıxışdırıldığından, irəli getməsinə imkan verilmədiyindən şikayətçi idi.

      Mərtəbələrdən birində Nastya balaca bir güzgü çıxarıb üzünü pudraladı və gülümsündü – indi o özünün xoşuna gəlirdi. Rəssamlar onu sarışın saçları və iri soyuq gözlərinə görə Solveyq10 adlandırırdılar.

      Qapını balacaboy, qətiyyətli, hirsli bir adam olan Timofeyevin özü açdı. O, paltoda idi. Boğazını qalın şərflə dolamışdı, ayağındakı qadın uzunboğaz çəkmələri Nastyanın gözündən qaçmadı.

      – Soyunmayın, – Timofeyev dilləndi. – Donarsınız. Buyurun içəri!

      O, Nastyanı qaranlıq dəhlizlə aparıb bir neçə pilləni qalxdı və emalatxanasına açılan qapını yüngülcə itələdi.

      Otaqdan tüstü qoxusu gəlirdi. Yerə qoyulmuş yaş gillə dolu çəlləyin yanında pilətə yanırdı. Dəzgahların üstündə nəm əsgilərlə örtülmüş heykəllər qoyulmuşdu. Enli pəncərənin arxasında qar əyri xətt cızaraq yağır, Nevanın üstünü duman kimi bürüyür, onun tünd sularında əriyib yoxa çıxırdı. Külək pəncərə çərçivələri arasında vıyıldayır və döşəməyə sərilmiş köhnə qəzetləri xışıldadırdı.

      – Aman Tanrım, necə soyuqdur! – Nastya dedi və ona elə gəldi ki, divarlar boyunca səliqəsiz halda asılmış ağ mərmər barelyeflər iş otağını daha da buza döndərir.

      – Özünüz görürsünüz də! – Timofeyev gilə bulaşmış kətili Nastya üçün irəli çəkərək dedi: – Başa düşmürəm, necə olub ki, mən bu dərədə gəbərməmişəm. Perşinin iş otağında isə isitmə sistemi elə isti vurur ki, elə bil Sahara səhrasındasan.

      – Perşin xoşunuza gəlmir? – Nastya ehtiyatla soruşdu.

      – Görməmişin biridir! – Timofeyev acıqla dedi. – Adi usta! Onun fiqurlarının çiyinləri palto asılqanıdır. “Kolxozçu qadın” heykəli önlüyünün ətəyini yığmış daş arvaddır. Fəhləsi elə bil neandertal insandır. Heykəllərini taxta bellə düzəldir. Ancaq hiyləgərdir, əzizim, yaman hiyləgərdir!

      – Mənə Qoqolun heykəlini göstərin, – Nastya söhbəti dəyişmək üçün xahiş etdi.

      – O yana keçin! – heykəltəraş qaşqabaqla dilləndi. – Ora yox! Bax o küncə. Hə!

      O, fiqurlardan birinin üstündəki nəm əsgiləri götürdü, heykəli sınayıcı baxışlarla hərtərəfli gözdən keçirdi, sonra pilətənin yanına çömbəlib əllərini isidə-isidə dedi:

      – Budur, Nikolay Vasilyeviç! Buyurun!

      Nastyanın bütün vücudundan üşütmə keçdi. Onun ən gizlin tərəflərini belə bilən itiburun, beli bükük adam məsxərə dolu baxışlarını ona yönəltmişdi. Nastya sanki onun gicgahındakı nazik damarın necə döyündüyünü də görə bilirdi.

      “Məktubunsa çantanda eləcə açılmamış vəziyyətdə qalıb ha! – sanki Qoqolun adamı dəlib keçən baxışları deyirdi. – Ay səni, ağılsız qız!”

      – Necədir? – Timofeyev soruşdu – Ciddi əmidir, hə?

      – Möhtəşəmdir! – Nastyanın səsi güclə çıxırdı. – Bu, həqiqətən də, möhtəşəmdir!

      Timofeyev acı-acı güldü.

      – Möhtəşəm, – deyə o təkrar etdi. – Hamı deyir: möhtəşəmdir. Perşin də, Matyaş da, müxtəlif komitələrdən gələn cürbəcür peşəkarlar da. Faydası nədir? Burada – möhtəşəmdir, mənim bir heykəltəraş olaraq taleyimin həll olunduğu o yerdə isə elə həmin Perşin bircə dəfə qeyri-müəyyən şəkildə qımıldandımı – hazırdır! Perşin qımıldandısa, demək, işin bitdi!.. Gecələri yatmırsan! – Timofeyev bağırdı və çəkmələrini tappıldada-tappıldada iş otağında var-gəl etdi. – Yaş gilin ucbatından əlimdə revmatizm var. Üç il Qoqol haqqında yazılmış hər sözü dayanmadan oxuyursan. Yuxuna donuzun üz-gözü girir!

      Timofeyev masanın üstündən bir yığın kitabı qaldırıb onları havada silkələdi və zərblə geri çırpdı. Masanın üstündən gipsin tozu qalxdı.

      – Bunların hamısı Qoqol haqqındadır! – o dedi və birdən-birə sakitləşdi. – Nədir? Deyəsən, qorxutdum axı sizi. Bağışlayın, əzizim, ancaq, vallah, mən dalaşmağa da hazıram.

      – Nə olar ki! Birlikdə dalaşarıq, – Nastya dedi və ayağa qalxdı.

      Timofeyev onun əlini bərk sıxdı və Nastya oranı bu istedadlı şəxsi naməlumluğun pəncəsindən qoparmaq haqqında qəti fikirlə tərk etdi.

      Nastya Rəssamlar İttifaqına qayıtdı, sədrin yanına keçdi və onunla xeyli danışaraq özündən çıxa-çıxa sübut etdi ki, Timofeyevin işlərinin sərgisini vaxt itirmədən təşkil etmək lazımdır. Sədr masasını qələmlə taqqıldadıb bir xeyli götür-qoy etdikdən sonra, nəhayət, razılığını verdi.

      Nastya tavanı qızılı rəngə boyanmış, Moykada11 yerləşən yaşadığı qədim

Скачать книгу


<p>10</p>

Solveyq – Norveç dramaturqu, şairi, publisisti Henrik Yohan İbsenin (1828-1906) “Per Günt” poemasının qadın qəhrəmanı

<p>11</p>

Moyka – hazırkı Sankt-Peterburqda çay; Neva çayının bir qoludur. Uzunluğu 4,6 km, eni 40 m-dir. Moykanın hər iki sahili boyunca şəhərin ən qədim binaları yerləşir.