Hekayələr. Франц Кафка
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Франц Кафка страница 12
– Bəlkə, musiqi cənablar üçün xoş deyil? Belədirsə, biz onu elə bu dəqiqə kəsərik.
– Əksinə, – bayaq ortada oturmuş kişi dilləndi, – münasib bilinirsə, bəlkə, xanım gəlib bizim yanımızda, daha xoş və rahat olan bu otaqda çalsın?
– Baş üstə, baş üstə! – deyə ata ucadan səsləndi, skripka çalan sanki o özü idi.
Kirayənişinlər yerlərinə qayıdıb gözləməyə başladılar; az keçmiş atası püpitri5, anası notları, qız da skripkanı götürüb gəldi. Qreta hazırlıq işləri ilə məşğul olduğu müddətdə otaqlarını heç vaxt kirayəyə verməmiş, buna görə də kirayənişinlərlə hədsiz nəzakətlə davranan ev sahiblərinin cürəti çatmadı ki, öz halalca stullarında otursunlar – atası sağ əlini yaxası kip bağlı pencəyinin iki düyməsi arasından içəri soxub qapıya söykəndi, anası isə kirayənişinlərdən birinin ona təklif etdiyi stulda yox, keçib kənarda, otağın bir küncündə oturdu, stul da qoyulduğu yerdə eləcə boş qaldı.
Bacısı çalmağa başladı; valideynləri də hərəsi durduğu yerdən diqqətlə qızın əllərinin hərəkətini izləyirdilər. Musiqiyə valeh olmuş Qreqor ürəklənib həmişəkindən bir az qabağa gəldi; onun başı artıq qonaq otağına keçmişdi.
Son vaxtlar başqalarına bir elə həssas münasibət bəsləmədiyinə Qreqor çox da təəccüb etmirdi, halbuki əvvəllər bu həssaslığı ilə fəxr edirdi. Gizlənməyə isə əvvəlkindən məhz indi daha çox əsası vardı, çünki otağı başdan-başa bürüyən və azacıq tərpənən kimi qalxan bolluca tozun ucbatından özü də büsbütün çirkin-pasın içində idi, kürəyindən, böyürlərindən saplar, tüklər, yemək qalıqları sallanırdı. Hər şeyə qarşı o dərəcədə laqeydləşmişdi ki, qabaqlar etdiyi kimi gündə bir neçə dəfə arxası üstə uzanıb kürəyini xalçaya sürtüb təmizləmək heç ağlına da gəlmirdi. İntəhası öz iyrənc görkəminə baxmayaraq, o, sürünərək qonaq otağının güzgü kimi parıldayan döşəməsinə çıxmaqdan qətiyyən çəkinib-eləmədi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.