Hekayələr. Лев Толстой

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Лев Толстой страница 12

Автор:
Жанр:
Серия:
Издательство:
Hekayələr - Лев Толстой Hekayə ustaları

Скачать книгу

O, təzədən Delesovun yanında oturdu. – Sizə deyim ki, – o, demək olar, pıçıltı ilə söylədi, – mən oraya gedə bilmirəm, orada çala bilmirəm, heç nəyim yoxdur, heç nəyim. Paltarım yox, mənzilim yox, skripkam yox. Rəzil həyatdır! Rəzil həyatdır! – o, bir neçə dəfə təkrar etdi. – Nə üçün də oraya gedim? Nəyə lazımdır? Lazım deyil! – deyib gülümsədi. – Ah, "Don Juan!"37 – və başına vurdu.

      Delesov dedi:

      – Bir vaxt tapıb birlikdə gedərik.

      Albert cavab vermədən yerindən sıçrayıb qalxdı, skripkanı götürdü və "Don Juan"ın birinci pərdəsinin finalını çalmağa başladı və öz sözləri ilə operanın məzmununu danışdı.

      O, ölən komandorun səsini çalarkən Delesovun başında tükləri biz-biz durdu.

      – Yox, bu gün çala bilmərəm, – deyib skripkanı yerə qoydu, – çox içmişəm.

      Bunun dalınca o, stola yaxınlaşdı, stəkanı ağzınadək şərabla doldurub birnəfəsə içdi və yenə də çarpayıda Delesovun yanında əyləşdi.

      Delesov gözlərini çəkmədən Albertə baxırdı. Albert ara-sıra gülümsəyirdi, Delesov da gülümsəyirdi. Hər ikisi susmuşdu. Lakin baxışları və təbəssümləri ilə onların arasında daha yaxın məhəbbət əlaqələri yaranırdı. Delesov hiss edirdi ki, bu adamı getdikcə daha çox sevir və bundan anlaşılmaz bir sevinc duyur.

      – Siz heç sevmisiniz? – deyə birdən-birə soruşdu.

      Albert bir neçə saniyə fikrə getdi, sonra sifəti kədərli bir təbəssümlə işıqlandı. O, Delesov tərəfə əyilib diqqətlə gözlərinin içinə baxdı.

      – Bunu məndən niyə soruşdunuz? – pıçıltı ilə dedi. – Ancaq sizə hamısını danışacam, siz xoşuma gəlirsiniz. – Bir qədər ətrafına göz gəzdirib sözünə davam etdi: – Mən sizi aldatmayacam, hamısını, başdan-ayağa necə olubsa danışacam. – O dayandı və gözləri qəribə, vəhşi bir ifadə aldı. – Siz bilirsiniz ki, mən ağıldankəməm, – birdən-birə dedi. – Bəli, bəli, – o, sözünə davam etdi. – Anna İvanovna, yəqin ki, sizə danışıb. O, hamıya deyir ki, mən dəliyəm. Bu, düz deyil. Zarafatla belə deyir, o, xeyirxah bir qadındır. Ancaq mən bir müddət, doğrudan da, tam sağlam deyildim.

      Albert yenə susdu və geniş açılmış gözləri ilə qaranlıq qapıya baxdı.

      – Siz soruşdunuz ki, mən sevmişəm, ya yox? Bəli, mən sevmişəm, – deyə qaşlarını qaldıraraq pıçıldadı. – Bu çoxdan olub, onda hələ teatrda işləyirdim. Mən operada ikinci skripkanı çalmağa gedirdim, o qadın isə sol tərəfdə literli benuara38 gəlirdi.

      Albert qalxıb Delesovun qulağına tərəf əyildi.

      – Yox, adını niyə deyim, – dedi. – Siz, yəqin ki, onu tanıyırsınız, hamı onu tanıyır. Mən susaraq ancaq ona baxırdım. Bilirdim ki, mən yoxsul bir artist, o isə kübar xanımdır. Bunu çox yaxşı başa düşürdüm. Mən ona ancaq baxır və heç bir şey fikirləşmirdim.

      Albert fikrə gedib nəyi isə xatırlamaq istədi.

      – Bu necə olub, yadımda deyil: məni bir dəfə onun evinə skripka ilə müşayiət etməyə çağırdılar. Mən nə idim, yoxsul bir artist! – deyib başını buladı və gülümsədi. – Yox, mən danışmağı bacarmıram, bacarmıram… – başını tutaraq əlavə etdi. – Mən necə xoşbəxt idim!

      – Bəs siz tez-tez onun yanında olurdunuz? – deyə Delesov soruşdu.

      – Bir dəfə, ancaq bir dəfə… ancaq mən özüm günahkardım. Ağlım başımdan çıxdı. Mən yoxsul artist, o isə kübar xanım. Mən ona heç bir şey deməməli idim. Ancaq ağlım başımdan çıxdı və səfehlik elədim. O vaxtdan məndən ötrü hər şey bitib. Petrov mənə düz deyirdi: onu ancaq teatrda görmək yaxşı idi…

      – Siz nə eləmişdiniz axı? – Delesov soruşdu.

      – Ah, dayanın, dayanın, burasını danışa bilmirəm.

      Əlləri ilə üzünü örtərək bir müddət susdu.

      – Mən orkestrə gec gəldim. O axşam Petrovla birlikdə içmişdik və əhvalım pozulmuşdu. O öz lojasında oturub generalla söhbət edirdi. O generalın kim olduğunu bilmirəm. O lap kənarda əyləşib əlini rampanın39 üstünə qoymuşdu. Əynində ağ paltar, boynunda mirvari vardı. Saçları da gözəl formada idi. O, generalla danışır və mənə baxırdı. Hiss eləyirdim ki, o mənim barəmdə danışır. Mən çalmırdım, dayanıb eləcə ona baxırdım. Elə bu an mənimlə qəribə bir şey baş verdi. Bir də gördüm ki, orkestrdə deyil, lojadayam və onunla birlikdə durub onun qolundan, bax bu yerindən tutmuşam. Bu nədir? – Albert susub soruşdu.

      – Bu, xəyalın canlanmasıdır, – Delesov dedi.

      – Yox, yox… mən danışa bilmirəm, – deyə Albert üz-gözünü büzüşdürüb cavab verdi. – Mən elə o zaman da yoxsuldum, mənzilim yoxdu və teatra getdiyim zaman bəzən elə orada gecələyirdim.

      – Necə? Teatrda? Boş, qaranlıq zalda?

      – Ah! Mən bu boş şeylərdən qorxmuram. Ah, dayanın. Hamı gedəndən sonra mən onun oturduğu benuara qalxır, orada oturur və yatırdım. Bu mənim yeganə fərəhim idi. Bilsəniz orada necə gecələr keçirmişəm. Ancaq bir dəfə yenə tutmam tutdu. Gecə gözümə çox şey göründü, lakin sizə çox danışa bilmirəm. – Albert gözlərini aşağı dikib Delesova baxdı. – Bu nə deməkdir? – soruşdu.

      – Qəribədir! – Delesov dedi.

      – Yox, dayanın, dayanın! – O, Delesovun qulağına pıçıldayıb sözünə davam etdi. – Mən onun əlini öpürdüm, orada yanındaca ağlayırdım, onunla xeyli danışırdım. Mən onun ətrini duyurdum, səsini eşidirdim. Bir gecənin ərzində o mənə çox söz deyirdi. Sonra mən skripkanı götürüb yavaşdan çalmağa başladım. Özü də əla çalırdım. Ancaq məni qorxu bürüdü. Mən bu boş şeylərdən qorxmuram və onlara inanmıram. Lakin mən öz başım üçün qorxuya düşdüm, – deyib əlini alnına toxundurdu və mehribancasına gülümsədi, – yoxsul ağlım üçün qorxuya düşdüm: mənə elə gəldi ki, başıma nə isə olub. Bəlkə, bu da bir şey deyil? Necə bilirsiniz?

      Hər ikisi bir neçə dəqiqə susdu.

      Günəşi buludlar örtsə də ancaq,

      O, yenə əbədi işıq saçacaq…

      – Albert sakitcə gülümsəyib oxudu. – Doğru deyilmi? – deyə əlavə etdi:

      Mən də ömür sürdüm, çox keflər çəkdim…

      – Ah, qoca Petrov bütün bunları sizə elə izah edərdi

Скачать книгу


<p>37</p>

Don Juan” – görkəmli Avstriya bəstəkarı Volfqanq Amadey Mosartın (1756-1791) operası

<p>38</p>

Literli benuar – teatr lojası

<p>39</p>

Rampa – ensiz baryer, səhnəni zaldan ayırmaqla işıqlandırma aparaturası