Hekayələr. Лев Толстой

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Лев Толстой страница 5

Автор:
Жанр:
Серия:
Издательство:
Hekayələr - Лев Толстой Hekayə ustaları

Скачать книгу

Əgər sizi bir dəfə görsələr və yenə də oxusanız, sizi həbsxanaya sala bilərlər. Mən də üç ay yatmışam, – deyib gülümsədi. Bu elə bil onun ən xoş xatirələrindən biri idi.

      – Bu ki dəhşətdir! – dedim. – Axı nəyin üstündə?

      – Onlarda respublikanın təzə qanunlarına görə belədir, – deyə həvəslə sözünə davam etdi. – Onlar heç fikirləşmək istəmirlər ki, axı yoxsul da birtəhər yaşamalıdır. Əgər mən şikəst olmasaydım, işləyərdim. Oxumağımla məgər bir kimsəyə zərər vururam? Niyə belə axı? Dövlətlilər istədikləri kimi yaşaya bilirlər, mənim kimi a un bauvre tiaple18 isə heç yaşaya bilmir. Bu necə respublika qanunlarıdır? Madam ki belədir, onda biz respublikanı heç istəmirik, elə deyil, hörmətli cənab? Biz respublikanı istəmirik, biz istəyirik qanunlar sadə olsun, istəyirik ki… – o azca duruxdu, – biz istəyirik ki, qanunlar təbii olsun.

      Onun qədəhinin başını doldurdum.

      – Heç içmirsiniz!

      Stəkanı əlinə alıb mənə təzim elədi.

      – Bilirəm siz nə eləmək istəyirsiniz, – deyə gözlərini qıydı və barmağı ilə məni hədələdi. – İstəyirsiniz ki, məni içirdəsiniz və görəsiniz ki, nə hala düşürəm; yox, bunu eləyə bilməyəcəksiniz.

      – Axı nə üçün sizi içirdim, – dedim, – mən ancaq istəyirəm ki, siz kef çəkəsiniz.

      O, görünür, mənim niyyətimi pis yozaraq qəlbimə toxunduğu üçün məzlum bir görkəm alıb sıxıldı və azca ayağa qalxaraq dirsəyimdən yapışdı.

      – Yox, yox, – deyə nəmli gözləri ilə mənə baxdı, üzü yalvarıcı bir ifadə aldı, – mən elə-belə, zarafat eləyirdim.

      Bunun dalınca o, nə isə olduqca dolaşıq, bic bir cümlə işlətdi, gərək ki, mənim mərhəmətli adam olmağıma işarə edirdi.

      – Je ne vous dis que ça!19 – deyə sözünə əlavə etdi.

      Beləliklə, müğənni ilə birlikdə içir və söhbət edirdik. Ofisiantlar da çəkinmədən bizə tamaşa edir və deyəsən, arabir lağa da qoyurdular. Söhbətimin maraqlı olduğuna baxmayaraq, mən onları sezməyə bilməzdim və düzünü deyim ki, getdikcə daha da qəzəblənirdim. Onlardan biri yerindən qalxaraq balaca adama yaxınlaşdı və onun təpəsinə baxaraq gülməyə başladı. Məndə Şveytserqof sakinlərinə qarşı hazır qəzəb ehtiyatı vardı ki, onu hələ heç kəsin üstünə tökməyə macal tapmamışdım. Üstəlik, bu xidmətçilər də məni lap hövsələdən çıxarırdılar. Qapıçı papağını çıxarmadan içəri girdi və yanımda oturub stola dirsəkləndi. Bu axırıncı vəziyyət mənim qurur və heysiyyətimə elə toxundu ki, daha özümü saxlaya bilməyib bütün axşam içimdə toplaşmış qəzəbi işə salmalı oldum. Nə üçün bu adam qapı ağzında məni tək gördükdə ikiqat qabağımda əyilir, indi isə bu səyyar müğənni ilə oturduğumdan kobudluqla yanımda əyləşir? İçimdə qaynamaqda olan qəzəbli nifrət başıma vurdu. Mən bu qəzəbi sevirəm, hətta dilxor olduğum vaxtlarda özüm onu qızışdırıram, çünki o mənə təskinlik verir, qısa müddətə olsa da, mənə qeyri-adi bir çeviklik, qətiyyət və böyük fiziki və mənəvi iqtidar üçün qüvvət verir.

      Mən yerimdən sıçradım.

      – Nəyə gülürsünüz? – deyə ofisiantlara çığırdım. Hiss edirdim ki, rəng-ruhum ağarıb və dodaqlarım qeyri-ixtiyari olaraq titrəyirdi.

      – Mən gülmürəm, sadəcə, elə-belə, – deyə ofisiant geri çəkilə-çəkilə cavab verdi.

      – Xeyr, bu cənaba gülürsünüz. Burada qonaq olduğu zaman nə ixtiyarınız var ki, buraya gələsiniz və əyləşəsiniz! Nə cəsarətlə oturdunuz? – deyə qapıçıya çığırdım.

      Qapıçı nəsə mızıldaya-mızıldaya ayağa qalxdı və qapıya tərəf uzaqlaşdı.

      – Sizə kim ixtiyar verib ki, xidmətçi ola-ola qonağı ələ salasınız? Nə üçün nahar zamanı mənə gülmədiniz və mənimlə yanaşı oturmadınız? Ona görə ki, o, kasıb geyinib və küçədə oxuyur? Mənimsə əynim-başım yaxşıdır. O yoxsuldur, ancaq min dəfə sizdən yaxşı adamdır, mən buna əminəm. Ona görə ki, o heç kəsi təhqir eləmir, sizsə onu təhqir eləyirsiniz.

      – Siz nə danışırsınız, axı mən heç bir şey eləmədim, – deyə özümə düşmən hesab etdiyim ofisiant müticəsinə cavab verdi. – Məgər onun oturmağına mane oluram?..

      Ofisiant məni başa düşmürdü və almanca danışığım boşa gedirdi. Kobud qapıçı ofisianta havadar çıxmaq istəyirdi, lakin ona elə gəliş gəldim ki, özünü bilməzliyə qoyub əlini yellədi, guya o da məni başa düşmür. Qozbel qabyuyan qadın mənim qızışdığımı görüb qalmaqaldan qorxduğundanmı, ya da fikrimlə şərik olduğundanmı mənim tərəfimə keçdi; mənimlə qapıçının arasında duraraq onu qandırmaq istəyirdi ki, mən haqlıyam və onun susması yaxşıdır, məndən də xahiş edirdi ki, sakitləşim. "Der Herr hat Recht: sie haben Recht"20 deyə təkrar edirdi. Müğənni, görünür, mənim nədən ötrü qızışdığımı və nə istədiyimi başa düşmədiyindən qorxub çox məzlum bir sifət almışdı. Məndən xahiş edirdi ki, tez buradan çıxıb gedək. Məndə isə qəzəblə danışmaq ehtirası getdikcə qızışırdı. Hər şeyi – camaatın ona gülüşməsini və ona heç bir şey verməyən dinləyiciləri xatırlayıb heç nəyin xatirinə sakitləşmək istəmirdim. Fikirləşirdim ki, əgər xidmətçilər belə yumşalmasaydılar, məmnuniyyətlə onlarla əlbəyaxa olardım, ya da ağacla aciz ingilis qızının başını yarardım. Əgər bu dəqiqədə Sevastopolda olsaydım, qızğın həvəslə ingilis səngərinə atılıb hamını qırıb tökərdim.

      – Nə üçün məni bu cənabla o salona deyil, bu biri salona gətirdiniz? Hə? – məndən uzaqlaşmasın deyə qapıçının qolundan yapışıb onu sorğu-suala tutdum. – Nə ixtiyarınız vardı ki, görkəminə görə bu cənabın orada deyil, bu salonda olmasını qərara aldınız? Mehmanxanalarda pul verənlərin hamısı bir deyil? Təkcə respublikada deyil, bütün dünyada belədir. Sizin respublika yaramazdır. Bərabərliyə bir bax! İngilisləri bu salona gətirməyə cəsarətiniz çatmazdı. O ingilisləri ki, bu cənaba pulsuz qulaq asır, daha doğrusu, verməli olduqları pulu ondan santim-santim oğurlayırlar. Nə cəsarətlə bizə bu salonu göstərdiniz?

      – O biri salon bağlıdır, – qapıçı cavab verdi.

      – Yox, – deyə çığırdım, – düz demirsiniz, salon bağlı deyildi.

      – Özünüz yaxşı bilirsiniz.

      – Bilirəm, bilirəm ki, yalan danışırsınız.

      Qapıçı dönüb məndən uzaqlaşdı.

      – Eh! Nə deyəsən! – deyə mızıldadı.

Скачать книгу


<p>18</p>

Çox kasıblar.

<p>19</p>

Bunu ancaq sizə deyirəm!

<p>20</p>

Cənab haqlıdır, siz haqlısınız (alm.)