Hekayələr. О. Генри
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - О. Генри страница 13
– Lütfən, izah edin, nə üçün bu vərəqələri mənə verdiniz? Bunun mənası nədir axı? – soruşdu.
Qaradərili dişini ağardaraq və əli ilə ona işəgötürənin reklamını göstərərək:
– Odur, – dilləndi. – Təəssüf ki, birinci hissəsinə gecikdiniz!
Baxışıyla qaradərilinin nişan verdiyi səmti izlədi. Teatr salonunun giriş qapısı üzərində gözqamaşdırıcı elektrik hərfləri ilə yazılmış yeni tamaşanın adı aydın oxunurdu: “YAŞIL QAPI”.
– Eşitmişəm ki, birinci növ pyesdir, cənab, – qaradərili dilləndi. – Teatr nümayəndəsi bu vərəqələri həkimin vərəqəsi ilə birlikdə paylamağım üçün mənə yaxşı pul təklif etdi. İstəsəniz, sizə həkimin də vərəqəsini verə bilərəm, cənab.
Rudolf evə tələsmədi, yaşadığı məhəllənin tinindəki bir guşədə bir parç pivə içmək və siqaret çəkmək istədi. Siqaretini çəkib qurtaran kimi küçəyə çıxdı, paltosunun bütün düymələrini bağladı, şlyapasını boynunun arxasına doğru itələdi və yaxınlıqdakı küçə fənərinə üzünü tutaraq qəti şəkildə etiraf etdi:
– Hər halda, inanıram ki, o qızı tapmağım üçün mənə yol göstərən taleyin özüdür ki var!
PUL VƏ MƏHƏBBƏT
Keçmiş fabrik sahibi və “Evrika” sabununun patentçisi olan qoca Entoni Rokvoll Beşinci küçədə yerləşən evinin pəncərəsindən boylanıb gülümsədi. Sağ tərəfdə yaşayan qonşusu – aristokrat və klubmen C. van Şuylayt Saffolk-Cons fasadı İntibah38 dövrünün heykəltəraşlıq əsərləri ilə bəzədilmiş qonşu saraya nifrətlə baxıb onu gözləyən maşına əyləşdi.
– Müflis olmuş qoca müqəvvanın lovğalığına bax! – keçmiş sabun kralı düşündü, – sağlamlığının qeydinə qal da, yoxsa tezliklə yerin muzey olacaq. Gələn yay bütün fasadı qırmızı, ağ və göy zolaqlarla bəzəyəcəm – onda görərik holland burnunu necə sallayacaqsan.
Elə bu vaxt bütün ömrü boyu qapı zənglərindən xoşu gəlməyən Entoni Rokvoll kitabxananın qapısına yaxınlaşıb elə səslə “Mayk!” deyə bağırdı ki, bir vaxtlar o səs Kanzas çöllərində eşidiləndə az qalırdı göy üzü yerindən oynayıb Kanzas düzünün üstünə düşsün.
– Oğluma deyin ki, evdən çıxmazdan əvvəl yanıma gəlsin, – gələn xidmətçiyə əmr etdi.
Gənc Rokvoll kitabxanaya gələndə qoca qəzeti kənara qoyub tamamilə qırışsız çəhrayı sifətinə səmimi bir ciddiyyət verərək ona baxdı; bu vaxt o, bir əli ilə çallanmış saçlarını qarışdırır, bir əliyləsə cibindəki açarları cingildədirdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.