Hekayələr. Фазиль Искандер

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Фазиль Искандер страница 3

Hekayələr - Фазиль Искандер Hekayə ustaları

Скачать книгу

və gülməli idi. Onun fikrincə, ermənilər çox pis xalqdır, çünki erməni üçün heç nə etmək istəmir. Onun ermənilərə olan acı iddiaları, adətən, İkinci Tiqranla başlayıb Tiqran Petrosyanla qurtarırdı. Akop əmin idi ki, Petrosyan şahmat tacını yalnız yelbeyinliyinə görə əldən vermişdi. Elə bir savadı olmayan bu qoca Ermənistanın tarixini öz məhlə qonşusunun tərcümeyi-halı kimi bilirdi.

      Budur, o, yenə bizim süfrənin arxasındadır, bir qulağı söhbətdə, fikrini cəmləşdirməyə çalışır ki, imkan düşən kimi öz mövzusunu ortaya atsın.

      – Ha, məsəl üçün, götürək «Ararat» futbol komandasını, – deyə o, fasilədən istifadə edib söhbətinə başladı. – İndiki məşqçiynən ermənilər heç vaxt çempion olmayacaqlar. Papazyanı götürüb xavbek qoyub. Ara, harada görünüb Papazyan xavbek olsun? Papazyan forvard anadan olub, forvard da öləcək. O da götürüb xavbek qoyub. Niyə? Ona görə ki cavan Marobyan meydana çıxıb. Yaxşı da, qoy Marobyanı Papazyanın yerinə, daha Papazyanı niyə xavbek qoyursan? Keçir Papazyanı sağ cinaxa, o, sağ ayağınnan da yaxşı vurur, sol ayağınnan da. Sağ cinaxı da keçir xavbek, ya da denən: «Matağ, yeri get evinə, Leninakana». Ondan xeyir yoxdur da, harda durur dursun. Bax bunu nujeli özü qanmır? Mən ona yazdım, ancaq bu çatlax heç mənə qulaq asar? Heç cavab vermədi. Bax ermənilər beləcə bir-birinin ayağından çəkirlər.

      O, məşqçinin qarasına söyə-söyə boş qəhvə fincanlarını yığıb məcməyiyə qoydu və piştaxtanın arxasına keçdi.

      Süfrə başında knyazın kənddəki qohumları, məşhur Emuxvari qardaşları haqda da söhbət düşdü. Hər şey qan düşmənçiliyindən başladı. İgid cavanlar olan üç nəfər Emuxvari qardaşları yeddi il ərzində – ta öldürülənə qədər bütün Kenquriyə milisini qorxu içində saxlayırlarmış. Bu, 20-ci illərin sonu – 30-cu illərin əvvəllərində olub. Sonralar 37-ci ilin siyasi hadisələri zamanı onlar ölmüş olsalar da, yenidən yada düşdülər və bu hadisələrdə onların adı dəfələrlə ingilis casusu kimi xatırlandı.

      – Onların harası ingilis casusu idi? – Sandro əmi dedi:

      – Axı bu kənd knyazları heç İngiltərənin harada olduğunu bilmirdilər.

      Knyaz razılıq əlaməti olaraq başını tərpətdi. Elə Emuxvari qardaşlarının əhvalatı ilə əlaqədar Sandro əmi öz hekayətini danışdı.

      – Bax siz elə fikirləşirsiniz ki, – deyə o, bığını sığallayıb söhbətinə başladı, – mən özümüzküləri müdafiə edib endurları söyürəm. Ancaq bu, düz deyil. Mən Akop ağa kimi özümünkülərə görə əzab çəkirəm. Ona görə də, bax, deyirəm, eşidin: biz abxazların köhnə vaxtlar da xalqa əzab gətirən axmaqlığı çox olub, elə indi də çoxdur, ancaq bu axmaqlıq bir az başqa şəkil alıb.

      Qabaqlar əsas axmaqlıq nə idi – qan intiqamı. Bəzi nəsillər buna görə bir-birini tamamilə məhv etdi. Yox, mən qan düşmənçiliyinin əleyhinə deyiləm. Ancaq lazım olan yerdə. Bunun xeyri də var. Niyə? Çünki bir adam o birinə qarşı bir qəsd quranda bilirdi ki, qəsd qurduğu adamla hər şey qurtarmır. Onun qohumları intiqam ala bilərlər. Bu, bir çox pis əməllərin qarşısını alırdı, çünki hamı bilirdi: bir adamla hər şey bitmir.

      Ancaq bəzən qan intiqamı elə bir mənasız şeydən başlayırdı ki, adam deməyə də utanır. Çegemdən yuxarıda, bizim evin təxminən üç kilometrliyində Batalba ailəsi yaşayırdı, gözəl ailə idi. Bu hələ mən anadan olmamışdan əlli il qabaq olub. Bu ailə Kutol kəndindən Çiçba nəsli ilə dostluq edirdi. Hər iki ailə bir-birinin xətrini yaxın qohumlar kimi istəyirdi.

      Hər il çiçbalılar öz sürülərini alp otlaqlarına aparanda yol üstündə bir neçə günlüyə dostlarının evində dayanır, yeyib-içib şənlənir, sonra yollarına davam edirdilər. Gözəl vaxtlar idi.

      Bir dəfə çiçbalılar yenə də öz dostlarının evində ayaq saxladılar, ancaq bu dəfə onlar özləri ilə bir qonaq da götürmüşdülər. Qonaq qızdırma xəstəliyinə tutulmuşdu, ona görə də onu özləri ilə götürmüşdülər ki, alp çəmənliklərində müalicə edib sağaltsınlar. O vaxtlar belə edərlərmiş.

      Bəli, onlar batalbalıların evində ayaq saxladılar. Ev sahibi onlara bir cöngə kəsdi və iki gün kef çəkdilər. Yola düşəndə isə ev sahibi onların ulağına iki cöngə budu yüklədi.

      Bu, çiçbalıların böyüyünün xoşuna gəlmədi, o, çox sərt kişi imiş; ancaq heç nə demədi, adamları ilə bir yerdə sürüsünü dağlara tərəf çəkdi. Hə, indi deyim ağsaqqalın xoşuna gəlməyən nə idi. Bizim adətlərə görə (o vaxtlar adət-ənənəyə riayət edərdilər, indi yaddan çıxıb), əgər sən hörmətli qonağın üçün heyvan kəsib məclis qurmusansa, onun yoluna həmin heyvanın ətindən qoya bilməzsən. Yol üçün mütləq gərək təzə heyvan kəsəsən. Adət belə idi.

      Batalbalılar, əlbəttə, burada səhv buraxıblar. Onlar çiçbalıları özlərinə yaxın sayıb qonaqlarının yoluna ətindən yedikləri cöngənin iki budunu qoydular. Lakin batalbalılar nəzərə almayıblar ki, çiçbalılar tək deyillər, onların yanında qonaq var, özü də, əlbəttə, o görməyə bilməzdi ki, ev sahibinin onların yoluna qoyduğu iki bud, ətindən yedikləri heyvanındır. Buna görə də çiçbalılara, xüsusilə onların böyüyünə elə gəlirdi ki, qonağın yanında biabır olublar.

      Bəli, onlar yola düşdülər, yüzlərlə qoyun-keçini dağlara tərəf sürməyə başladılar. Yolda onların böyüyü bir müddət susduqdan sonra, nəhayət, dözməyib dedi:

      – Sən demə, bu batalbalılar bizi heç adam yerinə qoymurlar! Süfrənin artığını bizə atdılar, elə bil dilənçipayı verirdilər. Eybi yox, peşman olarlar.

      Qonaq onu sakitləşdirmək istədi, ancaq ağsaqqal yaman inciyibmiş. Hər şey də bundan başladı. Batalbalıların isə heç ağlına da gəlmirdi ki, burada bir inciklik ola bilər. O yazıqlar elə bilirdilər qonaqlarını yaxşı qarşılayıb, yaxşı da yola salıblar. Qərəz, onların heç nədən xəbərləri yox idi, çunki o vaxt abxazlar arasında xəbərçilik nə gəzirdi.

      Bəli, bir müddət keçir, iki ailənin nümayəndələri yenə də bir məclisdə görüşməli olurlar. Burada da iş elə gətirir ki, Batalba ailəsindən bir cavan bağışlanılmaz səhv buraxır. Oxumağa başlayanda yaxşı səsi olanlar bir yerə yığışırlar. Elə olur ki, cavan batalbalı ilə ağsaqqal çiçbalı yanaşı düşür. Və burada cavan batalbalı oxumağa başlayır. Əlbəttə, bu, böyük səhv idi.

      Cavan gərək yaşlı çiçbalıdan soruşaydı:

      – Mənim oxumağım sizi narahat etməz ki? Bəlkə, bir az aralı durum?

      Bu sözə qarşı ağsaqqal, yəqin ki, deyəcəkdi:

      – Eybi yox, oğul, oxu. Təki bizi narahat edən mahnı olsun. Adətən, belə olur. Gənc batalbalı isə icazə-filan istəmədi, çünki o, çiçbalıları özünə doğma sayırdı, özü də bir az içmişdi və ağlına belə gətirmirdi ki, arada inciklik var.

Скачать книгу