Hekayələr. Фазиль Искандер
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Фазиль Искандер страница 6

Sonra mən yenə anbara girib divardan üzüm səbətini götürdüm. Əlimdə çıraq və səbət eyvana çıxdım, beli də götürüb Həzrət olan tövləyə yaxınlaşdım.
Səbət nəyə lazım idi, onu da deyim.
Üzüm səbəti dar və uzun olur. Lağımı atandan sonra mən onunla torpağı tövləyə daşıya bilərdim. Çünki əgər torpağı içəri daşımasam, Adamır başa düşərdi ki, çöldən kimsə Həzrətə kömək edib. Bunu başa düşüb o məni öldürə bilərdi.
Çırağı yerə qoyub qazmağa başladım. Lağımı elə atırdım ki, içəridən düz zəncir bağlanan yerdən çıxım. Qaza-qaza təəccüblənirdim ki, bu Həzrət niyə oyanmır. Öz-özümə fikirləşdim, yəqin, doğrudan da, o, bərk yatır. Nəhayət, oyandı.
– Kimsən orda? – deyə səsləndi və mən qarğıdalı şaxının xışıltısını eşitdim.
– Mənəm, Sandroyam, – deyə səs verdim.
– Nə istəyirsən?
– Lağımı qazım, sonra bilərsən.
Bəli, bir saatdan sonra mən lağımı qazıb qurtardım, çırağı yerə qoyub tövləyə çıxdım.
Həzrət əvvəlki yerində oturmuşdu, gözləri bayquş gözləri kimi parıldayırdı.
– Ala yeyəni, – dedim. – Zənciri kəsək, çıx azadlığa.
O, başını buladı:
– Yox, Adamır öz itləri ilə məni onsuz da tapacaq.
– Tapa bilməz. Gecə ikən başqa kəndə gedərsən. Orda izi itirmək asandır.
– Yox, – dedi, – mən yeriməyi yadırğamışam. Uzağa gedə bilmərəm. O, itləri ilə onsuz da məni tutacaq.
– Tuta bilməyəcək, – deyə mən onu inandırmağa çalışdım. – Əgər qorxmursansa, birlikdə Cqerdıya qədər gedərik, orada səni qohumlarımızın evində gizlədərəm. Sonra mən evimə qayıdaram, sən isə hara istəsən gedərsən.
– Yox, mən belə istəmirəm.
– Onda bəs neyləyək? – deyə soruşdum. O, fikrə getdi, gözləri isə dəhşətli parıltı ilə yanırdı.
– Əgər mənə kömək etmək istəyirsənsə, – deyə o, nəhayət, dilləndi, – mənə iki metr zəncir gətir. Mən onu bu zəncirə bağlayacağam. Mənə başqa heç nə lazım deyil.
– Bu sənin nəyinə lazımdır?
– Mən gecələr yavaş-yavaş gəzərəm ki, ayaqlarım bir az öyrəşsin, sonra qaçmağıma kömək edərsən.
– Axı o sənin zəncirini yoxlayır, özü mənə danışıb.
– Yox, – dedi, – birinci on beş il yoxlayırdı. Daha yoxlamır.
Mən onu nə qədər dilə tutmağa çalışdımsa, mümkün olmadı. Onda qərara aldım ki, o deyəni eləyim.
– Balta da gətir həlqəni aralamağa, – deyə o, xahiş etdi.
Bu minvalla mən gecəyarısı evə qaçdım, tövləmizə girib köhnə şeylərin içindən təxminən Həzrətin zənciri boyda bir zəncir tapdım. Yenidən geri qayıdıb mətbəxdən Adamırın baltasını götürdüm və yenə torpağın altı ilə tövləyə girdim. Mən gedib-gələnə qədər o, yeyə ilə zəncirini kəsib iki həlqənin hər iki tərəfindən yer açmışdı. Mən hətta onun bu işi belə tez gördüyünə təəccübləndim. Əl dəyirmanını fırlatmaq onun qollarına fil gücü vermişdi. O mənim gətirdiyim zənciri götürüb iki tərəfdən həlqələrə keçirdi, sonra əl dəyirmanının üstünə qoyub balta ilə onları sıxdı ki, heç nə bilinməsin.
– Daha heç nə lazım deyil, – dedi, – Get! Dizlərim möhkəmlənəndə sənə xəbər verərəm.
– Bəlkə, yeyəni özündə saxlayasan? – deyə təklif etdim.
– Yox, – dedi, – daha heç nə lazım deyil! Vəssalam. Sən get! Ancaq o biri tərəfdən yeri yaxşı-yaxşı tapdala ki, ağa heç nə hiss eləməsin.
Bəli, mən balta ilə çırağı götürüb bayıra çıxdım. Sonra tez-tez torpağı oyuğa töküb yaxşı-yaxşı tapdaladım ki, heç nə hiss olunmasın. İtlər mənim yan-yörəmdə fırlanırdılar, mən də Allaha şükür eləyirdim ki, onlar danışa bilmirlər. Birdən yadıma düşdü ki, cibimdə çörək var. Onu çıxardıb itlərə atdım.
Çırağı yuxarı qaldırıb bir daha qazdığım yerə yaxşı-yaxşı baxdım və əmin oldum ki, qazıldığı bilinmir. Belə yapışmış torpağı təmizləyib yerinə qoydum, baltanı və səbəti də öz yerinə apardım. Hər şey əvvəl necə dururdusa, eləcə də qoydum. Çırağı söndürüb evə qaçdım. Evdə də, Allaha şükür, heç nədən xəbər tutmadılar.
Bəli, bir müddət gəlib keçdi, mən isə hələ Adamırgilə getməyə qorxurdum. On beş-iyirmi gün keçmişdi ki, bir dəfə keçi otarmaqdan qayıdan qardaşım gəlib dedi:
– Bu gün bütün günü Adamırın itləri hürüşüb.
– Əvvəllər də hürüşürdülər, – deyə bizimkilər fikir vermədilər. O, hərdən ova bir itlə çıxır, o birilər darıxır.
Beləliklə, bu hadisə yaddan çıxdı. Bir həftədən sonra haradansa yuxarı tərəfdən qadın naləsi eşitdik. Evdə olanlar bayıra töküldülər, heç kim heç nə başa düşmürdü.
Qadın naləsi bəla üz verdiyini göstərirdi. Bu səs Çegemin yuxarısından keçən yolun üst tərəfindən gəlirdi, orada isə heç kim yaşamır. Atam, mən və iki qardaşım – Kazım və Məhəz tez-tez səs gələn tərəfə qalxmağa başladıq. Bir on beş dəqiqədən sonra Həzrətin anasına rast gəldik. Onun üzü cırıq-cırıq idi, gözləri qan çanağına dönmüşdü. Bizi görüb dayandı, ancaq dili tutulmuşdu, heç nə danışa bilmirdi, yalnız əli ilə Adamırın evi tərəfi göstərirdi.
Biz ora qaçdıq. Mən heç nə başa düşə bilmirdim. Hər ehtimala qarşı Kazıma baxırdım, o özü ilə tüfəng götürmüşdü. Biz həyətə girdik, itlərin nə özləri görünürdü, nə də səsləri gəlirdi.
Tövləyə birinci mən girdim, qapı eləcə örtülmüşdü. Nə görsək yaxşıdır. Adamır