Hekayələr. Роальд Даль

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Роальд Даль страница 6

Автор:
Жанр:
Серия:
Издательство:
Hekayələr - Роальд Даль Hekayə ustaları

Скачать книгу

şlemini çıxartdı, kəmərləri açdı və idarə dəstəyini cəld sol tərəfə çevirdi. «Spitfayr» qanadının üzərindən yavaşca arxası üstə çevrildi və o, dəstəyi kəskin şəkildə özündən kənara çəkdi. Təyyarəçi təyyarədən tullandı.

      O, aşağı düşərkən gözlərini açdı, çünki bilirdi: paraşütün halqasını dartmamış huşunu itirməməlidir. O, bir tərəfdən günəşi, digər tərəfdən ağ buludları görür və havada çevrilə-çevrilə buludların günəşin dalınca qaçdığını, günəşin isə buludları izlədiyini sezirdi. Onlar, beləcə, çevrə vura-vura bir-birinin dalınca qaçır, getdikcə sürəti artırırdı: günəş buludları, buludlar isə günəşi təqib edirdi. Sonra buludlar get-gedə daha yaxından qaçmağa başladı və birdən günəş itdi, yerdə təkcə nəhayətsiz bir bəyazlıq qaldı. Dünya başdan-başa ağardı və orda başqa heç nəyə yer olmadı. Dünya elə ağ idi ki, bəzən qara görünürdü, sonra gah ağ, gah da qara görünməyə başladı, amma daha çox ağ olurdu. O, dünyanın ağdan qaraya, sonra qaradan ağa çevrildiyini izləyirdi. Əslində o, uzun müddət ağ olurdu, qara çalara yalnız bir neçə saniyə ayrılırdı. O bu ağ müddət ərzində yuxuya gedirdi, amma dünya bir az qaralan kimi ayılırdı. Hərçənd bu qara dövr uzun çəkmirdi – elə-beləcə bəzən qara şimşək kimi parıldayırdı. Ağ dünya isə uzun çəkirdi, bax onda o, yuxuya gedirdi.

      Dünya növbəti dəfə ağaranda o, əlini uzadıb nəyəsə toxundu. O həmin şeyi barmaqları ilə əzişdirməyə başladı. Bir müddət uzanıb əlinin altında olan şeyi hamarladı. Sonra gözlərini yavaş-yavaş açdı və əlinə baxdı, barmaqları ilə ağ bir şey tutduğunu gördü. Bu, mələfənin ucu idi. O bunun mələfə olduğunu bilirdi, çünki parçanın fakturasını və kənarındakı tikişi görürdü. O, gözlərini qıyıb dərhal da açdı. Bu dəfə otağı gördü. O, üzərində uzandığı çarpayını gördü; o, boz divarları, qapını, pəncərələrdəki yaşıl pərdələri gördü. Çarpayının yanındakı balaca masada qızılgüllər vardı.

      O, sonra masadakı qızılgüllərin yanında kasa gördü. Kasa minalı və ağ rəngdə idi, yanında isə menzurka vardı.

      «Bura hospitaldır, – o düşündü. – Mən hospitaldayam». Amma o heç nə xatırlamırdı. O, yastığa söykənərək tavana baxdı və nə baş verdiyini xatırlamağa çalışdı. Hamar, boz rəngli divar elə təmiz və elə boz idi ki. Və o birdən bu boz və hamar divarda milçəyin gəzişdiyini gördü. Elə milçəyi, boz dənizdə qəfil peyda olmuş bu balaca qara nöqtəni görərkən də sanki şüuru aydınlandı və o bir saniyənin içində hər şeyi xatırladı. O, «spitfayr»ı, iyirmi bir min futu göstərən hündürlükölçən cihazı xatırladı. Kabinənin şüşəsini hər iki əli ilə itələdiyini və paraşütlə hoppandığını xatırladı. O öz ayağını xatırladı.

      İndi, deyəsən, hər şey qaydasında idi. O, çarpayının aşağı tərəfinə baxdı, amma dəqiq heç nə deyə bilmədi. Onda əlini adyalın altına saldı və dizlərini əllədi. Birini dərhal aşkarladı, amma digərini əlləməyə başlayanda əli nəsə yumşaq, bintlənmiş bir şeyə dəydi.

      Elə bu vaxt qapı açıldı və içəri tibb bacısı daxil oldu.

      – Salam, – o dedi. – Nəhayət, oyandın.

      Qəşəng deyildi, amma qamətli və üst-başı təmiz idi. Hardasa otuz-qırx yaşı olardı, sarışın idi. O başqa heç nə görə bilmədi.

      – Mən hardayam?

      – Bəxtin gətirib. Çimərliyin yaxınlığındakı meşəyə düşmüsən. Braytondasan. Səni iki gün əvvəl gətiriblər və indi hər şey qaydasındadır. Əla görünürsən.

      – Mən ayağımı itirmişəm.

      – Eyib etməz. Biz sənə başqasını taparıq. İndi isə yat. Həkim bir saatdan sonra gələcək.

      Qadın kasa ilə menzurkanı götürüb çıxdı.

      Amma o yata bilmədi. Gözləri açıq halda uzanmaq istəyirdi, çünki qorxurdu ki, gözlərini bu dəfə də yumsa, hər şey bitəcək. O uzanıb tavana baxırdı. Milçək elə həminki yerində idi. Yaman hərəkətli idi. Bir neçə düym yüyürüb dayanırdı. Yenə yüyürüb yenə dayanırdı, sonra yenə yüyürürdü, arada bir də havaya qalxaraq vızıldaya-vızıldaya dövrə vururdu. Hər dəfə də tavanda eyni yerə qonurdu, sonra yenə yüyürməyə başlayır və dayanırdı. O bu milçəyi o qədər izlədi ki, bir müddət sonra tavandakının milçək deyil, boz dənizdə qara ləkə olduğunu düşündü. Tibb bacısı qapını açanda hələ də milçəyi izləyirdi. Qadın kənara çəkilərək həkimə yol verdi. Bu, hərbi həkim idi, kitelinin üstündə ötən müharibədən qalma lentlər vardı. Daz və bəstəboy idi, mehriban üzü və xeyirxah gözləri vardı.

      – Belə-belə işlər, – o dedi. – Deməli, istənilən halda oyanmağı qərara aldınız. Özünüzü necə hiss edirsiniz?

      – Yaxşı.

      – Əla. Biz sizi tez sağaldacağıq.

      Həkim onun nəbzini dinləmək üçün biləyindən tutdu.

      – Yeri gəlmişkən, – o dedi, – eskadrilyanızdan zəng edib sizi xəbər alırdılar. Baş çəkmək istəyirlər, amma onlara dedim ki, bir neçə gün gözləsinlər. Bir də dedim ki, sizinlə hər şey qaydasındadır və onlar bir müddət sonra gələ bilərlər. Odur ki sakitcə uzanın və heç nəyin fikrini çəkməyin. Oxumağa bir şeyiniz var?

      O, qızılgüllər olan masaya nəzər saldı.

      – Yox? Eyib etməz, tibb bacısı bir şey fikirləşər. O, tamamilə sizin ixtiyarınızdadır.

      Həkim bunları deyib əlini yellədi və tibb bacısının müşayiəti ilə otaqdan çıxdı.

      Onlar gedəndən sonra çarpayıda dikəldi və yenə tavana baxmağa başladı. Milçək hələ də orda idi. Onu müşahidə etdiyi müddətdə hardasa uzaqda təyyarə səsi eşidildi. O, mühərrikin səsinə qulaq verdi. Küy çox uzaqdan gəlirdi. «Maraqlıdır, görəsən, hansı təyyarədir, – o düşündü. – Modelini müəyyənləşdirməyə çalışım». O, birdən başını qanırdı. Bombardmana məruz qalan hər kəs «Yunkers-88»-i səsindən tanıya bilər. Küyünə görə başqa alman təyyarələrini də hesablayıb tapmaq olar, amma «Yunkers-88» xüsusi səs çıxarır. Bu alçaq, bas, titrək səsdə yüksək tenor da eşitmək olar. «Yunkers-88»-i fərqləndirən məhz tenordur, odur ki burda səhv etmək mümkün deyil.

      O, səsə qulaq verir və ona elə gəlirdi ki, bunun hansı təyyarə olduğunu dəqiq bilir. Amma sirena və top səsləri niyə yoxdur? Bu alman təyyarəçisi günün günortaçağı Brayton yaxınlığında peyda olmağa cəsarət edibsə, qurd ürəyi yeyib.

      Təyyarə hardasa uzaqda uğuldayırdı və səs tezliklə itdi. Sonra digər səs peyda oldu, amma bu dəfə də hardasa uzaqda, amma yenə də dərin titrək bas yüksək tenorla qarışdı,

Скачать книгу