Hekayələr. Роальд Даль

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Роальд Даль страница 7

Автор:
Жанр:
Серия:
Издательство:
Hekayələr - Роальд Даль Hekayə ustaları

Скачать книгу

altına soxdu.

      – Aman Allah, özündən nə uydurursan. Beynini belə şeylərlə yorma. İstəyirsən sənə oxumağa nəsə gətirim?

      – Yox, lazım deyil.

      Qadın yastığı çırpdı və alnının üstünə düşmüş saçlarını geri daradı.

      – Onlar artıq günortalar uçub gəlmir. Sən də bunu yaxşı bilirsən. Bu, yəqin, ya «lankaster»lərdir, ya da «uçan qalalar».

      – Tibb bacısı.

      – Bəli.

      – Mənə siqaret verə bilərsiniz?

      – Əlbəttə ki.

      Qadın otaqdan çıxdı və az keçməmiş əlində «players» qutusu və kibrit geri qayıtdı. Siqareti alıb ağzına yaxınlaşdıranda tibb bacısı kibriti yandırdı və o çəkməyə başladı.

      – Lazım olsam, – qadın dedi, – sadəcə, zınqırovu çal.

      Tibb bacısı bunu deyib otaqdan çıxdı.

      O, axşam yenə təyyarə səsi eşitdi, bu dəfə başqası idi. O hardasa uzaqda uçurdu, amma buna baxmayaraq birmühərrikli olduğunu müəyyənləşdirə bildi. Təyyarə sürətlə uçurdu; bu aydın idi. Hansı model olduğunu söyləmək çətin idi. Nə «spit»dir, nə də «harrikeyn». Heç Amerika mühərrikinə də oxşamır. Amerika istehsalı daha küylü olur. Təyyarənin modelini müəyyənləşdirə bilmirdi və bu ona dinclik vermirdi. «Yəqin, çox xəstəyəm, – o düşündü. – Yəqin, xəyal görürəm. Bəlkə də, sayıqlayıram. Sadəcə, nə düşünəcəyimi bilmirəm».

      Həmin axşam tibb bacısı qaynar su ilə dolu kasa gətirib onu yumağa başladı.

      – Hə, necəsən, – qadın soruşdu, – ümid edirəm, daha sənə elə gəlmir ki, bombalanırıq?

      Tibb bacısı onun pijamasının köynəyini soyundurdu və flanellə qolunu sabunlamağa başladı. O cavab vermirdi.

      Qadın flaneli suda islatdı, növbəti dəfə sabunladı və onun sinəsini yumağa başladı.

      – Bu gün əla görünürsən, – tibb bacısı dedi. – Səni bura gətirən kimi əməliyyat ediblər. İşlərinin öhdəsindən gələ bildilər. Səninlə hər şey qaydasında olacaq. Mənim qardaşım hərbi hava qüvvələrində xidmət edir, – qadın əlavə etdi. – Bombardmançı təyyarədə uçur.

      – Mən məktəbə Braytonda getmişəm, – o dedi.

      Qadın tez ona baxdı.

      – Lap yaxşı, – tibb bacısı dedi. – Yəqin, şəhərdə tanışların var.

      – Hə, – o cavab verdi. – Mən burda çoxlarını tanıyıram.

      Qadın onun sinəsini və qollarını yudu, sonra adyalı elə itələdi ki, təkcə sol ayağının üstü açıldı, bintlənmiş ət parçası altda qaldı. Pijamanın şalvarındakı ipləri açıb onu da soyundurdu. Bu çətin başa gəlmədi, çünki sarğıya mane olmaması üçün şalvarın sağ balağını kəsmişdilər. Qadın sol ayağı və bədənin qalan hissəsini yumağa başladı. Onu ilk dəfə idi ki, çarpayıda yuyurdular, bu səbəbdən özünü narahat hiss edirdi. Qadın dəsmalı onun pəncəsinin altına qoyub ayağını flanellə yumağa başladı.

      – Lənətə gəlmiş sabun heç köpüklənmir. Buranın suyundandır. Çox coddur.

      – İndi, ümumiyyətlə, yaxşı sabun yoxdur, üstəlik, su da cod olanda, işlər lap tərs gedir, – o dedi.

      Elə həmin an gözünün qarşısında xatirələr canlandı. O, Brayton məktəbindəki vannaları xatırladı. Daş döşəməli uzun vanna otağında dörd cərgə vanna vardı. Su elə yumşaq idi ki, bədənindəki sabunu təmizləmək üçün sonra duş qəbul eləmək lazım gəlirdi. Bir də köpüyün suyun səthində necə üzdüyünü xatırladı. Su o qədər köpüklü olurdu ki, heç ayağın görünmürdü. Daha sonra yadına düşdü ki, bəzən onlara kalsium həbləri verirdilər, çünki həkim yumşaq suyun dişlərə ziyan olduğunu deyirdi.

      – Braytonda, – o, sözə başladı, – su…

      Amma cümləsini bitirmədi. Ağlına nəsə gəldi, bu fikir o qədər fantastik və mənasız idi ki, hətta düşündü – bəlkə bunu tibb bacısına danışsın və onlar birlikdə gülsünlər.

      O, qadının üzünə baxdı.

      – Hə, ordakı su ilə bağlı nə demək istəyirdin? – tibb bacısı soruşdu.

      – Heç, mühüm bir şey deyil, – o cavab verdi. – Heç özüm bilmirəm niyə xatırladım.

      Qadın flaneli kasada isladıb ayağındakı sabunu yudu və dəsmalla quruladı.

      – Adamı yumaq nə yaxşı şeydir, – o dedi. – Lap rahatladım.

      O, əlini üzündə gəzdirdi.

      – Təraşlasan yaxşı olardı.

      – Sabaha saxlayaq, – qadın dedi. – Bunu özün də edə bilərsən.

      Bu gecə gözünə yuxu getmədi. O uzanıb «Yunkers-88» və cod suyu düşünürdü. Başqa heç nə haqqında düşünə bilmirdi. «Bunlar «yu-səksən səkkiz idi», – özünə dedi. Dəqiq bilirəm. Amma bu ola bilməz, axı onlar günün günortaçağı burda bu qədər alçaqdan uça bilməzlər. Yəqin, mən xəstəyəm. Yəqin, özümü axmaq kimi aparıram və nə dediyimin, nə etdiyimin fərqində deyiləm. Bəlkə, mən sayıqlayıram». O uzanıb uzun-uzadı bütün bunları düşündü, bir dəfə hətta çarpayısından qalxıb ucadan dedi:

      – Dəli olmadığımı sübut edəcəm. Nəsə mühüm və ağıllı bir şey haqqında balaca bir nitq söyləyəcəm. Müharibədən sonra Almaniya ilə necə davranmaq barədə danışacam.

      Amma danışmağa macal tapmamış yuxuya getdi.

      Oyananda otağa pərdələrin arasından gün işığı düşürdü. İçəri hələ qaranlıq olsa da, pəncərənin arxasındakı işığın zülməti necə pərən-pərən saldığını görürdü. O uzanıb pərdələrin arasından düşən boz işığa tamaşa edirdi, sonra birdən dünənki günü xatırladı. «Yunkers-88» və cod suyu xatırladı. Gülərüz tibb bacısını və mehriban həkimi xatırladı, sonra beyninə şübhə toxumları səpildi və böyüməyə başladı.

      O, palataya nəzər saldı. Tibb bacısı qızılgülləri dünən axşam aparmışdı. Masanın üzərində təkcə bir qutu siqaret, kibrit və külqabı vardı. Palata bomboş idi. O artıq mülayim və mehriban görünmürdü. Daha rahatlığını demir. O, soyuq və boş idi və bura ölü sükut çökmüşdü.

      Şübhə

Скачать книгу